Month: June 2025

  • Bir qrup Konqo vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

    Группа граждан Демократической Республики Конго эвакуирована из Ирана через территорию Азербайджана.

    Через погранично-пропускной пункт “Астара” были эвакуированы 12 студентов, являющихся гражданами этой африканской страны.

    Следует отметить, что ряд иностранных государств ранее обратился к азербайджанскому правительству с просьбой о помощи в эвакуации своих граждан с территории Ирана. Оставаясь верным гуманитарным принципам, Азербайджан обеспечил все необходимые условия для их безопасного и беспрепятственного прохода через свою территорию.

  • Bir qrup Konqo vətəndaşı İrandan Azərbaycana təxliyə olunub

    “Astara” sərhəd-keçid məntəqəsindən daha bir qrup xarici vətəndaş təxliyə olunub.

    “Astara” Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə yola salınan şəxslər Konqo Demokratik Respublikasının vətəndaşı olan 12 nəfər tələbə olub.

    Qeyd edək ki, bir sıra xarici ölkələr İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycan hökumətinə müraciət ünvanlayıb. Azərbaycan isə humanitar dəyərlərə sadiq qalaraq, həmin şəxslərin ölkə ərazisindən təhlükəsiz və maneəsiz keçidi üçün bütün zəruri şəraiti təmin edib.

  • Naxçıvanda saxta alkoqollu içkilər aşkarlandı

    Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə satış obyektlərində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə cavab verməyən saxta alkoqollu içkilər aşkarlanıb.

    Satışı həyata keçirilən bir neçə adda alkoqollu içkilərin qida təhlükəsizliyi reyestrindən çıxarışı olmayan müəssisələr tərəfindən istehsal olunduğu, alkoqollu içkilərin üzərində göstərilən istehsalçıların mövcud olmadığı, mənşəyi, istehsalçının adı, ünvanı barədə dolğun məlumatların göstərilmədiyi müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, saxta məhsulların satışının qarşısı alınıb və ümumi həcmi 168 litr olan 12 adda müxtəlif həcmli 305 ədəd alkoqollu içkinin dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar olunub.

    Qərarın icrası təmin edilib.

  • В Кремле надеются на подписание мирного договора между Азербайджаном и Арменией

    Москва рассчитывает на подписание мирного договора между Азербайджаном и Арменией для обеспечения стабильности и безопасности в регионе.

    Как сообщает Median.Az со ссылкой на российские СМИ, об этом заявил пресс-секретарь президента РФ Дмитрий Песков.

    “Мы надеемся, что эта работа (подписание мирного договора) будет финализирована”, – отметил он.

    По его словам, мирный договор между Баку и Ереваном, необходим для стабильности и атмосферы безопасности в регионе.

    “Со своей стороны мы готовы сделать все возможное, чтобы способствовать этому процессу”, – добавил Песков.

  • Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

    Moskva regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir.

    Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

    “Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) yekunlaşdırılacaq”, – o qeyd edib.

    D.Peskovun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişi regionda sabitlik və təhlükəsizlik mühiti üçün zəruridir.

    “Öz tərəfimizdən bu prosesə töhfə vermək üçün mümkün olan hər şeyi etməyə hazırıq”, – o əlavə edib.

  • Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55,6 faizi əməkqabiliyyətli yaşda olub

    Keçən il Azərbaycanda cinayət törədən şəxslərin 55.6 faizi əməkqabiliyyətli yaşda olub.

    Bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənən cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair Fəaliyyət Planında öz əksini tapıb.

    Qeyd olunub ki, son dövrlərdə əmək bazarında ixtisaslı işçilərə tələbat artır:

    “Cəzaçəkmə müəssisələrində cəzaçəkən məhkumların müvafiq bilik və bacarıqlarla təmin edilərək əmək bazarında mövcud olan vakansiyalara yönəldilməsi həmin şəxslərin yenidən hüquqpozmalara meyilliyini aradan qaldırmaqla yanaşı, əmək bazarının da inkişafına töhfə vermiş olacaq.

    Rəsmi statistikaya əsasən, Azərbaycanda 2024-cü ildə cinayət törətmiş şəxslərin 55.6 faizi əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslərdir. 2023-cü ildə əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayan şəxslər cinayət törətmiş şəxslərin 56.8 faizini, 2022-ci ildə isə 60.4 faizini təşkil edib.

    Bu baxımdan, məhkumların islah edilməsi vasitələrindən olan peşə təhsilinin gücləndirilməsi və cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası tədbirlərinin, eyni zamanda onların məşğulluğunun genişləndirilməsi qarşıda duran vəzifələrdəndir. Fəaliyyət Planı cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması, peşə təhsili çərçivəsində təhsilalanların potensialının gücləndirilməsi, eyni zamanda cəzaçəkmə müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, sahibkarların (işəgötürənlərin) tələbatına uyğun peşə təhsilinin təşkili və hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin əmək bazarında işlə təmini üçün imkanların genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur”.

