Month: June 2025

  • Каннабис в мармеладе Haribo нашли еще в двух странах

    Каннабис в мармеладе Haribo, помимо Нидерландов, обнаружили также в Бельгии и Люксембурге.

    Как передает Median.Az со ссылкой на Telegraaf, производитель сладостей Haribo призвал покупателей в Бельгии и Люксембурге не есть определенные виды мармелада и возвращать их обратно компании.

    Выяснилось, что упаковки из той же партии, в которой обнаружили каннабис в Нидерландах, продавались и в этих странах.

    Отмечается, что на данный момент неизвестно, как наркотики оказались в килограммовых упаковках Haribo Happy Cola F!ZZ с производственным кодом L341-4002307906, срок годности которых должен будет истечь в январе 2026 года.

    До этого в Нидерландах в жевательных конфетах немецкой компании Haribo нашли каннабис. Компания сообщала, что в обороте находится продукция, употребление которой “может привести к проблемам со здоровьем, таким как головокружение”.

  • Daha iki ölkədə “Haribo” marmeladlarında narkotik maddə aşkarlandı

    Niderlandın ardınca Belçika və Lüksemburqda da “Haribo” marmeladlarında narkotik maddə – çətənə aşkarlanıb.

    Bu barədə Median.Az “Telegraph” nəşrinə istinadla xəbər verir.

    “Haribo” şirniyyatlarının istehsalçısı Belçika və Lüksemburqdakı alıcıları müəyyən növ marmeladları yeməməyə və onları şirkətə qaytarmağa çağırıb.

    Narkotik maddələrin “Haribo Happy Cola F!ZZ” kiloqramlıq paketlərində necə peyda olduğu hələ məlum deyil.
    //oxu.az

  • “Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür

    “Azercell Telekom” MMC (“Azercell”) 1 iyul 2025-ci ildən etibarən fakturasız nömrələr (SimSim) üçün yeni şərtlər tətbiq edəcək.

    Median.Az xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat.az saytı yayıb.

    Bildirilir ki, iyul ayının 1-dən etibarən nömrənin balansına ödəmə kartı ilə 1 manat yükləndiyi zaman nömrənin aktiv qalma müddəti 1 gün olacaq. Elektron ödəniş üsulları ilə 1 – 1,99 manat yükləndiyi zaman da nömrənin aktiv qalma müddəti 1 gün olacaq.

    Nömrənin aktiv qalma müddəti yüklənən məbləğə görə aşağıdakı kimi olacaq:

    1-1,99 manat – 1 gün;
    2-2,99 manat – 2 gün;
    3-4,99 manat – 3 gün;
    5-9,99 manat – 5 gün;
    10-24,99 manat – 10 gün;
    25-49,99 manat – 25 gün;
    50-99,99 manat – 50 gün;
    100 + manat – 50 gün.

    Qeyd edək ki, hazırda qüvvədə olan tarifə görə, yüklənən məbləğlərə görə nömrənin aktiv qalma müddəti aşağıdakı kimidir:

    1-1,99 manat – 5 gün;
    2-2,99 manat – 10 gün;
    3-4,99 manat – 20 gün;
    5-9,99 manat – 30 gün;
    10-19,99 manat – 60 gün;
    20-24,99 manat – 90 gün;
    25-49,99 manat – 90 gün;
    50-99,99 manat – 120 gün.

    Məlumat üçün bildirək ki, “Azercell” sonuncu dəfə oxşar qərarı cəmi bir il əvvəl qəbul edib. Hazırkı qaydalar 1 iyul 2024-cü ildən qüvvədədir. Daha əvvəl isə 1 manat yükləndiyi zaman nömrə 7 gün aktiv qalırdı.

    Eyni zamanda onu da qeyd edək ki, bu ilin fevral ayından etibarən abunəçilər bir ay ərzində 2 manatdan az balans istifadə etdikləri halda həmin nömrəyə 2 manat məbləğində aylıq xidmət haqqı tətbiq edililir.

    Məlumat üçün bildirək ki, “Azercell”in son zamanlar qəbul etdiyi bu qərarlar ölkə mətbuatında və sosial şəbəkələrdə müzakirələrə və bir çox hallarda insanların narazılığına səbəb olub.

