Month: June 2025

  • “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayışla bağlı XÜSUSİ KOMİSSİYA yaradıldı

    “2025-ci il iyun ayının 26-da Bakıda yerləşən kinostudiya ərazisində istifadəsiz vəziyyətdə olan anbarda yanğınla nəticələnən partlayış baş verib. Hadisənin səbəblərinin araşdırılması, dəyən ziyanın hesablanması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət xüsusi komissiya yaradılıb”.

    Bu, Mədəniyyət Nazirliyi “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayışla bağlı məlumatında yer alır.

    Qeyd olunur ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

    “Ən önəmlisi isə odur ki, baş vermiş hadisə nəticəsində xəsarət alan yoxdur. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə məlumatda vurğulanır.

  • Yardımlıda 9 200 ədəd xaşxaş kolu məhv edilib

    Yardımlıda 9 200 ədəd xaşxaş kolu məhv edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 650 kiloqram olan 9200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.

  • В Азербайджане произошло землетрясение

    В Гахском районе произошло землетрясение магнитудой 3.3.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при НАНА.

    Согласно информации, подземные толчки были зафиксированы в 08:59 по местному времени в 27 км к юго-востоку от станции Загатала. Очаг залегал на глубине 19 км.

  • Qaxda zəlzələ olub

    Qaxda zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, yerli vaxtla 08:59-də qeydə alınan zəlzələnin maqnitudası 3.3, dərinliyi 19 km olub.

  • Mobil təhlükə artır: “SMS Blaster” fırıldağı sürətlə yayılır

    “Google” şirkəti “Android” və “iOS” əməliyyat sistemlərində yeni haker hücumu sxemi barədə xəbərdarlıq edib.

    Bu hücumlar zamanı mobil baza stansiyasının (FBS) simulyatorlarından istifadə olunur.

    Operatorların “SMS Blaster” adlandırdıqları bu yeni dələduzluq sxemi artıq Vyetnam, Fransa, Norveç, Tailand və bir sıra digər ölkələrdə aşkarlanıb.

    Bildirilib ki, bu hücumdan qorunmağın ən yaxşı yolu telefonda 2G şəbəkəsini söndürməkdir. İstehsalçı və modeldən asılı olaraq, 2G şəbəkəsinin aktiv olub-olmadığını yoxlamaq üçün cihaz menyusunda axtarış aparmaq kifayətdir.
    //oxu.az

  • Marsda insanların yaşaması üçün ən ideal yer tapıldı

    İlk astronavtlar Marsa çatdıqda içmək, bitki yetişdirmək, nəfəs almaq üçün oksigen və raket yanacağı yaratmaq məqsədilə çoxlu miqdarda suya ehtiyac duyacaqlar. Alimlər hesab edirlər ki, onlar Marsda bol su ehtiyatı olan bir ərazi tapıblar.

    Bu barədə “Journal of Geophysical Research Planets” jurnalında məqalə dərc olunub.

    Məlumata görə, alimlər “Mars Reconnaissance Orbiter” tərəfindən Marsın səthində çəkilmiş şəkilləri təhlil ediblər. Onları ən çox ekvatorla planetin qütbləri arasında yerləşən və Amazon düzənliyi adlanan geniş vulkanik ərazi cəlb edib. Alimlər belə qənaətə gəliblər ki, məhz bu ərazidə buz təbəqəsi səthə ən yaxın nöqtədə yerləşir və Marsda ilk məskunlaşanlar məhz oradan su çıxara biləcəklər.

    İlk astronavtların Marsa nə vaxt çatacağı isə hələlik məlum deyil. Bu hadisənin yaxın onilliklərdə baş verəcəyi ehtimal olunur.

  • Дональд Трамп: США подписали с Китаем соглашение по торговле

    Соединенные Штаты подписали новую торговую договоренность с Китаем и надеются вскоре заключить схожую сделку с Индией.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил президент США Дональд Трамп, выступая в Белом доме на мероприятии, посвященном его планам в бюджетной и налоговой сферах.

