Month: June 2025

  • Müdafiə naziri Fəxri Xiyabanda və Zəfər parkında olub

    26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazirliyin rəhbər heyəti Ulu Öndərin abidəsi önünə əklil qoyub, xatirəsini dərin hörmətlə yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə qızılgüllər düzülərək ehtiram nümayiş etdirilib.

    Daha sonra Zəfər parkında fəxri qarovulun iştirakı ilə Zəfər abidəsinin önünə əklil qoyulub.

  • Türkiyə MN Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib

    Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 107-ci ildönümünü təbrik edib.

    Bu barədə Türkiyə MN-in “X” hesabında bildirilib.

    “Qardaş Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün gecə-gündüz demədən xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə hər zaman tək ürək, tək yumruq olmağa davam edəcəyik”, – qeyd olunub.

  • Bakıda və Abşeronda külək GÜCLƏNƏCƏK – SARI XƏBƏRDARLIQ

    İyunun 26-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şirvan, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Saatlı, Sabirabad, İmişli, Zərdab, Beyləqan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Kəlbəcər, Laçın, Gəncə, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Naftalan, Goranboy, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7m/san təşkil edəcək.

  • Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib

    Bərdə rayonunda zəhərlənmə hadisəsi baş verib.

    Hadisə Qaradağlı kəndində qeydə alınıb.

    Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 25-də saat 21:50-də Bərdə Rayon Mərkəzi Xəstəxanasına iki nəfər (qadın cinsli) hospitalizasiya olunub.

    “Pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilib.
    //oxu.az

  • Şəbnəm Tovuzlu onu “dollar yağışı”na tutan narkotaciri TANIYIR? – AÇIQLAMA (VİDEO)

    Müğənni Şəbnəm Tovuzlu Gürcüstanın Qardabani rayonunun Soğanlı kəndində keçirilən toy mərasimində “dollar yağışı”na tutulub və sözügedən görüntülər gündəm olub. Lakin çox keçmədən məlum olub ki, Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan Ofeliya adlı şəxs və “Luka” ləqəbli oğlu narkotik alverçiləri imiş. Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi əməliyyat nəticəsində həmin ailənin üzvləri saxlanılıblar.

    Şəbnəm Tovuzlunun prodüseri Şahanə İsmayılova məsələ ilə bağlı oxu.az-a açıqlama verib.

    O qeyd edib ki, həmin şəxslərin haqqında məlumatlı olmayıblar:

    “Şəbnəm xanım ay ərzində onlarla belə toyda iştirak edir. “Pul yağışı”na da tuturlar, necə lazımdırsa, hörmət də edirlər. Toyuna getdiyimiz heç bir ailəni öncədən analizdən keçirmirik ki, görək bunlar hansı işlə məşğuldurlar?! Bu fikirlər Şəbnəm xanımın da fikirləridir, gecə bu barədə bir yerdə söhbət edirdik”.

    Qeyd edək ki, sözügedən mərasimdə müğənni Nəfəs də iştirak edib. Toyun gedişatı zamanı hər iki müğənniyə puldan əlavə, qızıl-zinət əşyaları da hədiyyə edilib.

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıya oğurluq etmək üçün gələn Gürcüstan vətəndaşları ifşa edildilər

    Paytaxtın Xətai rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək mənzilindən 1 300 manat nağd pul və 30 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşları – 46 yaşlı Aleksandria Kaxaber, 48 yaşlı Rusia Slava, 40 yaşlı Sanikidze Daviti və 58 yaşlı Sabirabad rayon sakini Fikrət Səlimov saxlanılıblar.

    Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər ard-arda bir neçə gün həmin ünvana gələrək orada yerləşən evləri müşahidə ediblər. Məhz həmin mənzildə heç kəsin olmadığını dəqiqləşdirəndən sonra içəri daxil olublar. Evi taladıqdan sonra isə qəsdən eyvanın qapısını qıraraq izi itirməyə, guya məhz bu yolla içəri daxil olduqları görüntüsünü yaratmağa çalışıblar. Dəstə üzvləri saxlanılmayacaqları təqdirdə oğurluq əməllərini davam etdirməyi öz aralarında planlaşdırıblar.

    Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Ильхам Алиев пригласил Масуда Пезешкиана в Азербайджан

    26 июня состоялся телефонный разговор между Президентом Азербайджанской Республики Ильхамом Алиевым и президентом Исламской Республики Иран Масудом Пезешкианом.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Глава нашего государства еще раз выразил позицию нашей страны относительно конфликта между Ираном и Израилем и обеспокоенность Азербайджана эскалацией ситуации в регионе.

    Президент Ильхам Алиев выразил соболезнования в связи с гибелью граждан Ирана в ходе последних событий, пожелал скорейшего выздоровления раненых.

    Глава государства поздравил Масуда Пезешкиана с прекращением ирано-израильского противостояния и достижением прекращения огня, еще раз отметил, что мир и спокойствие в регионе являются важным условием.

    Масуд Пезешкиан выразил признательность за соболезнования.

    В ходе телефонного разговора главы государств обменялись мнениями о перспективах двусторонних отношений, с удовлетворением вспомнили успешный визит Масуда Пезешкиана в Азербайджан, подчеркнули важность продолжения совместных усилий, направленных на реализацию договоренностей, достигнутых по итогам визита.

    Президент Ильхам Алиев вновь пригласил Масуда Пезешкиана на саммит Организации экономического сотрудничества (ОЭС), который пройдет в Азербайджане в начале июля.

  • İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycana dəvət edib

    İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

    Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Dövlətimizin başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar ölkəmizin mövqeyini və regionda vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycanın narahatlığını bir daha ifadə edib.

    Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

    Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

    Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.

    Telefon söhbəti əsnasında dövlət başçıları ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb, Məsud Pezeşkianın Azərbaycana uğurlu səfərini məmnunluqla xatırlayıb və səfər nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

    Prezident İlham Əliyev Məsud Pezeşkianı iyulun əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Sammitinə bir daha dəvət edib.

  • Трагедия в Барде: четырехлетний ребенок скончался от судорог

    В Барде скончался четырехлетний ребенок.

    Как сообщает Median.Az со ссылкой на АПА, трагедия произошла в селе Гасангая Бардинского района.

    По предварительным данным, причиной смерти Х.А. (2021 г.р.) стали судороги.

    По данному факту проводится расследование.

  • Bərdədə dörd yaşlı uşaq qıcolmadan ölüb

    Bərdədə dörd yaşlı uşaq qıcolmadan ölüb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində baş verib.

    2021-ci il təvəllüdlü H.A.-nın qıcolma nəticəsində öldüyü bildirilib.

    Faktla bağlı araşdırma aparılır.