Month: June 2025

  • Должностное лицо Bakı Kart оштрафовано за необеспечение безопасности денежных средств

    Центральный банк Азербайджана (ЦБА) оштрафовал должностное лицо ООО K Group – оператора Bakı Kart.

    Об этом сообщает Median.Az со ссылкой на ЦБА.

    Согласно информации, причиной стало нарушение требования статьи 7.3 закона “О платежных услугах и платежных системах” (Обеспечение безопасности денежных средств).

    Должностное лицо K Group оштрафовано на 2 000 манатов в соответствии со статьей 439-2.2 Кодекса об административных правонарушениях.

  • “Bakı Kart”ın vəzifəli şəxsi pulun təhlükəsizliyini təmin etmədiyi üçün cərimə olunub

    Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru – “K Group” MMC-nin vəzifəli şəxsini cərimə edib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. Odur ki, “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.

    Xatırladaq ki, “K Group” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

  • Минздрав: В результате ударов Израиля в Иране погибли свыше 600 человек

    Более 600 человек погибли в результате ударов Израиля по Ирану.

    Об этом говорится в сообщении Минздрава Ирана.

    Общее число пострадавших составило почти 5 тыс. человек.

  • İran Səhiyyə Nazirliyi: İsrailin zərbələri nəticəsində 600 nəfər həlak olub

    İsrailin İrana endirdiyi zərbələr nəticəsində 600-dən çox insan həlak olub.

    Bu barədə İran Səhiyyə Nazirliyinin məlumatında deyilir.

    Zərərçəkənlərin ümumi sayı təxminən 5 min nəfər təşkil edib.

  • Азербайджан запустит местное производство агродронов

    Азербайджан при сотрудничестве с Турцией планирует запустить местное производство агродронов в этом году.

    Об этом заявил директор Центра аграрных инноваций Анар Джафаров.

    По его словам, в рамках недавнего “буткемпа” (учебного лагеря) в Зангилане одна из крупнейших компаний Турции в сфере производства сельскохозяйственных дронов “Sapmaz Air Transport and Advanced Technologies Industry” достигла соглашения с местной компанией и Бакинским инженерным университетом.

    “В настоящее время ведутся юридические работы, связанные с производством. В ближайшие месяцы стороны приступят к конкретным работам. Дроны будут производиться, скорее всего, в лабораториях и парке университета”, – сказал Джафаров.

    Он также отметил, что агродроны будут производиться в основном для местного рынка. Этот расширит применение инновационных технологий в сельском хозяйстве Азербайджана и поможет удовлетворить высокий спрос местного рынка.

    Отметим, что в настоящее время агродроны импортируются в Азербайджан в основном из Турции и Китая по специальному разрешению.

  • Bu il Azərbaycanda aqrodronların istehsalına başlanılacaq

    Azərbaycanda bu il aqrodronların istehsalına başlanılması gözlənilir.

    Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

    Onun sözlərinə görə, bir müddət əvvəl Zəngilanda keçirilmiş “bootcamp” çərçivəsində Türkiyənin aqrodron istehsalı sahəsində böyük şirkətlərindən biri olan “Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar” MMC yerli şirkət və Bakı Mühəndislik Universiteti ilə razılığa gəlib: “Hazırda istehsalla bağlı hüquqi işlər həyata keçirilir. Yaxın aylarda konkret işlərə başlayacaqlar. Bununla yanaşı, dronların istehsal ediləcəyi ərazi çox güman ki, Universitetin laboratoriyaları və parkı olacaq”.

    O həmçinin qeyd edib ki, aqrodronlar əsasən yerli bazar üçün istehsal olunacaq: “Bu addım Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirəcək və yerli bazarın yüksək tələbatını ödəməyə kömək edəcək”.

    Qeyd edək ki, hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.

    Aqrodronlar – kənd təsərrüfatında istifadə olunan insansız hava vasitələri müasir texnologiyanın kənd təsərrüfatına gətirdiyi böyük yeniliklərdəndir. Onlar məhsuldarlığın artırılması və resursların daha səmərəli idarə olunması üçün geniş imkanlar təqdim edir. Aqrodronlar pestisidlərin və gübrələrin avtomatik, bərabər və qənaətli şəkildə səpilməsini təmin edir ki, bu da həm ətraf mühitin qorunmasına, həm də istehsal xərclərinin azalmasına səbəb olur. Bundan əlavə, torpağın rütubəti, eroziya vəziyyəti kimi müxtəlif xüsusiyyətlərin analizinə imkan verərək fermerlərə daha düzgün və effektiv əkin planları hazırlamağa kömək edir.

    “Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar” MMC kənd təsərrüfatı sahəsində istifadə olunan müxtəlif növ aqrodronların istehsalı ilə məşğuldur. Şirkətin məhsulları müasir texnologiyalarla təchiz olunub və aqrar sahənin ehtiyaclarına uyğunlaşdırılıb. Şirkət əsasən üç növ dron istehsal edir. Bunlardan biri “Zirai” İnsansız Hava Vasitələridir (ZİHA). Bunlar pestisidlərin və gübrələrin səmərəli, bərabər səpilməsi üçün hazırlanmış dronlardır. Bu dronlar kənd təsərrüfatı sahələrinin daha effektiv idarə olunmasına və məhsuldarlığın artmasına xidmət edir. İkinci növ Multispektral Dronlardır. Bu dornlar beş fərqli spektral bantda görüntü toplayan tam avtonom aqrodronlardır. Bu texnologiya bitkilərin sağlamlığının izlənməsi, xəstəliklərin və stress hallarının erkən aşkarlanması üçün geniş imkanlar yaradır. Üçüncü növ dronlar isə “Do-it-Yourself” (“Özün Yığ”) adlanır və bu dronlar 3D printerlə hazırlanmış hissələrdən ibarət təhsil dəstidir. İstifadəçilərə öz aqrodronlarını özləri yığmaq və texnologiyanı dərindən öyrənmək imkanı verir.

