Month: June 2025

  • Türkiyədə 13 mərtəbəli binadakı yanğın nəticəsində üç nəfər ölüb – YENİLƏNİB

    Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli binada yanğın nəticəsində üç nəfər ölüb.

    Median.Az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən bildirilib.

    Qeyd olunub ki, ölənlərdən ikisi uşaqdır.

    Daha əvvəl 23 nəfərin tüstüdən zəhərləndiyi və onların xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı.

    * * * * *

    Türkiyənin Diyarbəkir şəhərində 13 mərtəbəli bina yanır.

    “Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Kayapımar rayonunda baş verir.

    Yanan binadan 38 nəfər təxliyə olunub. Onlardan biri körpədir. Təxliyə prosesi davam edir.

    Həmçinin tüstüdən zəhərlənən 23 nəfər xəstəxanaya yerləşdirilib.

    Hadisənin səbəbi məlum deyil.

  • “Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

    Azərbaycanda fəaliyyətə başlayan “Starlink Azerbaijan” MMC rəsmi olaraq uçota alınıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, şirkət 4 iyun tarixində qeydiyyata alınıb.

    Şirkətin müraciəti əsasında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçotun aparılmasını təmin edib.

    “Starlink” Azərbaycanda peyk üzərindən yüksək sürətli internet xidməti göstərəcək.

  • “Melissa Group”un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR

    Bakının Yasamal rayonu, Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi, 118B ünvanında yerləşən qalmaqallı mülkün sahibi ilə “Melissa Group” tikinti şirkəti arasında razılıq əldə olunub.

    Median.Az xəbər verir ki, bunu “Teleqraf”a açıqlamasında evin sahibi Həbib Hacıyevin vəkili Ülvi İsmayıllı deyib.

    Onun sözlərinə görə, tərəflər arasında danışıqlar olub, problemin sakit formada, sülhlə həllinə dair qarşılıqlı razılıq əldə edilib: “Artıq mübahisə bitib”.

    Vəkil bildirib ki, ev sahibi evin real ölçülərinə uyğun təzminat istəyib, şirkət isə sənədlərdəki ölçüyə uyğun məbləğ təklif etdiyi üçün məsələ bu yerə gəlib çatıb.

    “Ərazidəki 20 evdən 17-si sökülüb. Qalan üç evdən biri də budur. Qonşulara kvadratmetr üçün 1800 manat ödənilib. Biz də bu qiymətlə razıyıq. Sadəcə Həbib müəllimin evi sənəddə 480-500 kvadratmetr yazılıb, amma real ölçü 700 kvadratmetrdir. MTK kommersiya marağı güdüb tam məbləği vermirdi. İndi isə evin yekun qiyməti, yəni neçə kvadratmetrin əsas götürülməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunmaq üzrədir. Həbib müəllimə kompensasiya ödəniləcək və bununla da məsələ bitəcək”, – Ü.İsmayıllı vurğulayıb.

    O qeyd edib ki, qanunvericiliyə əsasən, əgər hər hansı bir kommersiya şirkəti vətəndaşın mülkiyyətini alırsa, real ölçünün dəyəri ödənilməlidir: “Dövlət ehtiyacları üçün mülklər alınanda isə onun dəyərini müvafiq icra hakimiyyəti müəyyənləşdirir. İndiki halda tərəflər yekun qiymətdə razılığa gələcəklər. Həbib müəllim çox dərinə getməyəcək. O da başa düşür ki, bu vacib məsələdir və razılığa gəlmək lazımdır. Həbib müəllimin istədiyi kompensasiya ödəniləcək”.

    Vəkil söyləyib ki, məhkəmə “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun ev dustaqlığına buraxılması məsələsinə baxanda buna etiraz etməyiblər: “Biz buna müsbət yanaşdıq, mübahisə açmadıq. Bu o deməkdir ki, biz heç kimin həbsdə qalmasını istəmirik və məsələnin danışıqlarla həll olunmasının tərəfdarıyıq”.