    “Мы лишь вчера подписали [торговую договоренность] с Китаем, верно? Только что подписали с Китаем”, – сказал глава государства. “У нас намечаются замечательные сделки. У нас может надвигаться сделка с Индией. Очень крупная. Мы откроем [для американского бизнеса] Индию. В китайской сделке мы начинаем открывать [для производителей в США] Китай”, – утверждал президент. Деталей он не привел.

    “Мы не со всеми [странами] будем заключать сделки. Некоторым [государствам] мы просто пошлем письма, уведомляя о том, что они будут платить 25%, 35%, 45%”, – подчеркнул глава американской администрации. Он имел в виду ставки импортных пошлин в США.

    2 апреля Трамп объявил о введении таможенных пошлин на продукцию 185 стран и территорий. Универсальные тарифы в размере 10% вступили в силу 5 апреля, индивидуальные – 9 апреля. В тот же день президент США сообщил о 90-дневной приостановке действия части ответных пошлин, что, как пояснили в Белом доме, связано с проведением торговых консультаций. На этот период действует универсальный тариф в размере 10%.

  • ABŞ Çinlə ticarət sazişi imzalayıb

    ABŞ Çinlə yeni ticarət sazişi imzalayıb və tezliklə Hindistanla da oxşar saziş bağlamağa ümid edir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

    “Biz Çinlə ticarət sazişi imzaladıq. Gələcəkdə böyük sövdələşmələrimiz var. Ola bilsin ki, Hindistanla əldə edəcəyimiz razılaşma olsun. Biz Hindistanı ABŞ biznesi üçün açacağıq”, – prezident Ağ Evdə büdcə və vergi sahələrindəki planlarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

    O, sazişin təfərrüatını açıqlamayıb.

  • Важная новость о квартирах без выписки – ВИДЕО

    Квартиры без выписки также можно застраховать.

    Как сообщает Median.Az со ссылкой на Xəzər Xəbər, эксперты отмечают, что большинство владельцев жилья не осведомлены об этом. При пожаре или в других ситуациях они часто оказываются в трудном положении.

    По словам специалистов в этой области, в рамках обязательного страхования недвижимости, как правило, обращаются владельцы квартир с выпиской из Государственной службы реестра недвижимого имущества. Однако если здание новое и еще не получило официальную выписку или речь идет о частном доме на личном земельном участке, жилье можно застраховать на основании договора, подтверждающего право собственности, либо документа, выданного соответствующим учреждением.

    Эксперт также подчеркнул, что застраховать имущество в обязательном порядке невозможно, если здание признано аварийным или существует решение о его сносе.

    Страховая сумма одинакова как для частных домов, так и для квартир в жилых зданиях.

    Подробнее – в видеоматериале:

  • Çıxarışı olmayan mənzillərlə bağlı VACİB XƏBƏR – VİDEO

    Çıxarışı olmayan mənzilləri də sığortalamaq mümkündür.

    Median.Az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, ekspertlərin sözlərinə görə, əksər mənzil sahiblərinin bundan xəbərləri yoxdur. Yanğın və digər hallarda isə belə daşınmaz əmlak sahibləri çıxılmaz vəziyyətdə qalırlar.

    Sığorta mütəxəssisləri bildirirlər ki, daşınmaz əmlakın icbari sığortasına əsasən, çıxarışlı evlərin sahibləri sığorta üçün müraciət edirlər. Ancaq ev hələ çıxarış almamış yeni binada və ya şəxsi torpaq mülkü olan evdirsə, mənzilin həmin şəxsin olduğunu sübut edən müqavilə və ya hər hansısa aidiyyəti olan bir qurumdan alınan sənədlə sığortalamaq mümkündür.

    Eskpert, həmçinin onu da bildirib ki, əgər tikili qəzalı vəziyyətdə olarsa, sökülməsi ilə bağlı qərar olarsa, bu əmlakları icbari qaydada sığortalamaq mümkün deyil. Sığorta məbləğləri həm fərdi evlər üçün, həm də yaşayış binasında yerləşən mənzillər üçün eynidir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: