Month: June 2025

  • Китайская China Energy планирует масштабный проект ветроэнергетики на Каспии

    Китайская China Energy изучает возможности реализации проекта морской ветроэнергетики мощностью 200 МВт в Азербайджане.

    Как сообщает Report, об этом сказал журналистам вице-президент China Energy Engineering Corporation Limited Бо Ван на полях Бакинской энергетической недели.

    “Мы сотрудничаем с Министерством энергетики Азербайджана в области инвестиций в солнечную и морскую ветроэнергетику. Сейчас мы также обсуждаем с Минэнерго и другими ведомствами модернизацию электросетей для внедрения большего количества возобновляемых источников энергии в Азербайджане”, – сказал он.

    Ван Бо подчеркнул, что в настоящее время компания продвигает проект солнечной энергетики мощностью 160 МВт в Физули и также изучит возможности морской ветроэнергетики мощностью 200 МВт.

    Вице-президент китайской компании также отметил, что для обеспечения дальнейшего развития возобновляемой энергетики был подписан меморандум о взаимопонимании с Министерством энергетики по модернизации электросетей.

  • Çin şirkəti Xəzərdə külək enerjisi layihəsinin həyata keçirilməsini araşdırır

    Çin şirkəti Azərbaycanda dənizdə külək enerjisi ilə bağlı 200 MVt gücündə layihənin həyata keçirilməsini araşdırır.

    Bunu “China Energy Engineering Corporation Limited”in vitse prezidenti Van Bo jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Çin şirkəti dünyada elektrik enerjisi sahəsində investor və sənaye podratçısı kimi ən böyük şirkətdir: “İndiyə qədər Azərbaycan Energetika Nazirliyi ilə günəş enerjisi və dəniz külək enerjisi sahəsində investisiyası üzrə əməkdaşlıq edirik. İndi həmçinin Energetika Nazirliyi və digər enerji qurumları ilə Azərbaycanda daha çox bərpa olunan enerji mənbələrini qəbul etmək üçün elektrik şəbəkəsinin təkmilləşdirilməsini müzakirə edirik. İndiyə qədər biz Füzulidə 160 MVt günəş enerjisi layihəsini irəli sürürük və həmçinin 200 MVt dəniz külək enerjisini öyrənəcəyik”.

    O qeyd edib ki, şirkət həmçinin bərpa olunan enerjinin növbəti inkişafı üçün elektrik şəbəkəsinin başlanğıcını təmin etmək üçün Energetika Nazirliyi ilə Anlaşma Memorandumu imzalayıb.
    //report

  • ANAMA: В мае от мин очищена территория площадью 7 тыс. га

    Агентство Азербайджана по разминированию (ANAMA) опубликовало ежемесячный отчет о гуманитарных операциях по разминированию на освобожденных территориях.

    Как сообщили в ANAMA, в мае на освобожденных территориях было обезврежено 154 противотанковых, 321 противопехотная мина и 1 991 неразорвавшийся боеприпас.

    От мин очищена территория площадью 7440.2 га.

    Операции по разминированию проводились ANAMA, Министерством обороны, Министерством по чрезвычайным ситуациям, Государственной пограничной службой и четырьмя частными компаниями.

  • May ayında 7 min hektardan çox ərazi minalardan təmizlənib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

    ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 154 tank əleyhinə mina, 321 piyada əleyhinə mina, 1991 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin 7440.2 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • Almaniya 18 Rusiya vətəndaşını İnterpol xətti ilə axtarışa verib

    Almaniya 18 Rusiya vətəndaşını beynəlxalq axtarışa verib.

    Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

    Məlumatda qeyd edilib ki, Osipov Oleg Vasileviç, Kurov Artem İgoreviç, Mikailov Maksim Sergeyeviç və digərləri Almaniya ərazisində cinayətkar birlik yaratma və onun tərkibində fəaliyyət göstərməkdə təqsirli bilinib.

    Almaniya məhkəmələri tərəfindən 18 Rusiya vətəndaşı barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və onların saxlanılması istiqamətində beynəlxalq qaydada İnterpola müraciət olunub.

  • Azərbaycan XİN İtaliyanı Respublika Günü münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İtaliyanı Respublika Günü münasibətilə təbrik edib.

    Bununla bağlı nazirliyin “X” sosial media hesabında paylaşım edilib.

    “Strateji tərəfdaşımız və dostumuz İtaliyanı və xalqını Respublika Günü münasibətilə təbriklər!”, – məlumatda qeyd olunub.

  • Завтра ожидаются ливни и сильный ветер

    3 июня в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, к ночи в некоторых пригородных территориях возможны кратковременные осадки.

    Будет преобладать сильный северо-западный ветер.

    Температура воздуха ночью составит 17-21, днем – 24-29° тепла. Атмосферное давление ниже нормы – 757 мм ртутного столба. Относительная влажность воздуха составит 55-65%.

    В районах Азербайджана местами ожидаются ливневые дожди и грозы. В отдельных местах осадки примут интенсивный характер, не исключается град, в высокогорных районах выпадет мокрый снег. Ночью и утром местами ожидается слабый туман. Будет преобладать временами усиливающийся западный ветер.

    Температура воздуха ночью составит 16-20, днем – 23-28° тепла, в горах ночью 5-10, днем – 13-18° тепла.

  • Sabah leysan yağacaq, güclü külək əsəcək

    Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

  • PSJ-nin qələbəsindən sonra Parisdə iğtişaşlara görə saxlanılanların sayı 570 nəfərə çatıb

    PSJ klubunun UEFA Çempionlar Liqasının qalibi olmasından sonra həftəsonu baş verən iğtişaşlar fonunda Fransanın paytaxı Parisdə saxlanılanların sayı 570 nəfərə çatıb.

    Bu brədə Paris polisinin prefekti Loran Nunyes BFMTV-nin efirində məlumat verib.

    O, təhlükəsizliyə görə 5400 polis və jandarmanın böyük iş gördüyünü, onların çox sayda vandalizm və quldurluğun qarşısını aldığını vurğulayıb.

    Qeyd edək ki, PSJ finalda İtaliyanın “İnter” klubunu beş cavasız qolla üstələyib.
    //report

  • Bakıda dekolonizasiya ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

    Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

    İyunun 3-də Bakıda təşkil olunacaq tədbir BMT-nin müxtəlif strukturlarında dekolonizasiya sahəsində çalışan, eləcə də bu sahə üzrə ixtisaslaşmış alimlərin ilk beynəlxalq konfransıdır.

    Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də millət vəkilləri və s. iştirak edəcək.

    Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.

    Beynəlxalq hüququn, habelə BMT qətnamələrinin tələbi olan dekolonizasiya prosesinin yekunlaşdırılmasının kolonial güclər tərəfindən qarşısının alınması və bu konteksdə beynəlxalq təşkilatlar çərçivəsində mövcud imkanlardan istifadə, təsirli mexanizmlərin həyata keçirilməsi, həmçinin sistemli bərabərsizliklərin beynəlxalq təşkilatlar səviyyəsində həlli yolları müzakirə olunacaq.

    Qeyd edək ki, qonaqlar səfərin ikinci günü ADA Universitetində və Azərbaycan Dillər Universitetində “Müasir beynəlxalq münasibətlər sistemində müstəmləkə düşüncəsinin davamı” mövzusunda müəllim və tələbə heyəti üçün mühazirələr oxuyacaqlar.