Month: June 2025

  • Bakı və Sumqayıtda oğurluq edən 3 nəfər saxlanıldı

    Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərinin birindən 550 manat dəyərində məişət əşyaları oğurlanıb.

    Median.Az  “Unikal”a istinadən xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Z.Mayılov müəyyən olunaraq saxlanılıb.
    Bundan başqa, Sumqayıt şəhərində bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 400, Nəsimi rayonunda isə bir şirkətin anbarından 720 manat oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 57 yaşlı Ə.Nəcəfov və 39 yaşlı F.Məmmədov da saxlanılıblar.
    Araşdırmalar aparılır.

  • Monteneqro lideri Azərbaycan Prezidentini təbrik edib

    Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:
    “28 May – Müstəqillik Günü münasibətilə Monteneqro vətəndaşları adından və şəxsən öz adımdan Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edir, ölkənizin davamlı inkişafı və xalqınızın rifahı naminə ən xoş arzularımı çatdırıram.
    Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında inkişaf etməkdə olan sıx və hərtərəfli münasibətlərə görə dərin təşəkkürümü bildirmək istərdim. Ənənəvi dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf etdirdiyimiz bu münasibətlər yüksəksəviyyəli müntəzəm təmaslarla möhkəmlənməkdədir. Bu, eyni zamanda, Monteneqronun azərbaycanlı dostlarımızla əməkdaşlığın dinamik inkişafına verdiyi əhəmiyyətin göstəricisidir.
    Bu baxımdan, xüsusilə turizm və energetika sahələrində həyata keçirdiyimiz birgə layihələri yüksək qiymətləndiririk. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına töhfə verir və sərmayələr davamlı uğurlu əməkdaşlığımız üçün möhkəm təməl yaradır. Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri yüksələn xətt üzrə davam edəcək, Monteneqro ilə Azərbaycan bu günün mürəkkəb geosiyasi şəraitində dostluq, etimad və qarşılıqlı maraqlara əsaslanan harmoniyalı əməkdaşlığın nümunəsinə çevriləcəkdir.
    Bu əlamətdar gün münasibətilə Sizə və ölkənizə səmimi təbriklərimi, möhkəm cansağlığı, sülh və firavanlıq arzularımı çatdırır, Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

  • Hafiz Əliyev Goranboy rayon Məhkəməsinə sədr təyin olundu

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Samir oğlu Əliyev Goranboy rayon Məhkəməsinə hakim eyni zamanda sədr təyin edilib. 

    Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. 
    Yeni vəzifəyə təyin edilən Hafiz Əliyevin həyat yoluna nəzər salaq. 
    Belə ki, Hafiz Əliyev 1987-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub. 
    O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 2009-cu ildə isə universiteti fərqlənmə ilə bitirib. 
    2009-2018-cü illərdə Bakı Dövlət Universitetinin cinayət hüququ üzrə magistratura təhsili alıb. 
    Hafiz Əliyev 2011-2016 Nəsimi rayon prokurorluğunda müstəntiq, 2016-2020 Bakı şəhər prokurorluğu İstintaq İdarəsi böyük müstəntiq vəzifəsində çalışıb. 
    2020-2021 Baş Prokurorluq İstintaq İdarəsi xüsusilə mühüm işlər üzrə müstəntiqi olub. 
    Prezident İlham Əliyevin 3 fevral 2021-ci ildə imzaladığı sərəncama əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Hakim təyin edilib.
    Onun icraatında bir sıra maraqlı cinayət işləri olub. Onlardan biri də Sumqayıtda 3 nəfəri qətlə yetirən Müşfiq Tağıyevin Cinayət işi, keçmiş deputat Eldəniz Səlimov və s, eyni zamanda erməni diversantlarının cinayət işi üzrə məhkəmə prosesində tərkib heyətdə yer alıb.
    Ailəlidir 3 oğlu var.

  • Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avroya yeni bina alacaq

    Ermənistan Brüsseldəki diplomatik missiyası üçün 4,3 milyon avro dəyərində yeni bina alacaq.

    Bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib.
    “Bina Brüsselin nüfuzlu rayonunda, səfirliklər, nümayəndəliklər və Avropa qurumlarının yaxınlığında yerləşir. Xüsusilə Ermənistan-Avropa İttifaqı əməkdaşlığının genişlənməsi və Brüsseldə mövcudluğun təmin edilməsinin vacibliyini nəzərə alaraq binanın alınması əhəmiyyətli funksional və logistik üstünlüklərdən əlavə, siyasi və simvolik tərkib hissəsinə də malik olacaq. Onun sahəsi təxminən 1,5 min kv. m təşkil edir”, – o izah edib.
    Nazirin sözlərinə görə, xaricdəki 64 diplomatik nümayəndəlikdən 20-nin xidməti binaları Ermənistanın mülkiyyətidir.
     
