Month: June 2025

  • 14 min tələbənin universitetdən uzaqlaşdırılması: “Bu, acınacaqlı və narahatedici haldır”

    Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent 12” jurnalında yer alan məlumata görə, ötən il 14 minə yaxın tələbə müxtəlif səbəblərdən təhsil aldığı ali təhsil müəssisəsindən uzaqlaşdırılıb. Onlardan 10 min 746 nəfəri təhsil haqqını ödəyə bilmədiyi, dərs buraxdığı və ya şəxsi xahişi ilə təhsildən imtina etdiyi üçün universitetlə yollarını ayırıb.

    Təhsil eksperti Elmin Nuri bu məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verib. O, tələbələrin universitetdən uzaqlaşdırılmasını ciddi sosial və psixoloji problem kimi dəyərləndirib:
    “14 minə yaxın tələbənin ali təhsil müəssisəsindən uzaqlaşdırılması ən böyük problemlərdən biridir. Tələbənin universitetdən uzaqlaşdırılması arzuolunan hal deyil, bu, ailə üçün həm maddi, həm də mənəvi cəhətdən ağır nəticələrə səbəb ola bilər. Bu vəziyyəti travma kimi dəyərləndirmək də mümkündür”.
    Ekspert bildirib ki, təhsildən ayrılan tələbələr arasında sevdiyi ixtisasdan imtina etmək məcburiyyətində qalanlar da var:
    “Bəlkə də bu 14 min tələbənin uğuru elə ali təhsillərini yarımçıq qoymalarındadır. Əmin olun ki, bu fikrimdə səmimiyəm. Təbii ki, sevdiyi ixtisasdan ayrılaraq universiteti tərk edənlər də var. Onlar oxuduqları sahədə özlərini xoşbəxt hiss etmirlər və bu ixtisasla əmək bazarında özlərini realizə edə bilməyəcəklərini düşünürlər. Hər gün dərsə getmək, imtahanlara girmək, seminarlarda iştirak etmək tələbəni düşündürür: “Bunlar mənə lazımdırmı? Niyə bu ixtisası oxuyuram?” Bu suallar insanı tükəndirir. Hər bir insan həyatında şəxsi inqilab etməlidir. Əgər bir şəxs hədəfinə çatmaq istəyirsə, bu addımı atmalıdır”.

    Elmin Nuri qeyd edib ki, tələbə təhsil aldığı ixtisasda və ya universitetdə xoşbəxt deyilsə, orada qalmaq əvəzinə, başqa yollar axtarmalıdır:

