Month: June 2025

  • İranda İsrailə casusluqda şübhəli bilinən əcnəbi həbs edilib

    İran hakimiyyəti Hörmüzgan əyalətindəki hərbi obyektlərdə İsrailin xeyrinə casusluqda ittiham olunan Avropa İttifaqı ölkələrindən birinin vətəndaşını həbs edib.

    “Report” İsrail mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ölkəyə turist qismində gələn xarici vətəndaş daha sonra hərbi və məxfi obyektlərdən kəşfiyyat məlumatları toplamaq üçün Hörmüzgana yollanıb.

    Saxlanılan şəxsin milliyyəti və digər təfərrüatlar açıqlanmır.

  • Naxçıvanda Dövlət Xidmətinin sabiq rəisinə hökm oxunub

    Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəisi polkovnik Mirzə Cəlilovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.

    Məhkəmə baxışı zamanı Mirzə Cəlilovun özü-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.

    Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

    Təqsirləndirilən şəxsin vəkili Vüsal Həsənov müttəhimin həmin dövrdəki vəziyyətinin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

    Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.

    Məhkəmə qərar vermək üçün müşavirəyə gedib.

    Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Mirzə Cəlilov 10 il müddətinə azadlıqdan məhrum olunub.

    O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

    Xatırladaq ki, DTX-nin həbs etdiyi Mirzə Cəlilov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri ilə təqsirləndirilir.

  • Из-за пожара в жилом доме Баку эвакуированы 22 человека – ВИДЕО

    В жилом доме в поселке Бакиханов Сабунчинского района Баку произошел пожар.

    Как сообщили в МЧС, возгорание произошло в квартире на втором этаже девятиэтажного здания. Пожар удалось оперативно потушить, не допустив его распространения на другие помещения.

    В результате пожара на территории площадью 10 кв.м сгорели легковоспламеняющиеся конструкции и предметы домашнего обихода в одной из комнат двухкомнатной квартиры общей площадью 46 кв.м.

    В рамках мер безопасности эвакуированы 22 жителя здания, в том числе 4 ребенка.

  • Bakıda yanğın olub, 22 nəfər təxliyə edilib – VİDEO

    Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yaşayış binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallara Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 46kv.m. olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 10kv.m sahədə yanıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində 4-ü uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

  • Bakının Elşən Süleymanov küçəsində avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

    Sabah Baknın Nizami rayonunun Elşən Süleymanov küçəsinin Bəhruz Nuriyev küçəsindən Babək prospektinin kəsişməsinə qədər olan hissəsində təmir işlərinin davam etdirilməsi ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, qurum aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edir.

  • МВД провело операцию, изъято 175 килограммов наркотиков

    МВД провело операцию, из оборота изъято 175 кг наркотических средств.

    Об этом сообщили в МИД.

    В ходе операций сотрудниками Главного управления по борьбе с незаконным оборотом наркотических средств задержаны 19 членов организованной группы. У этих лиц в общей сложности обнаружено 175 килограммов марихуаны, героина, опиума, метамфетамина, 690 сильнодействующих таблеток метадона, а также электронные весы и банковские карты.

    Большинство задержанных являлись основными лицами, организовавшими контрабанду наркотиков в страну и их продажу.

    По фактам возбуждены уголовные дела по соответствующим статьям Уголовного кодекса, в отношении каждого из задержанных избрана мера пресечения в виде заключения под стражу.

  • Azərbaycanda 175 kiloqram narkotik dövriyyədən çıxarılıb, 12 nəfər həbs olunub

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirib, 175 kiloqram narkotik dövriyyədən çıxarılıb.

    Bu barədə DİN-dən məlumat verilib.

    Bildirilib ki, paytaxt və bölgələrdə narkotik vasitələrin əlbəəl satışı, onlayn dövriyyəsi və narkotik tərkibli bitkiləri kultivasiya edən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib. Nəticədə mütəşəkkil dəstənin daha 12 üzvü saxlanılıb.

    Həmin şəxslərdən ümumilikdə 175 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, tiryək, psixotrop maddə metamfetamin, 690 ədəd güclü təsiredici xassəyə malik metadon həbi və satış zamanı istifadə edilən elektron tərəzilər, bank kartları aşkar edilib.

    Saxlanılanların əksəriyyəti narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsini və satışını təşkil edən əsas şəxslərdən olublar. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

  • АЖД увеличивает число вагонов поезда Баку-Балакен-Баку

    ЗАО “Азербайджанские железные дороги” (АЖД) увеличит число вагонов поезда, отправляющегося по маршруту Баку – Балакен – Баку, для удовлетворения пассажирского спроса.

    Как сообщили в АЖД, к поезду, который отправится из Баку 25 июня, а из Балакена – 26 июня, будет прицеплено в общей сложности 6 вагонов: 3 “Стандарт” и 3 “Стандарт+”.

    В указанные даты поезд будет следовать с 11 вагонами.

  • Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 25-də Bakıdan Balakənə, iyunun 26-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

    Bu barədə ADY-dən məlumat verilib.

    Bildirilib ki, Bakı-Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.

    Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

  • Ceyranbatanda küçə iti nənə və nəvəyə hücum edib, qadın xəstəxanalıq olub – VİDEO

    Abşeron rayonunun Ceyranbatan qəsəbəsində küçə iti nənə və nəvəyə hücum edib.

    Qəsəbə sakini Rəfiqə Hüseynova nəvəsi ilə birgə mağazaya gedərkən sahibsiz itin qəfil hücumuna məruz qalıb. Yaralanan qadın dərhal xəstəxanaya yerləşdirilib və ona quduzluq əleyhinə vaksin vurulub.

    Hadisə ilə bağlı Ceyranbatan qəsəbəsi bələdiyyəsinə və ərazi nümayəndəliyinə müraciət olunub. Qurumdan bildirilib ki, sahibsiz itlərin toplanması ilə bağlı onlara maliyyə vəsaiti ayrılmadığı üçün bu sahədə tədbir görmək imkanları yoxdur.

    Abşeron Rayon İcra Hakimiyyətindən isə vurğulanıb ki, sahibsiz heyvanların yığılması məqsədilə Sahibsiz İtlərə Qayğı Mərkəzləri rayon ərazisində sivil və humanist üsullarla tədbirlər görür. Belə ki, təhlükə yaradan itlər küçə və prospektlərdən xüsusi avtomobillərlə toplanaraq qayğı mərkəzinə aparılır. Hazırda proses davam etdirilir.

    Qeyd edək ki, Abşeron rayonunda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin yaradılması istiqamətində sənədləşmə işləri aparılır.
    //report