    ///report

  • Metro işçiləri nə qədər qazanır?

    2025-ci ilin yanvar-mart aylarına görə, metro işçilərinin orta aylıq əməkhaqqı açıqlanıb.

    Median.Az “Valyuta.az”a istinadən xəbər verir ki, cari ilin ilk 3 ayında metro işçilərinin orta aylıq əməkhaqqısı 1387,3 manat olub. Ötən ilin eyni dövründə isə bu göstərici üzrə əməkhaqqı 1293,4 manat olaraq hesablanıb. Nəticə onu deməyə əsas verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə metro işçilərinin əməkhaqqısı 93,9 manat və ya 7,2% artıb.

  • Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları məhkəmədə açıqlayıb

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş Aprel döyüşləri ilə bağlı dövlət ittihamını müdafiə edən prokurorun suallarını cavablandırıb.

    O, həmin vaxt qondarma rejimin “müdafiə naziri” olduğunu, hadisə ilə bağlı Ermənistan silahlı qüvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki, hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”, – deyə o əlavə edib.
    Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu taşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.
    Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.
    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 12-də davam etdiriləcək.

  • Cəlilabadda toyda döyülən şəxs öldü

    Cəlilabad rayonunda iki gün əvvəl toyda döyülən şəxs ölüb. 

    Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib. 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda iki qardaş tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusubov xəstəxanaya hospitalizasiya olunub və ona ilkin tibbi yardım göstərilib.
    O, xəstəxanada qalmaqdan imtina edib. 
    Daha sonra səhhəti pisləşdiyi üçün bu gün yenidən xəstəxanaya yerləşdirilib və orada ölüb.
    Faktla bağlı araşdırma aparılır. (Report)

  • Ağdamda müəllim bıçaqlandı

    Ağdamda orta məktəb müəllimi bıçaqlanıb. 

    Sfera.az-ın məlumatına görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Nərimanov Əsəd Gülmalı oğlu mübahisə zamanı həmyerlisi Vasif Səfərov tərəfindən avtomobildə bıçaqlanıb.
    Ə.Nərimanov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Müayinə zamanı məlum olub ki, Ə.Nərimanov qarın boşluğundan, omba hissəsindən, başından və əllərindən xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilərək paytaxta yerləşən xəstəxanalardan birinə göndərilib.
    Qeyd edək ki, Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində bədən tərbiyəsi üzrə müəllim işləyir.
    Hadisənin baş vermə səbəbi məlum deyil.
    Faktla bağlı araşdırma davam etdirilir

  • Braziliya millisinin sabiq futbolçusu London klubundan ayrılıb

    Braziliya millisinin sabiq futbolçusu Villian İngiltərənin “Fulhem” klubundan ayrılıb.

    Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
    Onun bitən müqaviləsinin müddəti uzadılmayıb.
    Qeyd edək ki, 36 yaşlı vinger başa çatan mövsümdə London təmsilçisinin heyətində 12 matçda meydana çıxıb. 2022-2024-cü illər aralığında “Fulhem”də çıxış etmiş oyunçu cari ilin fevralında komandaya qayıtmışdı.
    Villian 2011-2019-cu illər aralığında Braziliya yığmasının formasını geyinib və 2019-cu ildə Amerika Kubokunun sahibi olub.
     
    ///report

  • DİM mübahisəli test tapşırıqları ilə bağlı MƏLUMAT YAYDI

     Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib. Görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb. Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:
     
    1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.
     
    AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.
    Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi
    Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi
    Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması
    F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi
    Hökumətin qanunverici səlahiyyətlərə malik olması
    MövzuAzərbaycan Xalq Cümhuriyyəti
    Sinif: 9, 11 – Azərbaycan tarixi
    Doğru cavab: 1,3,4
     
    2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda aşağıda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğundur.
     
    Mənbə:
     
    “1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”
     
    Tapşırıq:
     
    Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.
     
    MövzuDünya ölkələri II Dünya müharibəsindən sonra.
    Sinif: 9, 11 – Ümumi tarix
    İzah: 1. iqtisadi amil neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi;
    siyasi amil isə ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi idi.
     
    3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur.
     
    Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.

      Elm və mədəniyyət xadimi Fəaliyyəti
    1. Həsən bəy Rumlu XV əsrdə yaşamış məşhur tarixçi idi.
    2. İsgəndər bəy Münşi Şah I Abbasın hərbi yürüşlərində iştirak etmişdir.
    3. Məhəmməd Tahir Vahid Şah II Abbasın vəziri olmuşdur.
    4. Kəmaləddin Behzad Marağa rəsədxanasında astronom kimi fəaliyyət göstərmişdir.

    MövzuAzərbaycan mədəniyyəti
    Sinif: 8, 10 – Azərbaycan tarixi
    Doğru cavab: *