Month: June 2025

  • DİM mübahisəli test tapşırıqları ilə bağlı MƏLUMAT YAYDI

     Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib. Görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb. Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:
     
    1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.
     
    AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.
    Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi
    Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi
    Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması
    F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi
    Hökumətin qanunverici səlahiyyətlərə malik olması
    MövzuAzərbaycan Xalq Cümhuriyyəti
    Sinif: 9, 11 – Azərbaycan tarixi
    Doğru cavab: 1,3,4
     
    2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda aşağıda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğundur.
     
    Mənbə:
     
    “1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”
     
    Tapşırıq:
     
    Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.
     
    MövzuDünya ölkələri II Dünya müharibəsindən sonra.
    Sinif: 9, 11 – Ümumi tarix
    İzah: 1. iqtisadi amil neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi;
    siyasi amil isə ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi idi.
     
    3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur.
     
    Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.

      Elm və mədəniyyət xadimi Fəaliyyəti
    1. Həsən bəy Rumlu XV əsrdə yaşamış məşhur tarixçi idi.
    2. İsgəndər bəy Münşi Şah I Abbasın hərbi yürüşlərində iştirak etmişdir.
    3. Məhəmməd Tahir Vahid Şah II Abbasın vəziri olmuşdur.
    4. Kəmaləddin Behzad Marağa rəsədxanasında astronom kimi fəaliyyət göstərmişdir.

    MövzuAzərbaycan mədəniyyəti
    Sinif: 8, 10 – Azərbaycan tarixi
    Doğru cavab: *

  • Ağdamda müəllim bıçaqlanıb

    Ağdamda bıçaqlanma hadisəsi baş verib.

    Apa-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb.

    Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib.
    Xəsarət aln Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir.

    Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

    Faktla bağlı araşdırma gedir.

  • Bakıda 2 kq heroin aşkarlanıb

    Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

    DİN-dən apa-ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

    Araşdırma aparılır.

  • В Украине не планируют снижение мобилизационного возраста

    В Украине не планируют снижение мобилизационного возраста до 18 лет.

    Как передает Median.Az со ссылкой на Интерфакс-Украина, об этом заявил председатель Верховной Рады Руслан Стефанчук.
    “Что касается законопроекта, связанного с мобилизацией с 18 лет, такого законопроекта в Верховной Раде нет и не планируется, насколько я знаю, ни вноситься, ни рассматриваться”, – сказал Стефанчук на брифинге в четверг.
    Он напомнил, что Верховная Рада снизила мобилизационный возраст с 27 до 25 лет.
    “Мы создали особые условия, контракт для тех (от 18 до 25 лет), кто хочет добровольно <…> Других инициатив пока не планируется в Верховной Раде”, – отметил Стефанчук.

  • Ukraynada səfərbərlik yaşının azaldılması planlaşdırılmır

    Ukraynada səfərbərlik yaşının 18 yaşa qədər azaldılması planlaşdırılmır.

    Bunu Ali Radanın sədri Ruslan Stefançuk bildirib.
    “18 yaşdan səfərbərliklə bağlı qanun layihəsinə gəlincə, Ali Radada belə bir qanun layihəsi yoxdur və bildiyim qədəri ilə nə təqdim edilməsi, nə də baxılması planlaşdırılır”, – o, bu gün brifinqdə bildirib.
    Sədr Ali Radanın səfərbərlik yaşını 27 yaşdan 25 yaşa endirdiyini xatırladıb.
    “Biz könüllülər (18-25 yaş arası) üçün xüsusi şərtlər yaratdıq. Ali Radada hələlik başqa təşəbbüslər planlaşdırılmır”, – Stefançuk qeyd edib.

  • Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib

    Cəlilabadda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Aparılan növbəti profilaktiki tədbirlər nəticəsində 10 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Çin və ABŞ liderləri arasında telefon danışığı olub

    Çin və ABŞ liderləri Si Cinpin və Donald Tramp telefon danışığı aparıblar.

     
    Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
    Bildirilib ki, söhbət Ağ Ev rəhbərinin təşəbbüsü ilə baş tutub.
    Daha əvvəl Ağ Evdən bildirilib ki, iki ölkənin liderləri tarif sazişini və digər ticarət məsələlərini müzakirə edəcəklər.

  • Nihad Aslanova görə hüquq-mühafizə orqanlarına müraciət ediləcək

    Səhiyyə Nazirliyinin “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında “Mayomed” özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb.

    Bu barədə AEM-dən məlumat verilib.
    Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub. Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib.
    Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
    Qeyd edək ki, iddiaya görə, özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanov Bakıda yerləşən “MayoMed” klinikasında çalışır, amma onun tibb sahəsi üzrə heç bir təhsili yoxdur.

  • Prokuror Oleq Bakinskiyə həbs cəzası tələb etdi

    Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
     
    Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda ittiham tərəfi çıxış edib.
     
    Prokuror deyib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.
     
    Bu əsasla müttəhimlərin hər ikisinə sanksiya həddində cəza təyin edilməlidir. Konkret olaraq Oleq Bakinskinin (Krapivin) xuliqanlıq maddəsi ilə 3 il, Kuçer Konstantin Antonoviçin isə xuliqanlıqla yanaşı, xüsusilə külli miqdarda dələduzluq əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
     
    Tələbə əsasən, bir neçə gün əvvəl ev dustaqlığına buraxılmış Bakinskinin yenidən həbs olunmalıdır. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. İttihama görə, təqsirləndirilən şəxslər Bakıdakı ofislərdən birində Zaxarenkov Valeriy Nikolayeviçə xəsarət yetiriblər. Kuçer Konstantin həmçinin “Avıazapçast” ASC və “Promyshlenye Postavkı Kazakhstan” MMC-yə qarşı dələduzluq əməllərində ittiham olunur.//sfera.az

  • Saleh Məmmədov direktoru vəzifəsindən AZAD ETDİ

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İmişli 6 saylı “Magistral Yolların İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Zülfüqar Xəlilov işdən çıxarılıb.
     
    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun əmri ilə Zülfüqar Qarakişi oğlu Xəlilov vəzifəsindən azad edilib.
     
    Saleh Məmmədovun digər əmri ilə MMC-nin direktoru vəzifəsinə Əflatun Xanoğlan oğlu Feyzullayev təyin olunub.
     
    Qeyd edək ki, 6 saylı “Magistral Yolların İstismarı” MMC-nin uzun illər direktoru vəzifəsində Şükür Astanov işləyib. O, İmişli rayonunda “Orion-E” MMC və digər şirkətlər təsis edərək biznes fəaliyyəti ilə də məşğul olub. İşdən çıxarılan Zülfüqar Xəlilov da “Orion-E” MMC-nin direktoru vəzifəsində işləyib və rayonda Şükür Astanovun yaxın adamı kimi tanınıb.