    “Tələbələrin əksəriyyəti imtahanlardan kəsilir. Bunun əsas səbəbi isə həmin ixtisası istəməmələridir. İnsan özünü istəmədiyi bir sahədə görəndə marağını və motivasiyasını itirir. Bu səbəbdən kursdan-kursa keçə bilmir. Ali təhsili yarımçıq qoyan tələbələr bunu özlərinə faciə kimi qəbul etməməlidirlər. Bəli, itirilən illər, çəkilən zəhmət, oğlanlar üçün hərbi xidmət məsələsi var. Amma bütün bir həyatı və karyeranı itirməkdənsə, 3-6 ay itkini problem kimi görməmək daha doğrudur. Bu gün universitetdən qovulmasını faciə kimi qəbul edən tələbələr gələcəkdə bəlkə də bunu həyatlarının dönüş nöqtəsi və uğuru kimi dəyərləndirəcəklər”.
    Ekspert ali təhsildən uzaqlaşdırılan tələbələrin peşə təhsilinə yönəlməsini tövsiyə edir:
    “Çox yaxşı olar ki, tələbələr bir gün özlərinə ağlasınlar. Bu gün peşə təhsilimizdə 110-dan çox ixtisas mövcuddur və onların hər biri əmək bazarında keçərlidir. Təəssüf ki, eyni fikri ali məktəblərdəki bir çox ixtisaslar üçün demək olmur. Məsələnin digər tərəfi də ödəniş məsələsidir. Mənim də ətrafımda belə insanlar var ki, ya kəsirdən doğan əlavə xərcləri, ya da illik təhsil haqqını ödəyə bilmədikləri üçün təhsildən uzaqlaşdırılıblar. Bu, xüsusilə özəl universitetlərdə daha çox rast gəlinir. Dövlət ali məktəblərində də bu hallara rast gəlmək mümkündür”.
    Elmin Nuri əlavə edib ki, hazırda Azərbaycanda Boloniya sistemi tətbiq edilir və bu sistemə əsasən, tələbə akademik borca görə universitetdən birdəfəlik uzaqlaşdırılmır:
    “Bu sistemdə tələbə kəsirə və akademik borca görə təhsilini müvəqqəti dondura, daha sonra kreditlərini ödəyərək təhsilini bərpa edə bilər. Hətta müəllimlərdən biri belə bir fakt qeyd etdi ki, 14 ildən sonra bir tələbə ali məktəbdəki təhsilini bərpa edib, çünki adı sistemdə qalırdı”.
    Ekspertin fikrincə, tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən uzaqlaşdırılması prinsipi aradan qaldırılmalıdır:
    “Əgər ali təhsil hər kəs üçün əlçatan olmalıdırsa, bu cür maliyyə baryerləri aradan qaldırılmalı, tələbənin sosial rifahı və psixoloji vəziyyəti nəzərə alınmalıdır”.

  • Avtohissələrin istehsalı Avropada dayanır: Səbəb Çinlə bağlıdır

    Bəzi Avropa avtohissə zavodları istehsalı dayandırıb. Buna səbəb Çin Xalq Respublikasının həyati əhəmiyyətli nadir torpaq elementlərinin ixracına tətbiq etdiyi məhdudiyyətlərdir. 

    Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
    Çinin geniş çeşiddə nadir torpaq elementlərinin ixracını dayandırmaq qərarı təchizat zəncirlərinin pozulmasına səbəb olub. Bu vəziyyət avtomobil istehsalçıları, aerokosmik sənaye müəssisələri, hərbi podratçılar və yarımkeçirici istehsalı ilə məşğul olan şirkətlərə mənfi təsir göstərib.
    Hazırkı vəziyyət bir daha Çinin yaşıl enerjiyə keçid üçün vacib olan bu minerallar üzrə qlobal dominantasını və bunun Pekin üçün ABŞ-la ticarət müharibəsində təsir vasitəsi rolunu nümayiş etdirir.
    Dünyada nadir torpaq elementlərinin təxminən 90%-i Çində istehsal olunur. Bu, Qərb ölkələrini narahat edir. Avropa Komissiyasının sənaye strategiyası üzrə komissarı Stefan Sejourne bildirib:
    “Biz bütün ölkələrdən, xüsusilə də Çin kimi bəzi ölkələrdən asılılığımızı azaltmalıyıq. Çinlə bağlı asılılığımız bəzi hallarda 100%-i ötür”.
    “Mercedes-Benz” daha əvvəl bildirmişdi ki, şirkət mümkün təchizat kəsintilərinə qarşı nadir torpaq elementlərinin ehtiyatlarını yaratmaq məqsədilə əsas təchizatçılarla danışıqlar aparır.
    BMW isə bəyan edib ki, təchizat zəncirinin bir hissəsi çatışmazlıqdan təsirlənsə də, şirkətin zavodları adi rejimdə fəaliyyətini davam etdirir.
    CLEPA-nın açıqlamasına əsasən, nadir torpaq elementlərinin tükənməsi səbəbindən bəzi istehsal xətləri artıq dayandırılıb. Məlumata görə, aprelin əvvəlindən bəri avtokomponent təchizatçıları tərəfindən yüzlərlə ixrac lisenziyası üçün müraciət edilib, lakin yalnız dörddə biri təsdiqlənib. Bəzi müraciətlər isə “xüsusi prosedur səbəbləri ilə” rədd edilib.
    CLEPA mütəxəssisləri xəbərdarlıq edir ki, vəziyyət dəyişməzsə, yaxın həftələrdə daha çox istehsal xətti dayana bilər.
    Nadir torpaq metallarının qıtlığı
    May ayında xəbər verilmişdi ki, Çin nadir torpaq metallarının çatışmazlığı qlobal ticarəti təhlükə altına qoyur. Təchizat zəncirləri, Çin Xalq Respublikasında lisenziyaların verilmə tempinin ləngiməsi fonunda risk altına düşüb.
    Ekspertlər qeyd edir ki, Çində lisenziyaları təqdim edən bürokratik sistem artan müraciət yükü qarşısında iflic ola bilər.
    Xatırladaq ki, ABŞ daha əvvəl Çinə qarşı yüksək rüsumlar tətbiq etmişdi. Pekin isə cavab olaraq nadir torpaq metallarının ixracına məhdudiyyətlər qoyub. Bu metallar smartfonlardan tutmuş qırıcı təyyarələrə qədər geniş məhsul çeşidinin istehsalı üçün vacibdir.

