Month: June 2025

  • Almaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edildi

    Səfirliyimizin əməkdaşları bu gün yenidən “Astara” sərhəd-buraxılış məntəqəsi vasitəsilə Azərbaycana təxliyə olunan Almaniya vətəndaşlarına dəstək göstəriblər.

    Bu barədə Almaniyanın Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, onlarla bərabər, həm də Avropa İttifaqına daxil olan digər ölkələrin vətəndaşları da İrandan Azərbaycana gətirilib.
    “Azərbaycan hakimiyyətinin Bakıda və sərhəddə göstərdiyi bütün dəstəyə görə minnətdarıq”, – qeyd olunub.

  • Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları – VİDEO

    Aşağı Güzdək qəsəbə məscidinin imamı Turab Tahirovun Quran dərslərinə qatılan 16 yaşlı qızı qaçırması ilə bağlı yayılan məlumatlar bir neçə gündür ictimaiyyətin diqqət mərkəzindədir.

    Hadisəyə bu dəfə qəsəbə sakinləri münasibət bildiriblər.

    Onların sözlərinə görə, baş verənlər cəmiyyətdə ciddi narazılıq yaradıb və din xadiminin bu cür olayla gündəmə gəlməsi insanları narahat edir.

    “Guya deyirlər ki, Turab 20 min manat pulu götürüb qaçıb. Bunların hamısı yalandır. Qızın dediyinə görə, ona işgəncə verirdilər, pis vəziyyətdə idi. Turabın anası da ağır xəstədir. Qız da ona qulluq etmək üçün gedib”, – deyə sakinlərdən biri bildirib.

    Qeyd edək ki, hadisənin baş verdiyi tarix – iyunun 17-dən üç gün sonra qızın nənəsinin vəfat etdiyi bildirilir. Məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılır.

    Ətraflı Baku TV-nin süjetində:

  • Tramp İranın Qətərdəki ABŞ hərbi bazasına hücumuna görə təcili müşavirə çağırdı

    ABŞ Prezidenti Donald Tramp İranın İraq və Qətərdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələrlə əlaqədar ali rəhbərliyi təcili müşavirəyə çağırıb.

    Median.Az bu barədə “Fox News” telekanalına istinadla xəbər verir.

    İran Silahlı Qüvvələri ABŞ-nin ölkənin nüvə obyektlərinə endirdiyi zərbələrə cavab olaraq Qətərdəki Amerika bazasına raketlərlə hücum edib.

    Qətər atılan bütün raketlərin zərərsizləşdirdiyini bildirib. İranın hücumu nəticəsində xəsarət alan olmayıb.

  • Катар назвал атаку на авиабазу США Аль-Удейд грубым нарушением суверенитета

    Министерство иностранных дел Катара осудило удар по расположенной на катарской территории американской авиабазе Аль-Удейд, назвав его грубым нарушением своего суверенитета и норм международного права.

    Об этом говорится в заявлении дипведомства, распространенном Катарским информационным агентством.

    “Мы решительно осуждаем нападение на авиабазу Аль-Удейд, совершенное иранским Корпусом стражей исламской революции, расцениваем его как грубое нарушение суверенитета и воздушного пространства Государства Катар, а также норм международного права и Устава ООН”, – сказано в заявлении.

    Ведомство также подчеркнуло, что подобные действия подрывают региональную стабильность и могут привести к последствиям “катастрофического масштаба” для международного мира и безопасности. В связи с этим Катар призвал немедленно прекратить конфронтацию и вернуться за стол переговоров.

  • Rəsmi Dohadan İranın ölkədəki ABŞ hərbi bazalarına hücumu ilə bağlı SƏRT BƏYANAT

    Qətər Xarici İşlər Nazirliyi İranın ölkədəki “Əl-Udeyd” ABŞ aviabazasına raket hücumu ilə bağlı bəyanat yayıb.

    Median.Az TASS-a istinadla xəbər verir ki, rəsmi Doha hücuma proporsional cavab vermək hüququnu özündə saxladığını bəyan edib.

    Nazirlik hücumu ölkənin suverenliyinin və beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirib.

  • XİN: Ermənistanın regionda sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir

    Ermənistanın hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində bildirilir.

    “Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.

    İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.

    Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq”, – XİN rəsmisi əlavə edib.

  • Serbiya silah ixracatını dayandırıb

    Serbiya silah ixracını dayandırıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç jurnalistlərə açıqlamasında bildirib.

    “Biz artıq heç bir şey ixrac etmirik. Hər şeyi dayandırmışıq, icazə veriləcəksə, xüsusi qərarlar verilməlidir. Ondan sonra Serbiyanın maraqları istiqamətində hərəkətlərimizi planlaşdıra bilərik. Hələlik istehsal olunan bütün silah-sursatlar sadəcə Serbiya üçün saxlanılacaq”, – Vuçiç deyib.

    İran-İsrail münaqişəsinə də toxunan Serbiya Prezidenti qeyd edib ki, rəsmi Belqradın bu ölkələrin hər ikisi ilə mehriban əlaqələri var və hər iki ölkə ilə təmasdadır.

    Vuçiç Amerikanın İrana hücumlarının beynəlxalq qaydaları pozduğunu vurğulayıb.

  • Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

    İyunun 23-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,8 manat civarında dəyişib.

    Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

    “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

    Xatırladaq ki, iyunun 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,5 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.

  • İran Qətəri vurdu – Video

    İran Qətərdəki ABŞ bazalarına 6 raket atıb.

    Bu barədə Mddian.Az “Reuters”ə istinadən xəbər verir.

    Məlumata görə, Dohada növbəti partlayışlar eşidilib.

  • В Белом доме предостерегли Иран от блокировки Ормузского пролива

    США предостерегают Иран от возможных попыток блокировать работу Ормузского пролива.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом заявила журналистам пресс-секретарь Белого дома Кэролайн Ливитт.

    “Могу вас заверить в том, что администрация США активно и пристально следит за ситуацией в Ормузском проливе”, – сказала она, отметив, что принятие такого решения было бы “глупым” со стороны властей.