Month: June 2025

  • İran hava məkanını beynəlxalq reyslərə açıb

    İranın hava məkanı Tehrana beynəlxalq uçuşlar üçün açıqdır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu “Flightradar24” xidməti təsdiqləyib.

    “İranın hava məkanı indi əvvəlcədən icazə verildiyi təqdirdə Tehrana beynəlxalq gəliş və gedişlər üçün açıqdır”, – xidmətin “X” sosial şəbəkəsində bildirilir.

    Daha əvvəl İran hakimiyyəti hava məkanının İsrailin zərbələrinin fonunda hava məkanının bağlanmasını elan edib və bu qərar bir neçə dəfə uzadılıb.

  • Kaya Kallas: “Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq”

    Avropa İttifaqı (Aİ) ölkələrin vətəndaşlarının İsrail və İran arasında münaqişənin eskalasiya zonasından çıxarılmasına kömək etdiyinə görə Azərbaycana minnətdarlığını bildirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun Haaqa sammiti çərçivəsində azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

    “Bölgədə vəziyyət gərginləşəndən bəri Azərbaycanın xarici işlər naziri ilə əlaqə saxlayıram. Mən də diplomatlarımızın və vətəndaşlarımızın Azərbaycan üzərindən təxliyəsinə görə ona təşəkkür etdim”, – Kallas söyləyib.

    O, həmçinin azərbaycanlı həmkarı ilə İrandakı müharibənin Azərbaycan üçün mümkün nəticələrini müzakirə etdiyini qeyd edib.

    “Mən başqa şeylərlə yanaşı, İrandan Azərbaycan istiqamətində gələn miqrasiya axınını nəzərdə tuturam”, – Avropa diplomatiyasının rəhbəri qeyd edib.

  • AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə aldı

    Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İran və İsrail arasında bu gün elan edilən atəşkəsdən əvvəl həyata keçirilən hücumlardan sonra Fordo və Natanzdakı İran nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.

    “Report” xəbər verir ki, bu barədə AEBA-nın portalında dərc edilmiş bəyanatda deyilir.

    “ABŞ-nin iyunun 22-də obyekti bombardman etməsindən sonra AEBA müəyyən edib ki, yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb”, – məlumatda qeyd edilib.

    Agentlik bazar ertəsi səhər məlumat verilən Fordoya zərbələr haqqında təfərrüatları dəqiqləşdirib.

    Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında ABŞ-nin zərbələrindən iki çuxur yeri aşkar edib

  • Sabah bu ərazilərdə qaz olmayacaq

    25.06.2025-ci il saat 10:00-dan etibarən Xətai rayonu, Xocalı prospektində qaz xəttinin yerinin dəyişdirilməsi və Nərimanov rayonu, Ə.Əlizadə küçəsində görüləcək təmir-quraşdırma işləri, həmçinin saat 13:00-dan isə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayış evinə təbii qazın verilməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.

    Bu barədə Qaynarinfo-ya “Azəriqaz” İB-dən bildirilib.
    Təmir işləri aparılan müddətdə Xətai rayonunda A.İsmayılov, M.Mehdizadə küçələrinin, Qaradağ rayonunda Ş.Əsgərov, M.Seyidov, Ə.Gülbabayev, E.Quliyev küçələrinin, Nərimanov rayonunda isə Təbriz, Ə. Dəmirçizadə, C.Zeynalov, F.Əsədov, Y.Bakuvi, K.Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Azərbaycanda sabiq deputat barədə qərar verildi

    Keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

    Qeyd edək ki, sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Qeyd olunub ki, vətəndaş polisə müraciətində N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb.

  • Xərçəng xəstələrinin sayı niyə durmadan artır? – VİDEO

    Son illər Azərbaycanda xərçəng xəstələrinin sayında artım müşahidə olunur. Bu artımın səbəbləri sırasında qeyri-sağlam qidalanma, ətraf mühitin çirklənməsi və erkən diaqnostikanın zəifliyi önə çıxır. 2023-cü ilin məlumatına görə, ölkədə 56 mindən çox aktiv xəstə qeydə alınıb.