    //qaynar.az

  • Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

    İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
    İran Prezidenti dövlətimizin başçısını, qardaş və dost Azərbaycan xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, xalqımıza rifah və tərəqqi arzulayıb.
    Prezident İlham Əliyev də öz növbəsində İran Prezidentini, qardaş və dost İran xalqını qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, firavanlıq və tərəqqi arzularını çatdırıb.
    Məsud Pezeşkian ölkəmizə rəsmi səfərini, səfər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılan səmərəli müzakirələri məmnunluqla xatırlayıb.
    Azərbaycan Prezidenti də səfər zamanı aparılan müzakirələri yüksək qiymətləndirib.
    Telefon danışığı əsnasında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin sayının artırılması qeyd edilib, bunun xalqlarımız arasında təmasların artmasına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
    Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.
    Telefon söhbəti zamanı dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlərə də dair fikir mübadiləsi aparıblar.

  • Gəncədə işə düzəltmə və təqaüd dələduzluğu

    Dələduzluq cinayəti ilə bağlı daha bir məhkəmə istintaqı sona çatıb.

    Cinayət hadisəsi Gəncə şəhərində baş verib.

    Elşad adlı şəxs vətəndaşları işə düzəltəmək və təqaüdlərin bərpa edilməsi adı ilə aldadıb.

    İttiham aktına görə, təqsirləndirilən şəxs zərərçəkmişlərdən birinə onu Gəncə Şəhər Nizami Rayon Məhkəməsində operator vəzifəsinə düzəldəcəyini deyərək bunun müqabilində 4500 manat alıb.

    Bundan başqa, Elşad daha 9 nəfərə qarşı təqaüdlərin bərpası adı ilə dələduzluq əməli törədib. O, zərərçəkmişlərdən toplam olaraq 38 050 manat pul alıb.

    Verdiyi vədi yerinə yetirmədiyinə görə zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət edib. Elşad saxlanılıb və daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinin məhkəmə istintaqı Gəncə Şəhər Məhkəməsində aparılıb.

    Məhkəmə Elşadı verilmiş ittiham üzrə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

    Onun həsbdə saxlanıldığı 4 ay 16 gün müddət ona təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 1 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.//qaynar.az

  • Şeyx bayram namazının vaxtını açıqladı

    “AMEA Şamaxı Rəsədxanasının hesablamalarına əsasən, builki Qurban bayramı hicri-qəməri təqvimlə zilhiccə ayının 10-na, miladi tarixlə 6 iyuna təsadüf edir”.

    Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram təbrikində bildirilib.