    Ü.İsmayıllı vurğulayıb ki, “Melissa Group”a daxil olan “FEBA MTK” Alatavadakı mülkün sahibi Həbib Hacıyevə qarşı qaldırdığı məhkəmə iddiasını da geri götürüb: “Məsələ bu hissədə də yekunlaşmaq üzrədir. Bizim isə məhkəmədə iddiamız yoxdur. “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov və şirkətin sürücüsü barədə cinayət işinə gəlincə, buna məhkəmə qiymət verəcək”.

    Beləliklə, Alatavadakı mülk mübahisəsi bitir. “Melissa Group” evin 700 kvadratmetr olduğunu qəbul etsə və hər kvadratmetr üçün 1800 manatdan ödəniş olsa, onda Həbib Hacıyev 1.260.000 manat kompensasiya alacaq.

    Əgər tərəflər 500 kvadratmetrlə razılaşsa, onda bu məbləğ 900.000 manat təşkil edəcək.

    Xatırladaq ki, hadisə martın 27-də baş verib. “Melissa Group” tikinti şirkətinin sürücüsü Qala Seymur oğlu Eynullayev idarə etdiyi ekskavatorla Həbib Hacıyevə məxsus evin şüşələrini sındırıb və mülkü sökmək istəyib. Bu zaman evdə adamlar olub. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayıldıqdan sonra hadisəni törədən şirkət haqqında cinayət işi açılıb və Q.Eynullayev saxlanılıb.

    Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov tutulub. Xətai Rayon Məhkəməsi onların hər ikisi barədə həbs qətimkan tədbiri seçib.

    Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Mayın 14-də Qalib Məmmədov ev dustaqlığına buraxılsa da, traktor sürücüsü hələ həbsdədir.

  • Полиция обнаружила около 2 кг героина в Насиминском районе Баку

    Сотрудники полиции продолжают борьбу с незаконным оборотом наркотических средств.

    Как сообщили в пресс-службе МВД, в ходе мероприятий, проведенных на территории Насиминского района столицы, в качестве подозреваемого был задержан 38-летний М. Гасанов, ранее судимый за преступления, связанные с наркотиками.

    У него было обнаружено и изъято около 2 килограммов героина.

    По факту проводится расследование.

  • Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarlayıb

    Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

    DİN-in Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.

    Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

    Araşdırma aparılır.

  • Пентагон испытал мощную авиабомбу для уничтожения крупных кораблей

    Американский стратегический стелс-бомбардировщик B-2 Spirit провел испытание мощной авиабомбы Quicksink, предназначенной для уничтожения крупных надводных кораблей противника.

    Об этом сообщило издание Newsweek, ссылаясь на ВВС США.

    “Мы создали новое оружие Quicksink, которое значительно повышает нашу способность поражать неподвижные или движущиеся корабли”, – заявил начальник штаба ВВС США генерал Дэвид Аллвин.

    “Американский бомбардировщик-невидимка недавно испытал “революционное” оружие, предназначенное для потопления военных кораблей на фоне быстрого наращивания военно-морских сил Китая, бросающего вызов Соединенным Штатам в Тихом океане. Новое оружие, известное как Quicksink, способно “быстро и эффективно” топить морские цели”, – сообщила в пресс-релизе Исследовательская лаборатория ВВС США.

    В настоящее время китайский военно-морской флот из 370 кораблей и подлодок превосходит по количеству состав ВМС США, указывает издание.

    Quicksink – это программа создания недорогой высокоточной авиабомбы, способной благодаря своим характеристикам, которые не раскрываются, гарантированно уничтожать большие боевые корабли. Тестирование авиабомбы, по данным Исследовательской лаборатории ВВС США, было проведено в конце апреля вблизи Флориды в Атлантике, а также в прошлом году на Тихом океане.

  • Pentaqon böyük gəmiləri məhv etmək üçün güclü aviabomba sınaqdan keçirib

    ABŞ-nin “B-2 Spirit” çətin müşahidə olunan bombardmançı təyyarəsi su səthində olan böyük düşmən gəmilərini məhv etmək üçün nəzərdə tutulmuş güclü “Quicksink” aviabombasını sınaqdan keçirib.

    Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinə istinadən “Newsweek” nəşri məlumat yayıb.

