Month: June 2025

  • Турнир в Баку стал одним из самых продолжительных в истории UFC

    Прошедший в Баку турнир Ultimate Fighting Championship (UFC) стал одним из самых продолжительных в истории UFC.

    Как сообщает Report со ссылкой на издание MMA Junkie, турнир длился 2 часа 53 минуты и 52 секунды.

    Турнир, включавший 12 боев, является 11-м по продолжительности в истории UFC. Он также стал самым продолжительным среди соревнований с 12 боями. Победитель в 10 поединках определился решением судей.

    Отметим, что в главном поединке вечера встретились представители США Джамал Хилл и Халил Раунтри. Поединок в полутяжелом весе длился пять раундов. В итоге победителем был объявлен Х. Раунтри.

    Среди азербайджанских спортсменов Назим Садыхов победил бразильца Николаса Мотту, а Рафаэль Физиев одержал победу над Игнасио Бахамондесом из Чили. Тофик Мусаев проиграл поединок Мыктыбеку Оролбаю из Кыргызстана.

  • Bakıdakı turnir UFC tarixində ən uzunmüddətli yarışlardan olub

    Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilmiş turniri UFC tarixinin ən uzunmüttətli yarışlarından biri olub.

    Turnir 2 saat 53 dəqiqə 52 saniyə davam edib.

    12 döyüşün olduğu yarış UFC tarixində ən uzun 11-ci turnirdir. Bu, həm də 12 döyüşün yer aldığı yarışlar arasında ən uzun davam edəni olub. Qarşılaşmaların 10-da qalib hakimlərin qərarına görə müəyyən edilib.

    Qeyd edək ki, gecənin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

    Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.
    //report

  • Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək

    Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə sənədlər tədqiq edilib.

    Sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlər təqdim edib.

    Vəkil həmçinin Nizami Alışanın həyat yoldaşının prosesə çağırılaraq dindirilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

    Proses iyunun 30-da davam edəcək.

    Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.

    İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

    Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

    Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
    O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

    Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.
    //report

  • В TƏBİB прокомментировали ситуацию с выдачей лекарств пациентам с эпилепсией и параличом

    В поликлиниках Азербайджана не прекращена выдача лекарств пациентам с эпилепсией, церебральным параличом и сопутствующими заболеваниями.

    Об этом Report заявили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).

    В ответ на запрос в Объединении отметили, что обеспечение лекарственными средствами осуществляется в соответствии с действующим законодательством и правилами государственных закупок.

    “После завершения документальных процедур в ближайшее время необходимые препараты будут направлены в медицинские учреждения”, — заверили в TƏBİB.

    Ранее в социальных сетях появились сообщения о якобы принятом решении не выдавать пациентам с параличом и эпилепсией препараты, которые до этого предоставлялись на основании рецептов, выписанных в поликлиниках. Пользователи указывали, что лекарства из обычных аптек не обеспечивают нужного эффекта и могут вызывать осложнения, в связи с чем жизненно важно получать препараты именно по линии поликлиник.

  • TƏBİB poliklinikalarda iflic və epilepsiya xəstələrinə dərman verilməməsinə aydınlıq gətirib

    TƏBİB poliklinikalarda serebral iflic, epilepsiya və digər yanaşı xəstəliklərdən əziyyət çəkənlərə dərmanların verilməməsinə münasibət bildirib.

    “Report”un sorğusuna cavab olaraq qurumdan bildirilib ki, tibb müəssisələrinin dərman təminatı müvafiq qanunvericiliklə və satınalma qaydalarına əsasən həyata keçirilir.

    “Qeyd edilən dərman preparatlarının təmin edilməsi istiqamətində sənədləşmə işləri qısa müddət ərzində yekunlaşdıqdan sonra tibb müəssisələrinə göndəriləcək”,- məlumatda qeyd olunub.

    Qeyd edək ki, sosial mediada yayılan iddialara əsasən, poliklinikadan bildirilib ki, artıq TƏBİB-in qərarına əsasən, iflic və epilepsiya ilə bağlı dərmanlar xəstələrə verilməyəcək. Uzun illərdir ki, bu dərmanlar xəstələrə dövlət tərəfindən, poliklinikaların verdiyi resept əsasında təmin edilirdi. Şəhər apteklərindən əldə edilən eyniadlı dərmanlar xəstəyə eyni təsiri göstərmir və ciddi fəsadlara səbəb olur. Buna görə, yalnız poliklinikanın yönləndirdiyi aptekdən verilən dərmanların istifadəsi xəstənin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.

