Month: June 2025

  • Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşüb

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələrin (Şimali Baltik Səkkizliyi ölkələri, NB8) nümayəndələri ilə görüşüb.

    O, bu barədə “X” hesabında paylaşım edib.

    “Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq var”, – o bildirib.

  • СК Армении возбудил дело после того, как житель села Тех направил пистолет на азербайджанский блокпост

    Следственный комитет Армении возбудил уголовное дело после того, как у приграничного села Тех в Сюнике житель Эчмиадзина направил пистолет в сторону находящегося неподалеку азербайджанского блокпоста.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, на основании сообщения полиции в Сюникском областном управлении СК возбуждено уголовное дело.

    Сообщается, что никто не задержан. Ведется предварительное следствие.

    По данным СМИ, что по данному факту были задержаны и доставлены в полицию трое.

  • Ermənistanda Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açılıb

    Ermənistanın İstintaq Komitəsi Sünikdəki sərhəd Texin kəndi yaxınlığında Azərbaycan postuna tapança tuşlayan şəxsə qarşı cinayət işi açıb.

    Median.Az -ın erməni mediasına istinadən məlumatına görə, heç kim saxlanılmayıb və hazırda istintaq aparılır.

    Ermənistan KİV-in məlumatına görə isə bu faktla bağlı üç nəfər saxlanılıb və polisə aparılıb.

  • Güclü yağış Ordubadda fəsadlar törədib, qaya parçaları yola tökülüb

    Güclü yağış Ordubad rayonunda ciddi fəsadlar törədib.

    Bu gün Ordubad rayonuna yağan güclü yağış nəticəsində Tivi kənd avtomobil yoluna sel gəlib.

    Sel sularının yolları yuması və özü ilə bərabər lil, qaya parçaları gətirərək yolun hərəkət hissəsini doldurması nəticəsində bəzi hissələr yararsız hala düşüb.

    Nəticədə Tivi kəndi ilə qonşu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi müvəqqəti olaraq dayandırılıb.

    Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları əraziyə cəlb edilib. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasiləsizliyi təmin olunub, torpaq və daş kütləsi yoldan təmizlənib.

    Hazırda yolun zədələnmiş hissəsində bərpa və möhkəmləndirmə işləri görülür.

  • Трое иностранцев выдворены из Азербайджана за организацию незаконных религиозных собраний

    Служба госбезопасности и Государственная миграционная служба Азербайджана провели совместную операцию по пресечению незаконной религиозной пропагандистской деятельности иностранных граждан на территории страны.

    Об этом говорится в совместном заявлении ведомств.

    В результате мероприятий были выявлены трое иностранцев, являющихся членами зарубежного религиозного центра, которые активно распространяли идеи нетрадиционных религиозных течений, организовывали незаконные закрытые религиозные собрания и обряды.

    Нарушителями оказались Шейх Мухаммад Ханиф (1968 года рождения), Карим Бух (1981 года рождения) и Чанна Тадж Мухаммад (1968 года рождения). Их действия противоречили требованиям Закона Азербайджанской Республики “О свободе вероисповедания”. На основании собранных материалов, подтверждающих незаконную религиозную деятельность, все трое иностранных граждан были выдворены из страны в соответствии со статьей 79.1.2 Миграционного Кодекса Азербайджанской Республики.

  • Azərbaycanda qanunsuz dini yığıncaqlar təşkil edən əcnəbilər ölkədən çıxarılıb

    Qanunsuz dini təbliğat fəaliyyətini təşkil edən əcnəbilər barədə hüquqi tədbirlər görülüb.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

    Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisində qanunvericiliyin tələblərini pozaraq dini təbliğat işi aparmaları ilə bağlı daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidməti birgə tədbir həyata keçiriblər.

    Tədbirlər nəticəsində başqa dövlətin ərazisində yerləşən dini mərkəzin üzvləri olan əcnəbilər – 1968-ci il təvəllüdlü Şeyx Məhəmməd Hənif (Shaikh Muhammad Hanif), 1981-ci il təvəllüdlü Kərim Bux (Kareem Bux) və 1968-ci il təvəllüdlü Çanna Tac Məhəmmədin (Channa Taj Muhammad) Azərbaycanda qeyri-ənənəvi dini cərəyana aid ideyaların təbliği istiqamətində fəaliyyət göstərmələri, qanunsuz qapalı dini yığıncaqlar və dini ayinlərin icrasını təşkil etmələri təsbit olunub.

    Toplanmış materiallar əsasında, adları qeyd olunan xarici ölkə vətəndaşlarının “Dini etiqad azadlığı haqqında” Azərbaycanın Qanununun tələblərinə zidd fəaliyyət göstərmələri müəyyənləşdirilərək onların bu əməllərinin qarşısı alınmış və həmin şəxslər AR Miqrasiya Məcəlləsinin 79.1.2 maddəsinə əsasən ölkə hüdudlarından kənara çıxarılıb.

  • İran vətəndaşının göstərişi ilə Bakıya narkotik gətirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

    Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə narkotiklərin ölkə daxilində yayılmasının qarşısı alınıb.

    Bu barədə DİN-dən məlumat verilib.

    Bildirilib ki, Qaradağ və Nərimanov rayonlarında keçirilmiş əməliyyat zamanı əvvəllər məhkum olunmuş Orxan Kazımov (32 yaş) və Sadıq Musayev (31 yaş) saxlanılıblar. Onlardan 10 kiloqrama yaxın tiryək, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

    Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılanlar narkotik vasitələri sosial şəbəkələr üzərindən əlaqə saxladıqları İran vətəndaşlarının göstərişləri ilə Astara və Lənkərandan paytaxta gətiriblər.

    Fakt üzrə cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyatlar davam etdirilir.

  • МИД: 13 граждан Азербайджана репатриированы из Сирии

    МИД Азербайджана сообщил о репатриации 13 азербайджанских граждан из Сирии.

    Как сообщает Median.Az со ссылкой на МИД, процесс репатриации был осуществлен 3 июня.

    По данным ведомства, посольство Азербайджана в Турции провело соответствующую координационную работу, обеспечив граждан свидетельствами о возвращении в Азербайджан и авиабилетами.

    Предусматривается осуществление соответствующих мер по социальной реабилитации и реинтеграции репатриантов в общество.

    “Правительство Азербайджана продолжит принимать необходимые меры для репатриации граждан Азербайджана, ставших жертвами вооруженного конфликта на территории иностранных государств”, – подчеркивает МИД.

  • Suriyaya gedən 13 azərbaycanlı ölkəyə gətirilib

    Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 3 iyun 2025-ci il tarixində Suriya Ərəb Respublikasına getmiş 13 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Bildirilib ki, ilk növbədə, repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

    İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

    Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.

    Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    “Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək”, – məlumatda vurğulanıb.

  • В Ханкенди прошла ярмарка труда

    В Ханкенди состоялась очередная ярмарка труда, организованная Государственным агентством занятости.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения.

    На ярмарке были представлены вакансии бухгалтеров, трактористов, ветеринаров, слесарей-ремонтников, механиков и другие вакансии в Ходжалинском районе.

    Жителям, принявшим участие в мероприятии, была предоставлена информация о вакансиях и трудовых обязанностях, а также проведена регистрация кандидатов, соответствующих вакансиям.