Month: June 2025

  • Сегодня в Азербайджане отмечается Гурбан байрамы

    Сегодня в Азербайджане отмечается Гурбан байрамы.

    В этом году праздничные дни приходятся на 6-7 июня.

    Отметим, что Гурбан байрамы – это один из двух главных священных праздников в мусульманском мире, отмечается каждый год по календарю Хиджры, начиная с 10-го дня месяца Зуль-хиджа.

    Во время этого праздника забивают овец, баранов, коров, телят или верблюдов. Желательно использовать треть мяса для угощения своей семьи, треть – подарить беднякам из числа соседей и родственников, а треть – раздать в качестве милостыни тем, кто просит об этом.

    Гурбан байрамы – один из древних праздников. Религиозный обряд жертвоприношения существовал еще задолго до Ислама и имел целью очищение от греха, умилостивление Аллаха и т. д.

    После второго года Хиджры (год переезда пророка Мухаммеда из Медины в Мекку) в исламском мире появились новые цели и причины религиозного обряда жертвоприношения. Он приобрел в исламском мире такие черты, как высокое духовное состояние, религиозность, благотворительность, помощь другим.

    Религиозное жертвоприношение возникло после события в жизни пророка Ибрагима. Так, во сне Аллах велит ему принести в жертву своего сына Исмайыла, чтобы проверить их веру. Ибрагим, будучи истинным верующим, выразил готовность выполнить божье повеление и начал приготовления. Его сын, знавший об этом, не сопротивлялся, но плакал и молился, так как был послушен отцу и Аллаху. Однако это оказалось испытанием от самого Всевышнего, и, когда жертва была почти принесена, Аллах сделал так, чтобы нож не смог нанести вреда ребенку. Жертва была заменена бараном. Поэтому животное, зарезанное в праздник Гурбан, также называют “жертвой Исмайыла”.

    В этот священный день мусульмане приносят в жертву животных, чтобы продемонстрировать свою преданность Аллаху. Этот праздник, способствующий единению людей, взаимному уважению друг к другу, также важен для укрепления семейных ценностей.

    Сегодня во всех мечетях страны также будет совершен праздничный намаз. Богослужение совершается только один раз, в другие дни его не будет. Праздничный намаз в Баку будет совершен в мечети Гейдара и в мечети Аждарбея (Голубая мечеть) в 08:00.

    Гурбан байрамы, считающийся одним из самых главных праздников исламского мира, торжественно отмечается во всех мусульманских странах.

    В соответствии с законом “О праздниках Азербайджанской Республики” от 27 октября 1992 года, принятым Милли Меджлисом после восстановления независимости АР, Гурбан байрамы празднуется в нашей стране на государственном уровне.

    Напомним, согласно решению Кабинета министров, 6 и 7 июня в стране будет отмечаться Гурбан байрамы. Поскольку 7 июня приходится на субботу, в соответствии с Трудовым кодексом 9 июня будет нерабочим днем. Так как 8 июня приходится на воскресенье, то нерабочими будут четыре дня подряд 6, 7, 8 и 9 июня.

  • Azərbaycanda Qurban bayramı qeyd olunur

    Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.

    Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 6-na təsadüf edir.

    Bu gün ölkənin bütün məscidlərində Qurban bayramı namazı qılınacaq.

    Rayonların çoxunda bəzi məscidlərdə bayram namazı saat 8-də, bəzilərində isə 9-da qılınır.

    Bayram namazı Bakıda Heydər məscidində və Əjdərbəy məscidində (Göy məscid) saat 8:00-da qılınacaq.

    Bayramla əlaqədar bu gün və sabah qurban kəsmək olar. Qurban kəsimləri Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və onun ətrafı, habelə ölkənin bölgələri üzrə xüsusi ayırdığı məkanlarda şəriət qaydalarına uyğun şəkildə Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək.

    İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

    Qeyd edək ki, bu il Qurban bayramı ilə əlaqədar 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günü hesab olunur.

  • Astronomlar kiçik ulduzun ətrafında fırlanan nəhəng planet kəşf etdi

    Astronomlar elm aləmini heyrətləndirən bir kəşfə imza atıblar: nəhəng ölçülü bir planet, çox kiçik bir ulduzun – TOI-6894-ün ətrafında dövr edir. Bu sistem, indiyə qədərki planet əmələgəlmə nəzəriyyələri ilə ziddiyyət təşkil edir.