    Qeyd edək ki, Azərbaycanda 2023-cü il üzrə cinayət törətmiş şəxslərin sayı 25 min 6, 2024-cü il üzrə isə 22 min 485 olub. Əməkqabiliyyətli yaşda olub, işləməyən və oxumayanlar cinayət törətmiş şəxslərin daha böyük hissəsini təşkil edir (2023-cü ildə 56.8 faiz, 2024-cü ildə 55.6 faiz).

  • Bank rəsmisi: “Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir”

    Bəzi mobil cihazlarda mövcud olan zərərli proqram təminatları hakerlərə həmin telefonları məsafədən idarə etmək imkanı yaradır.

    Bunu “Kapital Bank” ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru Çingiz Səfərli Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində (“Fintex Sammit”) çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, bu proqramlar hakerlərə bank tətbiqlərinə müdaxilə etmək, istifadəçilərin hesablarını ələ keçirmək və onların vəsaitlərini oğurlamaq imkanı verir:

    “İstifadəçi bank tətbiqindən istifadə etdiyi anda belə bu proqramlar vasitəsilə əməliyyatlar izlənilə və sui-istifadə oluna bilir”.

    Ç. Səfərli bildirib ki, “Kapital Bank” bu risklərin qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri tətbiq edib:

    “Əvvəllər də müəyyən ənənəvi nəzarət sistemləri mövcud idi, lakin biz bu sahədə daha irəli texnologiyalar tətbiq etmişik. Yeni sistemlər sayəsində mobil tətbiq cihazda zərərli proqram aşkarladıqda avtomatik olaraq fəaliyyətini dayandırır və istifadəçiyə onun aradan qaldırılması ilə bağlı təlimat təqdim edir”.

    Bankın rəsmisi qeyd edib ki, 2025-ci ilin ilk rübündə 14 minə yaxın istifadəçinin cihazında bu cür hallara rast gəlinib. İstifadəçilər zərərli proqram təminatını silərək bank xidmətlərindən təhlükəsiz şəkildə istifadə etməyə davam ediblər.

    Onun sözlərinə görə, bu hallar əsasən Android əməliyyat sistemli cihazlarda qeydə alınır, iOS cihazlarında isə hələ belə faktlar müşahidə edilməyib.

    Ç.Səfərli əlavə edib ki, müştərilərə bəzən “Kapital Bank” adından saxta zənglər daxil olur və dələduzlar onların kart məlumatlarını əldə etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə bank yeni texnologiyalar tətbiq edir:

    “Transformasiyanın üçüncü mərhələsində əgər müştəriyə daxil olan zəngin bankdan gəlmədiyi müəyyən edilərsə və həmin anda mobil tətbiq açıqdırsa, istifadəçiyə tətbiq daxilində xəbərdarlıq banneri təqdim ediləcək”.
    //report

  • AYNA: Автовокзалы Азербайджана 26-29 июня будут работать в усиленном режиме

    В День Вооруженных Сил Азербайджана и нерабочие дни (26-29 июня) все автовокзалы и автостанции, функционирующие на территории республики, будут работать в усиленном режиме для обеспечения населения транспортными услугами.

    Об этом сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    В Бакинском международном автовокзальном комплексе 26-29 июня будет осуществляться особый контроль за интервалами движения автобусов по маршрутам в соответствии с пассажиропотоком, а также за соблюдением водителями правил безопасности при перевозке пассажиров.

    Для предотвращения скопления пассажиров будет обеспечен выпуск на линию дополнительных автобусов.

    Граждане могут приобрести билеты онлайн через портал https://biletim.az/, а также в кассах автовокзалов.

  • AYNA: Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

    Azərbaycan Silahlı Qüvvələri Günü və qeyri-iş günlərində (26-29 iyun tarixlərində) respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Bildirilib ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksində Azərbaycan Silahlı Qüvvələri Günü və qeyri-iş günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

    Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

    Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.

    Qeyd edək ki, hazırda portalda 51 məntəqəyə 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

  • “Sumqayıt”ın sabiq baş məşqçisi Rusiyada işləyəcək

    “Sumqayıt” futbol komandasının sabiq baş məşqçisi Aleksey Baqanın yeni iş yeri müəyyənləşib.

    Belarusdan olan 44 yaşlı mütəxəssis karyerasını Rusiyada davam etdirəcək.

    O, FNL-2 təmsilçisi “Leninqradets”lə anlaşıb. Müqavilənin müddəti 2025/2026 mövsümünün sonunadək qüvvədə olacaq.

    Qeyd edək ki, Aleksey Baqa məşqçi karyerasına ölkəsinin BATE klubunda başlayıb. O, 2022-ci ildə “Sumqayıt”da işləyib.