Month: June 2025

  • Lənkəranda əmisini öldürən 19 yaşlı şəxs həbs edildi

    Lənkəranda əmisini qətlə yetirməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə barədə həbs qətimkan tədbiri seçilib.

    Lənkəran Rayon Məhkəməsində E.Hüseynzadənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

    Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və E.Hüseynzadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

    İttihama görə, mayın 29-da axşam saatlarında Lənkəran rayonunun Vilvan kəndində 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə getsə də, geri qayıtmayıb. Ailə üzvlərinin axtarışları zamanı onun meyiti örüş sahəsində aşkarlanıb.

    Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, mərhumun qardaşı oğlu, 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə saxlanılıb. O, hadisədən sonra ölkədən qaçmaq istəyərkən Bakı Beynəlxalq Aeroportunda yaxalanıb.
    //oxu.az

  • Azərbaycn Prezidenti “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Hörmətli tədbir iştirakçıları!

    Hörmətli qonaqlar, xanımlar və cənablar!

    Sizi “Bakı Enerji Həftəsi”nin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

    Bu mühüm tədbir enerji sahəsində nailiyyətlərimizin təqdimatı və gələcək prioritetlərin müzakirəsi üçün önəmli platforma rolunu oynayır. Biz artıq sayca 30-cu tədbirdə – yubiley tədbirində iştirak edirik ki, bu da onun uğurlu tarixini və əhəmiyyətini bir daha təsdiqləyir.

    “Bakı Enerji Həftəsi” ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür.

    Ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

    Eyni zamanda, bu tədbir Azərbaycanın enerji sahəsində keçdiyi uğurlu yolun, beynəlxalq nüfuzunun və uzaqgörən strateji baxışının bariz təzahürüdür. Enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.

    İşğaldan azad olunmuş ərazilərin “yaşıl enerji” zonası kimi inkişafı isə dayanıqlı enerji strategiyasının əsas istiqamətidir. Uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Həyata keçirilən təşəbbüslər həmçinin ətraf mühitin qorunmasına məsuliyyətli münasibətimizi və enerji sahəsində liderlik iddiamızı əks etdirir.

    Əminəm ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq, beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfə verəcəkdir.

    Bugünkü tədbirdə nümayiş etdirilən sərgilər münasibətilə təşkilatçıları və bütün iştirakçıları bir daha təbrik edir, hər birinizə səmərəli müzakirələr, uğurlu layihələr və davamlı əməkdaşlıq arzulayıram!”

  • Araz Supermarket оштрафован за продажу продуктов по цене выше указанной на ценнике

    Государственное агентство по антимонопольному контролю и надзору за потребительским рынком при Президенте составило протокол об административном правонарушении в отношении ООО Araz Supermarket на основании закона “О защите прав потребителей”.

    Об этом сообщили в агентстве.

    Было отмечено, что компания реализовывала продукты питания по более высокой цене, чем указано на ценнике, тем самым совершив правонарушение, предусмотренное статьей 447.0.1. (обман потребителей в незначительном размере относительно стоимости товара) Кодекса Азербайджана об административных проступках.

  • “Araz Supermarket” məhsulu üzərində göstərilən qiymətdən baha satdığına görə cərimələnib

    Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Araz Supermarket” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

    Bu barədə agentlik məlumat yayıb.

    Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.

  • В Баку продолжается суд над обвиняемыми в военных преступлениях против Азербайджана

    В Бакинском судебном комплексе проходит судебное заседание по уголовному делу лиц армянского происхождения, обвиняемых в военных и других тяжких преступлениях.

    Как сообщает Report, процесс проходит под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Напомним, что обвинения выдвинуты в отношении 15 человек – Аркадия Гукасяна, Араика Арутюняна, Бако Саакяна, Давида Ишханяна, Давида Бабаяна, Левы Мнацаканяна, Давита Манукяна, Гарика Мартиросяна, Меликсета Пашаяна, Давита Аллахвердяна, Гургена Степаняна, Левона Балаяна, Мадата Бабаяна, Василия Бегларяна и Эрика Газаряна. В соответствии с периодами участия в преступном сообществе, подсудимые обвиняются по следующим статьям Уголовного кодекса АР: 100 (планирование и ведение агрессивной войны), 102 (нападение на лиц или организации, пользующиеся международной защитой), 103 (геноцид), 105 (истребление населения), 106 (рабство), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 110 (насильственное удерживание человека), 112 (лишение свободы в нарушение норм международного права), 113 (пытки), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 118 (военный грабеж), 214 (терроризм), 214-1 (финансирование терроризма), 218 (создание преступного сообщества (организации)), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (угрозы безопасности авиации), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп).

  • Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

    Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

    Median.Az “Report”a istinadən xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

    Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

    Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Arkadi Arşaviri (Arşaviroviç) Qukasyan, Arayik Vladimiri (Vladimiroviç) Arutyunyan, Bako Saaki (Saakoviç) Saakyan, Davit Rubeni (Rubenoviç) İşxanyan, Davit Klimi (Klimoviç) Babayan, Lyova Henrixi (Henrixoviç) Mnatsakanyan, Davit Azati (Azatoviç) Manukyan, Qarik Qriqori (Qriqoroviç) Martirosyan, Melikset Vladimiri (Vladimiroviç) Paşayan, Davit Nelsoni (Nelsonoviç) Allahverdiyan, Qurqen Omerosi (Omerosoviç) Stepanyan, Levon Romiki (Romikoviç) Balayan, Madat Arakeli (Arakeloviç) Babayan, Vasili İvani (İvanoviç) Beqlaryan və Erik Roberti (Robertoviç) Qazaryana qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın – TƏFƏRRÜAT

    Gəncədə yaşayış evinə silahlı basqın etməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Yaşar Hüseynov və 1979-cu il təvəllüdlü Seymur Məmmədovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.

    Median.Az Teleqraf.az-a istinadən xəbər verir ki, Yaşar özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Seymur ilə birlikdə 19 mart 2022-ci ildə, saat 21 radələrində Xəyyam və onun ailə üzvlərinin yaşadığı evə basqın ediblər.

    Hadisə baş verən gün Yaşar və Seymur sonuncunun “Hyundai Sonata” markalı avtomobili ilə zərərçəkmişlərin yaşadığı ünvanın yaxınlığına gəliblər. Avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət ediblər və qapının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.

    Onlar odlu silah olan “Churchill” modelli tüfəngi nümayiş etdirib, zərərçəkmişləri hədələyiblər. Müqavimətlə üzləşdikdə isə onlara bıçaqla xəsarət yetiriblər.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

    “Bu cinayəti törətməmişəm”

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar Hüseynov özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç kimə qarşı quldurluq cinayət əməli törətməyib və həmin cinayət hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur:

    “19 mart 2022-ci ildə şəhər ərazisindəki hotellərdən birində olarkən Seymur yanıma gəldi. Seymur sərxoş vəziyyətdə olduğu üçün onu özümə məxsus “Hyundai Sonata” markalı avtomobillə yaşadığı yerə qədər yox, “Dubay bazarı”nın yaxınlığına kimi apardım. Mən Eldar adlı şəxslə görüşməli idim. Seymura dedim ki, “Dubay bazarı”na qədər mənimlə gedə bilər. Seymur “Dubay bazarı”nın yaxınlığında maşından düşdü. Mən həmin yerdə tanışım Eldar adlı şəxslə 5-10 dəqiqə söhbət etdim. Daha sonra oradan hotelə qayıtdım. 15-20 dəqiqədən sonra Seymur yenidən hotelə, mənim yanıma gəldi və sənədlərini maşınımda unutduğunu dedi. Sonra Seymuru hotelin işçisi Şahinlə birlikdə, mənim avtomobilim ilə yaşadığı evə apardıq. Daha sonra hotelə geri qayıtdım. Hoteldə olarkən gecə vaxtı yaşadığım otağın qapısı döyüldü. Qapını açan kimi mülki geyimdə olan polis əməkdaşları məni şöbəyə apardılar”.

    “Pula ehtiyacım olduğunu bildirdim”

    Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı cinayəti etiraf etməsi ilə bağlı ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 3 mart 2022-ci ildən Gəncədəki hoteldə yaşayıb: “Mən qeydiyyatda olduğum və əvvəlcədən yaşadığım evdən çıxdım. Hotelə gəlməyimə səbəb keçmiş arvadımla aramızda yaranmış mübahisə olub. Seymurla 2022-ci ilin yanvar ayının sonlarından tanışam. Onun xalası qızı Oksana ilə qeyri-rəsmi münasibətlərimiz olub. Buna görə Seymur mənimlə görüşərək tanış olmaq istədi. Aramızda bu səbəbdən münasibət yarandı. Mənə məxsus iki ədəd mülki ov silahı olub. Həmin silahları da evdən çıxan zaman özümlə götürmüşəm və hotelə gətirmişəm. Həmin silahları hotelin anbarına saxlanca vermişəm. Seymur tanışlıqdan sonra tez-tez qaldığım hotelə – yanıma gəlib. Biz tez-tez oturaraq çay içib, söhbət etmişik. Seymurla söhbət zamanı ona borclarımın olduğunu bildirmişəm”.

