Month: June 2025

  • Bakıda yeni söküntü başladı – Kompensasiya bu qədər veriləcək (VİDEO)

    Paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

    Söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlara, Binəqədi rayonunda Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19, bundan başqa, Suraxanı rayonunda yerləşən Xanlar Ələkbərov küçəsi, ev 87, Sabunçu rayonu üzrə isə M.Frunze küçəsi, ev 16, 6-cı Mədən küçəsi, ev 38, Məmmədəliyev küçəsi, ev 32 və Babək küçəsi, ev 23 aiddir.

    Görülən işlərlə bağlı sakinlərdən məlumat almaq üçün ünvanlardan birinə üz tutduq. Sabunçu rayon Babək küçəsi, ev 23 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidən artıq 20-dən çox ailə də köçürülüb, kompensasiya da bəllidir, amma sakinləri qane etməyən məqamlar var.

    Bunlardan biri artırmaların hesablanmamasıdır.

    Tikinti ekspertlərinin sözlərinə görə isə, söküntü işləri Baş Plana əsasən reallaşdırılır. Söküləcək bəzi binaların yerində isə park, yeni yaşıllıq zonalarının salınması nəzərdə tutulur. Qəzalı bina sakinlərinə ödəniləcək kompensasiyanın məbləğinə gəlincə, ekspert qeyd edib ki, əlavə artırmalar da nəzərə alınır.

    Kompensasiya zamanı dövlət ehtiyacları üçün alınma varsa, 20 faiz əlavə hissə və yaxud məbləğin ödənilməsi ilə bağlı qərar tələb şəklində qoyulub.

    Daha ətraflı Xəzər TV-nin süjetində:

  • Silahlı Qüvvələr Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirildi

    Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar iyunun 26-da Bakı, Gəncə, Xankəndi və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi qulluqçuların və orkestrlərin iştirakı ilə yürüşlər keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, keçirilən yürüşlər sakinlər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

  • Azərbaycanda evlənənlərin yaş fərqi: 18 yaşlı gəlinlə 60 yaşlı bəy

    Bəzi hallarda ailə həyatı quran cütlüklər arasında yaş fərqi cəmiyyətin diqqətini çəkən və müzakirə olunan mövzulardan biri olur. Xüsusən də bəzi nikahlarda yaş fərqinin çox böyük olması statistik göstəricilərdə də öz əksini tapır.

    Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.

    Qeyd edək ki, 2024-cü ildə rəsmi nikaha daxil olan kişilərin orta yaşı 30.2, qadınların isə 25.2 olub .

  • Bakıda 2 uşaq anası ərinin dostuna qoşularaq qaçdı

    Bakıda 2 uşaq anası başqa kişiyə qoşularaq evdən qaçıb.

    Median.Az manset.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda baş verib.

    25 yaşlı Orxan Cəfərov (ad, soyad şərtidir) öz uşaqlıq dostu və qonşusu olan Gülməmməd Əliyevin (ad, soyad şərtidir) həyat yoldaşını qaçırıb.

    Qonşusu ilə qoşulub qaçan gəlin Firuzə Seyidova (ad, soyad şərtidir) 2 uşaq anasıdır.

    Qeyd edək ki, Orxan Cəfərov subaydır. Ailələr uzun illər yaxın qonşuluq münasibətində yaşayıblar. Firuzə Seyidova hazırda Gülməmməd Əliyev ilə rəsmi nikahdadır. O, həyat yoldaşı ilə də qoşulub qaçıbmış.

  • Göyçayda AĞIR QƏZA: Sürücü xəstəxanada öldü

    Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır qəza baş verib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, VAZ-2107 ilə motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosikletin sürücüsü, 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • “İran ABŞ üzərində qələbə qazanıb” – Xamenei

    İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ ilə qarşıdurmada qalib gəldiyini açıqlayıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, o, bu barədə İran xalqına müraciətinə deyib.

    “İkinci təbrik sevimli İranımızın Amerika rejimi üzərində qələbəsi ilə bağlıdır”, – İran lideri bildirib.

