Month: July 2025

  • Арестован певец Эльчин Гёйчайлы

    В Баку арестован певец Эльчин Гёйчайлы.

    Как передает Median.Az со ссылкой на axşam.az, соответствующее решение вынес Бинагадинский районный суд.

    В ходе расследования было установлено, что он управлял автомобилем в нетрезвом состоянии и нарушил правила маневрирования. Певцу назначено наказание в виде ареста сроком на 15 суток.

    Отметим, что Э.Гёйчайлы является автором нескольких песен. Он больше известен своим исполнением Nə oldu, Paşinyan? (Что случилось, Пашинян?).

  • Elçin Göyçaylı həbs olundu

    Müğənni Elçin Göyçaylı həbs olunub.

    Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

    Araşdırma zamanı onun sərxoş halda avtomobil idarə edərək manevr qaydalarını pozduğu müəyyənləşib. Müğənniyə 15 gün müddətinə inzibati həbs cəzası verilib.

    Qeyd edək ki, E.Göyçaylı bir neçə mahnı müəllifidir. O, daha çox “Nə oldu, Paşinyan?” ifası ilə məşhurdur.

  • Prezident: “Süni intellektin dövlət auditində tətbiqi onu nəzarət institutu kimi inkişaf etdirəcək”

    “Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına müraciətində qeyd edilib.

    “Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

    Azərbaycan Prezidenti bildirib ki, Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin – COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

  • Ильхам Алиев открыл предприятие по производству табачных изделий в Агдамском промышленном парке – AJ

    18 июля Президент Азербайджанской Республики Ильхам Алиев принял участие в открытии в Агдамском промышленном парке предприятия по производству табачных изделий ООО Tabaterra.

    Как сообщает АЗЕРТАДЖ, сначала министр экономики Микаил Джаббаров проинформировал главу государства об Агдамском промышленном парке.

    В соответствии с указом Президента Ильхама Алиева от 28 мая 2021 года, в Агдамском районе на территории площадью 190 гектаров создан Агдамский промышленный парк под управлением Агентства развития экономических зон. Целью создания парка является возрождение освобожденных от оккупации территорий, развитие промышленного потенциала Карабаха, оказание поддержки предпринимательству, повышение занятости населения в производственной сфере. Приоритетными направлениями деятельности промышленного парка являются выпуск стройматериалов, плодоовощных консервов, налаживание производства и переработки мяса, молока, кормов, удобрений, расфасовки сельскохозяйственной продукции, создание сервисных участков, организация холодильных камер.

    Государство создало благоприятную инвестиционную среду для развития предпринимательской деятельности в Агдамском промышленном парке, благодаря чему он является вторым среди действующих в нашей стране промышленных зон по количеству резидентов после Сумгайытского химического промышленного парка. 30 субъектам предпринимательства с общим объемом инвестиций более 270 млн манатов в парке предоставлен статус резидента, а 4 предпринимателям – нерезидента. Инвесторы уже вложили в промышленный парк более 121 млн манатов, создано свыше 650 постоянных рабочих мест. Большинство обеспеченных работой – жители Агдама и прилегающих районов. Более 70% территории Агдамского промышленного парка уже передано в распоряжение предпринимателей. С открытием предприятия по производству табачных изделий ООО Tabaterra количество действующих в парке предприятий достигло десяти.

    В настоящее время в стране действуют 9 промышленных парков: Сумгайытский химический, Гарадагский, Пираллахинский, Нахчыванский, Гаджигабульский, Мингячевирский, Балаханский, Агдамский, а также расположенная в Джебраильском районе “Экономическая зона Аразская долина”. Кроме того, создано 4 промышленных квартала – в Масаллы, Нефтчале, Сабирабаде и Шаруре.

    Затем директор ООО Tabaterra Эльман Джаваншир предоставил главе государства информацию о предприятии.

    Было сообщено, что в Агдамском промышленном парке на территории площадью 5.5 гектара создано предприятие по производству табачных изделий ООО Tabaterra. В проект инвестировано 58 млн манатов. Помимо собственной продукции, ООО Tabaterra также производит на основе лицензии продукцию под международными брендами British American Tobacco, Japan Tobacco International и Imperial Brands. В целом, ООО выпускает свыше 120 наименований табачных изделий под более чем 20 брендами. На предприятии, где применяются передовые германские, итальянские и британские технологии, имеются 9 производственных линий. Выпускаемая продукция экспортируется в Объединенные Арабские Эмираты, Грузию, Узбекистан и Ирак. В настоящее время ООО Tabaterra экспортирует продукцию как местных, так и зарубежных брендов, таких как British American Tobacco и Japan Tobacco International.

    Как резидент промышленного парка предприятие пользуется налоговыми, таможенными и другими льготами. В настоящее время здесь работают 400 человек. С учетом переселения в город Агдам до 300 работников компания инвестировала в приобретение 208 квартир в жилом комплексе Ağdam Residence для удовлетворения их жилищных потребностей и передала им в бесплатное пользование на период трудовой деятельности.

