Month: June 2025

  • Azərbaycanda yeni medal təsis olundu – FOTO

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmanla müəyyən edilir ki:

    – Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    – həmin Əsasnamənin 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası nəzərdə tutulur.

    Həmçinin fərmanla “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədrinə verilir.

    Nazirlər Kabinetinə “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Həmçinin Prezident “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu və “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməni təsdiqləyib.

    “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)” Azərbaycan Respublikasının yubiley medalının təsviri belədir:

  • Bakının bu rayonunda yeni park salınacaq – 2,4 milyon ayrıldı

    Bakının Nəsimi rayonunda yeni park salınması ilə bağlı layihə-smeta sənədlərinin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat əldə edib.

    Məlumata görə, yeni park 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə salınacaq.

    BŞİH-in “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni istirahət parkının salınması ilə hazırlıqları başa çatdırıb.

    İcra Hakimiyyəti parkın layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

    Müqaviləyə əsasən, şirkət Nəsimi rayonu, 28 May küçəsindən “The Ritz-Carlton Baku” otelinə qədər olan 12 ha ərazidə yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərini 2.387.833,84 manata hazırlayacaq.

  • Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrıldı

    Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, sərəncamla Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə dünya çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılır.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə olunub.

  • Прогноз погоды в Азербайджане на 05.06.2025

    5 июня в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, преимущественно без осадков, однако утром в некоторых местах возможны кратковременные дожди, будет дуть умеренный северо-западный ветер.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха ночью в столице и на Абшероне составит 17-19, днем – 26-31 градус тепла.

    Атмосферное давление – 759 мм ртутного столба. Относительная влажность ночью – 60-65%, днем – 50-55%.

    В районах Азербайджана ожидаются кратковременные ливни с грозами, местами – град, ночью и утром на отдельных территориях слабый туман, будет дуть умеренный западный ветер.

    Температура воздуха ночью составит 16-19, днем – 25-30, в горах ночью – 5-10, днем – 13-18 градусов выше нуля.

  • Sabah bəzi yerlərdə yağış yağacaq, dolu düşəcək

    Azərbaycan ərazisində iyunun 5-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-19° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

  • Çeçenlər Qarabağa görə müsəlmanları söyən erməni iş adamını saxladı – FOTO / VİDEO

    Biznesmen Areq Şepixin qaçırılmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Çeçenistan Respublikasının milli siyasət naziri Əhməd Dudayev öz Teleqram kanalında məlumat yayıb.

    ***

    Rusiyada Qarabağ müharibəsinə görə, müsəlmanlara nifrət etdiyini bildirən erməni iş adamı 39 yaşlı Areq Şepixin oğurlanıb.

    Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə iyunun 3-də axşam saatlarında paytaxt Moskva şəhərinin Yaroslavski dəmir yolu vağzalında baş verib. Yayılan videoda saqqallı beş nəfərin orta yaşlı bir kişini aparıb sayrışan işıqları olan qara avtomobilin baqajına itələdiyi görünür.

    Daha sonra bildirilib ki, Moskvanın Kiyevskoye Şosse ərazisində polis Şepixini Yaroslavski stansiyasından aparan AMR nömrəli avtomobili saxlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu avtomobildə tapmayıblar.

    Qaçırılan Areq Şepixin anası yerli telegram kanallarına deyib ki, oğlu Qarabağdakı müharibəyə görə müsəlmanlara qarşı kəskin mənfi münasibət formalaşdırıb. Qadının sözlərinə görə, oğlu Qarabağda döyüşməyib, lakin o, hadisələri çox fəal izləyib və Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrindən çox narahat olub.

    Məlumata görə, erməni iş adamı sosial şəbəkələrdə həmçinin çeçen və dağıstanlılara qarşı da təhqirlər yazıb.

    Digər bir məlumata əsasən, Areqin qaçırıldığı “Mersedes”i Ramzan Kadırovun yaxın çevrəsindən biri kimi adı hallanan Səidəhməd Eldarbiyevin, hətta onun köməkçisinin də avtomobili müşayiət edir.

    KİV-in məlumatına görə, Eldarbiyev Kadırovun əmisi oğlu, Çeçenistan administrasiyası rəhbərinin birinci müavini Turpal-Əli İbrahimovun ən yaxın adamlarından biri hesab olunur. Lakin Eldarbiyevin bu adam oğurluğunda əli olub-olmadığı qeyd olunmur.



  • Tiktoker “Roşka”nın həbs müddəti uzadıldı

    Nəsimi Rayon Məhkəməsində narkotik vasitələrin qanunsuz saxlanmasında təqsirləndirilən tiktoker, “Roşka” ləqəbli Rövşən Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

    Hakim Günay Abdinovanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib və R.Süleymanovun həbs müddəti 2 ay uzadılıb.

    Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Bakıda kütləvi qanvermə aksiyası təşkil ediləcək – FOTO

    Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Olimpiya Komitəsində 14 İyun – Beynəlxalq Qan Donorluğu Gününə həsr olunmuş kütləvi qanvermə aksiyası təşkil olunacaq.

    Qanvermə aksiyası 12 iyun saat 10:00-dan 16:00-dək MOK-un inzibati binasında keçiriləcək.

    MOK hər kəsi “Həmrəy olaq, qanımızla yaşadaq” adlı qanvermə aksiyasında fəal iştirak etməyə dəvət edir.

  • Bakıda daha bir məşhur restoran sökülür – VİDEO

    Bakının Nərimanov rayonunda yerləşən məşhur “Xal-Xal” restoranının söküntüsünə başlanılıb.

    Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.

    Xatırladaq ki, bundan əvvəl ərazidə yerləşən “Şəki” restoranı sökülmüşdü.

  • Президент Ильхам Алиев распорядился выделить госагентству 1.5 млн манатов

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о мерах по капитальному ремонту автомобильной дороги Баку – Губа – государственная граница с Российской Федерацией (137-й км) – Чичи – Себетлер – Генидере – Сырт Чичи – Тенгеалты Губинского района.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. В целях капитального ремонта автомобильной дороги Баку – Губа – государственная граница с Российской Федерацией (137-й км) – Чичи – Себетлер – Генидере – Сырт Чичи – Тенгеалты, соединяющей 12 населенных пунктов с населением семь тысяч человек, из суммы, указанной в подпункте 1.19.21 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2025 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики от 10 января 2025 года №445, выделить Государственному агентству автомобильных дорог Азербайджана (ГААДА) первоначально 1.5 миллиона (один миллион пятьсот тысяч) манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Министерству экономики Азербайджанской Республики предусмотреть в разделе расходов на государственные капиталовложения в проекте государственного бюджета Азербайджанской Республики на 2026 год финансовые средства, необходимые для продолжения капитального ремонта автомобильных дорог, указанных в части 1 настоящего распоряжения.

    4. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.