Month: June 2025

  • Кувейт подписал контракт на строительство корветов на $2,45 млрд

    Министерство обороны Кувейта подписало крупнейший военно-морской контракт на $2,45 млрд с эмиратской компанией EDGE Group на строительство корветов типа Falaj3.

    Данный контракт является крупнейшей сделкой по экспорту военно-морского вооружения в регионе и одной из самых дорогостоящих в этой категории в мире.

    Контракт подразумевает проектирование, постройку и испытание новых кораблей Военно-морского флота (ВМФ), а также ремонт и модернизацию старых. Кроме того, в рамках сотрудничества компания займется углубленной подготовкой персонала к работе.

    Ракетные корветы размером 62 м Falaj3 также поставляются EDGE Group для ВМФ АОЭ. Первое судно вступило в строй в феврале текущего года.

  • Küveyt BƏƏ-nin şirkəti ilə 2,45 milyard dollarlıq müqavilə imzalayıb

    Küveytin Müdafiə Nazirliyi “Falaj3” sinifli korvetlərin tikintisi üçün BƏƏ-nin “EDGE Group” şirkəti ilə 2,45 milyard dollar dəyərində ən böyük həbri dəniz müqaviləsi imzalayıb.

    Bu müqavilə regionda dəniz silahlarının ixracına dair ən böyük, həmin kateqoriyada dünyada ən bahalı müqavilələrdən biridir.

    Müqaviləyə Hərbi Dəniz Qüvvələrinin yeni gəmilərinin layihələndirilməsi, tikintisi və sınaqdan keçirilməsi, həmçinin köhnələrinin təmiri və modernləşdirilməsi daxildir. Bundan əlavə, əməkdaşlıq çərçivəsində şirkət iş üzrə kadrların dərindən hazırlanması ilə məşğul olacaq.

    62 metrlik “Falaj3” raket korvetləri də BƏƏ Hərbi Dəniz Qüvvələrinə “EDGE Group” tərəfindən verilir. İlk gəmi bu ilin fevralında istismara verilib.

  • Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

    Hacıqabul rayonunun altı kəndində 1 545 abonentin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

    Bildirilb ki, “Muğan Kənd” ölçü qovşağından qidalanan, diametri 225 mm PE ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı məqsədilə əlaqədar iyunun 5-də saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Paşalı-1, Paşalı-2, Cəngən, Tava, Tağlı, Qubalı kəndlərində (1 545 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

  • Bakıda qeyri-steril şəraitdə prosedur: Həkim pasiyentinin çılpaq görüntüsünü paylaşdı (VİDEO)

    Mammoloq-radioloq Günel Qəmbərovanın qeyri-steril şəraitdə işlədiyi məkanda pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, videoda həkimin maskasız, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü, pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü, həmin anlarda pasiyentinin intim əzalarının üzərinin bağlanmadığı əks olunub.

    Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib, eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib.

    Məsələ ilə bağlı oxu.az-a danışan həkim, professor Adil Qeybulla qeyd edib ki, həkim pasiyentin fərdi məlumatlarını gizli saxlamağı bacarmalıdır:
    “Helsinki Bəyannaməsinin müddəalarına görə, tibb sahəsində insanların bütün fərdi məlumatlarını həkim özündə saxlamağı bacarmalıdır və insanın şəxsiyyətinə hörmət etməlidir. Xəstə huşsuz, narkoz altında və s. hallarda ola bilər. Buna baxmayaraq, bütün hallarda onun şəxsiyyətinə hörmət tibb işçisinin əsas vəzifəsindən biridir”.

    Professor vurğulayıb ki, sterillik haqqında anlayış olmayan yerdə tibdən söhbət gedə bilməz:

    “Bütün tibb işçilərinin sterillik haqqında düzgün təsəvvürü olmalıdır. Əks halda, onlar sterilliyi pozub, çox ciddi təhlükələr yarada bilərlər.

    Əməliyyat aparılan sahədə hər şey steril olmalıdır. Əməliyyata girən istər həkim, istər pasiyent, istərsə də tibb bacısı – hər birinin başında papaq, ağzında maska, əlində də steril əlcək olmalıdır.

    İynə ilə biopsiya nümunəsi götürülən zaman da başa papaq, ağıza maska mütləq taxılmalıdır. Şəraitin steril olub-olmamasını isə kənardan demək olmur. Xəstənin və həkimin başında papağın, ağzında maskanın olmaması ilə orada sterilliyə biganə yanaşıldığı görünür. Prosedur otağına keçən həkim başına papaq, ağzına maska, əlinə də steril əlcək taxmalıdır”.

    O, həmçinin qeyd edib ki, Azərbaycan mentalitetini nəzərə alıb, xanımlara qarşı daha diqqətli olmaq lazımdır:

    “Heç bir xəstənin sirrini açmaq olmaz. Bu demonstrativ situasiyada tibbi prosedurların aparılması bir qayda olaraq qadağan edilməlidir. Yalnız elmi konfranslar üçün mümkün oluna bilər, o da xəstənin şəxsiyyəti identifikasiya olunmamaq şərti ilə.

    Bu məsələlər son dərəcə diqqət tələb edir. Hazırda hüquqi boşluqlar olduğundan bu məsələlər keçərlidir. Amma belə hallar zaman gəldikdə hüquqi məsuliyyət yarada bilər. O baxımdan da hər bir tibb işçisi bu prosesdə diqqətli olmalıdır. Şəxsiyyətə hörməti nəzərə almalıdırlar. Xəstənin etibarına hörmətlə yanaşılmalıdır. Bu, bir peşə əqidəsidir”.

