Month: June 2025

  • İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü münasibətilə paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • В Азербайджане начались четырехдневные каникулы

    С сегодняшнего дня в Азербайджане начались четырехдневные каникулы.

    Ранее Кабинет министров принял решение о перестановке рабочего (27 июня) и выходного (21 июня) дней для обеспечения последовательности рабочих и выходных дней.

    26 июня, День Вооруженных сил Азербайджана, не считается рабочим днем, а 21 июня приходится на субботу.

    В этом году 28 июня попадает на субботу, а 29 июня – на воскресенье. Таким образом, 26, 27, 28 и 29 июня считаются нерабочими днями, а 21 июня – рабочим днем.

  • Dörd günlük tətil başlayıb

    Bu gündən dörd günlük tətil başlayıb.

    Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək üçün 27 iyun iş günü ilə 21 iyun istirahət günlərinin yerlərinin dəyişdirilməsi barədə qərar verib.

    26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü iş günü hesab edilmir, 21 iyun isə şənbə gününə təsadüf edib.

    Bu il 28 iyun şənbə günü, 29 iyun bazar günüdür. Beləliklə, 26, 27, 28 və 29 iyun tarixləri qeyri-iş günüdür, 21 iyun isə iş günü olub.

  • В Ливане арестовали лидера ИГИЛ

    Армия Ливана сообщила об аресте лидера местного отделения террористической организации “Исламское государство”, известного под прозвищем “Касура”.

    Как передает Median.Az, об этом сообщает агентство “Анадолу”.

    Согласно информации, во время ареста у него конфисковали большое количество оружия и боеприпасов, электронное оборудование и устройства для сбора дронов.

    Касура возглавил ливанское отделение ИГИЛ после того, как в декабре 2024 года был задержан его предшественник, Абу Саид аль-Шами.

  • Livanda İŞİD lideri tutuldu

    İŞİD terror təşkilatının Livandakı strukturunun lideri keçirilmiş əməliyyat zamanı saxlanılıb.

    Median.Az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.

    Bildirilir ki, Livan ordusunun həyata keçirdiyi əməliyyatda kod adı “Kasura” olan İŞİD lideri ələ keçirilib.

    Əməliyyat zamanı xeyli miqdarda silah, döyüş sursatı, elektron cihazlar da aşkarlanaraq götürülüb.

  • Алёна Алиева поделилась публикацией по случаю Дня Вооруженных сил – ФОТО

    Невестка Президента Азербайджана Ильхама Алиева Алёна Алиева поделилась публикацией на своей официальной странице в социальной сети по случаю 26 июня – Дня Вооруженных сил.

    Median.Az представляет данную публикацию:

  • Alyona Əliyeva Silahlı Qüvvələr Günü ilə əlaqədar paylaşım edib – FOTO

    Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü ilə əlaqədar paylaşım edib.

    Median.Az paylaşımı təqdim edir:

  • Tovuzda kütləvi zəhərlənməyə səbəb olan dönərxana bağlandı

    ​​​​

    Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

    Bu barədə AQTA-dan bildirilib.
    İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

    Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

    Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcək.

  • Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarələri haqda danışdığını bildirib.
     
    Bu barədə TRT telekanalı məlumat yayıb.
     
    Ərdoğan NATO sammitindən sonra Haaqada jurnalistlərlə söhbəti zamanı deyib: “Trampla görüşümüz zamanı S-400-ü müzakirə etmədik. Bu, gündəmimizdə deyildi, məsələ artıq bağlanıb və bitmiş sövdələşmədir. Biz F-35 məsələsini müzakirə etdik”.
     
    Türkiyə prezidenti xatırladıb ki, Türkiyə F-35 layihəsi çərçivəsində təxminən 1,3-1,4 milyard dollar ödəniş edib: “Bu təyyarələri almağımıza gəlincə, Trampın bununla bağlı xoş niyyətli olduğunu gördük. Rəsmilərimiz F-35-lərin alınması, həmçinin F-16-larımızın texniki xidməti və təmiri ilə bağlı işləri davam etdirirlər”.
     
    O, əlavə edib ki, Ankara Eurofighter qırıcılarının alınması mövzusunda işi davam etdirir: “Bu, Böyük Britaniya və Almaniya ilə davam edir. Ümid edirik ki, bu iki ölkə də bizim yaxşı niyyətimizi müsbət qəbul edəcək”.

  • İran “Xatəm əl-Ənbiya” Qərargah rəisinin öldüyünü təsdiqlədi

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargah rəisi general Əli Şademaninin İsrailin zərbələri nəticəsində aldığı yaralardan öldüyünü təsdiqləyib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.

    Qeyd olunur ki, Şademani keçən həftə İsrailin zərbəsi nəticəsində ağır yaralar alaraq həlak olub.

    İyunun 17-də İsrail Ordusunun Mətbuat Xidməti xəbər vermişdi ki, Şademani İrana endirilən gecə zərbələri zamanı məhv edilib.