Month: June 2025

  • Rusiyanın Kiyevə hücumu nəticəsində beş nəfər həlak olub

    Rusiya Kiyev şəhəri və vilayətinə raket, pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirib.

    Median.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb, paytaxtın Şevçenkovski rayonunda çoxmərtəbəli binanın girişi dağıdılıb.

    Belə ki, iyunun 23-nə keçən gecə Kiyev və ətraf ərazilərə raket və pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirilib. Paytaxtda ən çox Şevçenkovski rayonuna ziyan dəyib.

    Daxili İşlər Nazirliyinin məlumatına görə, Kiyevdə dörd nəfər həlak olub, on nəfər yaralanıb.

    Kiyev vilayətində bir nəfər həlak olub. Zədələnmiş binaların təmizlənməsi zamanı xəsarət alan iki xilasedici də daxil olmaqla səkkiz nəfər yaralanıb.

    Yaşayış binaları və tibb müəssisələri zədələnib. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam edir.

  • Ученые нашли в морепродуктах причину смертельных и неизлечимых бактериальных инфекций

    Американские ученые из Университета Джорджии обнаружили гены устойчивости к колистину — одному из самых сильных антибиотиков — в бактериях, содержащихся в импортных креветках и гребешках. Открытие показало новый путь появления смертельно опасных и неизлечимых бактериальных инфекций.

    Исследование опубликовано в научном журнале mSphere.

    Колистин, используемый только в крайних случаях при инфекциях, устойчивых ко всем другим препаратам, постепенно теряет эффективность из-за появления мобильных генов устойчивости (mcr). Эти гены способны передаваться между разными бактериями через плазмиды — подвижные фрагменты ДНК.

    Исследователи проанализировали образцы морепродуктов, купленных на рынках Атланты, и впервые выявили в них бактерии с генами mcr. Примечательно, что в местных морепродуктах таких патогенов не обнаружили.

    Проблема усугубляется тем, что во многих странах колистин десятилетиями применяли в животноводстве, что способствовало распространению резистентности. Сейчас, когда этот антибиотик вновь стал критически важным для медицины, его эффективность снижается из-за неконтролируемого использования в сельском хозяйстве.

    Устойчивость к противомикробным препаратам уже губит сотни тысяч людей ежегодно. Обнаружение mcr-генов в пищевых продуктах свидетельствует, что эта угроза может проникать в организм человека не только через больничные инфекции, но и с обычной едой.

  • Krevet və taraklarda ölümcül və sağalmaz bakterial infeksiyalar aşkarlanıb

    Corciya Universitetinin amerikalı alimləri xaricdən gətirilən krevet və tarakların tərkibində olan bakteriyalarda ən güclü antibiotiklərdən biri olan kolistinə qarşı müqavimət genlərini aşkar ediblər.

    Tədqiqat “mSphere” elmi jurnalında dərc olunub.

    Bütün digər dərmanlara davamlı infeksiyalar üçün yalnız son vasitə kimi istifadə edilən kolistin, mobil müqavimət genlərinin (mcr) meydana çıxması səbəbindən tədricən effektivliyini itirir. Bu genlər müxtəlif bakteriyalar arasında plazmidlər – DNT-nin mobil fraqmentləri vasitəsilə ötürülə bilər.

    Tədqiqatçılar Atlanta bazarlarından alınan dəniz məhsulları nümunələrini analiz edərək, ilk dəfə onlarda “mcr” genləri olan bakteriyalar aşkar ediblər. Maraqlıdır ki, yerli dəniz məhsullarında belə patogenlərə rast gəlinmir.

    Problem kolistinin bir çox ölkədə onilliklər ərzində heyvandarlıq istehsalında istifadə edilməsi ilə daha da çətinləşir ki, bu da müqavimətin yayılmasına səbəb olub. İndi antibiotik yenidən tibbdə kritik əhəmiyyət kəsb edir, kənd təsərrüfatında nəzarətsiz istifadə ucbatından onun effektivliyi aşağı düşür.

    Antimikrobiyal müqavimət artıq hər il yüz minlərlə insanı öldürür. Qida məhsullarında “mcr” genlərinin tapılması onu göstərir ki, bu təhlükə insan orqanizminə təkcə xəstəxana infeksiyaları ilə deyil, adi qida ilə də daxil ola bilər.