    Baku TV mövzu ilə əlaqədar paytaxt sakinləri arasında “Xərçəng xəstələrinin sayı niyə çoxalıb?” – sualı ilə sorğu keçirib.

    Vətəndaşlar da bu xəstəliyə tutulanların sayındakı artımın əsas səbəbini qeyri-sağlam qidalanma ilə əlaqələndiriblər.

    “Ziyanlı qidalar, stres onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayını artırır. Əlavə olaraq gənclər telefondan, kompüterdən həddindən artıq istifadə etdikləri üçün şüalanmaya çox məruz qalırlar”, – deyə sakin bildirib.

    Ətraflı videomaterialda:

  • МАГАТЭ выявило новые поражения на иранских ядерных объектах в Фордо и Натанзе

    Международное агентство по атомной энергии (МАГАТЭ) заявило, что зафиксировало новые поражения на иранских ядерных объектах в Фордо и Натанзе.

    Как передает Median.Az, об этом говорится на сайте агентства.

    “В дополнение к подробной оценке, которую генеральный директор Рафаэль Гросси представил Совету управляющих МАГАТЭ в понедельник, МАГАТЭ выявило новые точки поражения на ядерных объектах в Фордо и Натанзе в результате ударов, нанесенных до сегодняшних заявлений о ситуации в Иране”, – сказано в сообщении.

    Отмечается, после удара США в Фордо пострадали подъездные дороги рядом с подземным объектом и один из входов в него. Кроме того, в Натанзе МАГАТЭ зафиксировало два места пробития от ударов в районе подземных залов, где до этого велось обогащение и хранились материалы.

    “Исходя из сведений о содержимом этих залов, МАГАТЭ полагает, что удар мог привести к локальному загрязнению и химическим рискам”, – уточнили в агентстве.

  • İranın iki nüvə obyektində yeni zədələnmələr aşkarlanıb

    Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb.

    Median.Az bu barədə BAEA-nın saytına istinadla xəbər verir.

    Bildirilir ki, ABŞ-nin iyunun 22-də Fordoya endirdiyi zərbədən sonra yeraltı obyektin yaxınlığındakı yollar və girişlərdən biri zərər görüb.

    Bundan əlavə, agentlik Natanzdakı əvvəllər zənginləşdirmə aparılan və materialların saxlanıldığı yeraltı zalların yaxınlığında ABŞ-nin zərbələrindən iki çuxur yeri aşkar edib.

    BAEA bu məlumatlardan irəli gələrək hesab edir ki, zərbə lokal çirklənməyə və kimyəvi risklərə gətirib çıxara bilər.

  • “Meydan TV” işi üzrə saxlanılan Şəmşad Ağanın həbs müddəti uzadılıb

    “Meydan TV” işi üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağanın həbs müddəti uzadılıb.

    “Report”un məlumatına görə, bu barədə qərar Xətai Rayon Məhkəməsində keçirilən prosesdə verilib.

    Qərara əsasən, onun həbs müddəti sentyabr ayının 5-nə qədər uzadılıb.

    Qeyd edək ki, Şəmşad Ağa qaçaqmalçılıqda ittiham olunur.

    Xatırladaq ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi tərəfindən “Meydan TV” əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıb.

    Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

    Daha sonra Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

  • В Иране арестован иностранец по подозрению в шпионаже в пользу Израиля

    Иранские власти арестовали гражданина одной из стран ЕС, обвиняемого в шпионаже в пользу Израиля на военных объектах в южной провинции Хормозган.

    Как сообщает Median.Az со ссылкой на израильские СМИ, по предварительным данным, иностранец прибыл в страну в качестве туриста, а затем направился в Хормозган для сбора развединформации на военных и секретных объектах.

    Национальность задержанного и подробности не разглашаются.

    С начала конфликта в июне было объявлено о нескольких подобных арестах.