Month: June 2025

  • Медбрат получил диплом онлайн и работает травматологом в Абшеронском районе? – ВИДЕО

    В редакцию Baku TV поступила жалоба от гражданина, который утверждает, что в клинике Türkmed, расположенной в Абшеронском районе, работает некий Ахмед Ахмедзаде, представляющийся травматологом, однако не имеющий соответствующего образования в данной области.

    В связи с этим сотрудник телеканала посетил указанную клинику для проведения журналистского расследования.

    В ходе беседы А.Ахмедзаде заявил, что прошел резидентуру по травматологии онлайн в одном из зарубежных университетов. По его словам, диплом, подтверждающий онлайн-образование, находится в MedEra Hospital.

    Однако генеральный директор вышеупомянутой больницы Ибрагим Алиев опроверг информацию о том, что А.Ахмедзаде работает в клинике в качестве врача: “Он участвует в операциях только как ассистент травматолога, а не как самостоятельный специалист”.

    Стоит отметить, что А.Ахмедзаде получил образование только по специальности медбрата в Университете Артвин Чорух в Турции. Специального образования по травматологии у него нет.

    Министерство здравоохранения Азербайджана прокомментировало ситуацию, заявив, что имя Ахмеда Ахмедзаде отсутствует в списке врачей и среднего медицинского персонала, имеющих право на практическую медицинскую деятельность: “В связи с указанным фактом рабочей группой Центра аналитической экспертизы будет проведено тщательное расследование, результаты которого будут доведены до общественности”.

  • Tibb işçisi onlayn diplom alıb travmatoloq kimi işləyir? – Dəhşətli İDDİA (VİDEO)

    Baku TV-nin qaynar xəttinə vətəndaşdan şikayət daxil olub.

    Şikayətdə iddia olunur ki, paytaxtın Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim işləyir, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur.

    Həqiqəti aşkarlamaq üçün Baku TV-nin əməkdaşı sözügedən klinikada olub.

    Əhməd Əhmədzadə travmatologiya üzrə rezidentura təhsilini xaricdəki universitetlərdən birində onlayn formada aldığını söyləyib. O, onlayn təhsil almağına dair diplomunun “MedEra Hospital”da olduğunu bildirib.

    “MedEra” hospitalın baş direktoru İbrahim Əliyev isə Əhməd Əhmədzadənin adıçəkilən klinikada həkim kimi çalışmadığını deyib: “O, bu klinikada əməliyyat zamanı travmatoloqun yanında yalnız köməkçi kimi iştirak edir”.

    Qeyd edək ki, Əhməd Əhmədzadə Türkiyənin Artvin Çoruh Universitetində yalnız tibb qardaşı ixtisası üzrə təhsil alıb. Travmatologiya üzrə isə təhsili yoxdur.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri arasında Əhməd Cəmasəddin oğlu Əhmədzadənin adı yoxdur: “Göstərilən faktla əlaqədar Analitik Ekspertiza Mərkəzində işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

  • Сын шехида получил звание лейтенанта

    Таир Ахундов, сын шехида Апрельских боев 2016 года, разведчика Санана Ахундова, получил звание лейтенанта.

    Он завершил военное образование.

    Т.Ахундов поступил на Военно-медицинский факультет Азербайджанского медицинского университета в 2019 году. В том же году Министерство обороны Азербайджана направило его для продолжения образования в Военно-медицинскую академию в российском Санкт-Петербурге.

    В ближайшее время он приступит к службе в качестве военного хирурга.

    Стоит отметить, что покойный полковник-лейтенант Санан Ахундов был единственным сыном в семье. Несмотря на то, что он заведовал сектором в информационном отделе Минобороны, офицер добровольно отказался от своей должности и отправился на передовую, где героически погиб в ходе Апрельских боев 2016 года, защищая территориальную целостность Азербайджана.

  • Şəhid polkovnikin oğluna leytenant rütbəsi verildi

    2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş kəşfiyyatçı polkovnik Sənan Axundovun oğlu leytenant rütbəsi alıb.

    Şəhid zabitin oğlu Tahir Axundov hərbi təhsilini başa vurub.

    Tahir Axundov 2019-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olub. Elə həmin il Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Sankt-Peterburq Ali Hərbi Tibb Akademiyasına göndərilib.

    O, yaxın vaxtlarda hərbi cərrah kimi xidmətə başlayacaq.

    Şəhid zabitin həyat yoldaşı Nəcibə Axundova bildirib ki, ailə üzvləri oğullarının uğurunu şəhid polkovnikin qəbrüstü abidəsini ziyarət edərək qeyd ediblər:

    “Çox şükür, Silahlı Qüvvələr Günündə oğlumuz artıq leytenantdır. Bu, təkcə bir rütbə deyil – bu, illərlə çəkilən zəhmətin, səbir və əzmin, Vətənə olan sadiqliyin simvoludur. Biz mərd və cəsarətli bir ailənin üzvləriyik. Bu qürur hissini sözlə ifadə etmək çətindir”.

    Qeyd edək ki, şəhid polkovnik-leytenant Sənan Axundov ailənin yeganə oğul övladı olub. O, Müdafiə Nazirliyinin İnformasiya şöbəsində sektor müdiri kimi xidmət etdiyi halda, vəzifəsindən könüllü şəkildə imtina edərək ön cəbhəyə yollanmış və 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuşdu.