  • Турция активизирует деятельность на “Среднем коридоре” как альтернативе Ормузскому проливу

    Турция активно развивает сухопутные и морские логистические маршруты для минимизации рисков возможного закрытия Ормузского пролива — ключевой транспортной артерии для экспорта нефти и газа из стран Персидского залива.

    Об этом заявил министр транспорта Абдюлькадир Уралоглу в интервью газете Hürriyet.

    “Нам необходимы надежные альтернативы на случай перекрытия пролива, поэтому мы реализуем проекты “Путь развития” и “Средний коридор”, — пояснил министр.

    По его словам, через турецкую территорию проходит 2,1 тыс. км “Пути развития”, в который планируется инвестировать около 24 миллиардов долларов. Параллельно ведется укрепление Транскаспийского маршрута “Средний коридор”, где 2,2 тыс. км трассы также пролегают по Турции. Уже завершено строительство ключевых участков этого пути.

    После полного ввода проектов в эксплуатацию срок доставки грузов в Европу по маршруту “Путь развития” сократится до 25 дней, а по “Среднему коридору” — до рекордных 13 дней.

    Известный как Транскаспийский международный транспортный маршрут, “Средний коридор” проходит через Каспийское море и соединяет Китай, Казахстан, Азербайджан, Грузию, Турцию и европейские страны. В 2024 году объём грузов, перевезённых из Китая по “Среднему коридору”, вырос более чем в 25 раз по сравнению с 2023 годом, превысив 27 тысяч контейнеров.

  • Türkiyə Hörmüz boğazına alternativ olaraq “Orta Dəhliz”də işlərini gücləndirir

    Türkiyə Fars körfəzi ölkələrindən neft və qaz ixracı üçün əsas nəqliyyat arteriyası olan Hörmüz boğazının mümkün bağlanması risklərini minimuma endirmək üçün quru və dəniz logistika marşrutlarını fəal şəkildə inkişaf etdirir.

    Median.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

    “Boğazın bağlanacağı təqdirdə etibarlı alternativlərə ehtiyacımız var, ona görə də biz “İnkişaf Yolu” və “Orta Dəhliz” layihələrini həyata keçiririk”, – deyə nazir izah edib.

    Onun sözlərinə görə, “İnkişaf Yolu”nun 2,1 min km-i Türkiyə ərazisindən keçir və bura təxminən 24 milyard dollar sərmayə qoyulması planlaşdırılır. Paralel olaraq Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) gücləndirilir ki, burada da marşrutun 2,2 min km-i Türkiyədən keçir. Bu marşrutun əsas hissələrinin tikintisi artıq başa çatıb.

    Layihələr tam istifadəyə verildikdən sonra yüklərin Avropaya çatdırılma müddətləri “İnkişaf Yolu” ilə 25 günə, “Orta Dəhliz” vasitəsilə isə rekord səviyyəyə – 13 günə enəcək. “Orta Dəhliz” kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Xəzər dənizindən keçməklə Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirir. 2024-cü ildə Çindən “Orta Dəhliz”lə daşınmış yüklərin həcmi 2023-cü illə müqayisədə 25 dəfədən çox artaraq 27 min konteyneri keçib.

  • Müharibəyə görə Azərbaycanda hansı məhsullar bahalaşacaq? – VİDEO

    İran-İsrail hərbi münaqişəsi başlayandan qonşu ölkədən Azərbaycana ərzaq məhsulları gətirilmir.

    Bu barədə sahibkar Elgün Məmmədli İTV-yə danışıb.

    “Biz İrandan yağ, pendir, xurma, düyü, şokoladlar alırıq. İndi yollar bağlıdır deyə məhsullar gəlmir və qiymətlərdə də artım var. Hazırda kimin əlində nə varsa, onu satır. Bir həftədir ki, yollar bağlıdır, mal ala bilmirik. Ən çox tələbat İran yağlarınadır. Əlimizdə isə az yağ qalıb”, – deyə, sahibkar bildirib.

    Satıcıların sözlərinə görə, İrandan yeni məhsullar gəlməsə, qiymət artımı qaçılmazdır. Ən çox artım düyü, yağ və xurma kimi məhsullarda gözlənilir.

    Digər sahibkar Bahal Bayramov da müharibə səbəbilə məhsul gəlmədiyini söyləyib: “Həm də özləri də mal satmırlar. Deyirlər ki, özümüz üçün saxlayırıq. Bu da bizim bazara təsir edir. Ən ucuz bazar İranındır. Biz ucuzluğa görə işləyirik, baha olsa, işləyə bilmərik. Belə getsə, 10 günə heç İran məhsulu tapılmayacaq”.

