Month: June 2025

  • Azərbaycanda zəlzələ olub

    Şamaxı rayonunun Pirqulu ərazisində yerli vaxtla saat 16:04-də zəlzələ qeydə alınıb.

    Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

    Bildirilib ki, zəlzələ episentrdə 3.1 bal gücündə olub.

  • Prezident TƏSDİQLƏDİ – Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək

    Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edib.

    Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

    Bundan başqa, dövlət başçısı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

  • İlham Əliyev Pakistanla sazişi TƏSDİQLƏDİ

    Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qeyd edək ki, saziş 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanıb.

  • “Şərurlu İsfəndiyar” barəsində 40-a yaxın məhkəmə işi var

    “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

    Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə İsfəndiyar Axundov da iştirak edib.

    Həmçinin həbsdə olan şikayətçi Emil Səməndərov da məhkəməyə gətirilib.

    Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, Binəqədi Rayon Məhkəməsində İsfəndiyar Axundov barəsində 40-a yaxın məhkəmə işi var:

    “Bu şikayətlər arasında təmin olunanlar və olunmayanlar da var. Məhkəmənin bunları nəzərə almağını xahiş edirəm”.

    Vəkil sözügedən məsələ ilə bağlı sənədləri məhkəməyə təqdim edib.

    Prosesdə Emil Səməndərov da ifadə verib. O, təqsirləndirilən şəxsin onun barəsində dedikləri sübuta yetirildiyi təqdirdə cəzalandırılmasını xahiş edib.

    İsfəndiyar Axundov şikayətçi Emil Səməndərova sual ünvanlayıb: “Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib 5 milyon manat təzminat istəyir?”

    Emil Səməndərov isə belə bir şikayətdən xəbərinin olmadığını söyləyib.

    Sonra vəkil Asim Abbasov Emil Səməndərov barəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan işlə bağlı məhkəmə protokollarının hazırda baxılan iş üzrə məhkəməyə təqdim edilməsi üçün vəsatət verib.

    O bildirib ki, “Şərur MTK” vətəndaşlardan evləri ucuz alaraq ikiqat bahasına satıb:

    “Hamı düşünür ki, İsfəndiyar Axundov xeyriyyə işi ilə məşğuldur. Lakin o, vətəndaşdan evi, məsələn, 50 min manata alıbsa, 100 min manata da satıb”.

    İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli etiraz edərək deyib ki, şikayətçi tərəf ittihamdan kənara çıxır:

    “Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi protokollarının bu işə aidiyyatı yoxdur”.

    Məhkəmə vəsatəti təmin etməyib.

    Daha sonra prosesdə Emil Səməndərovun təhqir olunduğu iddia edilən video nümayiş olunub.

    Hakim sözügedən materialda şikayətçinin təhqir olunduğunu müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı tərəflərin fikirlərini soruşub.

    Vəkil Asim Abbasov ekspertizanın keçirilməsinin vaxt itkisinə səbəb olacağını bildirərək buna ehtiyac duyulmadığını deyib.

    İsfəndiyar Axundovun vəkili Ülvi Nəsibli də qarşı tərəflə eyni fikri səsləndirib. O da sözügedən ekspertizaya ehtiyac olmadığını bildirib:

    “İsfəndiyar Axundov müsahibəsində Emil Səməndərova qarşı dələduz ifadəsi işlətməyib. Ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. Müvəkkilim tanınmış şəxsdir. Qarşı tərəf müəyyən təminatlar əldə etmək üçün onun barəsində xüsusi ittiham qaydasında şikayət edib”.

    Tərəflər linqvistik ekspertizanın keçirilməsi ilə razılaşmasa da, məhkəmə sözügedən ekspertizanın keçirilməsi ilə bağlı qərar verib. Buna görə də proses qeyri-müəyyən vaxta təxirə salınıb.

    Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016 MTK”nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

    Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

    O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.

    ///report

  • SMS-lərdəki şübhəli keçidlərə daxil olmayın!

    İyunun 4-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 7000, 881, 464, 354, 300, 170, 100, 100, 70, 70 və 68 manat kimi rəqəmlər qeydə alınıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır.

    Bildirilib ki, bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.

    DİN vətəndaşları bir daha xəbərdar edir ki:

    – Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun;

    – SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın;

    – Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

    Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

  • Pop kraliçadan “Abrakadabra” – FOTO / VİDEO

    Hər layihəsi ilə şou gündəmini silkələməyi bacaran Xalq artisti Aygün Kazımova çoxdan gözlənilən səs-küylü işini sevənlərinin ixtiyarına verib.

    Pop kraliça “Abrakadabra” adlı mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

    Ölkənin əsas ulduzu bu layihəsi üçün də qardaş ölkə Türkiyəyə üz tutub. Diva “Abrakadabra” klipini də son mahnılarına ekran həyatı verən Selim Akara həvalə edib.

    Mahnının musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) məxsusdur.

    Rəngarəng, cəlbedici və vizual baxımdan olduqca zəngin olan ekran işində Aygün Kazımova 6 parlaq və diqqətçəkən obrazda görünüb. Obrazlar üzərində türkiyəli məşhurlar Ajda Pekkan, Hadise, Bülent Ersoyla çalışan komanda – Burcu Sedef, Erdal Güvenç, Berker Kuşku işləyib.0

    Obrazdan-obraza girən ölkənin əsas ulduzu – hindli, yapon qadın və zebra tərzi ilə diqqət çəkib. Aygün Kazımovanı ekran işində Türkiyənin peşəkar rəqqas qrupu müşayiət edib. Layihənin rəhbəri Rüfət İsmayıldır.




  • Bu şəxslərin maaşları artacaq – Saatlıq əməkhaqqı…

    Saatlıq əməkhaqqı sisteminin tətbiqi, eyni dəyərli əməyə görə bərabər maaşın ödənilməsi sistemlərinə keçid üçün “Əmək Məcəlləsinə” ediləcək dəyişiklik hökumətdə razılaşdırılmaq məqsədi ilə Nazirlər Kabinetinə təqdim olunub.

    Saatlıq əməkhaqqı mexanizminin tətbiqi vətəndaşlara nə vəd edir?

    Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bununla bağlı öz fikirlərini paylaşıb:

    “Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər.

    Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər. Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və bunun özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin. Bu baxımdan yeni mexanizmin tətbiq edilməsi əməkhaqlarının artırılmasına gətirib çıxara bilər.

    Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son mərhələ razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir”.

  • Sabah Bakıda leysan yağacaq, şimşək çağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında iyunun 6-sı səhərdən 7-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

  • В Бабекскую центральную районную больницу назначен главврач

    В Бабекскую центральную районную больницу (ЦРБ) Нахчыванской Автономной Республики (НАР) назначен главный врач.

    Об этом сообщили в Министерстве здравоохранения НАР.

    Согласно соответствующему приказу министра здравоохранения Нахчыванской АР Самига Садыхова, Султан Мирзалиев назначен на должность главного врача Бабекской ЦРБ.

    Сегодня он был представлен коллективу.

  • Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim TƏYİN EDİLDİ

    Naxçıvan Muxtar Respublikası (MR) Babək Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub.

    Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan MR səhiyyə naziri Samiq Sadıxovun müvafiq əmrinə əsasən, Sultan Mirzəliyev Babək Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

    O, bu gün kollektivə təqdim edilib.