  • Президент Казахстана: Некоторые политики используют ChatGPT для подготовки речей

    Искусственный интеллект (ИИ) повышает производительность экономики, однако несет и риски.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом, выступая на пленарном заседании Евразийского экономического форума в Минске, заявил президент Казахстана Касым-Жомарт Токаев.

    Глава государства в шутку заметил, что говорят и о наличии политических лидеров, которые пишут речи с помощью популярного чат-бота ChatGPT.

    “Уже сегодня искусственный интеллект внедряется в такие традиционные, казалось бы, сферы, как коммуникации, транспорт, энергетика, производство, здравоохранение, образование. Есть, конечно, и негативные моменты, связанные с внедрением искусственного интеллекта. Вот ChatGPT. Студенты пользуются этим инструментом. Говорят, что и некоторые политические лидеры прибегают к ChatGPT с тем, чтобы он им помог составить надлежащую речь”, – сказал он.

    При этом глава Казахстана указал, что это является “побочным эффектом” ИИ и цифровизации в целом. “Но без этого мы сейчас обойтись не можем. Это, можно сказать, магистральная линия мирового развития”, – подчеркнул президент.

    Токаев добавил, что, согласно прогнозам, цифровизация и ИИ к 2030 году смогут принести в мировой ВВП более 15 трлн долларов и заменить до 300 млн рабочих мест, но “создать совершенно новые профессии”. “А вот какие эти новые профессии? Давайте вместе подумаем и попытаемся, так сказать, спрогнозировать. Пока непонятно, куда придет искусственный интеллект, кого он заменит”, – предложил он.

  • Tokayev: “Bəzi siyasətçilər çıxışlarını “ChatGPT” ilə hazırlayırlar”

    “Süni intellekt iqtisadi məhsuldarlığı artırır, lakin həm də risklər daşıyır”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarusda keçirilən Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxış edərkən bildirib.

    “Artıq bu gün rabitə, nəqliyyat, enerji, istehsal, səhiyyə və təhsil kimi ənənəvi görünən sahələrdə süni intellekt tətbiq olunur. Təbii ki, süni intellektin tətbiqi ilə bağlı mənfi cəhətlər də var. Məsələn, “ChatGPT”. Tələbələr bu vasitədən istifadə edirlər. Bəzi siyasi liderlərin də çıxışlarında çatbotun onlara köməklik etdiyini söyləyirlər”, – dövlət başçısı bildirib.

    Eyni zamanda, Qazaxıstan prezidenti bunun süni intellektin və ümumilikdə rəqəmsallaşmanın yan təsiri olduğuna diqqət çəkib.

    “Amma biz artıq onsuz keçinə bilmərik. Bu, demək olar ki, qlobal inkişafın əsas xəttidir”, – prezident bildirib.

  • Bağı narkotik plantasiyasına çevirib, videokameralarla izlədi – Göyçayda ƏMƏLİYYAT

    Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş 34 yaşlı Vaqif Məmmədov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, V.Məmmədovun bağ sahəsində narkotik tərkibli bitkilər əkib-becərdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilərkən çəkisi 30 kiloqram olan 182 ədəd çətənə kolu aşkar edilib. V.Məmmədov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Saxlanılan şəxs ərazini kənardan müşahidə etmək üçün orada Günəş panelli videokameralar da quraşdırıb.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

  • Prezident İlham Əliyev Polşanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Polşa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pavel Radomskinin etimadnaməsini qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

    Prezident İlham Əliyev səfirlə söhbət edib.

    Dövlətimizin başçısı Azərbaycanla Polşa arasında bir çox istiqamətdə əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıb, siyasi və iqtisadi sahədə əlaqələrimizin inkişafından məmnunluğunu bildirib.

    Prezident İlham Əliyev Polşanın Avropa İttifaqının üzvü olduğunu deyərək Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı istiqamətində də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin önəminə toxunub. Dövlətimizin başçısı son dövrlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yüksəksəviyyəli təmasların ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasına şərait yaratdığını qeyd etdi.

    Səfir Polşa Respublikasının Prezidenti Andjey Dudanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Andjey Dudaya çatdırmağı xahiş edib.

    Pavel Radomski Bakının inkişafının şahidi olduğunu deyərək, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini bildirib və orada aparılan genişmiqyaslı quruculuq işlərinin, həmçinin həmin ərazilərin təbiətinin onda dərin təəssürat hissi yaratdığını vurğulayıb.

    Söhbət zamanı münasibətlərimizin genişləndirilməsində iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.

    Görüşdə iqtisadi-ticari, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

  • Prezident İlham Əliyev cibutili həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Cibuti Respublikasının Prezidenti İsmail Ömər Gellehə təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab prezident, Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

    Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Cibuti dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi daha da möhkəmləndirmək, qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

    Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Cibuti xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb

    Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
    Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayeva yol kənarında dayanmış vəziyyətdə olduğu zaman Viravul kəndi istiqamətindən yüksək sürətlə hərəkətdə olan “Mersedes” markalı 99 SV 262 dövlət qeydiyyatı avtomobil onu vurub.
    Hadisə yerinə çağrılan Təcili tibbi yardım xidməti ağır xəsarət alan şəxsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da həkimə qədər ölüm halı qeydə alınıb.
    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.