Month: June 2025

  • İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı

    Prezident İlham Əliyev Quba rayonunun Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi – Səbətlər – Qənidərə – Sırt Çiçi – Təngəaltı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı Median.Az President.az-a istinadən xəbər verir.

    Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi (137 km) – Çiçi – Səbətlər – Qənidərə – Sırt Çiçi – Təngəaltı avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Налоговые нарушения в госпроектах: серьезное предупреждение подрядчикам и субподрядчикам

    Государственная налоговая служба при Министерстве экономики Азербайджана сделала серьезное предупреждение подрядчикам и субподрядчикам, участвующим в проектах, финансируемых из государственного бюджета.

    Об этом сообщили в службе.

    Госслужба также перечислила основные выявленные нарушения:

    – нетоварные и рискованные операции;

    – использование средств для целей, не связанных с проектом;

    – привлечение работников без трудового договора;

    – предоставление товаров и услуг без документов.

    “Эти случаи могут привести к получению статуса рискованного налогоплательщика, финансовым санкциям и даже уголовной ответственности.

    Налоговая служба призывает все стороны, участвующие в проектах, соблюдать требования законодательства”, – говорится в информации.

  • Dövlət layihələrində vergi pozuntuları – Podratçı və subpodratçılara ciddi XƏBƏRDARLIQ

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dövlət büdcəsi hesabına maliyyələşdirilən layihələrdə iştirak edən podratçı və subpodratçılara ciddi xəbərdarlıq edib.

    Bu barədə xidmət məlumat yayıb.

    Dövlət xidməti qeydə alınan əsas pozuntuları da sadalayıb:

    – Əmtəəsiz və riskli əməliyyatlar;

    – Layihə ilə əlaqəsiz məqsədlərlə vəsaitin istifadə olunması;

    – Əmək müqaviləsiz işçi çalışdırılması;

    – Sənədsiz mal və xidmət təqdimatı.

    “Bu hallar riskli vergi ödəyicisi statusu almağa, maliyyə sanksiyası və hətta cinayət məsuliyyəti ilə üzləşməyə səbəb ola bilər.

    Vergi Xidməti layihələrdə iştirak edən bütün tərəfləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır”, – deyə məlumatda bildirilib.

  • В Баку произошла авария на магистральном водопроводе

    В поселке Сахиль Гарадагского района Баку возникли перебои в подаче питьевой воды.

    По предоставленной Oxu.Az информации, причиной стала авария на водопроводе.

    В ответ на запрос редакции нашего сайта в Объединенной службе водоснабжения крупных городов подтвердили факт аварии на водопроводе по указанному адресу.

    “В настоящее время аварийная бригада соответствующего районного управления водоканала проводит ремонтные работы. После второй половины дня работы будут завершены, и подача воды будет восстановлена”, – говорится в информации.

  • Paytaxtda magistral su kəmərində qəza olub

    Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində içməli suyun verilməsində fasilə yaranıb.

    Buna səbəb su xəttundə qəza baş verməsidir.

    Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin Su Təchizatı Xidmətindən qeyd olunan ünvanda su xəttində qəza baş vermədi təsdiqlənib.

    “Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası tərəfindən təmir işləri görülür. Günün ikinci yarısından sonra işlər yekunlaşdırılacaq və suyun verilişi bərpa ediləcək”, – deyə məlumatda bildirilib.

  • Həbsdə planşet işlədən eks-vəzifəli şəxsin cəzası AZALDILDI

    Bakı Apellyasiya Məhkəməsində cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalar saxlamaqda təqsirləndirilən Qadir Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona qəti olaraq 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    İttihama görə, Qadir Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə məlum olmayan vaxtda və mənbədən qadağan olunmuş 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan 1 litr həcmli şüşə butulkada spirtli içkini əldə edərək özündə saxlayıb. Ötən il saat 23:10-də Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfil axtarış-baxış tədbirləri nəticəsində ona məxsus yataq yerindən açıq aşkar şəraitdə saxladığı həmin əşyalar aşkar edilərək götürülüb.

    Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdi.

    Qeyd edək ki, Qadir Quliyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3, 178.2.4, 179.3.2-ci (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 4 il 4 a ay müddətinə azadlıqdan məhrum edilmişdi.

  • В Лянкяране создадут канализационную систему стоимостью 50 млн манатов

    Начаты работы по проекту создания системы водоснабжения и канализации города Лянкяран.

    Об этом сообщили в Дирекции строящихся объектов при Государственном агентстве водных ресурсов Азербайджана.

    Согласно информации, на соответствующие работы планируется потратить 50 млн манатов.

  • Lənkəranda 50 milyon manata kanalizasiya sistemi qurulacaq

    Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi üzrə işlərə başlanılıb.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti məlumat yayıb.

    Məlumata görə, layihəyə uyğun olaraq asfalt qatının kəsilməsi və tullantı poliqonuna kənarlaşdırılması, o cümlədən, istənilən növ qruntun qazılması , yararsız qruntların tullantı poliqonuna kənarlaşdırılması, kommunikasiya xətlərinin keçilməsi və bərpası, o cümlədən mühafizə şitlərinin quraşdırılması, eləcə də mikrotunel xəttinin tikilməsi nəzərdə tutulur.

    Bu işlərə 50 milyon manat xərclənməsi planlaşdırılır.

  • Крупная партия наркотиков изъята пограничниками на Каспии – ФОТО

    29 мая в результате совместных действий подразделений береговой охраны и пограничных кораблей Государственной погранслужбы (ГПС) Азербайджана в южном направлении Каспийского моря была обнаружена и изъята крупная партия наркотических средств общим весом 24 кг 270 г (24 кг 170 г марихуаны и 100 г опиума).

    Как сообщает Median.Az со ссылкой на ГПС, в результате проведенных комплексных оперативно-разыскных мероприятий была задержана моторная лодка Yamaha-55 типа “Лайнер” под флагом Исламской Республики Иран (ИРИ) с тремя членами экипажа на борту, которая пыталась покинуть территориальные воды Азербайджанской Республики.

    В ходе расследования установлено, что нарушителями границы являются граждане ИРИ – Вахид Лайги Судиф (1984 г.р.), Халид Яздани Нуруллах (1985 г.р.) и Моншинеджат Тохид Нариман (1986 г.р.). Все трое задержаны.

    По данному факту продолжаются оперативно-следственные мероприятия.



  • DSX-dən Xəzərdə ƏMƏLİYYAT – Üç iranlı saxlanıldı (FOTO)

    May ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kiloqram 270 qram nаrkоtik vasitə (24 kq 170 qram marixuana; 100 qram tiryək) aşkar olunaraq götürülüb.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslan Respublikasına məxsus “Yamaha-55” markalı “Layner” tipli qayıq 3 nəfər heyət üzvü ilə birlikdə Azərbaycan Respublikasının ərazi sularını tərk etməyə cəhd göstərərkən saxlanılıb.

    Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları – 1984-cü il təvəllüdlü Vahid Layği Sudif, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejat Tohid Nəriman olduğu müəyyən edilib.

    Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.