  • Ermənistan XİN: Şimali Avropa və Baltikyanı ölkələr Bakı və İrəvanın sülh səylərini dəstəkləyir

    Şimali Avropa və Baltikyanı ölkələr Azərbaycan və Ermənistanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin əldə edilməsi səylərinə dəstək ifadə edib.

    Bu barədə qeyd olunan ölkələrin nümayəndələrinin Ermənistana səfərinin nəticələrinə dair Ermənistan XİN-in yaydığı açıqlamada deyilir.

    “Onlar, həmçinin tərəflərin sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması səylərini dəstəkləyib, yaxın zamanda bu sazişi imzalayacaqlarına ümid etdiklərini bildiriblər”, – məlumatda qeyd olunub.

    Qeyd edək ki, iyunun 3-də Cənubi Qafqaza səfər çərçivəsində İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Estoniya, Litva və Latviya nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaqan Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan, həmçinin parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvləri ilə görüşlər keçiriblər.

    Tərəflər Ermənistanın Aİ ilə münasibətləri gücləndirmək istəyini, həmçinin Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.

    ///report

  • Banqladeş dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

    Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri.

    Əlamətdar bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

    Azərbaycanın müstəqilliyinin qürurla qeyd olunduğu bu gün həm də ölkələrimiz arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrini bir daha təsdiqləmək üçün yaxşı fürsətdir.

    Bu əlamətdar gündə xalqlarımızın davamlı rifahı naminə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımızı dərinləşdirməyə sadiqliyimizi bir daha bildirirəm.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Makronun oğurlanan heykəli muzeyə qaytarıldı

    Fransa Prezidenti Emmanuel Makronun “Greenpeace” təşkilatının fəalları tərəfindən oğurlanan mum heykəli Parisdəki “Qreven” muzeyinə qaytarılıb.

    Bu barədə “RİA Novosti” məlumat verib.

    Muzeyin mətbuat xidmətinin rəhbəri Veronik Beretsin sözlərinə görə, fəallar gecə saatlarında muzey direktoruna zəng edərək, heykəli Parisdə EDF enerji şirkətinin binası ilə üzbəüz qoyduqlarını bildiriblər. Bundan sonra muzey işçiləri polisə müraciət ediblər və onlar eksponatı komissarlığa çatdırıblar. Heykəl yoxlanıldıqdan sonra muzey nümayəndələrinə təhvil verilib.

    İndi işçiləri maraqlandıran əsas sual fəalların heykəli necə oğurlaya bildiklərini öyrənməkdir. Muzey hələ ki, cinayətkarlar üçün cəza tələb edib-etməyəcəyinə qərar verməyib.

    Xatırladaq ki, hadisə iyunun 2-də baş verib: özlərini turist kimi təqdim edən iki qadın və bir kişi Monmartrdakı muzeydən 40 min avro dəyərində olan heykəli götürərək Rusiya səfirliyinin binasının qabağına aparıblar. Aksiya Fransa və Rusiya arasında iqtisadi əməkdaşlığa etiraz olaraq təşkil edilib.

  • Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunub

    Beynəlxalq axtarışa verilmiş bir nəfər Ukraynadan Azərbaycana ekstradisiya olunub.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Namik Tahir oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən təmin edilib.

    Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Namik Tahir oğlu Məmmədovun qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə külli miqdarda əmlakı əldə etmə, ona sahiblik etmə və ya ondan istifadə etmə, rəsmi sənədləri istifadə etmək məqsədi ilə saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən ələ keçirmə cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

    Namik Məmmədov Ukraynanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

  • Sabirabadda dəhşətli yanğında həlak olan ailə üzvləri DƏFN OLUNDULAR – FOTO / VİDEO (Yenilənib)

    Sabirabadın Muğan Gəncəli kəndində dəhşətli yanğın nəticəsində həlak olan ailə üzvləri torpağa tapşırılıblar.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, dəfn mərasimi saat 15:30-da Muğan Gəncəli kənd qəbiristanlığında baş tutub.

    * * * * *

    Sabirabadın Muğan Gəncəli kəndində dəhşətli yanğın nəticəsində həlak olan ailənin fotoları sosial şəbəkədə paylaşılıb.

    Median.Az həmin fotoları təqdim edir:



  • Назначен новый директор Музейного центра “Ичеришехер”

    Специалист и эксперт в области музейного дела Азада Гусейнова назначена директором Музейного центра Государственного историко-архитектурного заповедника “Ичеришехер”, сообщает Median.Az.

    Она начала свою карьеру в 1988 году в Азербайджанском музее ковра. С 1994 по 2005 год занимала должность директора Музея независимости. С 2005 года долгие годы работала начальником отдела музейного дела и контроля культурных ценностей Министерства культуры.

    В 2021-2025 годах Азада Гусейнова руководила различными музейными проектами и участвовала в них в качестве эксперта. В этот период при ее непосредственном участии были реализованы многие концептуальные инициативы и организационные работы.

    Распоряжением Президента Азербайджанской Республики от 28 января 2016 года А.Гусейнова была награждена медалью “Терегги” за заслуги в области пропаганды азербайджанской культуры и совершенствования музейного дела.