
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Жители Зярдабского района добровольно сдали полиции незарегистрированное оружие.
Как сообщили в Ширванской региональной группе пресс-службы МВД, жители сдали сотрудникам полиции 1 автомат и 39 патронов к нему, а также 4 охотничьих ружья.
В ведомстве отметили, что профилактические мероприятия в этом направлении продолжаются.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, vətəndaşlar arasında aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 1 ədəd avtomatı və həmin silaha məxsus 39 ədəd patronu, eləcə də 4 ədəd müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin məhkum edilmiş rəisi general-mayor Nizami Şirinov vaxtından əvvəl azadlığa çıxmaq istəyib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirinov cəzasının çoxunu çəkməsini nəzərə alaraq qalan 6 ayının şərti hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edib.
Məhkəmə müraciəti əsaslı hesab etməyib. Ərizə geri qaytarılıb.
Qeyd edək ki, N. Şirinov 2021-ci ilin aprelində həbs edilib. O, mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə almaqda, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib. Yekun qədarla generala 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Azərbaycan Dəmir Yolları (ADY) QSC qeyri-iş günlərində (26-29 iyun) gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
ADY-dən verilən məlumata görə, artan sərnişin tələbatı nəzərə alınaraq, iyunun 25-də Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub.
Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla, 100 faiz doluluqla yola düşüb.
Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla, orta hesabla 110 sərnişinə xidmət edir
Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin olunub.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 6.4-cü maddəsinə görə, orta ixtisas təhsili pilləsini (subbakalavr səviyyəsini) bitirmiş şəxslər müvafiq ixtisas uyğunluğu olan ali təhsil müəssisələrinə qəbul oluna bilərlər.
Subbakalavrların ali təhsil müəssisələrinə imtahansız qəbul olunması praktikası Azərbaycanda son illərdə geniş tətbiq olunmağa başlayıb. Bu yanaşma, zahirən təhsilin davamlılığını təmin etmək, daha geniş əhali təbəqəsinin ali təhsil almasına şərait yaratmaq məqsədi daşıyır. Lakin bu modelin tətbiqi həm hüquqi, həm struktur, həm də pedaqoji baxımdan ciddi suallar doğurur.
Valyuta.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu hüququn verilməsi nəzəri baxımdan təqdirəlayiqdir. Lakin qanunun bu müddəası real praktikada qiymətləndirmə sisteminin şəffaflığı və obyektivliyi ilə təmin edilmədiyindən, ali məktəblərə imtahansız keçən şəxslərdə ciddi bilik fərqi müşahidə olunur:
“Subbakalavrlar ali məktəblərə kollec dövründəki akademik göstəricilər əsasında qəbul olunurlar. Bu qiymətlərin isə necə və hansı şəraitdə verildiyi, hansı meyarlarla ölçüldüyü, hansı nəzarət orqanı tərəfindən yoxlanıldığı praktikada tam qeyri-müəyyəndir”.
İmtahanda 150-200 bal toplaya bilməyənlərin imtahansız universitetə daxil olması…
Ekspert vurğulayıb ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 55-ə yaxın dövlət və özəl kollec var. Bu kolleclərdə təhsilin təşkili, qiymətləndirmə siyasəti və müəllim heyətinin ixtisas səviyyəsi arasında ciddi qeyri-bərabərlik mövcuddur:
“Bəzi kolleclərdə qiymətləndirmə sistemində hələ də kağız əsaslı və formal yoxlama üsulları qalır, kurikulumlar isə müasir əmək bazarının və universitet proqramlarının tələblərinə cavab vermir. Nəticədə, yüksək ortalama göstəricilər subbakalavrın həmin qiymətləri hansı səviyyədə əldə etdiyi mübahisəli olur. Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan qəbul imtahanlarında bəzən 150–250 bal aralığında nəticə göstərən, hətta ali məktəbə qəbul oluna bilməyən abituriyentlər eyni fakültələrə subbakalavr statusu ilə, heç bir imtahan vermədən daxil edilir. Bu isə sistemin içində ədalətsiz, təhrikedici və motivasiya sarsıdıcı ziddiyyət yaradır”.
Subbakalavrların sayı çoxaldıqca, narazılıqlar da artır
“2022-ci ilin sonundan 2024-cü ilin ortalarınadək ali təhsil müəssisələrinə imtahansız qəbul olunan subbakalavrların sayı 10.500 nəfəri keçib. Onların əksəriyyəti iqtisadiyyat, pedaqogika, hüquq, biznes və turizm sahələrində ixtisaslaşmış fakültələrə yerləşdirilmişdir. Məhz bu sahələr üzrə ali təhsil müəssisələrinin məzunlarının sayı hər il artır, lakin işəgötürənlər arasında onların bilik və bacarıq keyfiyyətləri ilə bağlı narazılıqlar da çoxalır. Belə tendensiyalar, universitet diplomunun ictimai dəyərinin, akademik reputasiyanın və karyera perspektivlərinin zəifləməsinə səbəb olur. Universitetin səviyyəsini və elmi nüfuzunu qorumaq əvəzinə, onu “kütləvi diplom verən müəssisə” formasına salmaq təhlükəsi yaranır”,- deyə K.Əsədov bildirib.