    “Şəri hökmlərə əsasən, 3 gün ərzində icra oluna bilən Qurban kəsimi həcc ziyarəti zamanı mütləq vacib əməldir. Həcc xaricində olan müsəlmanların qurban kəsib ehtiyacı olanlara paylamaq niyyəti isə müstəhəb və savabdır.

    Qurban bayramı namazları ölkəmizin bütün mərkəzi məscidlərində qeyd ediləcək, o cümlədən Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq”, – təbrikdə qeyd olunub.

  • Bakıda 57 min aliment borcu yığılmış iki kişi – Həbs edildi

    Bakıda keçmiş həyat yoldaşlarına külli miqdarda aliment borcu yaranan 2 kişi həbs edilib.

    Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Salyan rayon Sarvan kənd sakini 1988-ci il təvəllüdlü A.Ağayevə 1 il 8 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə təqsirli bilinib.

    Qeyd edilib ki, A.Ağayev boşandığı həyat yoldaşına 3 uşağa görə aylıq alimenti uzun müddət ödəməyib və 38 139 manat borcu yaranıb. Əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma (126.1-ci maddə) əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 2019-cu ildə Əfv Sərəncamının təsir dairəsinə düşmüş şəxs məhkəmə zalındaca həbs edilib.

    Oxşar hökm Binəqədi Rayon Məhkəməsi tərəfindən də çıxarılıb. Belə ki, məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü T.Əliyev 306-cı maddə üzrə təqsirli bilinərək 1 il müddətə həbs edilib. Onun keçmiş həyat yoldaşına 18 912 manat aliment borcunun yığıldığı və qarşı tərəfə uzun müddətdir ödəniş etmədiyi bildirilib. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş 46 yaşlı kişi məhkəmə zalındaca qandallanıb.
    //qaynar.az

  • 100 milyon avroluq təklifdən imtina etdi

    Fransalı mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan baş məşqçi postunu tutmaq üçün təklif alıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın “LʼÉquipe” nəşri məlumat yayıb.

    Bildirilir ki, Zidan karyerasını bərpa edə bilər və hazırda onun qarşısında bir neçə variant var. Onlardan biri də “Əl-Hilal” klubunun təklifi olub. Klub məşqçiyə illik məvacibi 100 milyon avrodan çox olan bir illik müqavilə təklif edib. Lakin Zidan bu təklifdən imtina edib.

    Jurnalistlər onu da qeyd ediblər ki, Zidan fərqli bir layihəyə rəhbərlik edə bilər. Bu kontekstdə Fransa millisinin adı çəkilir. Hazırda Fransa yığması dünya çempionatının seçmə oyunlarına hazırlaşır.

  • Завтра в Баку, Сумгайыте, Абшероне и Нахчыване пенсии будут выплачены раньше графика

    Государственный фонд социальной защиты предусматривает выплату пенсий за этот месяц раньше графика 5 июня в городах Баку и Сумгаыте, а также в Абшеронском районе.

    Об этом сообщает Фонд.

    Госфонд Нахчыванской Автономной Республики также планирует осуществить выплату пенсий за этот месяц раньше срока.

    Отметим, что пенсии лиц, имеющих право на пенсию на льготных условиях, в этом месяце также будут выплачены по графику.

  • Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyunun 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının qrafikdən əvvəl ödənilməsini nəzərdə tutub.

    Bu barədə fond məlumat yayıb.

    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişinin vaxtından əvvəl həyata keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

  • Хикмет Гаджиев встретился с представителями Северо-Балтийской восьмерки

    Помощник президента Азербайджана – руководитель отдела по вопросам внешней политики Администрации президента Хикмет Гаджиев встретился с представителями стран Северной Европы и Прибалтики (страны Северо0Балтийской восьмерки, NB8).

    Соответствующей публикацией он поделился на своей странице в соцсети X.

    “У нас состоялся очень продуктивный диалог по глобальным и региональным вопросам, а также по двусторонней повестке. Существуют широкие возможности и взаимный интерес для развития нашего сотрудничества в различных областях”, – отметил он.