Month: July 2025

  • Şimali Koreya qəfildən öz kurortlarını əcnəbilərin üzünə bağladı – SƏBƏB

    Şimali Koreya qəfildən əcnəbilərin Vonsan-Kalma turizm bölgəsinə getməsinə qadağa qoyub.

    Median.Az “Bloomberg” qəzetinə istinadən xəbər verir ki, müvafiq qərarı KXDR-in Milli Turizm Administrasiyası qəbul edib.

    Qeyd olunub ki, Pxenyanın bu qərarının səbəbləri hələ də aydın deyil. Versiyalardan birinə görə, bu, analitiklərin gəldiyi nəticəyə görə baş verə bilərdi. Onların fikrincə, ilk növbədə kurort abadlaşdırılmalı idi, lakin tam olaraq hansı sahədə – hələ dəqiqləşdirilməyib.

    “Kurort, əlbəttə ki, açıqdır, lakin tikintisi hələ başa çatmayıb. Kurortun ən böyük binalarından biri, “Kalmaegi” hotelinin yanındakı bina, görünür ki, istifadə olunmur. Yaxınlıqda az adam var, damdakı hovuz isə hələ də su ilə dolmayıb”, – deyə məlumatda qeyd olunub.

  • “TikTok”da 181 nəfəri aldadıb pullarını talayan şəxsə HÖKM OXUNDU

    “TikTok” sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pullarını mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin yekun məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən son iclasda

    Hökm oxunaraq Toğrul Kərimov 6 il 6 ay azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “yüksəkmaaşlı iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çox sayda müraciət daxil olub.

    Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənləri şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    //oxu.az

  • Xəzər TV-yə xəbərdarlıq edilib

    Bu gün Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.

    Şura məlumat yayıb.

    Bildirilib ki, iyulun 18-də Audiovizual Şuranın onlayn iclası keçirilib və “Xəzər TV” televiziya kanalının efirində 16 iyul 2025-ci il tarixdə yayımlanan “Qonaqcanlı” proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.

    Qeyd olunan proqramda kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı aparıcının “Evdə kimin səsi zildən çıxmalıdır? Kişinin, yoxsa qadının?” sualına qonaq “Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə, əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə…” məzmununda cavab verib.

    Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrı-seçkiliyin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.

    Şura üzvləri məsələni ətraflı müzakirə edib və yekdilliklə bu dialoqun cinsi ayrı-seçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Belə ki, proqramda cinsi ayrı-seçkilik zəminində fikirlərin ifadə edilməsinə aparıcının əvvəlcədən hazırlayaraq verdiyi sual rəvac verib. Həmçinin qonağın fikirlərinə aparıcının hər hansı reaksiya bildirməməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilib. Sonda Audiovizual Şuranın üzvləri “Xəzər TV” kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəliblər, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.

  • Возобновляются автобусные рейсы Баку – Нахчыван – Баку

    Возобновляются автобусные рейсы Баку – Нахчыван – Баку, проходящие через территорию Исламской Республики Иран.

    Как сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA), с 19 июля рейсы из столицы в Нахчыван и с 20 июля из Нахчывана в Баку будут обслуживать пассажиров в соответствии с прежним графиком.

    Отметим, в целях безопасности в связи с событиями на Ближнем Востоке с 13 июня указанные маршруты прекратили свою деятельность.

  • Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti BƏRPA OLUNUR

    İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bərpa edir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, iyulun 19-dan Bakı-Naxçıvan, iyulun 20-dən isə Naxçıvan-Bakı reysləri sərnişinlərə əvvəlki qrafikə uyğun olaraq xidmət göstərəcək.

    Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar təhlükəsizlik məqsədilə iyunun 13-dən sözügedən reyslər fəaliyyətini dayandırmışdı.

  • İsmayıllıda kişi toyuq hinində ölü tapıldı

    İsmayıllıda evin həyətindən meyit tapılıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Kürdmaşı kəndində qeydə alınıb.

    Kənd sakini 30 yaşlı Elvin Elçin oğlu Süleymanov yaşadığı evin həyətindəki toyuq hinində ölü halda tapılıb.

    Mərhumun hansı səbəblə öldüyü bəlli deyil.

    Araşdırma aparılır.

  • Telman Hacıyev vəfat etdi

    Əməkdar incəsənət xadimi, fleytaçı Telman Hacıyev 88 yaşında vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Qaynarinfo”ya Bakı Musiqi Akademiyasından məlumat verilib.

    O, bu gün Yasamal qəbirstanlığında dəfn edilib.

    Qeyd edək ki, Telman Hacıyev “İncəsənətin sosial fəallığı”, “Avestadan bu günədək”, “Mənim müdrik müasirim” kimi kitablarının müəllifidir.

  • Dünən cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanıldı

    İyulun 17-də ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

  • Suriyada nazirə sui-qəsd cəhdi olub – Əl Şaraa Dəməşqi tərk etdi

    İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri, o cümlədən müdafiə naziri Mərhəf Əbu Kəsranın həyatına sui-qəsd cəhdi barədə şayiələr yayılıb.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” teleqram kanalında məlumat dərc edib.

    Kanal bildirir ki, bunun fonunda Suriya Prezidenti Əhməd Əl Şaraa ailəsi ilə birlikdə Dəməşqi təcili tərk edib və İdlibə köçüb.

    Hadisələrin gedişatı ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.

    Xatırladaq ki, İsrail və Suriya arasında qarşıdurma yaşanıb. Yəhudi dövləti Suriyanın paytaxtı da daxil olmaqla bəzi şəhərləri vurub.

  • Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb

    Ölkə ərazisində iyulun 18-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

    Düşən yağıntının miqdarı Gədəbəydə 6, Göygöl, Qusar, Daşkəsən, Ağstafa, Naftalan və Goranboyda 2 mm-dək qeydə alınıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Aran rayonlarında 39, dağlıq rayonlarda 28, Naxçıvan MR-da isə 41 dərəcəyədək isti qeydə alınıb.