Month: June 2025

  • Ağ Ev İranı Hörmüz boğazını bağlamaqdan çəkinməyə çağırıb

    ABŞ İranı Hörmüz boğazını bağlamaq cəhdlərindən çəkindirir.

    Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə açıqlamasında bildirib.

    “Sizi əmin edə bilərəm ki, ABŞ administrasiyası Hörmüz boğazındakı vəziyyəti fəal şəkildə və diqqətlə izləyir”, – o deyib və hakimiyyətin belə bir qərar qəbul etməsinin “axmaqlıq” olacağını vurğulayıb.

  • Air France приостановил полеты в Израиль и Ливан

    Французская авиакомпания Air France приостановила полеты в страны Персидского залива.

    Об этом сообщает агентство AFP со ссылкой на заявление компании.

    Кроме того, авиакомпания также приостановила полеты в Израиль и Ливан из-за обострения ирано-израильского конфликта.

  • “Air France” İsrail və Livana uçuşları dayandırıb

    Fransanın “Air France” aviaşirkəti körfəz ölkələrinə uçuşları dayandırıb.

    Bu barədə AFP agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb.

    Bundan əlavə, aviaşirkət İran-İsrail münaqişəsinin kəskinləşməsi səbəbindən İsrail və Livana uçuşları da dayandırıb.

  • Zaqatalada Talaçay çayından sel keçib, mühafizə bəndi qəzalı vəziyyətə düşüb

    Zaqatalada Talaçay çayında sel suları mühafizə bəndini qəzalı vəziyyətə salıb.

    Güclü yağışlar nəticəsində Talaçay çayında suyun səviyyəsinin artması nəticəsində Zaqatala şəhərinin Nizami küçəsinin mühafizəsini təmin edən daş-beton bəndin bir hissəsi yararsız vəziyyətə düşüb.

    Sakinlər bildiriblər ki, həmin bənd 1980-ci illərdə inşa edilib və istismar müddəti artıq başa çatıb.

    Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Ceyhun Mirzəyev “Report”un yerli bürosuna bildirib ki, çayda suyun səviyyəsinin artması bəzi ərazilərdə təhlükə yaradıb:

    “Şəhərin bir hissəsini sel sularından mühafizə edən bənddə çatlar yaranıb və həmin ərazidə torpaq sürüşməsi qeydə alınıb. İdarə tərəfindən layihə hazırlanaraq həmin ərazidə 300 paqon metr bəndin inşası nəzərdə tutulur”.

  • В Сабаильском районе изъяли из незаконного оборота 12 кг наркотиков

    Полиция Сабаильского района изъяла из незаконного оборота 12 кг наркотиков.

    Как сообщили в МВД, сотрудники полиции задержали подозреваемого в сбыте наркотиков 32-летнего Ульви Рустамли.

    При обысках у которого изъяли 4 кг марихуаны, героина, опиума и 100 таблеток сильнодействующего трамадола.

    В ходе другой операции был задержан 29-летний Тебриз Агаев, изъято 8 кг марихуаны.

    Оба задержанных заявили, что приобрели наркотики по наводке гражданина Ирана через соцсети. Личность причастных устанавливается, расследование по фактам продолжается.

  • Bakıda 12 kiloqram narkotik aşkarlanıb

    Bakıda keçirilən əməliyyat zamanı 32 yaşlı Ülvi Rüstəmli narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində onun üzərindən 4 kiloqram marixuana, heroin, tiryək və 100 ədəd güclü təsiredici xassəyə malik tramadol həbi aşkarlanıb.

    İdarənin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatla 29 yaşlı Təbriz Ağayev də saxlanılıb. Ondan 8 kiloqram marixuana aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

    Saxlanılan hər iki şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından aldıqlarını və maddi qazanc müqabilində əvvəlcədən təyin olunmuş yerlərdən götürüb ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Три танкера отклонились от курса на Ормузский пролив из-за опасений его закрытия

    Три пустых танкера для перевозки нефти и химикатов отклонились от Ормузского пролива и изменили курс на фоне растущей неопределенности относительно того, закроет ли Иран пролив в ответ на авиаудары США по ядерным объектам Тегерана.

    Об этом говорится в сообщении интернет-сервиса по отслеживанию передвижения судов Marine Traffic.

    “Танкеры Marie C и Red Ruby, которые находились в балласте, а не перевозили груз и ранее направлялись к проливу, бросили якорь недалеко от Фуджейры у побережья ОАЭ”, – сказано в сообщении.

    Японские компании Nippon Yusen и Mitsui OSK Lines заявили, что они проинструктировали свои суда сократить время нахождения в заливе, поскольку они продолжают проходить через Ормуз.

  • Hörmüz boğazının bağlanması ehtimalı səbəbindən üç gəmi istiqamətini dəyişib

    Neft və kimyəvi maddələrin daşınması üçün nəzərdə tutulan üç boş tanker ABŞ-nin Tehranın nüvə obyektlərinə havadan endirdiyi zərbələrə cavab olaraq İranın Hörmüz boğazını bağlayıb-bağlamayacağı ilə bağlı artan qeyri-müəyyənlik fonunda istiqamətini dəyişib.

    Bu barədə gəmilərin hərəkətini izləyən “Marine Traffic” internet xidmətinin məlumatında deyilir.

    “Ballastda olan və yük daşımayan, əvvəllər boğaza doğru hərəkət edən “Marie C” və “Red Ruby” tankerləri BƏƏ sahillərində Fuceyra yaxınlığında lövbər salıb”, – məlumatda qeyd edilib.

    Yaponiyanın “Nippon Yusen” və “Mitsui OSK Lines” şirkətlərinin məlumatına görə, onlar Hörmüz boğazından keçməyə davam edən gəmilərinə körfəzdə qalma müddətini azaltmağı tapşırıblar.

  • В мае почти 30 тыс. иностранцев подали заявки на регистрацию в Азербайджане

    Государственная миграционная служба Азербайджана (ГМС) зарегистрировала в мае этого года 47 755 обращений от граждан.

    28 322 обращения касались регистрации иностранцев и лиц без гражданства по месту пребывания в Азербайджане.

    Согласно данным ГМС, 6 297 человек подали заявки на получение или продление разрешения на проживание в стране.

    Также было зафиксировано 11 026 обращений по вопросам определения принадлежности к гражданству Азербайджана и 1 175 заявлений о выдаче или продлении разрешения на трудовую деятельность в стране.

  • Ötən ay 30 minə yaxın əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

    May ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) 47 min 755 müraciət qeydə alınıb.

    DMX-dən verilən məlumata görə, müraciətlərdən 28 min 322-si əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı olub.

    Azərbaycanda yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı 6 min 297 nəfər müraciət edib.

    Bundan başqa, müraciətlərdən 11 min 26-sı Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi, 1 175-i isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı olub.