Month: June 2025

  • Özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb

    Özgəsinə məxsus sənədlə sərhədi keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşı Bakıda saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

    Bildirilib ki, may ayının 30-da DSX-nin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılıb.

    Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir.

    Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • DİN-dən Yasamalda uşaq oğurluğu ilə bağlı iddialara CAVAB – Video

    Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.

    Daxili İşlər Nazirliyindən (DİN) Baku TV-yə verilən məlumatda bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

    “Sosial şəbəkədə Yasamal rayonu ərazisində yerləşən uşaq meydançalarının birindən uşaq oğurlanması ilə bağlı yayılan iddia əsassızdır. Polis əməkdaşları tərəfindən iddialar araşdırılıb, qeyd olunan ünvan üzrə bu halın baş verməsi təsdiqini tapmayıb”, ‒ məlumatda qeyd edilib.

    Ətraflı videomaterialda:

  • Bakıda terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan İŞİD üzvünün məhkəməsi KEÇİRİLDİ

    Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Median.Az “apa.az”a istinadənxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

    Daha sonra hakim təqsirləndirilən şəxsə bildirib ki, ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, o, 10 ildən 20 il müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilinər.

    Təqsirləndirilən Abdulla Əliyev cinayət işi üzrə özünü təqsirli bilmədiyini qeyd edib:

    “Mənə qarşı sürülən ittihamlarla razı deyiləm. Cinayət törədilərkən anlaqsız vəziyyətdə olmuşam. Özümü təqsirli bilmirəm”.

    Təqsirləndirilən şəxsin vəkili məhkəməyə səhhəti ilə əlaqədar prosesdə uzun müddət iştirak edə bilməyəcəyi barədə müraciət edib.

    Təqsirləndirilən Abdulla Əliyev vəkildən imtina edib və onun hüquqlarının müdafiəsinə yeni vəkil təyin edilib. Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

    Məhkəmə vəkilin vəsatətini təmin edib.

    Məhkəmənin növbəti iclası 14 iyulda keçiriləcək.

    Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

    Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

    İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyi planlaşdırıb. Belə ki, o, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

  • “Panatinaikos”un prezidenti barəsində axtarış qərarı verildi

    Basketbol üzrə Avropa liqasında çıxış edən “Panatinaikos”un sahibi Dimitris Cannakopoulos barəsində axtarış elan edilib.

    Bu barədə “Eurohoops” portalı məlumat yayıb.

    Bazar günü, iyunun 1-də 51 yaşlı funksioner Yunanıstan çempionatının final seriyasının “Olimpiakos”la ikinci matçının başlanğıcında (83:91) meydandan qovulub. “Panatinaikos”un mətbuat xidməti iddia edir ki, Cannakopoulos meydandan qovulduğuna görə deyil, ona və qızına təhqiramiz sözlər deyən rəqib komandanın azarkeşlərinin davranışına görə arenanı tərk edib.

    “Olimpiakos” tərəfi isə bildirib ki, “Panatinaikos”un sahibi meydandan qovulmazdan əvvəl tribunalara qarşı nalayiq jest edib.

    “Olimpiakos” qonaq komandanın prezidentinə qarşı iddia qaldırıb və o, hazırda axtarışdadır.

    Qeyd edək ki, “Olimpiakos” Yunanıstan çempionatının final seriyasını hesabı bərabərləşdirib – 1:1. Komandalar arasında üçüncü oyun çərşənbə günü, iyunun 4-də baş tutacaq.

  • Azərbaycan-Avstriya Qarışıq Komissiyasının yeni tərkibi təsdiq edilib

    Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirini Azərbaycan-Avstriya Qarışıq Komissiyasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini əvəz edib.

    Bundan başqa, mədəniyyət nazirinin müavini və Dövlət Turizm Agentliyi sədrinin müavini komissiyanın tərkibinə daxil edilib.

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti isə komissiyanın tərkibindən çıxarılıb.

  • Həbsdən çıxıb Ağsuya getdi, xalasının pensiyasını oğurladı

    Həbsdən yeni çıxmış şəxs Ağsuda qəribə oğurluq edib.

    Dəfələrlə oğurluq cinayətinə görə həbs edilən, Hövsan qəsəbə sakini Səbuhi Əliyev (soyad şərtidir) bir müddət əvvəl azadlığa çıxıb. Səbuhi qalmağa yeri olmadığı üçün Ağsu rayonuna – xalası Rayanın evinə gedərək onunla yaşamağa razılıq alıb.

    Bir neçə gün xalasının evində qalan Səbuhi Rayanın telefonundakı mobil tətbiq vasitəsilə xalasının pensiya kartındakı 164 manat pulu tanışının kartına, oradan isə öz kartına köçürüb.

    Hadisənin səhəri gün Səbuhi evdən çıxaraq Bakıya qayıdıb və paytaxtda yaşamağa başlayıb.

    Kreditini ödəmək istəyən Raya kartında pul olmadığını görüb polisə müraciət edib.

    Keçirilən əməliyyat nəticəsində pulun Səbuhi tərəfindən oğurlandığı müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb.

    Məhkəmənin qərarı ilə Səbuhi 2 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
    //oxu.az

  • На полигоне вблизи Пирекешкюля будут утилизированы непригодные к использованию боеприпасы

    2-5 июня на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Müdafiə Nazirliyindən əhaliyə çağırış: “Döyüş sursatları məhv ediləcək”

    Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 2-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • İlham Əliyev minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisini qəbul edib

    İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

    Bununla bağlı Median.Az AZƏRTAC-a istinadən xəbər verir.

  • Sürücülərin NƏZƏRİNƏ – İçərişəhərlə bağlı yeni məhdudiyyət tətbiq edildi

    İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.

    Median.Az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.

    “Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsiz qaydada (“Azparking”, post terminal və s.) mümkündür”, – məlumatda bildirilib.

    Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyadayönümlü məkan yaratmağa xidmət edir.

    “Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik”, – məlumatda qeyd edilib.