    Şirkət narazılıqlara cavab olaraq sosial mediada şərhlərə bu cavabı verib: Məlumat üçün bildirmək istərdik ki, 01 iyul 2025-ci il tarixindən etibarən fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq istifadə müddəti tətbiq ediləcək. Əlavə olaraq qeyd etmək istərdik ki, olduğunuz tarifin abunə haqqısı ödənildikdə, balansınıza etdiyiniz ödəniş nominalından asılı olmayaraq, nömrənin xətti tarifin istifadə müddəti bitənədək aktiv qalacaq.Misal olaraq, əgər nömrənizdə “Azercellim” (və ya “Bölgə”, “Gəncsim” və s.) tarifidirsə və balansınıza 2 AZN ödəniş edərək, tarifi yeniləyirsinizsə, bu zaman tarifin istifadə müddəti bitənədək (30 gün) nömrənizin xətti aktiv qalacaq.

    Müqayisə üçün bildirək ki, dünyanın əksər ölklərində, o cümlədən də qonşu ölkələrdə mobil operatorların analoji qərarları olsa da, həmin ölkələrdə nömrələrin aktiv qalma müddəti Azərbaycanla müqayisə olunmayacaq həddə çoxdur.

    Məsələn, Türkiyənin məşhur “Vodafone” mobil operatorunun nömrələrinin aktiv qalma müddəti ən azı 180 gündür.

    Azərbaycanda və qonşu ölkələrdə fakturasız nömrələrin minimum məbləğ yükləndiyi zaman aktiv qalma müddətini təqdim edirik:

    “Azercell” (Azərbaycan) – iyulun 1-dən 1 gün;
    “Vodafone” (Türkiyə) – 180 gün;
    “Turkcell” (Türkiyə) – 185 gün;
    “Magticom” (Gürcüstan) – 60 gün;
    “Meqafon” (Rusiya) – 90 gün;
    “Telecom Armenia” (Ermənistan) – 90 gün.

  • “Kupça”sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər – SİYAHI

    Torpaq sahəsinə çıxarışı (yəni hüquqi mülkiyyət sənədi) olan şəxslərin mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəllə ilə qorunur.

    Bəzi istisna hallarda dövlət bu torpaq sahəsini və onun üzərindəki tikilini, o cümlədən fərdi yaşayış evini, mülkiyyətçidən məcburi qaydada ala və sökdürə bilər.

    Belə hallar aşağıdakılardır:

    Dövlət və ya ictimai ehtiyaclar üçün alınma (yəni, “sosial sifariş”)

    Bu hal ən çox rast gəlinən səbəb sayılır. Mülkiyyət hüququ yalnız aşağıdakı məqsədlərlə və ədalətli kompensasiya ilə məhdudlaşdırıla bilər:

    Yol, körpü, tunel, metro, dəmir yolu tikintisi

    Hava limanı, liman və digər nəqliyyat infrastrukturu

    İctimai məktəb, xəstəxana, hərbi obyekt tikintisi

    Dövlət və bələdiyyə layihələri

    Bu halda evin sökülməsi yalnız əvvəlcədən xəbərdarlıq, ədalətli bazar qiyməti ilə kompensasiya ödənilməsi və məhkəmə qərarı ilə aparıla bilər.

    Məhkəmə qərarı ilə müsadirə (qanunsuz tikinti və ya istifadə halları)

    Bu hallarda məhkəmə qərarı ilə tikili sökülə bilər:

    Qanunsuz tikinti aparıbsa (məsələn, icazəsiz mərtəbə artırıbsa),

    Tikili normativ hüquqi aktlara ziddirsə (məsələn, təhlükəsizlik zonasında yerləşirsə),

    Torpaqdan məqsədinə uyğun olmayan şəkildə istifadə edirsə.

    Təbii fəlakət riski və ya ictimai təhlükəsizlik

    Dövlət bu hallarda mülkiyyətin boşaldılmasını və sökülməsini tələb edə bilər:

    Torpaq sürüşməsi, sel, zəlzələ riski olan ərazidə yerləşirsə,

    Yaşayış üçün təhlükəli sayılırsa (məsələn, qəzalı bina statusu varsa).

    Əmlak müsadirəsi – cinayət və ya borc halları

    Bu halda da torpaq və ev alına və ya satıla bilər:

    Əgər torpaq və ya ev məhkəmə qərarı ilə cinayət işi üzrə müsadirə edilərsə,

    Yaxud mülkiyyətçi dövlətə və ya başqa şəxslərə qarşı borclarını ödəmir və məhkəmə icraçıları əmlaka həbs qoyursa.

    Qeyd edək ki, çıxarışlı torpaq və ev sahibləri ümumi qaydada güvənli hüquqi statusa malikdirlər. Lakin bu proseslərin hamısı yalnız qanuni əsaslarla və kompensasiya şərtilə həyata keçirilə bilər.

    Əgər belə bir vəziyyətlə qarşılaşırsınızsa, hüquqşünasla məsləhətləşmək və mütləq rəsmi sənədləri tələb etmək vacibdir.
    //Baku.ws

  • Vətəndaşlar hərbi məlumatlarını elektron formada əldə edə biləcək

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq hərbi məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilərlər.