    İyunun 26-da Əli Xamenei də İranın 12 günlük münaqişədən sonra İsrail üzərində qələbə qazandığını bəyan edib və İslam Respublikası xalqını bu hadisə münasibətilə təbrik edib.

    İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Am Kelavi” əməliyyatına başlayıb. İran “True Promise 3” əməliyyatı ilə cavab verib.

    İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İrana zərbələrə qoşulub. Trampın bildirdiyinə görə , Fordo uran zənginləşdirmə zavodu da daxil olmaqla, respublikadakı üç nüvə obyektinə hücum edilib.

    İki gün sonra Ağ Evin rəhbəri İran və İsrailin atəşkəsə razılaşdıqlarını açıqlayıb. Onun sözlərinə görə, atəşkəs qüvvəyə mindikdən sonra dünya “12 günlük müharibənin rəsmi başa çatmasını” alqışlayıb.

  • Ermənistanda hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı 15 nəfər həbs edilib

    Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmə cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

    Məhkəmə istintaqın qaldırdığı bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxsləri həbs edib, onların arasında “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan da var.

    İstintaq Komitəsi bildirir ki, axtarışlar zamanı internet və elektrik kabellərini zədələmək üçün nəzərdə tutulmuş çoxlu sayda tezalışan əşyalar aşkar edilib.

    Vəkil Aleksandr Koçubayev sosial şəbəkədə qeyd edib ki, onun müdafiə etdiyi şəxs Armen Aleksanyan səhvən həbs edilib.

    “Müstəntiqlər telefon danışıqlarını araşdırarkən səhvə yol veriblər və başqa bir şəxsin hərəkətlərini müvəkkilimə aid ediblər”, – o yazıb.

    Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi “Müqəddəs mübarizə” partiyasının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat vermişdi. Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar həbs edilib.

  • Группа иностранных граждан эвакуирована из Ирана через территорию Азербайджана

    Группа иностранных граждан эвакуирована из Ирана через территорию Азербайджана.

    Через погранично-пропускной пункт “Астара” были эвакуированы 40 человек, среди них – дипломаты из Японии, а также граждане Австралии, Нидерландов, Италии и Бахрейна.

    Следует отметить, что ряд иностранных государств ранее обратился к азербайджанскому правительству с просьбой о помощи в эвакуации своих граждан с территории Ирана. Оставаясь верным гуманитарным принципам, Азербайджан обеспечил все необходимые условия для их безопасного и беспрепятственного прохода через свою территорию.

  • Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir

    “Astara” dövlət sərhəd-buraxılış məntəqəsindən növbəti xarici ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.

    Gecədən bəri təxliyə olunanlar arasında yaponiyalı diplomatlar, Avstraliya, Niderland, İtaliya və Bəhreyn vətəndaşlarına rast gəlinir. Onların ümumi sayı 40-a yaxın olub.

    Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş ediblər. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmizin ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb.

  • Azərbaycanda beş nəfər 60 kiloqram narkotiklə tutuldu

    Azərbaycan ərazisində beş nəfər 60 kiloqram narkotiklə tutulub.

    Median.Az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadla xəbər verir.

    Məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında paytaxtın Sabunçu, Yasamal və Yevlax rayonlarında keçirilən əməliyyatlarla əvvəllər məhkum olunmuş 59 yaşlı Şəhla Kərimovanı, onunla əlbir olan 31 yaşlı Əbəlfəz Şərifovu, 37 yaşlı Babək Talıbovu, 29 yaşlı Eyvaz Məmmədovu və 43 yaşlı Çingiz İsmayılovu saxlayıblar. Onlardan 60 kiloqrama yaxın tərkibi zərərli maddələrlə zənginləşdirilmiş marixuana, elektron tərəzilər və bank kartları aşkarlanıb.

    Həmin şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və maddi gəlir qazanmaq məqsədilə ayrı-ayrı ünvanlara çatdırmaq niyyətində olduqlarını bildiriblər.

    Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.