Prosesin müsbət tərəflərindən də danışan ekspert vurğulayıb ki, bu sistem müəyyən sosial təbəqələrə ali təhsilə çıxış imkanı verir. Əsasən regionlardan gələn, sosial rifah səviyyəsi aşağı olan ailələrin övladları kollecə daxil olub oradan ali məktəbə keçid üçün fürsət qazanırlar.
Subbakalavrların universitetə daxil olmasına Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi nəzarət etməlidir
“Mövcud vəziyyətin dəyişməsi üçün ilk növbədə kolleclərdə qiymətləndirmə sistemi tam şəkildə rəqəmsallaşdırılmalı, Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi bu qiymətləndirməyə real nəzarət etməlidir. Eyni zamanda, subbakalavrların universitetə keçidi üçün minimum GPA ilə yanaşı, əlavə test imtahanı və ya müsahibə mərhələsi tətbiq olunmalıdır. Bu zaman tələbənin akademik hazırlığı, motivasiyası və uyğunluğu obyektiv şəkildə ölçülə bilər. Həmçinin yalnız müvafiq ixtisas uyğunluğu olan hallarda keçidə icazə verilməli, “hər kollecdən hər fakültəyə keçmək olar” yanaşmasına son qoyulmalıdır. Belə bir sistem həm kollecə hörmət qazandırar, həm də universitetlərin nüfuzunu qoruyar”.
Sonda Kamran Əsədov qeyd edib ki, dəyişikliklər özünü praktikada göstərsə, ali təhsil müəssisələrində keyfiyyət fərqləri aradan qalxacaq, şagird və tələbə arasında ədalətli rəqabət bərpa olunacaq və təhsil sistemi daha etibarlı və şəffaf hala gələcək:
“Əgər dəyişiklik edilməzsə, subbakalavr sistemindən imtahansız qəbul mexanizmi ali təhsilin səviyyəsini və cəmiyyətin təhsilə olan etimadını sürətlə aşındıracaq. Təhsil sisteminin davamlılığı yalnız forma ilə deyil, məzmunla təmin olunmalıdır. Bunun üçün isə şəffaflıq, obyektivlik və keyfiyyət meyarlarına əsaslanan islahatlar qaçılmazdır”.
Suraxanı rayonundakı iki parkda idman və əyləncə ləvazimatları quraşdırılacaq.
Bu barədə Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə istinadən xəbər verir.
Birlik parklarda quraşdırılacaq idman və əyləncə ləvazimatları ilə bağlı satın alınma müsabiqəsi elan edib.
Qurum hərəsindən iki ədəd olmaqla bir neçə məhsul sifariş verib.
Sözügedən satınalmanın isə 150 min manata başa gələcəyi proqnozlaşdırılıb.
//İqtisadiyyat.az
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutundakı çıxışında Bakının strateji prioritetləri, Ermənistanla sülh müqaviləsinin perspektivləri və Meksika ilə münasibətlərin inkişafı barədə danışıb.
Bu barədə məqalə Meksikanın “Revista Mundo Internacional” nəşrində dərc edilib.
Meksikaya rəsmi səfəri zamanı Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Matias Romero İnstitutunda tələbələr, diplomatlar və dəvət olunmuş qonaqlar qarşısında açıq mühazirə ilə çıxış edib. Tədbirdə Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib.
Əmirbəyov üç mövzuya diqqət yönəldib: Azərbaycan – Meksika əlaqələrinin inkişafı, Cənubi Qafqazda geosiyasi dəyişikliklər və Ermənistanla sülh sazişi üzrə danışıqlar prosesi.
“Coğrafi uzaqlığa baxmayaraq, beynəlxalq məsələlərdə ortaq mövqelərə əsaslanan çevik və konstruktiv siyasi dialoq inkişaf etdirmişik”, – deyə diplomat Azərbaycan – Meksika münasibətilərini şərh edərkən söyləyib. Onun sözlərinə görə, BMT çərçivəsində diplomatik əlaqələr həmişə beynəlxalq hüquqa qarşılıqlı hörmətlə fərqlənib.
O, xüsusilə ADA Universiteti ilə Matias Romero İnstitutu arasında Anlaşma Memorandumuna diqqət çəkərək akademik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu anlaşma “müəllim və tələbə mübadiləsi vasitəsilə cəmiyyətlərimizi yaxınlaşdırmağa imkan verəcək”.
İqtisadi məsələlərə gəlincə, Əmirbəyov ölkələr arasında ticarət həcminin 239 milyon dollar olduğunu, lakin potensialın daha çox olduğunu qeyd edib. “Ticarəti gücləndirmək üçün maraq sahələrini müəyyən etməliyik”, – Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi söyləyib.
Cənubi Qafqaz regionundakı transformasiyaları şərh edən diplomat yeni dünya nizamının yarandığını bildirib. Onun sözlərinə görə, ənənəvi ittifaqlar dəyişir, yeni konfiqurasiyalar meydana çıxır. “Regionumuz həm çağırışlar, həm də imkanlarla üzləşir”, – Əmirbəyov açıqlayıb.
