Month: June 2025

  • Ученые нашли причину проблем с общением при аутизме

    Международная группа ученых из Японии и Великобритании представила революционные данные, переворачивающие традиционные взгляды на коммуникативные трудности при аутизме.

    Результаты исследования опубликованы в научном журнале Molecular Autism (MolAutism).

    Специалисты из Университета Васэда под руководством доктора Бьянки Шустер провели уникальное исследование с участием аутичных и неаутичных взрослых британцев и японцев. Используя анимации с движущимися треугольниками, они анализировали способность участников интерпретировать социальные сцены.

    Результаты оказались неожиданными: британские нейротипичные участники хуже понимали анимации, созданные аутичными людьми, в то время как японские аутичные участники показали лучшие результаты, чем обе британские группы. Это свидетельствует о важности культурного контекста в коммуникации.

    Исследование подтвердило теорию “двойной эмпатии”, согласно которой трудности во взаимопонимании возникают из-за различий в восприятии мира, а не из-за когнитивного дефицита у аутичных людей.

    По словам ученых, их открытие поддерживает смену парадигмы — от рассмотрения аутизма как нарушения к пониманию его как иного способа восприятия мира. Специалисты призывают создавать более универсальную среду, учитывающие особенности людей с разными типами строения нервной системы.

  • Alimlər autizmdə ünsiyyət problemlərinin səbəbini tapıblar

    Yaponiya və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu autizmdə ünsiyyət çətinlikləri ilə bağlı ənənəvi fikirləri alt-üst edən inqilabi məlumatlar təqdim edib.

    Tədqiqat Molecular Autism (MolAutism) elmi jurnalında dərc olunub.

    Doktor Bianka Şusterin rəhbərlik etdiyi Vaseda Universitetinin alimləri autizmli və autizmli olmayan Britaniya və Yaponiya yaşlıları əhatə edən unikal tədqiqat aparıblar.

    Alimlər hərəkətli üçbucaqların animasiyalarından istifadə edərək, iştirakçıların sosial səhnələri şərh etmək bacarığını təhlil ediblər.

    Nəticələr gözlənilməz olub: İngilis neyrotipik iştirakçılar autizmli insanların yaratdığı animasiyaları başa düşməkdə daha pis çətinlik çəkiblər. Yaponiyanın autizmli iştirakçıları isə hər iki Britaniya qrupundan daha yaxşı nəticə əldə ediblər. Bu, ünsiyyətdə mədəni kontekstin əhəmiyyətini nümayiş etdirib.

    Tədqiqat bir-birini başa düşməkdə çətinliklərin autizmli insanlarda idrak qüsurlarından deyil, insanların dünyanı necə qavradıqlarındakı fərqlərdən yarandığını irəli sürən “ikili empatiya” nəzəriyyəsini dəstəkləyib.

    Mütəxəssislər müxtəlif növ sinir sistemi quruluşuna malik insanların xüsusiyyətlərini nəzərə alan daha universal mühitin yaradılmasını tələb ediblər.

  • В Стамбуле завершились переговоры делегаций РФ и Украины

    Переговоры между делегациями России и Украины в Стамбуле закончились.

    Об этом сообщают российские СМИ.

    Отмечается, что переговоры продолжались больше часа и шли на русском языке.

  • İstanbulda Rusiya – Ukrayna danışıqları başa çatıb

    İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başa çatıb.

    Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

    Qeyd olunur ki, danışıqlar bir saatdan çox davam edib və rus dilində aparılıb.

  • В Баку арестован водитель, сеявший панику игрушечным пистолетом

    Сотрудники полиции расследовали видео, распространившееся в социальных сетях, на котором водитель автомобиля Hyundai демонстрировал из окна игрушечный пистолет, вызывая тревогу у жителей столицы.

    Об этом сообщила представитель пресс-службы МВД Луму Исрафилли.

    По ее словам, 24-летний водитель Hyundai был идентифицирован и задержан правоохранительными органами.

    “Он был арестован в административном порядке. Создание опасности и паники в обществе как с помощью настоящего, так и игрушечного оружия влечет за собой юридическую ответственность”, – подчеркнула представитель МВД.

  • Oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib – VİDEO

    Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, “Hyundai” markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.

    “O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur”, – deyə DİN-in əməkdaşı bildirib.

  • Rusiyanın “Match TV” kanalının Azərbaycanda yayımının dayandırılmasının səbəbi açıqlanıb

    “Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının (“МАТЧ! ФУТБОЛ 1”, “МАТЧ! ФУТБОЛ 2”, “МАТЧ! ФУТБОЛ 3”, “МАТЧ! ПРЕМЬЕРА”, “МАТЧ! ИГРА”, “МАТЧ! АРЕНА”, “МАТЧ! СТРАНА”, “МАТЧ!”) çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur”.

    Bu barədə Audiovizual Şura məlumat yayıb.

    “Öncə qeyd olunmalıdır ki, “Media haqqında” Qanuna uyğun olaraq, Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərti ilə retranslyasiya edə bilərlər.

    Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçirilir. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər keçirilib, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək retranslyasiya paketlərinin monitorinqləri nəticəsində qeydə alınmış pozuntulara görə 20-dən çox operator barədə inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmə qərarlarına əsasən, həmin operatorların hərəsi 5 000 manat cərimə olunub”, – məlumatda deyilir.

    Bildirilir ki, bundan başqa, Audiovizual Şuranın apardığı araşdırmalardan məlum olub ki, yuxarıda adları qeyd olunan idman kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ yoxdur:

    “Həmçinin həmin kanallarda yayımlanan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınıb və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur.

    Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, “МАТЧ ТВ” kanallarının ölkəmizdə faktiki olaraq “pirat” yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycan Respublikası ərazisində operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir.

    Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində “pirat” kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb edib və 01 iyun 2025-ci il tarixindən bu tələbə riayət etməyən operatorlara qarşı qanunauyğun tədbirlərin görüləcəyini bildirib.

    Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək”.

  • Mayda Kürdəmirdə 37.6 dərəcə isti, Şahdağda 1 dərəcə şaxta qeydə alınıb

    2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, dörd gün normadan aşağı (0.2-1.2 dərəcə), bir gün norma daxilində olub, ortaaylıq temperatur isə müsbət 20.4 dərəcə qeydə alınıb.

    May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda 1 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9.8 dərəcə isti müşahidə olunub.

    May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 203 faizi olmaqla Mərkəzi Aran zonasına (Hacıqabul 54 mm) və aylıq normanın 68 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Maştağa 14 mm) düşüb.

    Ölkədə may ayında 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30-35 mm olub.

    May ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 22 gün hava şəraiti küləkli keçib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə 28 m/s-dək güclənib.

  • Prezident: “Biz həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idmanda qələbə qazanan ölkəyik”

    “Siz (Azərbaycan minifutbol millisinin üzvləri – red.) bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən söyləyib.

    Dövlətimizin başçısı qeyd edib:

    “Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.

  • Meyxanaçı Ağamirzə Kərimin son vəziyyətini açıqlayıb

    “Mən Kərimdə olan avazı bu günə qədər heç bir meyxanaçıda görməmişəm”.

    Bunu “Afaqla 10lar” verilişində meyxana ustadı Ağamirzə Məmmədov deyib.

    O, uzun zamandır yataq xəstəsi olan həmkarı Kərimin son vəziyyətini də açıqlayıb:

    “Mən fəxr edirəm ki, Kərim imi bir insan neçə illə çiyin-çiyinə bu sənət meydanında olmuşam. Birlikdə çox meyxanalar demişik. İndi isə yataqda qalıb, yalnız uzanıqlı vəziyyətdədir. Oturta, dura, gəzə, demək olar ki, danışa da bilmir. Yanında danışdıqlarımızı da yaxşı başa düşmür. Ümidimiz yalnız Allaha qalıb. Hər dəfə yanına gedəndə deyirəm Kərim gəlmişəm, 10-15 deyəndən sonra bəlkə başa düşər. Allah bütün xəstələrə şəfa versin. “