    Qaynarinfo xəbər verir ki, kəşf haqqında məlumat “The Independent” nəşrində dərc olunub.

    TOI-6894 adlı ulduz Yerə təxminən 240 işıq ili məsafədə, Şir bürcündə yerləşir və Günəşin kütləsinin yalnız beşdə birinə sahibdir. Müasir modellərə əsasən, belə kiçik kütləli ulduzların ətrafında əsasən Yer və ya Mars ölçüsündə, yəni kiçik qayalı planetlərin formalaşması mümkün sayılırdı. Lakin astronomlar bu ulduzun orbitində Saturna bənzər qaz nəhəngi planetin olduğunu aşkarlayıblar.

    Bu kəşf, bu ölçüdə planetə sahib olduğu məlum olan ən kiçik ulduzu ortaya çıxararaq, ulduzların ətrafında planetlərin necə yarandığına dair anlayışlara ciddi suallar doğurur. Araşdırmanın əsas müəllifi, İngiltərədəki Varvik Universitetindən astronom Edvard Brayent qeyd edib:

    “Bu qədər kiçik bir ulduzun necə bu qədər böyük bir planetə sahib ola bildiyi sualı bu kəşfin önəmli məqamlarındandır və hələ bu suala cavab tapa bilməmişik”.

    TOI-6894-ün ətrafında dövr edən bu planet, Günəş sistemimizdəki Yupiter və Saturn kimi qaz nəhənglərindən biridir və Yer kimi qayalı planet deyil. Belə planetlərə ekzo-planetlər adı verilir.

    “The Independent” yazır ki, planetlərin yaranması adətən nəhəng qaz və toz buludlarından – molekulyar buludlardan başlayır. Bu buludlar cazibə qüvvəsi ilə sıxılaraq mərkəzdə ulduz əmələ gətirir. Lakin kiçik qaz-toz buludlarında böyük planetlərin əmələ gəlməsi çətindir. Bunun səbəbi odur ki, qaz nəhəngi yaranması üçün əvvəlcə böyük bir nüvə formalaşmalı, sonra isə bu nüvənin ətrafında sürətlə qaz toplanmalıdır. Bu proses isə çox qısa zaman ərzində baş verməlidir, çünki ulduz parlayanda bu disklər yox olmağa başlayır.

    Tədqiqatın digər müəllifi, London Universitet Kollecinin “Mullard” Kosmik Elmlər Laboratoriyasından ekzo-planetoloq Vinsent van Eylen belə izah edir:

    “Biz hesab edirdik ki, kiçik ulduzların disklərində kifayət qədər kütlə olmur ki, nəhəng planetlər əmələ gəlsin”.

    Məlumata görə, hələlik heç bir məlum planet ulduzundan böyük deyil və bu kəşf də istisna deyil. Məsələn, Günəş Yupiterdən diametr baxımından 10 dəfə böyükdür. TOI-6894 isə öz planetindən təxminən 2,5 dəfə böyük diametrə sahibdir. Bu ulduz “qırmızı cırtdan” – Süd Yolu qalaktikasında ən çox yayılmış ulduz növüdür.

    Brayent əlavə edib: “Bu tip ulduzlar çox yayılmış olduğundan, qalaktikada düşündüyümüzdən daha çox qaz nəhəngi planet ola bilər”.

    Van Eylen isə bildirib: “Bu kəşf göstərir ki, kainatdakı ən kiçik ulduzlar belə bəzən çox böyük planetlər yarada bilir. Bu isə bizi planetlərin əmələgəlmə modellərimizi yenidən gözdən keçirməyə məcbur edir”.

    Alimlər ümid edirlər ki, 2026-cı ildə “Ceyms Uebb” kosmik teleskopu vasitəsilə aparılacaq müşahidələrlə bu planetin tərkibi barədə daha çox məlumat əldə edə biləcəklər. Brayentin fikrincə, bu planet böyük bir nüvəyə sahibdir və onu əsasən hidrogen və heliumdan ibarət qaz təbəqəsi əhatə edir.

  • Közərmə lampalarını satanları hansı cərimə gözləyir? (VİDEO)

    Közərmə lampalarını satanlar cərimələnəcək.

    Növbəti ildən dükan və bazarlarda bu cür lampalara rast gəlməyəcəyik. Çünki bu məhsullar öz yerini enerji baxımından daha sərfəli olan led lampalara verəcək. Energetika Nazirliyinin sektor müdiri Əli Salmanlı bildirir ki, proses mərhələli şəkildə aparılacaq.

    Nazirlik rəsmisinin sözlərinə görə, bu qadağada ən birinci və vacib məqsəd təhlükəsizlik və enerji sərfiyyatının azaldılmasıdır. Çünki közərmə lampaları qiymətdə ucuz olsa da, enerji və iqtisadi baxımdan səmərəsiz hesab edilir.

    Qərarın qüvvəyə mindiyi tarixdən yəni, gələn ilin yanvarından bu qaydanı pozan sahibkarlara, hüquqi və vəzifəli şəxslərə cərimə tətbiq olunacaq. Közərmə lampası istifadə edən vətəndaşlar üçün isə cərimə nəzərdə tutulmayıb. Cəriməni tətbiq edəcək qurumun müəyyənləşməsi və digər mexanizmlər üzərində də iş gedir.

    Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialı təqdim edirik.

  • Акции Tesla снизились на 10% на фоне конфликта Маска с Трампом

    Акции американской Tesla снижались более чем на 9% на электронной бирже Nasdaq на фоне конфликта главы компании Илона Маска и президента США Дональда Трампа.

    Об этом свидетельствуют данные торговой площадки.

    По данным на 20:55 по бакинскому времени, акции компании снижались на 9,08%, до $301,91 за бумагу. К 21:35 котировки замедлили снижение и торговались на уровне $302,61 за бумагу (-8,87%), к 22:29 стоимость составила $297,91 (-10,28 %).

    Ранее Трамп заявил, что разочарован в американском предпринимателе.

  • Mask-Tramp qarşıdurması fonunda “Tesla” səhmləri 10 % ucuzlaşıb

    “Tesla”nın səhmləri Nasdaq elektron birjasında şirkətin rəhbəri İlon Maskla ABŞ Prezidenti Donald Tramp arasında münaqişə fonunda 9 %-dən çox ucuzlaşıb.

    Bunu ticarət platformasının məlumatları sübut edir.

    Bakı vaxtı ilə saat 20:55-ə olan məlumata görə, şirkətin səhmləri 9,08 % ucuzlaşaraq bir səhm üçün 301,91 dollar təşkil edib. Saat 21:35-də kotirovkalar enişini yavaşladıb və bir səhm üçün 302,61 dollara (-8,87%) satılıb, 22:29-da qiymət 297,91 dollara (-10,28%) bərabər olub.

    Daha əvvəl Tramp amerikalı sahibkardan məyus olduğunu bildirmişdi.

  • Bioloji qocalmanın əsas mümkün səbəbi açıqlandı

    Kembric Universitetinin alimləri müəyyən ediblər ki, nekroz – yəni hüceyrələrin nəzarətsiz şəkildə ölümü – bioloji qocalmanın əsas amillərindən biri ola bilər.

    Bu nəticələr “Oncogene” jurnalında dərc edilib.

    Tədqiqatçılar bildiriblər ki, nekroz – hüceyrələrin dağılmasına və ətraf toxumaların zədələnməsinə səbəb olan nizamsız və dağıdıcı bir hüceyrə ölümüdür. Bu proses iltihaba gətirib çıxarır və xroniki xəstəliklərin inkişafını sürətləndirir. Nəzarət edilən və “təmiz” hüceyrə ölümü olan apoptozdan fərqli olaraq, nekroz zamanı hüceyrə membranları parçalanır, DNT fraqmentləşir və hüceyrə daxili maddələr nizamsız şəkildə ətrafa yayılır.

    Tədqiqatın aparıcı müəllifi, Britaniyanın “LinkGevity” biotexnologiya şirkətinin qurucusu Karina Kern hesab edir ki, nekroz sadəcə qocalmanın nəticəsi deyil, onun əsas mexanizmi ola bilər.

    Alim əlavə edib ki, yaş artdıqca hüceyrələr nekroza qarşı daha həssas olur və bu, orqanizmdə zədələrin yığılmasına, müqavimətin azalmasına və bioloji tənəzzülün sürətlənməsinə gətirib çıxarır.

    Tədqiqatda nekrozun xərçəng, ürək-damar xəstəlikləri, böyrək pozğunluqları və neyrodegenerativ xəstəliklərin inkişafındakı rolu araşdırılıb. Alimlər qeyd ediblər ki, nekrozun dağıdıcı təsiri xüsusilə aqressiv onkoloji xəstəliklərdə daha qabarıq şəkildə özünü göstərir. Nəzarətsiz hüceyrə ölümü şişlərin böyüməsini sürətləndirir, yeni qan damarlarının yaranmasına şərait yaradır və immun sistemində sabitliyi pozur.

    Müəlliflər hesab edirlər ki, nekrozu işə salan proseslərə – məsələn, hüceyrələrdə kalsium balansının pozulmasına – yönəlmiş müalicələr xroniki və yaşla bağlı xəstəliklərin terapiyasında yeni istiqamətlər aça bilər. Baxmayaraq ki, daha əvvəl kalsium kanallarını bloklamağa yönələn cəhdlər (xüsusilə insult zamanı) uğurlu olmayıb, nekroz mexanizminin dərk edilməsi yeni imkanlar yaradır.
    //qaynar.az

  • Ağdərədə bir evi 54 minə təmir edən şirkət kimindir?

    “AEF Group” şirkəti Ağdərə rayonunun Həsənriz kəndində 98 fərdi yaşayış evində cari təmir işləri aparacaq.

    Qaynarinfo-nun məlumatına görə, Xankəndi Şəhərində, Ağdərə və Xovalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı şirkətlə satınalma müqaviləsi imzalayıb. Müqavilə tender keçirilmədən birmənbə metodu ilə bağlanıb.

    Müqavilənin maliyyə dəyəri 5 347 341,38 manatdır. Bu o deməkdir ki, bir evin təmiri orta hesabla 54 564 manata gələcək.

    Nəzərə alsaq ki, fərdi evlərdə əsaslı deyil, cari təmir işləri aparılacaq, o zaman 54 564 manatın kifayət qədər böyük məbləğ olduğunu söyləmək olar.
    Tikinti sahəsində çalışanlar deyir ki, bu məbləğə hətta sıfırdan 3 otaqlı ev tikmək mümkündür.

    “AEF Group” şirkəti ötən il də Həsənriz kəndində 90 evdə cari təmiş işləri aparıb. Həmin vaxt şirkətin qiymət təklifi 2 393 850 manat olub.

    “AEF Group” MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Aslanov Süleyman İkram oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

  • Bakı-Tiflis qatarı açıla bilərmi? (AÇIQLAMA)

    “Azərbaycan Dəmir Yolları” iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq. Bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək. 5 saat 36 dəqiqəyə qət olunacaq məsafə sərnişinlərə standart sinif yerlər üçün minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.

    Bəs iyulun 1-dən sonra növbəti marşrut Bakı-Tiflis-Bakı ola bilərmi?

    İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, quru sərhədlərin açılması azərbaycanlıların ən çox arzu etdiyi məsələdir:

    “Hamımız da ümidliyik ki, heç olmasa, iyulun 1-dən heç kəsə lazım olmayan karantin rejimi uzadılmayacaq və sərhədlərimiz də açılacaq. Azərbaycan vətəndaşları da qatarla Gürcüstana səfər edə biləcək. Gürcüstan tərəfinin də Azərbaycandan belə bir istəyi, eyni zamanda xahişi var”.

    Natiq Cəfərli iyulun 1-dən Azərbaycanla Gürcüstan arasında quru sərhədlərin açılacağına ümid etdiyini vurğulayıb.

  • В Турции в результате пожара в здании погибли три человека

    В результате пожара в 13-этажном здании в Диярбакыре погибли три человека.

    Как сообщает Median.Az со ссылкой на Habertürk, об этом заявили в губернаторстве города.

    Уточняется, что двое из погибших – дети.

    * * * * *

    В турецком городе Диярбакыре горит 13-этажное здание.

    Как сообщает Report со ссылкой на Haber Global, здание находится в районе Каяпымар.

    Из горящего здания эвакуированы 38 человек, один из них – младенец. Процесс эвакуации продолжается.

    Также 23 человека, отравившихся дымом, госпитализированы.

    Причина происшествия выясняется.