Month: June 2025

  • Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

    Azərbaycanda gündəlik olaraq uşaqların 75 faizi internetdən istifadə edir.

    Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apardığı sorğu nəticəsində üzə çıxıb.

    Komitənin şöbə müdiri Elgün Səfərov “Uşaqların kibermühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət” mövzusunda keçirilən dəyirmi masada bildirib ki, respondentlərin 67 faizi valideynlərin internetlə bağlı uşaqlara heç bir məhdudiyyət qoymadığını bildirib:

    “Uşaqların 45 faizdən çoxu gündə 5 saatdan çox internetdən istifadə edir. Bu, ciddi rəqəmdir. Uşaqlar xüsusilə sosial şəbəkələr vasitəsilə zərərli informasiyaların, hətta insan alverinin qurbanına çevrilə bilərlər”.

    O qeyd edib ki, bəzi özəl şirkətlər yetkinlik yaşına çatmayan şəxsləri onlayn kazinolara və s. cəlb edirlər. Beləliklə, onların vasitəsilə insanların bank kartlarına müdaxilə edirlər.

    “Hətta bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Biz komitə olaraq müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu, qanunvericiliklə tənzimlənməlidir.

    Nəzərə almalıyiq ki, insan alveri ilə bağlı yeni vasitələrdən istifadə etməklə törədilən cinayətlər qapıdadır. Bu, vacib siqnaldır. Uşaqlar sosial şəbəkələr vasitəsilə Azərbaycan dilində məlumatlar ala bilmirlər. Bununla bağlı, hesab edirəm ki, qeyri-hökumət təşkilatları da iş aparmalıdırlar”.
    //report

  • “Barselona” maliyyə hesabatı qaydalarını pozduğuna görə sanksiyalarla üzləşə bilər

    İspaniyanın “Barselona” klubu maliyyə hesabatı qaydalarını dəfələrlə pozduğuna görə sanksiyalarla üzləşə bilər.

    UEFA Kataloniya təmsilçisinə qarşı tətbiq edilə biləcək cəzaları nəzərdən keçirməyə başlayıb.

    Daha əvvəl, 2023-cü ilin iyulunda Kataloniya klubu qeyri-maddi aktivlərin satışından əldə edilən gəlirlərlə bağlı səhv hesabat verdiyinə görə 500 min avro cərimələnmişdi. Bunun audiovizual hüquqların 10%-nin 2022-ci ildə 25 il müddətində 267 milyon 89 min avroya satışı ilə əlaqəli olduğu bildirilir. 2024-cü ildə klub bu hüquqların daha 15%-ni 400 milyon avroya satıb. Lakin bu daxilolmalar əməliyyat mənfəəti kimi təsnif edilmir.

    Nəticədə “Barselona”nın növbəti mövsüm UEFA Çempionlar Liqası matçları üçün oyunçu qeydiyyatına məhdudiyyət qoyula, həmçinin pozuntu sübut olunacağı təqdirdə xalları silinə bilər.

    Qeyd edək ki, “Barselona” 2024/2025 mövsümündə meydana çıxdığı 38 matçda 88 xal toplayaraq İspaniya çempionu olub.
    //report

  • Число сейсмостанций в Азербайджане достигло 88

    Число сейсмических станций в Азербайджане достигло 88.

    Об этом сказал гендиректор Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана (НАНА) Гурбан Етирмишли.

    Он отметил, что станции работают в онлайн режиме.

  • Azərbaycanda seysmik stansiyaların sayı 88-ə çatıb

    Azərbaycan ərazisində seysmik stansiyaların sayı 88-ə çatırılıb.

    Bu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli “Təbii fəlakətlər, ekoloji problemlər, yaşıl dünya” mövzusunda keçirilən konfransda deyib.

    O bildirib ki, stansiyalar onlayn işləyir və orada gecə-gündüz mühafizə xidməti var.