    “Hərəkətsiz və ya hərəkətdə olan gəmiləri vurmaq qabiliyyətimizi əhəmiyyətli dərəcədə yaxşılaşdıran yeni “Quicksink” silahını yaratdıq”, – ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Allvin bildirib.

    “Çinin Sakit okeanda ABŞ-yə meydan oxuyaraq dəniz donanmasını sürətlə böyütməsi fonunda Birləşmiş Ştatların “gözəgörünməz” bombardmançı təyyarəsi bu yaxınlarda döyüş gəmilərini batırmaq üçün nəzərdə tutulmuş “inqilabi” silahı sınaqdan keçirib. “Quicksink” kimi tanınan yeni silah dəniz hədəflərini tez və effektiv şəkildə batırmağa qadirdir”, – ABŞ Hərbi Hava Qüvvələri Araşdırma Laboratoriyasının press-relizində deyilir.

    Nəşr qeyd edir ki, hazırda Çin donanması 370 gəmi və sualtı qayıqla ABŞ Hərbi Dəniz Qüvvələrini üstələyir.

    “Quicksink” – açıqlanmayan xüsusiyyətləri sayəsində böyük döyüş gəmilərini məhv etməyə zəmanət verən aşağı qiymətli, dəqiqliklə idarə olunan bomba yaradılması proqramıdır. ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyasının məlumatına görə, bombanın sınağı aprelin sonunda Florida yaxınlığında Atlantik okeanında, həmçinin ötən il Sakit okeanda aparılıb.

  • Qurban bayramında toyuq, xoruz kəsmək olar?

    Sabah Qurban bayramıdır. Bir çox insan heyvan kəsməyə hazırlaşır.

    İnsanlar arasında bayramda xoruz, toyuq və digər quşlardan qurban kəsilməyin mümkün olub-olmadığı barədə müzakirələr aparılır.

    Toyuq, xoruz, yaxud quş kimi heyvanları qurban kəsilmək olarmı?

    Bu suala cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.

    Ekspert Bakuws-ə açıqlamasında bildirdi ki, İslamda toyuq, xoruz və digər quşları qurban kimi kəsmək, ümumilikdə Qurban bayramı və ya nəzir qurbanı məqsədilə caiz deyil:

    “Qurban yalnız Qurban bayramı günündə halal dördayaqlı heyvanlar – qoyun, inək, camış və dəvə – üçün keçərlidir. Baxmayaraq ki, toyuq və xoruz kəsilib yeyilə bilər, kiməsə ehsan da edilə bilər, lakin bu əməl qurban sayılmır”.

  • Yamalın dəyəri fantastik həddə çatdı

    Futbol aləmində gənc istedadların dəyərinin günü-gündən artdığı bir vaxtda, 17 yaşlı Lamin Yamalın qiyməti inanılmaz həddə çatıb.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) hesablamasına görə, “Barselona”nın gənc ulduzunun bazar dəyəri 400 milyon avronu keçib və o, dünyanın ən dəyərli futbolçusu olub.

    CIES Yamalın transfer dəyərini təxminən 402,3 milyon avro olaraq qiymətləndirir. 2024-cü ilin noyabrında 17 yaşı tamam olan Yamal cəmi 6 ay ərzində dəyərini 221,4 milyon avro artırmağı bacarıb.

    Yamalın ən yaxın izləyicisi 239,5 milyon avro dəyərindəki norveçli ulduz Erlinq Holanddır. Üçüncü yerdə isə “Real Madrid”in dəyəri 233,8 milyon avro olan gənc ulduzu Cud Bellinqem qərarlaşıb.

  • Lənkəranda piyadanı maşın vurdu

    Lənkəranda qəzada piyada xəsarət alıb.

    Median.Az-ın “Unikal”a istinadən məlumatına görə, hadisə Lənkəran şəhərinin “Qala Xiyabanı” ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili piyada olan 1995-ci il təvəllüdlü Gülbəniz Rasim qızı Ələkbərovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona sol üz və sol bud nahiyəsinin qapalı zədələnməsi diaqnozu qoyublar. Müalicəsi xəstəxanada davam etdirilir. 

    Faktla bağlı araşdırma aparılır.