  • NBA çempionu yeni rekord müəyyənləşdirib

    Milli Basketbol Assosiasiyasında (NBA) çempion olan “Oklahoma” klubu yeni rekord müəyyənləşdirib.

    “Report” “Crazy Stats”a istinadən xəbər verir ki, komanda müntəzəm mövsüm və pley-offlar matçları da daxil olmaqla 12519 xal toplayıb.

    Bu, yarış tarixində ən yüksək göstəricidir. Bundan əvvəl ən məhsuldar komanda 2018/2019 mövsümündə “Qolden Steyt” (12161 xal) olub.

    Final seriyasında uduzan (3:4) “İndiana” “Qolden Steyt”in nailiyyətini geridə qoyaraq ikinci olub – 12248 xal.

    Qeyd edək ki, “Oklahoma” final seriyasının sonuncu – yeddinci oyununda rəqibini 103:91 hesabı ilə üstələyib.

  • Sabirabadın 17 kəndində qaz təchizatı dayandırılacaq

    Sabah Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir.

    Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.

    Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

  • Азербайджан пресек очередную попытку армян присвоить свое музыкальное наследие

    Азербайджан пресек очередную попытку армян присвоить свое музыкальное наследие – на этот раз была предпринята попытка плагиата легендарной композиции Алекпера Тагиева “Qal, sənə qurban”.

    Как сообщили Report в Агентстве интеллектуальной собственности, кипрский исполнитель армянского происхождения Овик Демирчян разместил плагиат на YouTube под греческим названием “Куда идешь”, полностью игнорируя авторство оригинального произведения. Более того исполнитель отметил, что оригинальная версия композиции якобы является армянской.

    Благодаря совместным усилиям Агентства и Цифровой и аудиовизуальной вещательной индустрии (RAYS) песня в исполнении Демирчяна была удалена с платформы YouTube.

    Отметим, произведение “Qal, sənə qurban” было написано композитором Алекпером Тагиевым в 1968 году на слова легендарного азербайджанского поэта Микаила Мушфига. Первым исполнителем стала народная артистка Зейнаб Ханларова.

    В последующие годы произведение было исполнено множеством исполнителей не только в Азербайджане, но и в постсоветском пространстве и Турции. Композиция стала классикой азербайджанской музыки и любимо многими поколениями.

    Этот случай — не первый пример попыток присвоения элементов азербайджанского культурного наследия армянами. В мае текущего года Агентство пресекло попытку армянского гармониста Гагика Степаняна выдать за армянские популярные азербайджанские мелодии – “Bəs nə deyim”, “Ay bəri bax”, “Niyə yox deyirsən” и “Güman yeri var”.

  • “Qal, sənə qurban” mahnısının erməni musiqisi kimi təqdim edilməsinin qarşısı alınıb

    Musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus “Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

    Qeyd edilib ki, erməniəsilli Kipr müğənnisi Ovik Dəmirçyan “Qal, sənə qurban” mahnısını mənimsəyərək erməni mahnısı kimi təqdim edib və oxuyub. Həmçinin o, mahnını “YouTube”da yunan dilində “Hara gedir” adı altında yayımlayıb.

    “Məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarını kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə O.Dəmirçyanın Youtube platformasında yaydığı qeyd edilən mahnı silinib”, – deyə məlumatda qeyd edilib.

  • Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və onunla birgə ittiham olunan Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətlər təqdim edib.

    Vəkil vəsatətlərində sübutlar siyahısında olan bir neçə sənədin xaric edilməsini və cinayət işinə xitam verilməsini xahiş edib.

    Hakim verilən vəsatətlərin genişhəcmli olduğunu, məhkəmə tərkibinin vəsatətlərlə tanış olmadıqlarını bildirərək prosesin təxirə salındığını elan edib.

    Növbəti proses iyunun 30-a təyin olunub.

    Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

    Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.
    //report