  • Азербайджан впервые избран председателем Бюро CPR при ООН

    Азербайджан впервые избран председателем Бюро комитета постоянных представителей Программы ООН по окружающей среде (Committee of the Permanent Representatives – UNEP CPR).

    Об этом сообщает Министерство иностранных дел Азербайджана.

    Согласно информации, председательство Азербайджана в Бюро CPR будет охватывать 2025-2027 годы.

    UNEP CPR является основным постоянно действующим органом Ассамблеи ООН по окружающей среде, в которую входят 193 государства. Он определяет приоритеты на международной арене по вопросам окружающей среды. Бюро CPR выполняет ряд важных функций в подготовке решений Ассамблеи по глобальной экологической политике и нормам.

    В Бюро председательство Азербайджана будет представлять посол нашей страны в Кении и постоянный представитель при UNEP Султан Гаджиев.

  • Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib

    Azərbaycan ilk dəfə BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsi (Committee of the Permanent Representatives – UNEP CPR) Bürosunun sədri seçilib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın bu quruma sədrliyi 2025-2027-ci illəri əhatə edəcək, rəhbər vəzifəni isə ölkənin Keniyadakı səfiri və UNEP-dəki daimi nümayəndəsi Sultan Hacıyev icra edəcək.

    Qeyd edək ki, UNEP CPR ətraf mühitlə bağlı məsələlər üzrə beynəlxalq müstəvidə prioritetləri müəyyən edən, 193 dövlətin üzv olduğu BMT-nin Ətraf Mühit Assambleyasının daimi fəaliyyət göstərən əsas orqanıdır. CPR Bürosu Assambleyanın qlobal ekoloji siyasət və normalar üzrə qərarlarının hazırlanmasında bir sıra mühüm funksiyaları yerinə yetirir.

    2024-cü ilin noyabrında COP29-a ev sahibliyi etmiş, ətraf mühitin qorunması və iqlim dəyişiklikləri sahəsində mübarizədə qlobal fəaliyyəti və təşəbbüsləri ilə beynəlxalq nüfuz qazanmış Azərbaycanın UNEP-lə əməkdaşlığı dinamik şəkildə inkişaf edir.

    Azərbaycanın sədr olaraq seçilməsi, eləcə də UNEP-in 2026-cı ildə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahib kimi təstiqlənməsi bu əməkdaşlığın perspektivlərini nümayiş etdirir.

  • Арестованного Карапетяна перевезли в УИУ “Ереван-Кентрон”

    Арестованного в Ереване бизнесмена – главу ГК “Ташир” Самвела Карапетяна перевезли в Управление исправительного учреждения (УИУ) “Ереван-Кентрон”.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщила пресс-секретарь уголовно-исполнительной службы Минюста Нона Навикян.

    “Решение принято исходя из служебной необходимости”, – сказала она.

    Ранее Карапетян заявил, что намерен помочь заключенным армянских тюрем, чьи права были нарушены. Он отметил, что ежедневно сталкивается с заключенными, которых лишили свободы по мелочам или незаконным судебным решениям. Не боясь тюремных надзирателей, они говорят, что он – их последняя надежда.

    По его инициативе была сформирована команды юристов, которые готовы оказать бесплатную помощь всем тем, кто был незаконно лишен свободы. Активность Карапетяна, по имеющейся информации, вызвала опасения по поводу возможного бунта в тюрьме.

    Карапетян был арестован 18 июня сроком на два месяца по обвинению в публичных призывах к захвату власти.

  • Karapetyan cəzaçəkmə müəssisəsinə köçürülüb

    İrəvanda həbs edilmiş iş adamı – “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanı “İrəvan-Kentron” cəzaçəkmə müəssisəsinə köçürüblər.

    Bu barədə Ədliyyə Nazirliyinin cəzaçəkmə xidmətinin mətbuat katibi Nona Navikyan məlumat verib.

    “Qərar xidməti zərurətdən irəli gələrək qəbul edilib”, – o bildirib.

    Daha əvvəl Karapetyan erməni həbsxanalarındakı hüquqları pozulmuş məhbuslara kömək etmək niyyətində olduğunu bəyan etmişdi. Məlumata görə, S.Karapetyanın fəallığı həbsxanada mümkün qiyam ilə bağlı narahatlıq yaradıb.

    Qeyd edək ki, iyunun 18-də İrəvan şəhərinin birinci instansiya məhkəməsi iş adamı Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Ermənistan KİV-nin məlumatına görə, S.Karapetyan Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi, yəni hakimiyyətin ələ keçirilməsinə açıq çağırış, ərazi bütövlüyünün pozulması, suverenlikdən imtina, konstitusiya quruluşunun zorakılıqla devrilməsi ilə ittiham olunur.