Month: June 2025

  • İranda “Mossad”ın gizli şəbəkəsi ifşa olundu: Buşehrdə casus dronların anbarı aşkar edildi

    İran İslam Respublikasının təhlükəsizlik qüvvələri Buşehr vilayətində uğurlu əks-kəşfiyyat əməliyyatı keçirib, nəticədə əhəmiyyətli sayda pilotsuz uçuş aparatı aşkar edilib və müsadirə olunub.

    Median.Az bu barədə İran mediasına istinadla xəbər verir.

    Bildirilib ki, dronlar İsrail “Mossad” kəşfiyyat xidməti agentləri tərəfindən kəşfiyyat və təxribat əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulubmuş.

    Hazırda məsələ ilə bağlı genişmiqyaslı istintaq tədbirləri davam etdirilir.

  • Günəş-Yer xəttində böyük tac dəliyi: Uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir

    Günəş-Yer xəttində böyük tac dəliyi müşahidə olunur, ona görə də yaxın günlərdə Yer kürəsində maqnit qasırğalarının olması mümkündür.

    Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.

    “Günəşin Yerə baxan tərəfində son bir neçə gündə müşahidə edilən və tədricən şərqdən qərbə (soldan sağa) doğru hərəkət edən kifayət qədər böyük tac dəliyi bu gün (23 iyun – red.) Günəş-Yer xəttinə çıxıb. Görünən diskin mərkəzindəki dəliyin indiki yerləşməsi artıq onun Yerə təsir göstərməsinə imkan verir, lakin faktiki olaraq, sürətli günəş küləyinin axınları Yerə ancaq 2-3 gündən sonra çatacaq”, – deyə məlumatda bildirilib.

    Laboratoriya alimlərinin qeyd etdiyi kimi, tac dəliyinin Yerə təsirindən tamamilə qaçmaq mümkün olmayacaq. Proqnoza görə, iyunun 25-dən başlayaraq uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir.

  • Dövlətə xəyanət edən Bəhruz Səmədova HÖKM OXUNDU

    Azərbaycanda dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, 15 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, Bəhruz Səmədov ötən ilin avqustun 21-də DTX-nin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. Onun barəsində AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
    //oxu.az

  • Kiberməkanda genişmiqyaslı məlumat sızması ilə əlaqədar XƏBƏRDARLIQ

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dünya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı mənbələrin yaydığı məlumata əsasən, bu günlərdə internet mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir. Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.

    Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

    Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial şəbəkələr, VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilib ki, bu məlumatlar çox sayda zərərverici proqram təminatı (“infostealer”lər) vasitəsilə toplanıb və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb.

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.

  • Əsgərin 40 dərəcə hərarəti olubmuş – Ölümü ilə bağlı həbs edilən var

    Naxçıvandakı “N” saylı hərbi hissədə əsgər Əsgər Firuz oğlu Əsədlinin ölümü ilə bağlı hərbi hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.

    Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.

    Mərhum əsgərin atası məhkəmədə ifadə verərək, R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.

    Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etiraf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

    Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Mustafayev təqsirli bilinib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə kimi azadlıqda olan gizir məhkəmə zalında dərhal həbs edilib.

  • Азербайджан выразил соболезнование Сирии

    Азербайджан выразил соболезнования Сирии в связи с терактом в церкви в Дамаске.

    В связи с этим опубликован пост на странице Министерства иностранных дел (МИД) Азербайджана в социальной сети X.

    “Решительно осуждаем ужасающую террористическую атаку на церковь Святого Ильи в Дамаске, Сирия. Выражаем глубочайшие соболезнования семьям погибших и всем пострадавшим от этого бессмысленного акта насилия.

    Мы солидарны с правительством и народом Сирии, призывая к единству в борьбе с экстремизмом”, – отмечается в публикации.

    Отметим, что минувшим днем в церкви в столице Сирии Дамаске произошел теракт. В результате инцидента погибли более 20 человек, десятки получили ранения.

  • Azərbaycan Suriyaya başsağlığı verib

    Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) “X” hesabında paylaşım edib.

    “Suriyanın paytaxtı Dəməşqdə Müqəddəs Mar Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”.

    Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birinə terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla xəsarət alan var.

  • Иран продлил закрытие воздушного пространства

    Воздушное пространство Ирана будет закрыто до 14:00 по местному времени (14:30 по Баку – ред.) 24 июня.

    Об этом сообщил представитель Министерства дорог и городского развития исламской республики Маджид Ахаван.

    “В связи с последними событиями и в целях безопасности пассажиров и полетов воздушное пространство страны будет закрыто до 14:00 вторника. Соотечественникам настоятельно рекомендуется воздержаться от посещения аэропортов страны и следить за новостями о статусе рейсов только через официальные источники”, – приводит его слова агентство IRNA.

  • İran hava məkanının bağlı qalma müddəti yenidən uzadıldı

    İranda ölkədaxili və beynəlxalq uçuşlara qoyulan qadağanın müddəti uzadılıb.

    Bu barədə İslam Respublikasının Yollar və Şəhər İnkişafı nazirliyi bəyan edib.

    “Ölkənin hava məkanı sabah saat 14:00-a qədər (Bakı vaxtı ilə 14:30) bağlı olacaq”, – deyə təşkilatın bəyanatında qeyd olunur.

    Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər.

  • Арутюнян рассказал о работе “банков” сепаратистского режима в Карабахе в годы оккупации

    Араик Арутюнян ответил на вопросы гособвинения о “банковской системе” сепаратистского режима на территориях Азербайджана в годы оккупации.

    На сегодняшнем заседании Бакинского военного суда обвиняемый заявил, что сам ранее работал в филиалах “банков” сепаратистского режима.

    По его словам, что так называемый “Арцахбанк”, который якобы функционировал как “главный банк” незаконного образования, был зарегистрирован Центральным банком Армении. Местом регистрации была столица Армении – Ереван, однако главный филиал располагался в городе Ханкенди. Этот “банк” также имел филиалы в других оккупированных населенных пунктах Азербайджана.

    “У этого банка не было никаких преимуществ или привилегий по сравнению с другими банками Армении”, – добавил Арутюнян.

    Обвиняемый также отметил, что в годы оккупации на территориях Азербайджана функционировали филиалы и других банков Армении. Арутюнян заявил, что филиалы работали с убытками.