Month: June 2025

  • Arayik Arutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərindəki “bank” haqqında danışıb

    İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Arutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə prokurorun suallarını cavablandırıb.

    Təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib. A.Arutyunyan qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən “bank” olduğunu söyləyib. “Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin “bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.

    “O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi”, – deyə A.Arutyunyan əlavə edib.

    Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Arutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çox sayda cinayət törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Минэкономики: Азербайджан и Таджикистан готовят проекты на 700 млн долларов

    Азербайджан и Таджикистан проводят технико-экономическую оценку ряда проектов на общую сумму 700 млн долларов США, подписанных в рамках азербайджано-таджикского бизнес-форума, прошедшего в мае 2024 года в Баку.

    Об этом сообщили Report в Министерстве экономического развития и торговли Таджикистана.

    Среди них – соглашение между Азербайджанской промышленной корпорацией и таджикскими партнерами об увеличении объемов взаимной торговли, создании текстильных предприятий, развитии производства рафинированного масла, освоении земель для выращивания хлопка и переработке хлопковых семян; меморандум о взаимопонимании между “Таджикской алюминиевой компанией” (TALCO) и ОАО “Азералюминий”; договоренности между “Таджагропромэкспорт” и Азербайджанской промышленной корпорацией, а также инициативы в сфере текстильной промышленности и хлопководства.

    “Мы активно сотрудничаем с Азербайджаном в реализации этих проектов и рассчитываем на их ускоренное воплощение”, – подчеркнули в министерстве.

    Также Таджикистан и Азербайджан планируют создать совместные предприятия по производству глинозема и анодных блоков.

    “Поставки глинозема представляют собой новое направление сотрудничества. Кроме того, мы считаем приоритетным налаживание экспорта анодных блоков из Таджикистана в Азербайджан. Стороны располагают необходимым потенциалом, и в ближайшее время рассчитывают подписать новые соглашения”, – отметили в ведомстве.

    Напомним, что в ходе шестого заседания Совместной межправительственной комиссии по торгово-экономическому сотрудничеству, состоявшегося в 2023 году, стороны договорились о возможном участии Азербайджана в финансировании модернизации завода TALCO. Обсуждались также поставки из Таджикистана в Азербайджан алюминия, криолита и фторида алюминия, а также экспорт глинозема из Азербайджана в Таджикистан.

    Согласно данным Государственного таможенного комитета Азербайджана, товарооборот между двумя странами за январь-май 2025 года составил 6.54 млн долларов США, увеличившись в 2.3 раза по сравнению с аналогичным периодом прошлого года. Экспорт из Азербайджана в Таджикистан достиг 6 млн долларов США, импорт – 534 тыс. долларов США.

  • İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır”

    “Azərbaycan və Tacikistan ötən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanmış ümumi məbləği 700 milyon ABŞ dolları olan bir sıra layihələrin texniki-iqtisadi qiymətləndirməsini aparır”.

    Bu barədə “Report”a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyindən məlumat verilib.

    Bunların arasında Azərbaycan Sənaye Korporasiyası ilə tacikistanlı tərəfdaşları arasında qarşılıqlı ticarət həcminin artırılması, tekstil müəssisələrinin yaradılması, təmizlənmiş yağ istehsalının inkişafı, pambıq yetişdirilməsi üçün torpaqların mənimsənilməsi və pambıq toxumlarının emalı haqqında saziş, “Tacikistan Alüminium Şirkəti” (TALCO) ilə “Azəralüminium” ASC arasında anlaşma memorandumu, “Tajaqropromeksport” ilə Azərbaycan Sənaye Korporasiyası arasında razılaşmalar, həmçinin tekstil sənayesi və pambıqçılıq sahəsində təşəbbüslər var.

    “Biz bu layihələrin həyata keçirilməsində Azərbaycanla fəal əməkdaşlıq edirik və onların sürətləndirilmiş şəkildə reallaşdırılmasına ümid edirik”, – deyə nazirlikdən bildiriblər.

    Həmçinin Tacikistan və Azərbaycan gil torpağı və anod blokları istehsalı üzrə birgə müəssisələr yaratmağı planlaşdırırlar.

    “Gil torpağı tədarükü əməkdaşlığın yeni istiqamətini təşkil edir. Bundan əlavə, biz Tacikistandan Azərbaycana anod bloklarının ixracının təşkilini prioritet hesab edirik. Tərəflər lazımi potensiala malikdirlər və yaxın vaxtlarda yeni sazişlər imzalamağı planlaşdırırlar”, – deyə qurumdan qeyd edilib.

    Xatırladaq ki, 2023-cü ildə keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı tərəflər Azərbaycanın TALCO zavodunun modernləşdirilməsinin maliyyələşdirilməsində mümkün iştirakı barədə razılığa gəliblər. Həmçinin Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium ftorid tədarükü, eləcə də Azərbaycandan Tacikistana gil torpağı ixracı müzakirə edilib.

    Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6.54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artıb. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına çatıb.

  • İqtisadiyyat Nazirliyi: “Azərbaycan və Tacikistan 700 milyon dollarlıq layihələr hazırlayır”

    “Azərbaycan və Tacikistan ötən ilin may ayında Bakıda keçirilmiş Azərbaycan-Tacikistan biznes forumu çərçivəsində imzalanmış ümumi məbləği 700 milyon ABŞ dolları olan bir sıra layihələrin texniki-iqtisadi qiymətləndirməsini aparır”.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi məlumat yayıb.

    Bunların arasında Azərbaycan Sənaye Korporasiyası ilə tacikistanlı tərəfdaşları arasında qarşılıqlı ticarət həcminin artırılması, tekstil müəssisələrinin yaradılması, təmizlənmiş yağ istehsalının inkişafı, pambıq yetişdirilməsi üçün torpaqların mənimsənilməsi və pambıq toxumlarının emalı haqqında saziş, “Tacikistan Alüminium Şirkəti” (TALCO) ilə “Azəralüminium” ASC arasında anlaşma memorandumu, “Tajaqropromeksport” ilə Azərbaycan Sənaye Korporasiyası arasında razılaşmalar, həmçinin tekstil sənayesi və pambıqçılıq sahəsində təşəbbüslər var.

    “Biz bu layihələrin həyata keçirilməsində Azərbaycanla fəal əməkdaşlıq edirik və onların sürətləndirilmiş şəkildə reallaşdırılmasına ümid edirik”, – deyə nazirlikdən bildiriblər.

    Həmçinin Tacikistan və Azərbaycan gil torpağı və anod blokları istehsalı üzrə birgə müəssisələr yaratmağı planlaşdırırlar.

    “Gil torpağı tədarükü əməkdaşlığın yeni istiqamətini təşkil edir. Bundan əlavə, biz Tacikistandan Azərbaycana anod bloklarının ixracının təşkilini prioritet hesab edirik. Tərəflər lazımi potensiala malikdirlər və yaxın vaxtlarda yeni sazişlər imzalamağı planlaşdırırlar”, – deyə qurumdan qeyd edilib.

    Xatırladaq ki, 2023-cü ildə keçirilmiş Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın altıncı iclası zamanı tərəflər Azərbaycanın TALCO zavodunun modernləşdirilməsinin maliyyələşdirilməsində mümkün iştirakı barədə razılığa gəliblər. Həmçinin Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium ftorid tədarükü, eləcə də Azərbaycandan Tacikistana gil torpağı ixracı müzakirə edilib.

    Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 6.54 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.3 dəfə artıb. Azərbaycandan Tacikistana ixrac 6 milyon ABŞ dollarına, idxal isə 534 min ABŞ dollarına çatıb.

  • İsmayıllıda “KamAZ”ın vurduğu çobanın SON DURUMU AÇIQLANIB

    İsmayıllı rayonunun Lahıc qəsəbəsində “KamAZ” markalı yük avtomobilinin vurduğu çoban xəstəxananı tərk edib.

    Bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, 22 iyun, saat 18:00-da yol-nəqliyyat hadisəsi nəticəsində 1961-ci il təvəllüdlü vətəndaş (kişi cinsli) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

    “Ona sol ayaqda sınıqlar diaqnozu təyin edilib. Vətəndaş digər müayinə və müalicələrdən imtina etməsinə dair iltizamnamə imzalayaraq xəstəxananı tərk edib”.

    Xatırladaq ki, ötən gün “KamAZ” markalı yük avtomobili yol kənarındakı qoyun sürüsünü vurub. Hadisə nəticəsində qoyun sürüsünə çobanlıq edən 1961-ci il təvəllüdlü Qocaman Elqirax oğlu Bəyalıyev xəsarət alıb, 20-dən çox qoyun tələf olub.

  • Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi istifadəyə verilib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Marketdən alınan konfetlərdən yenə qurd çıxdı: BU DƏFƏ “BOLLUQ” MARKETDƏ – VİDEO

    Sosial şəbəkələrdə marketlərlə əlaqədar ənənəvi görüntü yayılıb. Vətəndaş mağazadan aldığı məhsuldan şikayət edir.

    İsmayıllı rayonunda fəaliyyət göstərən “Bolluq Market”də satılan konfetlərin keyfiyyətsiz olduğu iddia edilib.
    Belə ki, marketin müştərilərindən biri aldığı konfetlərin içindən qurdların çıxdığını aşkarlayıb. Vətəndaş həmin görüntüləri lentə alaraq sosial mediada paylaşıb və market rəhbərliyinə qarşı iradını bildirib.
    //avtosfer.az

  • Sabah Cəlilabadın 25 kəndində qaz kəsiləcək

    Sabah Cəlilabad rayonunun 25 yaşayış məntəqəsində qazın verilişi dayandırılacaq.

    Bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

    Bildirilib ki, iyunun 24-də saat 09:00-dan etibarən görüləcək işlər başa çatanadək Cəlilabad rayonunun 25 yaşayış məntəqəsi – Günəşli, Alar, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Qarazəncir, Ocaqlı, Sabirabad, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Məmmədcanlı, Ətcələr, Şabanlı, İnili, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir, Şiləvəngə, Adnalı və Abışabad kəndlərinin (11 min 580 abonent) təbii qazla təchizatında fasilə yaranacaq.

  • İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Azərbaycanda ömürlük məhbusların sayı artıb

    Azərbaycanda ömürlük həbs edilən məhkumların sayı artıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 2024-cü ildə daha 10 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilib.

    Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə belə məhkumların sayı beş, 2022-ci ildə isə üç nəfər olub.