O, ölkənin Şərqlə Qərb arasında enerji təchizatçısı və nəqliyyat qovşağı kimi strateji rolunu vurğulayıb.
Diplomatın sözlərinə görə, hərbi bloklara qoşulmama siyasəti və müstəqil xarici siyasətin dəstəklənməsində davamlılıq “bizi etibarlı, proqnozlaşdırıla bilən və etimad qazanmış tərəfdaş edir”: “Biz həmçinin regionlar arasında əlçatan danışıqçı, tez-tez nüfuzlu vasitəçi kimi çıxış edirik. Konsensusun qurulmasına dair bu öhdəlik Bakıda COP29-un ev sahibi kimi seçilməyimizə səbəb oldu və burada biz körpülər qurmaq və əsas qlobal oyunçular arasında vasitəçilik etməklə tarixi razılaşmalara kömək etdik”.
Ermənistanla sülh müqaviləsindən danışarkən Əmirbəyov qeyd edib ki, tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar. Bununla belə, bu yolda “iki maneəni aradan qaldırmaq lazımdır”. Birincisi, onun fikrincə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. İkincisi, o, hazırda köhnəlmiş və səmərəsiz hesab olunan “vasitəçilik institutlarını ləğv etməyi” zəruri olduğunu vurğulayıb.
Diplomat gələcək sülhün mühüm hissəsi kimi Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək 40 kilometrlik Zəngəzur dəhlizinin açılmasını qeyd edib. Diplomatın sözlərinə görə, bu, regionun logistika xəritəsini dəyişəcək və sabitliyi gücləndirəcək.
Sonda o, sülh sazişinin imzalanmasının bütün Cənubi Qafqaz üçün yeni bir səhifə açacağına əminliyini ifadə edib.
//report
Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.
“Report” xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.
33 kqÜlviyyə Musayeva rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.
36 kqGülay Xasməmmədova rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la məğlub uduzub.
39 kq
Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəldi. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.
42 kq
Yağmur Məlikli 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.
46 kq
Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.
50 kq
Günel Kərimli təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya “tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.
54 kq
Məryəm Əmrəli türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.
58 kq
İnci Abdullayeva ilk mərhələdə gürcüstanlı Ana Tsereteliyə “tuş”la məğlub olub.
62 kq
Rəna Nuriyeva serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.
66 kq
Simurə Abdullayeva bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabıyla, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib.
Həmyerlimiz yarımfinalda isə belaruslu Kamila Rudziankovaya heç bir şans tanımayıb – 10:2. Şəmkir güləş məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.
Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.
Bakının 240 nömrəli tam orta məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni fəaliyyətlərlə bağlı iddialar yayılıb.
Məktəbin direktoru Esmira Məmmədova və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən avtomobillər – 77-PV-515 və 77-YG-944 dövlət nömrə nişanlı nəqliyyat vasitələri məktəbin ərazisində saxlanılır və məktəbin texniki işçiləri tərəfindən yuyulur. Halbuki mövcud qaydalara əsasən, məktəb ərazisinə şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır.
İddialara əsasən, Arifə Məmmədova məktəbdəki vəzifəsindən şəxsi məqsədlər üçün istifadə edir. Onun dərs saatlarını digər müəllimlər və laboratoriya əməkdaşlarına ötürərək dərsdən yayınması, eyni zamanda məktəbin işçilərinə şəxsi işlər gördürməsi ilə bağlı görüntülər də ortaya çıxıb.
Daha öncə Şəmkir rayonunda çalışdığı dövrdə də Arifə Məmmədovanın adı qalmaqallı iddialarda hallanıb. Belə ki, onun altı nəfərdən 2 500-3 000 manat civarında pul alaraq məktəbdə texniki işə düzəldəcəyi vədini verdiyi, lakin bu vədini yerinə yetirməyərək bölgəni tərk etdiyi bildirilir. Pulunu geri tələb edən şəxslərə isə aylarla “hazırda yoxdur, sonra qaytaracağam” cavabını verdiyi deyilir.
Ən diqqətçəkən məqamlardan biri isə direktor Esmira Məmmədovanın iddia edilən qalmaqallı açıqlamalarıdır. Onun yaxın çevrəsində “Hesabımı vermişəm, sentyabrda yenidən direktor vəzifəmə qayıdacağam. Mətbuat nə yazır yazsın, hər şeyin qiyməti var – verirsən, işin həll olunur” kimi ifadələr işlətdiyi iddia olunur.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 240 nömrəli məktəbin həyətində məktəb direktoruna və direktor müavininə məxsus avtomobillərin texniki işçilər tərəfindən yuyulması ilə bağlı məsələ araşdırılır.
Həmçinin qeyd olunub ki, araşdırma çərçivəsində aidiyyəti şəxslərdən izahat alınıb:
“Məktəb direktoru barəsində məktəbin fəaliyyət sahəsinə uyğun olmayan hallara yol verdiyinə görə qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur”.
//oxu.az