    По итогам прошлого года ООО Tabaterra стало ведущим экспортером в ненефтяном и частном секторах, а также крупнейшим налогоплательщиком в ненефтяном секторе.

    ООО Tabaterra Leaf, созданное с целью выращивания и переработки табака, в 2021 году победило в инвестиционном конкурсе по приватизации ОАО “Азертютюн” и инвестировало 15 млн манатов в модернизацию инфраструктуры, улучшение качества местного табака. В настоящее время ООО Tabaterra Leaf занимается выращиванием и переработкой табака на территории Шекинского, Гахского, Загатальского, Балакенского районов. В составе компании действуют пункты приема и переработки табака, теплицы и завод по переработке табака годовой производственной мощностью 3 тыс. тонн. ООО Tabaterra Leaf планирует с 2027 года дополнительно инвестировать в строительство необходимой инфраструктуры для выращивания и переработки табака на территории площадью 500 гектаров в Губадлинском районе. Проекты, реализуемые ООО Tabaterra на освобожденных от оккупации территориях, способствуют повышению экономической активности, развитию промышленности и сельского хозяйства, увеличению экспортного потенциала региона, обеспечению занятости населения. Общая инвестиционная стоимость этих проектов составляет 79 млн манатов.













  • İlham Əliyev tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də “Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Ağdam Sənaye Parkı haqqında məlumat verdi.

    Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Parkın yaradılmasından məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye Parkının prioritet istiqamətləri tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət, süd, yem, gübrə istehsalının və emalının, xidmət sahələrinin, soyuducu kameraların təşkilidir.

    Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılıb. Bunun nəticəsidir ki, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkəmizdə mövcud sənaye zonaları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkda ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. Ağdam Sənaye Parkının ərazisinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsinin açılması ilə Parkda fəaliyyət göstərən müəssisələrin sayı 10-a çatıb.

    Qeyd edək ki, hazırda ölkədə 9 sənaye parkı var. Bunlar Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Naxçıvan, Hacıqabul, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarıdır. Bununla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərurda 4 sənaye məhəlləsi yaradılıb.

    Sonra “Tabaterra” MMC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına müəssisə barədə məlumat verdi.

    Bildirildi ki, Ağdam Sənaye Parkında 5,5 hektar ərazidə “Tabaterra” MMC-nin tütün məmulatlarının istehsalı müəssisəsi yaradılıb. Layihəyə 58 milyon manat investisiya yatırılıb. “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Brands” şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir. MMC-də 20-dən çox brend üzrə 120-dən artıq çeşiddə tütün məmulatı istehsal olunur. Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarının tətbiq edildiyi müəssisədə 9 istehsal xətti mövcuddur. İstehsal olunan məhsullar Birləşmiş Ərəb Əmirliklərinə, Gürcüstana, Özbəkistana və İraqa ixrac edilir. Hazırda “Tabaterra” MMC həm yerli, həm də “British American Tobacco” və “Japan Tobacco International” şirkətlərinə məxsus xarici brendlərin ixracını həyata keçirir.

    Müəssisə sənaye parkının rezidenti kimi vergi, gömrük və digər güzəştlərdən faydalanır. Hazırda burada 400 nəfər çalışır. Şirkət 300-dək işçinin Ağdam şəhərinə köçürülməsini nəzərə alaraq, onların yaşayış təminatını qarşılamaq üçün “Ağdam Residence” yaşayış kompleksində 208 mənzilin alınmasına sərmayə yatırıb və əməkdaşların işlədiyi dövr ərzində ödənişsiz olaraq onların istifadəsinə verib.

    Keçən ilin nəticələrinə görə, “Tabaterra” MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı, eyni zamanda, qeyri-neft sektorunda ən iri vergi ödəyicisi olub.

    Tütün əkininin və emalının həyata keçirilməsi məqsədilə təsis edilmiş “Tabaterra Leaf” MMC 2021-ci ildə “Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi olub və infrastrukturun modernləşdirilməsi, yerli tütünün keyfiyyətinin artırılması məqsədilə 15 milyon manat məbləğində sərmayə yatırıb. “Tabaterra Leaf” MMC hazırda Şəki, Qax, Zaqatala, Balakən rayonlarının ərazisində tütün əkini və emalı ilə məşğul olur. Şirkətin tərkibində tütün qəbulu və emalı məntəqələri, istixanalar və illik istehsal gücü 3 min ton olan Tütün Emalı Zavodu mövcuddur. “Tabaterra Leaf” MMC tərəfindən 2027-ci ildən başlayaraq Qubadlı rayonunda 500 hektar ərazidə tütün əkini və emalı ilə əlaqədar lazımi infrastrukturun qurulması üçün əlavə investisiya yatırılması nəzərdə tutulur. “Tabaterra” MMC-nin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr iqtisadi fəallığın artırılmasına, sənayenin və kənd təsərrüfatının inkişafına, regionun ixrac potensialının artırılmasına, məşğulluğun təmin olunmasına töhfə verir. Bu layihələrin ümumi investisiya dəyəri 79 milyon manat təşkil edir.

  • В Иране произошло сильное землетрясение

    Сегодня в районе Амирие иранской провинции Семнан зафиксировано землетрясение магнитудой 4.6.

    Об этом сообщает Median.Az со ссылкой на Telegram-канал “Свободный Иран”.

    Подземные толчки произошли примерно в 04:46 UTC (08:46 по Баку – ред.) на глубине 10 км.

    Пока не поступало сведений о пострадавших или разрушениях.

    Напомним, 15 июля в этом же районе произошло землетрясение магнитудой 4.7.

  • İranda güclü zəlzələ olub

    İranın Simnan əyalətinin Əmiriyə bölgəsində Rixter cədvəli üzrə 4.6 bal gücündə zəlzələ baş verib.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

    Bildirilib ki, yerli vaxtla saat 4:46-da meydana gələn zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.

    Hələlik zəlzələ nəticəsində hər hansı xəsarət və ya dağıntı barədə məlumat verilməyib.

    Qeyd edək ki, iyulun 15-də də sözügedən bölgədə 4.7 bal gücündə zəlzələ olub.

  • Prezidentdən Bakıda keçirilən ASOSAI və ARABOSAI-nın birgə toplantı iştirakçılarına MÜRACİƏT

    Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə bu gün Bakıda Ali Audit Orqanları Asiya Təşkilatının (ASOSAI) və Ali Audit Orqanları Ərəb Təşkilatının (ARABOSAI) birgə toplantısı keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətini səsləndirib:

    “Hörmətli Toplantı iştirakçıları!

    Sizi – Ali Audit Orqanlarının Asiya Təşkilatına (ASOSAI) və Ali Audit Orqanlarının Ərəb Təşkilatına (ARABOSAI) üzv olan ali audit orqanlarının Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda keçirilən Birgə Toplantısının bütün iştirakçılarını səmimi-qəlbdən salamlayır, Toplantının öz işinə başlaması münasibətilə təbrik edir və uğurlar arzulayıram.

    Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2011-ci ildə qəbul edilmiş “Ali audit orqanlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” və 2014-cü ildə qəbul edilmiş “Ali audit orqanları vasitəsilə dövlət idarəetməsinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının inkişaf etdirilməsi və gücləndirilməsi haqqında” qətnamələri dünya ictimaiyyətinin ali audit orqanlarına inamının artmasında və ictimai resurslardan səmərəli istifadə baxımından onların rolunun daha da yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir.

    Toplantıda ASOSAI və ARABOSAI təşkilatlarına üzv olan əksər ali audit orqanlarının rəhbərlər səviyyəsində təmsil olunması, həmçinin Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) Prezidentlik və Baş Katiblik təmsilçilərinin iştirak etməsi tədbirin yüksək statusunu göstərir.

    Belə bir tədbirin ölkəmizdə keçirilməsini dövlət vəsaitlərinin istifadəsi zamanı səmərəliliyin, hesabatlılığın, nəticəliliyin və şəffaflığın artırılmasında Azərbaycanın ali audit orqanının fəaliyyətinin gücləndirilməsi üçün nümayiş etdirdiyimiz səylərin dəstəklənməsi kimi dəyərləndirirəm.

    Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir.

    Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaqdır.

    Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin – COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

    İnanıram ki, Toplantı iştirakçıları öz ölkələrində qazandıqları müsbət təcrübəyə arxalanaraq və ali audit orqanları arasında işgüzar əlaqələri gücləndirərək, ASOSAI və ARABOSAI təşkilatları arasındakı münasibətlərin daha yüksək səviyyədə bərqərar olmasına, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələrinin həyata keçirilməsinə nail olacaq və bütövlükdə dövlət auditi orqanlarının gələcək inkişafına dəyərli töhfələr bəxş edəcəklər.

    Bir daha sizə xoş arzularımı yetirir və Toplantının işinə uğurlar arzulayıram”.

  • Зеленский назначил бывшего министра обороны Умерова секретарем Совбеза

    Владимир Зеленский назначил бывшего министра обороны Рустема Умерова секретарем Совета национальной безопасности и обороны (СНБО) Украины.

    Об этом свидетельствует указ на сайте Зеленского.

    “Назначить Умерова Рустема Энверовича секретарем Совета национальной безопасности и обороны Украины”, – говорится в тексте. Другим указом Зеленский снял с этой должности Александра Литвиненко.

  • Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına rəhbər təyin edildi

    Rustem Umerov Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib.

    Bu barədə Volodimir Zelenski tərəfindən imzalanan fərmana istinadən prezidentin saytı məlumat yayıb.

    Qeyd edək ki, Umerov daha əvvəl Ukraynanın müdafiə naziri olub.