    Əvvəllər yalnız fiziki formada təqdim olunan bu məlumatlara çıxış tam rəqəmsallaşdırılıb. Vətəndaşlar xidmət mərkəzlərinə getmədən həm “mygov” veb portalı, həm də mobil tətbiqi vasitəsilə öz hərbi məlumatları ilə tanış ola, sənədləri PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilərlər.

    Hazırda hərbi qeydiyyat, müddətli həqiqi hərbi xidmət məlumatlarını, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə, müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair məlumatları və həqiqi hərbi xidmət keçmək haqqında məlumatları “mygov” vasitəsilə tam rəqəmsal formada əldə etmək mümkündür.

    Bunun üçün portal istifadəçiləri “mygov” platformasında “Məlumatlarım” bölməsinə daxil olmalı, “Hərbi məlumatlarım” alt bölməsinə keçid etməli, hərbi məlumat növünü seçərək məlumatlarla tanış olub sənədi istəyə uyğun olaraq PDF formatında yükləyə və ya rəqəmsal şəkildə paylaşa bilər.

  • Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

    Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, yanğının söndürülməsi istiqamətində işlər görülür.

  • Makronun heykəli oğurlandı

    Parisdəki Qrevin muzeyindən Fransa Prezidenti Emmanuel Makronun mum heykəli oğurlanıb.

    Bu barədə “Franceinfo” radiosu məlumat yayıb.

    “Emmanuel Makronun mum heykəli bazar ertəsi, iyunun 2-də səhər saatlarında Qrevin muzeyindən oğurlanıb” , – məlumatda bildirilib.

    Qeyd olunur ki, ilkin araşdırmanın nəticələrinə görə, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək Makronun heykəlini ədyala büküb və yanğın nərdivanından keçiriblər. Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

    O, özünü “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edib.

    Muzey rəhbərliyi bu barədə dərhal polisə məlumat verib.

  • BP-yə işə düzəldəcəyini dedi, 3 nəfəri 11200 manat aldatdı

    Bakıda üç nəfəri BP şirkətinə işə düzəltmək vədi ilə aldadaraq dələduzluq əməlinə yol verməkdə ittiham edilən şəxsə hökm oxunub. 

    Qaynarinfo-nun məlumatına görə, Sabunçu Rayon Məhkəməsində Cinayət Məcələsinin 1782.2-ci maddəsi ilə mühakimə olunan Saleh adlı təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsirli bilinib və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli qismində saxlanılıdğı 2 gün müddət 1 günə 2 gün hesablanmaqla təyin edilən cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
    İş materiallarından aydın olur ki, zərərçəkmişlər əvvəldən Salehi tanıyıblar. Əvvəlcə onlardan biri – Vasif Yaqubov ortaq tanışları vasitəsi ilə Salehlə əlaqə qurub. Saleh onu BP şirkətində sürücü vəzifəsinə düzəldə biləcəyini deyib. Bunun müqabilində isə Vasif Yaqubovdan 5000 manat pul tələb edib. Zərəçəkmiş ona 3000 manat verərək pulun yerdə qalanını da işə düzəldikdən sonra alacağını bildirib.  
    Həmin ərəfədə Vasif Yaqubov qardaşı Asif Yaqubov da işə düzəlmək istəyib. Saleh onu da BP şirkətinə anbardar vəzifəsinə düzəldə biləcəyini deyib. Bu iş üçün də 3500 manat alıb. 
    Daha sonra Vasif Yolçuyevin Ceyhun adlı dostu da işə düəzlmək istəyib. Saleh onu da BP şirkətinə sürücü vəzifəsinə düzəldəcəyini bildirib və bunun müqabilində 4700 manat pul alıb. Lakin o verdiyi vədi yerinə yetirməyib. 
    Zərəçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıblar. Saleh məhkəmədə verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, əlavə edib ki, həyat yoldaşı onkoloji xəstə olduğundan aldığı pulları onun müalicəsinə sərf edib. 

  • Sumqayıtda 2 500 abonentə qazın verilişində fasilə yaranacaq

    Sabah Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində qaz sızmasının qarşısını almaq məqsədilə 2 500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Sumqayıt Qaz İstismarı Sahəsindən məlumat verilib.

    Bildirilib ki, aparılacaq təmir işləri qaz xətlərində təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. İşlərin gün ərzində yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulur.

  • İlham Əliyevdən millimizlə bağlı paylaşım – FOTO

    Prezident İlham Əliyev minifutbol millimizin dünya çempionatının qalibi olması ilə bağlı paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir: