Month: June 2025

  • Tovuzda qidadan zəhərlənən 36 nəfər evə buraxılıb

    Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

    Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

    Artıq “022” dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

    İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

  • Исследование: Одноразовые вейпы опаснее обычных сигарет

    Американские ученые из Калифорнийского университета в Дэвисе выявили тревожные факты об одноразовых электронных сигаретах. Эти устройства выделяют токсичные металлы в концентрациях, превышающих не только многоразовые вейпы, но и традиционные табачные изделия.

    Исследование опубликовано в научном журнале ACS Central Science (ACS CS).

    Специалисты обнаружили, что за день использования некоторые одноразовые вейпы могут выделять больше свинца, чем содержится в 20 пачках обычных сигарет. В парах также были обнаружены канцерогенные никель и сурьма, причем их концентрация увеличивается с каждой новой затяжкой.

    “Наши результаты показывают скрытую опасность этих устройств, особенно для подростков и молодых людей, которые являются их основными потребителями”, — заявил профессор Бретт Пулин, руководивший исследованием.

    Проведя серию тестов с семью моделями популярных вейпов, исследователи установили, что токсичные металлы попадают в жидкость как из компонентов устройства, так и из нагревательных спиралей. В трех протестированных устройствах уровень никеля превышал допустимые нормы по канцерогенному риску, а в четырех — пределы по нейротоксичности.

    Регулярное использование таких вейпов значительно повышает риск развития онкологических заболеваний, поражения нервной системы и респираторных болезней. При этом, несмотря на запрет во многих странах мира, эти продукты остаются легкодоступными для потребителей.

  • Araşdırma: Veyplər siqaretlərdən daha təhlükəlidir

    Kaliforniya universitetinin amerikalı alimləri birdəfəlik elektron siqaretlərlə bağlı həyəcanlı faktlar açıqlayıblar.

    Bu barədə araşdırma ACS Central Science (ACS CS) elmi jurnalında dərc olunub.

    Mütəxəssislər müəyyən ediblər ki, bir günlük istifadə zamanı bəzi veyplər 20 qutu adi siqaretdə olandan daha çox qurğuşun buraxa bilər. Buxarlarda kanserogen nikel və sürmə də aşkar edilib və onların konsentrasiyası hər yeni üfürmə ilə artır.

    Tədqiqata rəhbərlik edən professor Brett Poulin deyib: “Nəticələrimiz bu cihazların, xüsusən də onların əsas istehlakçıları olan yeniyetmələr və gənclərin gizli təhlükələrini göstərir”.

    Yeddi məşhur veyp modeli ilə bir sıra testlər apardıqdan sonra tədqiqatçılar zəhərli metalların mayeyə həm cihazın komponentlərindən, həm də qızdırıcı batareyalardan daxil olduğunu aşkar ediblər.

    Yoxlanılan cihazlardan üçünün nikel səviyyəsi kanserogen risk həddini, dördü isə neyrotoksiklik həddini keçib. Bu cür veyplərin müntəzəm istifadəsi xərçəng, sinir sisteminə zərər və tənəffüs xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır.

    Eyni zamanda, dünyanın bir çox ölkələrində qadağalara baxmayaraq, bu məhsullar istehlakçılar bu məhsulu asanlıqla əldə ediblər.

  • В Париже после ливня затопило несколько станций метро

    Несколько станций метро в Париже оказались затопленными в результате ливня.

    Об этом сообщила радиостанция Ici Paris le-de-France.

    Из-за шторма, обрушившегося на французскую столицу, также нарушено движение пригородных электричек RER, обслуживающих столичный регион. В частности, не ходят поезда на линии, связывающей Париж с аэропортом Шарль-де-Голль.

    По данным радиостанции, зафиксированы многочисленные повреждения зданий и автомобилей из-за шквалистого ветра.

    Отдельные улицы в центре столицы подтоплены. В некоторых районах не работает уличное освещение, несмотря на темное время суток.

  • Tufan Parisdə həyatı iflic edib, Milli Assambleyanın iclası yarımçıq qalıb

    Parisdə güclü yağış nəticəsində bir neçə metro stansiyası su altında qalıb.

    Bu barədə “Ici Paris le-de-France” radiostansiyası məlumat yayıb.

    Fransanda tüğyan edən tufan paytaxt regionuna xidmət göstərən şəhərətrafı RER qatarlarının da hərəkətini dayandırıb. Xüsusilə, Parisi Şarl de Qoll hava limanı ilə birləşdirən xətt üzrə qatarlar işləmir.

    Milli Assambleyanın (parlamentin aşağı palatası) Yaxın Şərqdəki vəziyyətin müzakirə olunacağı sessiyası hava şəraiti ilə əlaqədar yarımçıq qalıb.

    Radiostansiyanın məlumatına görə, güclü külək nəticəsində binalara və avtomobillərə ciddi ziyan dəyib. Paytaxtın mərkəzində bəzi küçələri su basıb. Bundan başqa, külək 40-a yaxın ağacı kökündən qoparıb. Bəzi küçələrdə elektrik xətlərinin qırılması parisliləri qorxuya salıb.

    Fransa Milli Meteorologiya Xidməti kəskin hava şəraiti ilə əlaqədar İle-de-Frans bölgəsi (paytaxtın yerləşdiyi yer) üçün narıncı xəbərdarlıq elan edib. Ölkədə ümumilikdə 39 minə yaxın ildırım çaxması qeydə alınıb. İki nəfərin həyatı üçün təhlükə yaranıb.

  • İranın 60% zənginləşdirilmiş 400 kiloqram uranı yoxa çıxıb

    Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail ilə münaqişənin kəskinləşməsindən sonra İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.

    Bunu agentliyin baş direktoru Rafael Qrossi “France 2” telekanalının efirində deyib.

    “60% zənginləşdirilmiş 400 kiloqram uran ciddi məsələdir. Bu material haradasa var, lakin döyüş başlayandan sonra agentlik onun izini itirib”, – deyə o əlavə edib.

    Qrossinin sözlərinə görə, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada yerləşdiyini göstərməyə borcludur.

    Qrossi həmçinin, İran parlamentinin agentliklə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarını da şərh edib: “Bu, İranın agentliyə etdiyi bir lütf deyil. Bu, qanuni öhdəlikdir. Nə qədər ki, İran “Nüvə silahının yayılmaması haqqında” müqaviləsinin tərəfi olaraq qalır, bu öhdəlik qüvvədədir”.

  • ABŞ bir sıra kateqoriyalar üzrə viza tələbində dəyişiklik edib

    ABŞ F, M və ya J kateqoriyalı vizalar üçün yeni tələb müəyyənləşdirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

    Bildirilib ki, F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur.

    Məlumata görə, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.

    Qeyd edək ki, F və M kateqoriyalı vizalar universitet və kolleclərdə təhsil, eləcə də peşə təhsili, J kateqoriyalı vizalar isə professor, alim və müəllimlərin mübadilə proqramında iştirakı üçün verilir.

  • Azərbaycanda tələbə BƏDBƏXT HADİSƏ NƏTİCƏSİNDƏ ölüb

    Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi vəfat edib.

    Bu barədə Universitetdən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının 3-cü tələbəsi Elnur Kəyan oğlu İsmayılov bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

  • Израиль нанес удары по Ливану: убиты двое участников “Хезболлы”

    Израильские военные нанесли новые удары по Южному Ливану.

    Об этом сообщила пресс-служба Армии обороны Израиля (ЦАХАЛ).

    Согласно ее заявлению, целью удара была ликвидация двух радикалов из военного крыла организации “Хезболла”.

    Первый удар был нанесен по окрестностям ливанского поселка Барашит, в результате него был ликвидирован командир одного из подразделений в составе элитных сил “Радван”. Спустя два часа еще один радикал из военных отрядов “Хезболлы” был устранен в районе поселка Бейт-Лиф, проинформировали в армии.

    “ЦАХАЛ продолжит действовать, устраняя любую угрозу Государству Израиль”, – предупредили военные.

  • İsrail Livana zərbələr endirib: “Hizbullah”ın iki üzvü öldürülüb

    İsrail hərbçiləri Cənubi Livana yeni zərbələr endiriblər.

    Bu barədə İsrail Müdafiə Ordusunun (IDF-SAXAL) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, zərbənin məqsədi “Hizbullah” təşkilatının hərbi qanadından iki radikalın məhv edilməsi olub.

    Birinci zərbə Livanın Baraşit qəsəbəsinin ətrafına endirilib, nəticədə elit “Radvan” qüvvələrinin tərkibindəki bölmələrdən birinin komandiri məhv edilib. İki saat sonra “Hizbullah”ın hərbi dəstələrindən daha bir radikal Beyt-Lif qəsəbəsi rayonunda məhv edilib.