    “Əldə etdiyi puldan mənə də verəcəyini dedi”

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin ilin martın 17-də yaşadığı hoteldə Seymur söhbət əsnasında quldurluğa görə 12 il həbsdə yatdığını və tanıdığı bir yerdən pul əldə edə biləcəyini deyib: “Mən əvvəlcə Seymurun sözləri ilə razı olmaq istəmədiyimdən ümumi sözlərlə onu yola verdim. Fikirləşdim ki, Seymurun danışdıqları sadəcə söz olaraq qalacaq. Bundan sonra Bakı şəhərinə getdim. Bakı şəhərində olan zaman Seymur zəng etdi, mənimlə görüşmək istədiyini dedi. Mən də Seymura Bakı şəhərində olduğumu, həmin gün axşam saatlarında qayıdacağımı dedim”.

    “Qışqırdı ki, Famil hanı? Pul ver, onun borcu var”

    Yaşarın bildirdiyinə görə, martın 18-də, axşam saatlarında Bakı şəhərindən qaldığı hotelə qayıdıb, həmin gün Seymur ona zəng etməyib və hotelə gəlməyib: “Martın 19-da, səhər saatlarında Seymur zəng edərək hotelə gəldi. Biz çay içib söhbət etdik. Seymur günorta saatlarında dayısı oğlunun ad günü olduğunu dedi və ora getdi. Həmin gün saat 19-20 radələrində Seymur yenidən hotelə gəldi və dedi ki, gedək, orada pul var, həmin pulu götürüm, sonra sənə də kömək edərəm. Seymur həmin vaxt özü ilə bir ədəd fəhlə əlcəyi və skoç gətirmişdi. Seymura oradan götürəcəyi pulların mənə bəs etməyəcəyini dedim. Həmin vaxt Seymur məndə maska olub-olmadığını soruşdu. Mən də çantamda olan iki ədəd təzə maskanı çıxardım. Seymur mənim iki ədəd silahımın olduğunu əvvəldən bildiyindən onları götürməyimi istədi. Hotelin anbarında saxladığım silahı patronsuz halda özümlə götürdüm. Seymurla maşında xeyli yol gedib dəmir yolunun altında xatırlamadığım yerdə saxladım. Ora quldurluq etmək istədiyimiz evdən bir-iki kilometr aralıda idi.

    Seymurun sözü ilə maskalandıq. Özümüzü tanınmaz hala salıb pul götürəcəyimiz evin yanına gəldik. Həmin evin yanına çatdıqda maskanı aşağı saldım. Əvvəlcə Seymur, ardınca mən evin həyətinə daxil olduq. Bu zaman bir nəfər cavan oğlan qabağıma çıxdı. Seymur da həmin oğlanı tutaraq yerə yıxdı və qışqırdı ki, Famil hanı? Pul ver, onun borcu var. Bu zaman yan otaqdan Xəyyamçıxdı və üzərimə gəldi. Mən bunu görərək geriyə çəkildim. Bundan sonra həmin şəxs Seymurun üzərinə tərəf getdi və onlar əlbəyaxa oldular. Yaşlı qadın içəri keçərək Seymurun üzərinə getdi. Tüfəngi əlimdə tutdum və onlar geriyə çəkildilər. Bu zaman Xəyyam Seymurun əlindən çıxdı və çölə tərəf qaçdı. Seymur da onun arxasınca getdi. Daha sonra Seymur geriyə qayıdaraq mənə getməli olduğumuzu dedi. Biz birlikdə gəldiyimiz maşınla hotelə qayıtdıq”.

    “Peşman olmuşam”

    Təqsirləndirilən şəxs bildirib ki, hadisəni törətmək üçün evə daxil olan zaman Seymurun əlində bıçaq olub: “Həmin bıçağın əlamətlərini dəqiq bilməmişəm. Ancaq bıçağın tiyəsini görmüşəm. Bıçağın tiyəsi parıldayıb. Seymur həmin bıçaqla orada şəxslərə xəsarət yetirib. Həmin hadisə haqqında heç kəsin heç bir məlumatı olmayıb. Oraya getməkdə Seymurun məqsədi pul ələ keçirmək olub. Mən etdiyim əməldən peşman olmuşam”.

    “Mənim əl izlərimi götürdülər”

    Digər təqsirləndirilən Seymur Məmmədov da özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2022-ci il martın 19-da xalası oğlunun ad günündə olub: “Təxminən saat səkkizdə Yaşar zəng etdi ki, köhnə paltarını və yeməyini hotelə gətirim. Mən Yaşarın yaşadığı hotelə gəldim, paltarı və yeməyi ona verdim. Həmin vaxt Yaşar içkili idi. Yaşardan məni evə aparmasını xahiş etdim. Yaşar maşını ilə məni “Dubay bazarı”nın yaxınlığına apardı. Sonradan bildim ki, mənim sürücülük vəsiqəm və digər əşyalarım Yaşarın maşınında qalıb. Mən sənədlərimi götürmək üçün yenidən həmin hotelin qabağına gəldim. Yaşar ilə orada görüşdüm və əşyalarımı götürdüm. Yaşar Şahin adlı şəxslə birlikdə məni yaşadığım evə düşürdülər. Bir gün sonra polis şöbəsindən gələrək dedilər ki, qonşuluqda cinayət hadisəsi baş verib. Əvvəllər məhkum olunduğuma görə məni şöbəyə çağırırlar. Mən də polis şöbəsinə getdim. Polis şöbəsində mənim əl izlərimi götürdülər, başıma papaq qoydular ki, həmin papaq hadisə yerində düşüb. Daha sonra isə mənə gedə biləcəyimi dedilər. Təxminən bir həftə sonra məni yenə də polis şöbəsinə çağırdılar”.

    “Pul olsaydı, vəziyyətimizi düzəldərdik”

    Seymur Məmmədov məhkəmədə törətdiyi əməli etiraf etməsə də, ibtidai istintaq zamanı etirafedici ifadə verib. O, həmin ifadəsində göstərib ki, zərərçəkmiş şəxsləri təxminən 7-8 aydır tanıyır: “Həmin şəxslər yaşadığım evin qonşuluğundan ev alıblar və həmin ərazidə mağaza işlədirlər. Onların sələmə pul verdiklərini də eşitmişdim. Təqsirləndirilən Yaşarı isə 2022-ci ilin yanvar ayından tanımışam. Yaşarın mənim xalam qızı Oksana ilə münasibətləri olub. Buna görə də Yaşarla tanış olmuşam, münasibət qurmuşam. Yaşar öz ailəsi ilə aralarında olan münasibətin pisləşməsi səbəbindən Gəncə şəhərində yerləşən hoteldə qalıb. Mən də tez-tez Yaşarın yanına gedib-gəlmişəm. Yaşar çoxlu borclarının olduğunu dedi. O, pul axtarırdı. Mənim də sosial vəziyyətim o qədər də yaxşı deyildi. Yaşara pul olsaydı, vəziyyətimizi düzəldərdik demişəm”.

    “Papağımı itirdiyimi bildim”

    Seymur Məmmədovun ifadəsinə görə, 17 mart 2022-ci ildə Yaşarla hoteldə söhbət edən zaman soyğunçuluğa görə 12 il həbsdə yatdığını və tanıdğı bir yerdən pul götürmək istədiyini deyib: “Yaşar pulları götürmək üçün maska və silahın vacibliyini dedi. Martın 18-də Yaşara zəng etdim, yanına getmək istəyən zaman Yaşar Gəncə şəhərində olmadığını, axşam gələcəyini dedi. Ertəsi gün səhər saatlarında Yaşara zəng edib hotelə getdim. Birlikdə çay içib söhbət etdik. Martın 19-da, saat təxminən 20 radələrində yenidən hotelə Yaşarın yanına qayıtdım. Bundan sonra Yaşarla əvvəlcədən razılaşdığımız kimi, maskalandıq, silahı götürüm maşınla Gəncədə “türklər qəsəbəsi” adlanan yerdə dəmir yolunun yaxınlığında saxladım. Bundan sonra göz nahiyəmə skoç çəkdim, papaq taxdım, fəhlə əlcəyi geyindim. Yaşar da qara rəngli əlcəyi taxdı, qara rəngli maska geyindi. Birlikdə piyada basqın edəcəyimiz evə getdik. Əvvəlcə mən həyətə daxil oldum. Evin qapısını açıb içəri girdim. Bu zaman Ramal qarşıma çıxdı. Orada Ramalın yaxasından tutdum və dizi üstə yerə yıxdım. Yaşar da əlindəki silahı ona tuşlayaraq “tərpənmə, çök aşağı” deyə qışqırdı. Bu zaman digər otaqdan Xəyyam çıxdı. Mən Xəyyamı qorxutmaq üçün bıçaqla onun qulaq və baş nahiyəsinə bir neçə zərbə vurdum. Bu zaman Xəyyamın anası Xurşid gəldi. Xurşid də mənimlə əlbəyaxa olmağa başladı. Onu da qorxutmaq üçün bıçaqla qol və ağzından vurdum. Bu zaman Xəyyam əlimizdən çıxdı və həyətə qaçmağa başladı. Mən də Xəyyamın arxasınca çıxdım. Xəyyamın qışqırdığını gördüm və geri qayıtdım. Yaşara getməli olduğumuzu dedim. Bundan sonra gəldiyimiz yol ilə geriyə qayıtdım. Hotelə çatdıqda papağımı itirdiyimi bildim”.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Hüseynov 8 il 6 ay, Seymur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Hər iki təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçilər hər iki təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

    Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunmayıb.

    Bu qərardan narazı qalan müdafiəçilər Ali Məhkəməyə müraciət ediblər. Kassasiya şikayətlərinə Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

    Yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayətlər təmin olunmayıb.

  • МЧС обратилось к населению в связи с ожидаемыми погодными условиями

    Министерство по чрезвычайным ситуациям (МЧС) обратилось к населению в связи с ожидаемыми неблагоприятными погодными условиями.

    Как сообщили в МЧС, в обращении говорится:

    “По данным Национальной службы гидрометеорологии, начиная со второй половины сегодняшнего дня и в ближайшие дни в отдельных районах прогнозируется нестабильная погода, местами ливни, кратковременные паводки и сели в некоторых реках, грозы и сильный ветер.

    В связи с этим Министерство по чрезвычайным ситуациям обращается к населению с призывом соблюдать соответствующие правила безопасности в связи с ожидаемыми погодными условиями.

    Так, во время сильного ветра рекомендуется держаться подальше от легких конструкций и временных сооружений, зданий и рекламных щитов, не стоять под электрическими столбами и проводами, высокими деревьями. А также, учитывая трудности, возникающие при тушении пожаров, вызванных сильным ветром, необходимо строго соблюдать правила пожарной безопасности. Помимо этого, пользователям маломерных судов следует учитывать, что выход в море при таких погодных условиях запрещен.

    Для защиты от паводков и наводнений, вызванных интенсивными осадками, рекомендуется держаться подальше от опасных участков и в случае угрозы немедленно подняться на возвышенность.

    Также для защиты от рисков, связанных с грозой, рекомендуется отключать электроприборы от сети, не разговаривать по телефону (стационарному, мобильному, таксофону и т.п.), во время нахождения на открытом воздухе не приближаться к линиям электропередачи, громоотводам и антеннам, не укрываться под высокими деревьями. Если вы находитесь в автомобиле, нужно остановить транспортное средство, поднять стекла и ждать окончания грозы”.

  • FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

    Bu barədə FHN məlumat yayıb.

    Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır:

    “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

    Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

    Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

    Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır”.

  • СЭБ: Граждан обманывают с помощью поддельных QR-кодов в общественных местах

    Служба электронной безопасности (СЭБ) при Министерстве цифрового развития и транспорта призвала граждан быть бдительными в отношении поддельных QR-кодов на улицах, остановках, в парках и других общественных местах.

    Об этом сообщили в СЭБ.

    Было отмечено, что в последнее время на улицах, остановках, в парках и других общественных местах, а также в социальных сетях встречаются цветные афиши с QR-кодами под лозунгом SCAN ME. С помощью этих QR-кодов граждан перенаправляют на фейковые Telegram-каналы с предложениями работы, скидочными кампаниями или карьерными возможностями, и методами социальной инженерии у них запрашивают личные данные.

    От граждан в основном требуют данные банковских карт, копии удостоверений личности, личные фотографии (селфи) и коды подтверждения, отправленные по SMS. С помощью этих данных предпринимаются попытки получить доступ к банковским счетам и оформить онлайн-кредиты.

    Служба электронной безопасности рекомендует гражданам быть внимательными к неизвестным QR-кодам на случайных уличных афишах или в социальных сетях и ни в коем случае не делиться данными банковских карт и другой личной информацией с неизвестными источниками.