Month: June 2025

  • Azərbaycanda DƏHŞƏTLİ QƏZA – Dörd nəfər ÖLDÜ (Yenilənib)

    İyun ayının 5-də saat 03 radələrində Qazax rayonu, Abbasbəyli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ilkin araşdırmalara əsasən, BMW markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı divara dəyib.

    Nəticədə nəqliyyat vasitəsində olan dörd nəfər – 28 yaşlı Ramal Vəliyev (sürücü), 25 yaşlı Zaur Əhmədov, 28 yaşlı Rafət Nəbiyev və 21 yaşlı Göyüş Nəbiyev hadisə yerində həyatlarını itiriblər.

    Faktla bağlı Qazax Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Qəzanın başvermə səbəblərinin araşdırılması məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.

    * * * * *

    Qazaxda yol-nəqliyyat hadisəsində ölən dörd nəfərin meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonunun Abbasbəyli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili yol kənarındakı tikiliyə çırpılıb və 4 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan dörd nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    * * * * *

    Qazax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Abbasbəyli kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan BMW markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yol kənarındakı divara çırpıb.

    Nəticədə avtomobildə olan dörd nəfər hadisə yerindəcə həyatını itirib.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, ölən şəxslər, Fərəhli kənd sakinləri – avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyevdir.

    Faktla bağlı araşdırma aparılır.

  • Турецкий клуб расстался с азербайджанским футболистом

    Азербайджанский футболист Вюсал Искендерли покинул турецкий клуб “Болуспор”.

    Полузащитник сообщил об этом в своем аккаунте в соцсети.

    “Спасибо за все, “Болуспор”, – написал он, намекая на уход.

    Отметим, что 29-летний футболист выступал за “Болуспор” с 2024 года.

  • Türkiyə klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı

    Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyə təmsilçisi “Boluspor”dan ayrılıb.

    Bu barədə yarımmüdafiəçi sosial şəbəkə hesabında bildirib.

    O, paylaşımında “hər şey üçün təşəkkürlər, “Boluspor” sözlərini yazaraq ayrılığa işarə edib.

    Qeyd edək ki, 29 yaşlı futbolçu 2024-cü ildən “Boluspor”da çıxış edirdi.

  • Пропавший в Лерике мужчина был застрелен: подозреваемый в убийстве – ветеран войны

    В Лерикском районе найдено тело пропавшего ранее мужчины. В убийстве подозревается участник второй Карабахской войны.

    1 июня в Лерикском районе пропал без вести 35-летний Шахин Шарифов. Его тело с огнестрельными ранениями было обнаружено на берегу реки в селе Монидигях.

    В ходе совместных оперативно-следственных мероприятий полиции и прокуратуры по подозрению в совершении преступления был задержан и арестован 34-летний житель Лерика, ветеран второй Карабахской войны Эльшан Агаев.

    При обыске в доме подозреваемого был изъят пистолет Макарова с удаленным серийным номером, магазин и 159 патронов.

    По данному факту возбуждено уголовное дело, ведется расследование.

  • İtkin düşən Şahin amansızlıqla öldürülübmüş – Şübhəli bilinən şəxs Vətən müharibəsi qazisidir

    Lerik rayonunda itkin düşən şəxsin meyiti tapılıb, qətldə 2-ci Qarabağ müharibəsi iştirakçısı şübhəli bilinir.

    İyunun 1-də Lerik rayonunda itkin düşən 35 yaşlı Şahin Şərifovun xüsusi amansızlığa məruz qalan, baş və bədənində güllə yarası olan meyiti rayonun Monidigah kəndinin ərazisində, çayın kənarında aşkarlanıb.

    Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Lerik rayon sakini, müharibə veteranı 34 yaşlı Elşən Ağayev saxlanılaraq həbs edilib.

    Qazinin yaşadığı evdən cinayətdə istifadə olunan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 159 ədəd patron aşkarlanaraq götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin istintaqı aparılır.

  • В Баку продолжается суд по делу обвиняемых в военных и других тяжких преступлениях

    В Бакинском судебном комплексе проходит судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в военных и других тяжких преступлениях.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • İşəgötürən işçini cərimələyə bilərmi?

    Əmək münasibətləri çərçivəsində işəgötürənlə işçi arasında hüquq və vəzifələr qarşılıqlı şəkildə müəyyən olunur. Lakin bəzən işçinin vəzifə borcunu yerinə yetirməməsi və ya daxili intizam qaydalarını pozması hallarında işəgötürən müəyyən tədbirlər görmək istəyə bilər.

    Bu zaman ortaya çıxan əsas suallardan biri budur: İşə gecikdikdə, verilən tapşırığı yerinə yetirmədikdə və ya iş yerində hər hansı digər səhlənkarlığa yol verildikdə işəgötürən işçini cərimələyə bilərmi?

    Vəkil Vamiq Şükürov suala aydınlıq gətirib.

    “Qanunvericiliyə əsasən, işçinin əmək haqqısında cərimə tutulması üçün işçi ilə işəgötürən arasında kollektiv müqavilə bağlanmalıdır və kollektiv müqavilədə işçilərin əmək haqqından cərimələrin tutulması qaydası göstərilməlidir. Məsələn, işçi işə gecikdikdə cərimə hansı formada tutulmalıdır, nə qədər faizlə tutulmalıdır göstərilməlidir və s. qeyd olunmalıdır”, – deyə Ş. Vamiq bildirib.

    Vəkil eyni zamanda qey edib ki, kollektiv müqavilədə cərimələr nəzərdə tutulmadıqda və bu cərimələr minimum əmək haqqının beşdə birindən çoxdursa, işçinin əmək haqqından cərimə tutula bilməz.
    //e-huquq.az

  • Bu şəxslər hərbi xidmətə çağırılır? – AÇIQLAMA

    Bəzi vətəndaşlar Azərbaycanda və yaxud xaricdə qiyabi formada ali təhsil alırlar. Əksəriyyətin bildiyi kimi, əyani təhsil alanlara əsgərlikdən möhlət verilir. Lakin bu məsələdə qiyabi təhsil alanların vəziyyəti bəzən sual doğurur. Maraqlıdır, bu möhlət hüququ qiyabi təhsil alanlar üçün də keçərlidir?

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, təhsilin ölkə daxilində və ya xaricində alınmasından asılı olmayaraq, əgər təhsil forması qiyabidirsə, həmin şəxslərə müddətli həqiqi hərbi xidmətdən möhlət verilmir.
    Möhlət hüququ yalnız əyani təhsil alanlara şamil olunur.

  • Millimiz Belarusa uduzdu

    21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.

    Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə üz-üzə gəlib.
    Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.
    Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.