    Ekspertlər isə deyir ki, Yaxın Şərqdəki gərginlik İranın logistika imkanlarını və xarici ticarətini çətinləşdirə bilər.

    Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, müharibənin davam etməsi, miqyasının genişləndirilməsi İrandan Azərbaycana gətirilən məhsulların həcminin azalmasına gətirib çıxaracaq: “Hətta müharibə daha da dərinləşərsə, praktiki olaraq İrandan Azərbaycana məhsul idxalının dayanmasına səbəb ola bilər. Bu halda logistik olaraq həmin məhsulları gətirmək mümkün olmayacaq. O baxımdan bizim ticarət dövriyyəmiz, eyni zamanda İrandan idxalın həyata keçirilməsi müharibənin hansı müddəti əhatə etməsindən və miqyasından aslı olacaq”.

  • Traktorla üç yaşlı uşağı vurub öldürən yeniyetmə HƏBS EDİLDİ

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində üç yaşlı oğlanın ölümündə təqsirləndirilən 2008-ci il təvəllüdlü Məhəmməd Əmirovun (soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə traktor sürücüsünə hökm oxunub. Məhkəmənin hökmü ilə, M.Əmirov 5 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs edilib.

    İttihama görə, hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndində baş verib. Kənd sakini M.Əmirov atasına məxsus traktoru hərəkətə gətirərkən qonşuları, 3 yaşlı Cahid Vahabov traktorla qoşqunun arasında qalıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. C.Vahabov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

    Təqsirləndirilən şəxs uşağı xəstəxanaya apararkən yalan məlumat verərək, uşağın pilləkəndən yıxıldığını desə də, araşdırmalar zamanı azyaşlının traktorun altında qalaraq xəsarət aldığı məlum olub.
    //oxu.az

  • Путин: Россия будет повышать боевые возможности всех видов и родов войск

    Россия будет повышать боевые возможности всех видов и родов войск, продолжит развивать свои Вооруженные силы как гарантию суверенитета.

    Об этом заявил президент РФ Владимир Путин в ходе встречи с выпускниками военных и силовых вузов.

    По его словам, российские воины сегодня сражаются за будущее страны – так же, как и в годы Великой Отечественной войны.

    “Россия будет принимать адекватные меры по укреплению безопасности, развивать Вооруженные силы. В этом контексте ударная мощь и возможности морской пехоты возрастут после преобразования бригад в дивизии”, – отметил Путин.

    Он также добавил, что надежная защита страны от внутренних и внешних угроз требует четкой координации правоохранительных органов и спецслужб.

  • Putin: “Rusiya bütün qoşun növlərinin döyüş imkanlarını artıracaq”

    “Rusiya Silahlı Qüvvələrinin bütün qoşun növləri və hərbi qollarının döyüş imkanları artırılacaq. Eyni zamanda, ölkənin silahlı qüvvələri suverenliyin təminatçısı kimi inkişaf etdirilməyə davam edəcək”.

    Median.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin hərbi və güc strukturlarının ali təhsil müəssisələrini bitirən məzunlarla görüşündə bəyan edib.

    “Rusiya təhlükəsizliyin gücləndirilməsi üçün adekvat tədbirlər həyata keçirəcək, silahlı qüvvələri daha da inkişaf etdirəcək. Bu kontekstdə briqadaların diviziyalara çevrilməsi nəticəsində dəniz piyadalarının zərbə gücü və döyüş potensialı əhəmiyyətli dərəcədə artacaq”, – deyə dövlət başçısı bildirib.

    Prezident əlavə edib ki, ölkənin daxili və xarici təhdidlərdən etibarlı müdafiəsi hüquq-mühafizə və xüsusi xidmət orqanlarının dəqiq və səmərəli koordinasiyasını tələb edir.

  • В Иране раскрыта секретная сеть Моссада: в Бушере обнаружен склад шпионских дронов

    Силы безопасности Исламской Республики Иран провели успешную контрразведывательную операцию в провинции Бушер, в результате которой было обнаружено и конфисковано значительное количество беспилотных летательных аппаратов.

    Об этом сообщает Median.Az со ссылкой на иранские СМИ.

    По информации, дроны предназначались для проведения разведывательно-диверсионных операций агентами израильской разведывательной службы Моссад.

    В настоящее время по данному факту продолжаются широкомасштабные следственные мероприятия.