  • Начаты работы по созданию канализационной системы Лянкярана

    Агентство водных ресурсов Азербайджана приступило к созданию канализационной системы Лянрярана.

    Об этом сообщает Median.Az со ссылкой на Дирекцию строящихся объектов при Агентстве водных ресурсов Азербайджана.

    Согласно информации, строительные работы ведутся в рамках проекта “Создание системы водоснабжения и канализации Лянкярана”. На эти цели планируется потратить 50 млн манатов.

  • Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq

    “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə işlərə başlanılıb.

    Median.Az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə istinadən xəbər verir.

    Məlumata görə, layihəyə uyğun olaraq asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, o cümlədən, istənilən növ qruntun qazılması , yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, o cümlədən mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi nəzərdə tutulur. Bu işlərə 50 milyon manat xərclənməsi planlaşdırılır.

  • “Bakı Kristal Zalı” sığortaçı seçir

    Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC 75 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.

    Tenderdə iştirak haqqı 82 manatdır.

    İddiaçılar təkliflərini iyunun 30-na qədər “Bakı Kristal Zalı”nın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanı ünvanına təqdim edə bilərlər.

    Təkliflərə iyunun 30-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

    Satınalma çərçivəsində 65 əməkdaş üçün “Standart” paket (15 min manatlıq), 6 əməkdaş üçün “Gümüş” paket (20 min manatlıq) və 4 əməkdaş üçün “Qızıl” paket (25 min manatlıq) əldə edilməsi nəzərdə tutulur.

  • На борту рейса Санкт-Петербург-Якутск произошло задымление из-за пауэрбанка

    На борту самолета российской авиакомпании “Якутия”, следовавшего рейсом ЯК-488 по маршруту Санкт-Петербург-Якутск, произошло задымление в салоне.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, причиной инцидента стало короткое замыкание пауэрбанка, находившегося в ручной клади одного из пассажиров. В результате частично оплавилось ковровое покрытие.

    Инцидент произошел 4 июня во время полета. Благодаря оперативной реакции бортпроводников и пассажиров источник задымления удалось быстро устранить. Никто не пострадал. Самолет благополучно продолжил маршрут и приземлился в аэропорту Якутска.

  • Rusiyada Sankt-Peterburq-Yakutsk reysi ilə uçan təyyarədə tüstülənmə olub

    Rusiyanın “Yakutiya” aviaşirkətinin Sankt-Peterburq-Yakutsk marşrutu üzrə uçan Yak-488 təyyarəsinin göyərtəsinin kabinəsində tüstülənmə baş verib.

    Hadisə iyunun 4-də uçuş zamanı baş verib.

    İnsidentə sərnişinlərdən birinin əl yükündə olan pover bankın qısaqapanması səbəb olub. Nəticədə xalça qismən əriyib.

    Uçuş bələdçiləri və sərnişinlərin operativ reaksiyası sayəsində tüstü qısa zamanda aradan qaldırılıb. Hadisə zamanı heç kim xəsarət almayıb.

    Təyyarə təhlükəsiz şəkildə marşrutunu davam etdirərək Yakutsk hava limanına enib.

  • Kritik 3 il başladı: Günəş dünyanı qaranlığa qərq edəcək? – Təhlükə riski (VİDEO)

    Günəşdə baş verən partlayışlar adi gözlə görünməz, lakin təsirli kosmik hadisələrdir. Bu partlayışlar nəticəsində yayılan plazma və radiasiya axınları yerə çataraq geomaqnit qasırğalarına səbəb ola bilər. Bəs dünyada fəlakətə səbəb ola biləcək günəş partlamaları baş verə bilərmi? Belə olduğu təqdirdə dünyanın elektriksiz qalması mümkündürmü? Partlamanın fəsadları nələr ola bilər?

    “Report” yaranan suallara cavab tapmaq üçün mövzunu araşdırıb.

    Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva bildiri ki, günəş hazırda özünün 25-ci aktivlik dövründədir:

    “Hər 11 ildən bir günəşdə aktivlik dövrü artır. 2025-ci il günəşin ən aktiv dövrünə tasadüf edir və bu aktivlik təqribən 2028-ci ilə qədər davam edəcək. Sonra isə günəşin aktivliyi zəifləyəcək. Günəşin aktivlik dövründə alışmaların sayı kifayət qədər güclü və çoxsaylı olur. Bu alışma mayın 13-də C4 səviyyəli maqnit qasırğasına səbəb olmuşdu. Yəni mayın 13-də müşahidə olunan X alışmasının nəticəsini biz yerdə mayın 17-si güclü maqnit qasırğası kimi müşahidə etdik. Ümumiyyətlə, alışmaları dəqiqliklə əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Biz bununla bağlı maksimum 3 gün əvvəldən məlumat verə bilərik. Ondan əvvəl verilən məlumat çox təxmini olacaq”.

    Türkiyəli alim, astrofizik, NASA-nın sabiq əməkdaşı Umut Yıldız günəşin minimum və maksimum dövrlərində olan fəaliyyətindən bəhs edib:

    “Günəş maksimum dövründə olanda biz daim yüksək enerjili hissəciklərin təsirinə məruz qalırıq və Yer üzündə bizi qoruyan Van Allen qurşaqları var ki, məhz onların sayəsində sağ qalırıq. Günəş minimum dövründə olduqda isə bu cür aktivliklər xeyli azalır, bu dəfə də Samanyolu qalaktikasının mərkəzindən gələn kosmik şüaların daha çox hücumuna məruz qalırıq. Qısacası, bu iki vəziyyət bir-birini müəyyən mənada tarazlayır. Bu baxımdan bu hal həyatımızın normal bir hissəsidir. Əslində milyonlarla ildir ki, günəş bu dövrləri belə yaşayır”.

    Astrofizik bu istiqamətdə çəkilən film və serialları da şişirdilmiş hesab edir: “Açığı, bizə tam olaraq olaraq təsir edəcək bir şey baş verməyəcək. Çünki texnologiya inkişaf edib, elektrik sistemlərimiz də buna hazır vəziyyətdədir. Ona görə çox da böyük, fəlakətə səbəb olacaq bir partlamanın olacağını düşünmürəm”.

    Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Cənnət Səmədov geomaqnit qasırğalarının təsirlərindən söz açarkən bildirir ki, indiyədək qeydə alınmış ən böyük qasırğa Carrington Event kimi tarixə düşüb:

    “Bu hadisə zamanı günəşdə böyük bir alışma müşahidə olunub və teleqraf sistemləri 3 günlük sıradan çıxıb, hətta bəzi teleqraf məntəqələrində yanğınlar belə baş verib. Geomaqint qasırğalarının təsirləri həm elektrik şəbəkələrinə, həm internet sistemlərinə, həm dataların saxlandığı bütün məlumatlar və verilənlər bazalarının olduğu serverlərə, eyni zamanda yerin əfrafında fırlanan süni peyklərə, bundan başqa insan sağlamlığına ciddi təsirlər göstərə bilir”.

    Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aynur Abdulkərimovanın sözlərinə görə, günəşdə baş verən prosesləri izləmək üçün müşahidələr aparılır:

    “Orbital günəş rəsədxanaları yaradılıb hansı ki, onlar günəş fasiləsiz olaraq müşahidə edilir və o məlumatlar elə fasiləsiz olaraq da yerə ötürülür. Bu materiallar əsasında kosmik hava proqnozları hazırlanır. Kosmik hava proqnozlarının hazırlanmasında əsas məqsəd əgər güclü geomaqnit qasırğası ehtimalı varsa, yarana biləcək fəsadların qarşısını almaqdır. Təbii ki, belə olduğu halda bütün dünyanın işıqsız qalması real deyil”.

    Daha ətraflı videomaterialı təqdim edirik: