Month: June 2025

  • Начальник полиции Армении Арам Ованнисян отправлен в отставку

    Начальник полиции Армении, замминистра внутренних дел Арам Ованнисян уволен с занимаемой должности.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, соответствующее решение подписал премьер-министр Армении Никол Пашинян.

    Буквально пару минут назад стало известно, что Ованнисян написал заявление об уходе по требованию премьер-министра. О причинах такого решения не сообщатся.

    59-летний Ованнисян работает в органах внутренних дел с 1990 года. Он возглавил полицию Армении с 9 января 2023 года.

    Отметим, что ранее издание Hetq писало, что сын шефа полиции присвоил стоянку Шенгавитского отделения полиции и незаконно построил там здание. На тот момент Арам Ованнисян занимал должность главы отделения полиции Шенгавита.

  • Paşinyan erməni generalı işdən qovdu

    Ermənistanın daxil işlər nazirinin müavini, Ermənistan polisinin rəisi general-mayor Aram Ovanisyan vəzifəsindən azad edilib.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin baş naziri Nikol Paşinyan imzalayıb.

    Onun Paşinyanın təzyiqi ilə istefa ərizəsi yazdığı qeyd edilib.

  • Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.

    Median.Az report-a istinadən xəbər verir ki, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.

    O qeyd edib ki, pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib:

    “Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür”.

    E.Yusubov vurğulayıb ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır:

    “Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab verən tikililər isə saxlanılır”.

    Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub:

    “Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb”.

    Xüsusi nümayəndə əlavə edib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.

  • Şərurun bir neçə kəndində qaz olmayacaq

    Şərur rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, yeni siyirtmə quraşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Çərçiboğan, Arbatan, Çomaxtur və Xələc kəndlərində qaz təchizatı iyunun 2-də saat 14:00-dan müvəqqəti dayandırılacaq.

    Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

  • Ильхам Алиев принял генерального исполнительного директора компании Schlumberger Overseas S.A.

    2 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального исполнительного директора компании Schlumberger Overseas S.A. (SLB) Оливье Ле Пеша.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.

    Bununla bağlı Median.Az AZƏRTAC-a istinadən xəbər verir.

  • Неймар извинился после удаления в матче чемпионата Бразилии

    Нападающий “Сантоса” Неймар извинился после удаления в матче с “Ботафого” (0:1) в 11-м туре чемпионата Бразилии, передает Median.Az со ссылкой на sport-express.ru.

    Форвард в концовке матча забил гол рукой и получил вторую желтую карточку. За три минуты до конца основного времени победу “Ботафого” принес мяч экс-вингера “Зенита” Артура.

    “Отчаянное стремление забить гол иногда заставляет нас совершать ошибки. Я хочу извиниться перед своими товарищами по команде, а также перед болельщиками. Я совершил ошибку, простите меня! Уверен, что если бы меня не удалили, мы одержали бы победу. Можете записать эти три очка на мой счет”, – написал Неймар в Сети.

    После возвращения форвард провел в “Сантосе” 12 матчей, забил три мяча и сделал три результативные передачи.

  • Neymar azarkeşlərdən üzr istəyib

    “Santos” klubunun hücumçusu Neymar Braziliya çempionatının 11-ci turunda “Botafoqo” ilə matçda (0:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra azarkeşlərdən üzr istəyib.

    33 yaşlı futbolçu bu barədə öz sosial şəbəkə hesabında yazıb.

    “Qol vurmaq şövqü bizi bəzən səhvlər etməyə məcbur edir. Həm komanda yoldaşlarımdan, həm də azarkeşlərdən üzr istəyirəm. Səhv etdim, məni bağışlayın! Əminəm ki, meydandan qovulmasaydım, qalib gələcəkdik. İtirilmiş bu üç xalı mənim ayağıma yaza bilərsiniz”, – Neymar qeyd edib.

    Xatırladaq ki, hücumçu “Botafoqo”ya qarşı matçın son dəqiqələrində əli ilə qol vurduğuna görə ikinci sarı vərəqə alıb və meydandan qovulub. Oyunun son saniyələrində isə “Botafoqo” say üstünlüyündən istifadə edərək həlledici qola imza atıb.

  • Prezident: “Bakı Enerji Həftəsi” yeni yanaşmaların formalaşdığı nüfuzlu forum kimi tanınır”

    “Bakı Enerji Həftəsi” ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpa olunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır.

  • TDT-nin baş katibi Prezident İlham Əliyevi təbrik etdi

    Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

    Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olmuş Azərbaycan Respublikası Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı ilə seçilmiş, xüsusilə də sülhün, sabitliyin, əməkdaşlığın və rifahın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.

    Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu il Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü əməkdaşlığımızı və türk dövlətləri arasındakı həmrəyliyi daha da möhkəmləndirəcəkdir.

    Fürsətdən istifadə edərək, bu əlamətdar bayram münasibətilə Zati-alinizə davamlı uğurlar, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram”.