Month: June 2025

  • “İçərişəhər” Muzey Mərkəzinə direktor təyin olundu

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.

    Bu vəzifəyə Muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.

    Qeyd edək ki, o, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb. 2005-ci ildən etibarən Mədəniyyət Nazirliyində uzun illər Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət şöbəsinin müdiri olub.

    2021-2025-ci illərdə müxtəlif muzey layihələrinə rəhbərlik etmiş və ekspert qismində iştirak edib. Bu dövrdə onun bilavasitə iştirakı ilə bir çox konseptual təşəbbüslər və təşkilati işlər həyata keçirilib.

    Azərbaycan mədəniyyətinin təbliği, muzey işinin təkmilləşdirilməsi sahəsindəki xidmətlərinə görə Azadə Hüseynova Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 yanvar tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

  • Захарова: Передача тел погибших между РФ и Украиной начнется в ближайшее время

    Процесс передачи Россией шести тысяч тел погибших украинских военнослужащих, в соответствии с договоренностями в Стамбуле, начнется в ближайшее время.

    Об этом заявила на брифинге официальный представитель МИД РФ Мария Захарова.

    “Результаты этого [второго] раунда [переговоров между Россией и Украиной] известны: в качестве жеста доброй воли, еще раз подчеркну, российская сторона передаст Украине 6 000 тел погибших военнослужащих со стороны Украины. Этот процесс начнется в ближайшее время”, – сказала она.

    Захарова сообщила, что Россия намерена ответственно подойти к выполнению всех договоренностей, достигнутых в Стамбуле по итогам переговоров с украинской делегацией.

  • Rusiya XİN: “Ukraynaya altı min hərbçinin cəsədi təhvil veriləcək”

    “Rusiyanın, İstanbuldakı razılaşmalara uyğun olaraq, altı min Ukrayna hərbçisinin cəsədini təhvil verməsi prosesi yaxın vaxtlarda başlayacaq”.

    Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

    M.Zaxarova bildirib ki, Rusiya İstanbulda Ukrayna nümayəndə heyəti ilə danışıqlardan sonra əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsinə məsuliyyətlə yanaşmaq niyyətindədir.

  • Tanınmış hotelin 163 min manatdan çox pulunu mənimsəyən baş xəzinədara HÖKM OXUNDU

    “Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsində təqsirləndirilən Dünyamalı Qarayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənə hökm oxunub. O, 8 il azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, “Badamdar Estates” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.

    İstintaqla Dünyamalı Qarayevin həmin MMC-nin baş xəzinədarı vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsi və təqdim olunan vəsaitlərin müəssisənin xəzinəsinə mədaxil edilməməsi yolu ilə ona etibar edilmiş ümumilikdə 163 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış mötəbər sübutlar əsasında Dünyamalı Qarayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • İyunda ikinci dəfə ardıcıl dörd gün İŞ OLMAYACAQ

    İş və istirahət günlərinin yerləri dəyişdirilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun iş günü ilə 21 iyun istirahət gününün yerləri dəyişdirilib.

    Bununla da ardıcıl dörd gün – iyunun 26-sı, 27-si, 28- və 29-u qeyri-iş günləri olacaq.

    Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar da 4 gün ardıcıl – 6,7,8 və 9 iyun tarixləri qeyri-iş günü hesab olunur.

  • Apteklərdə YOXLAMA – Nöqsanlar aşkarlandı

    Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) may ayında 38 aptekdə planlı yoxlama keçirib.

    Bu barədə AEM məlumat yayıb.

    Bildirilib ki, 2025-ci ilin may ayı ərzində Bakı şəhəri üzrə 12, digər şəhər və rayonlarda isə 26 aptek olmaqla, ümumilikdə, 38 aptek planlı təftiş olunub.

    Yoxlamalar zamanı dörd aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

  • Müdafiə Nazirliyindən valideynlərə çağırış: “Hərbi hissələrə gəlməyin”

    Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

    “Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur”.

    “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə məlumatda qeyd olunub.

  • Paraqvay prezidenti İlham Əliyevi təbrik etdi

    Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “28 May – Müstəqillik Günü münasibətilə Sizə Paraqvay Respublikasının hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

    Bu əlamətdar bayram münasibətilə qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və rifah arzularımı ifadə edir, eyni zamanda Paraqvay Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin daim möhkəmlənməsini diləyirəm.

    Fürsətdən istifadə edərək, Zati-alinizə ən dərin hörmət və ehtiramımı bir daha bildirirəm”.

  • Премьер-министр Али Асадов находится с рабочим визитом в Душанбе

    Премьер-министр Азербайджана Али Асадов прибыл с рабочим визитом в город Душанбе для участия в заседании Совета глав правительств СНГ по приглашению таджикского коллеги Кохира Расулзоды.

    Об этом сообщили в Кабинете министров АР.

    В международном аэропорту Душанбе Али Асадова встретили заместитель премьер-министра Таджикистана, сопредседатель Межправительственной совместной комиссии по вопросам торгово-экономического сотрудничества между Азербайджаном и Таджикистаном Усмонали Усмонзода и другие официальные лица.

  • Baş nazir Əli Əsədov Düşənbədə işgüzar səfərdədir

    Azərbaycanın Baş naziri Əli Əsədov tacikistanlı həmkarı Kohir Rasulzodənin dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbə şəhərinə işgüzar səfərə gəlib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Düşənbə beynəlxalq hava limanında Ə.Əsədovu Tacikistanın baş nazirinin müavini, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Usmonali Usmonzoda və digər rəsmi şəxslər qarşılayıblar.