Month: July 2025

  • Məşhur reper futbol klubunda pay alıb

    Məşhur reper Snoop Dogg “Suonsi” futbol klubunun səhmdarı olub.

    Bu barədə Çempionşip iştirakçısının rəsmi açıqlamasında deyilir.

    “Sky Sports” bildirir ki, musiqiçi kluba şəxsi sərmayəsini yatırıb.

    Klubun sahibləri Brett Kravatt və Ceyson Koen brendi dünya bazarında inkişaf etdirmək və gəlirlərini artırmağı hədəfləyir.

    İki gün əvvəl Snoop Dogg “Suonsi”nin yeni mövsüm üçün nəzərdə tutulmuş formasının təqdimat mərasimində iştirak edib.

    Xatırladaq ki, apreldə klubun səhmdarları siyahısına Luka Modriç də qoşulub. “Real”ın keçmiş yarımmüdafiəçisi yeni mövsümdən “Milan”da çıxış edəcək.

  • Словакия поддержит 18-й пакет санкций против России

    Словакия не будет блокировать принятие 18-го пакета европейских санкций против России.

    Об этом сообщил премьер-министр республики Роберт Фицо в видеообращении, опубликованном в социальной сети Facebook.

    “Я даю инструкцию нашим представителям в Европейском союзе освободить дорогу к 18-му пакету санкций”, — заявил словацкий премьер.

    Фицо отметил, что продолжать блокировать новые санкции против России было бы контрпродуктивно в контексте переговоров с Еврокомиссией по энергоресурсам.

    Отметим, что обсуждения по антироссийским санкциям пройдут 18 июля.

  • Slovakiya Rusiyaya qarşı sanksiyaları bloklamayacaq

    Slovakiya Rusiyaya qarşı Avropa sanksiyalarının 18-ci paketinin qəbul edilməsini bloklamayacaq.

    Bu barədə ölkənin baş naziri Robert Fitso “Facebook” sosial şəbəkəsində dərc edilmiş videomüraciətində bildirib.

    “Mən Avropa İttifaqındakı nümayəndələrimizə 18-ci sanksiyalar paketinə yol açmaq üçün təlimat verirəm”, – baş nazir bəyan edib.

    Fitso qeyd edib ki, Rusiyaya qarşı yeni sanksiyaları bloklamağa davam etmək Avropa Komissiyası ilə enerji resursları üzrə danışıqlar kontekstində əks-məhsuldar addım olar.

    Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalarla bağlı müzakirələr iyulun 18-də keçiriləcək.

  • “Oleq Bakinski” məhkəmədə son söz deyib

    Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və ukraynalı sabiq nazir müavini Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Bakinski son sözlə çıxış edib.

    O bildirib ki, ittiham olunduğu əməli törətməyib:

    “Son sözüm odur ki, mən bu əməli törətməmişəm. Mənim üstümə şər atıblar. Şahidlər də bunu təsdiqlədi. Sizdən xahişim odur ki, mənə bəraət verəsiniz”.

    Kuçer Konstantin son söz üçün vaxt istəyib.

    Proses iyulun 25-nə təxirə salınıb.

    Qeyd edək ki, prokuror ötən prosesdə çıxış edərək Konstantin Kuçerin 14 il, Oleq Krapivinin isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

    Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb. Barəsində ibtidai istintaqda seçilmiş həbs qətimkan tədbiri məhkəmənin gedişində ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

    Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham verilib.

    Zərərçəkən qismində “Aviazapchast” ASC, “Promyshlennye Postavki Kazakhstan” MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.

  • Əli Əsədov Ukraynanın yeni Baş nazirini təbrik edib

    Baş nazir Əli Əsədov Yuliya Sviridenkonu Ukraynanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Ə.Əsədov təbrik məktubunda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğunu, dövlətlərarası münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu bildirib.

    Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələrinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

  • Masallıda arvadını boşayan şəxs anasını döydü

    Astara rayonunda həyat yoldaşından ayrılan kişi anasını döyüb.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Rahib Ağayev ailə qurub Masallı şəhərinə köçüb. Onun birgə nikahdan iki azyaşlı övladı olsa da, spirtli içki aludəçisi olduğundan ailəsində söz-söhbət yaranıb. Uzun mübahisədən sonra həyat yoldaşı R.Ağayevdən ayrılmaq istəyib və onlar məhkəmə qaydasında boşanıblar. R.Ağayev ailəsindən boşanandan sonra yenidən Astara rayonuna-anasının yaşadığı evə qayıdıb. Amma o, anası ilə də dolanmayıb. R.Ağayev hər gün içkili vəziyyətdə evə gələrək anası ilə mübahisə etməyə başlayıb.

    Bir neçə gün öncə Rahib yenidən spirtli içki qəbul edib, evə gəlib və anasından pul istəyib. Nəticədə ana və oğlu arasında mübahisə yaranıb. R.Ağayev anasını yumruq və təpik zərbələri ilə döyərək ona müxtəlif bədən xəsarətləri yetirib.

    Qadın oğlundan polisə şikayət edib.

    Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmə R.Ağayevin qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edir.

  • Защита сына главы азербайджанской диаспоры в Екатеринбурге обжаловала его арест

    Защита Мутвали Шихлинского – сына главы азербайджанской диаспоры в Екатеринбурге Шахина Шихлинского, арестованного на два месяца по делу о насилии над представителем власти, обжаловала меру пресечения.

    Как передает Median.Az, об этом ТАСС сообщили в объединенной пресс-службе судов Свердловской области.

    “Адвокат утром подал апелляционную жалобу в суд первой инстанции”, – рассказала собеседница агентства.

    Как сообщали местные СМИ, молодой человек при попытке уйти от силовиков во время задержания отца нанес одному из сотрудников Росгвардии травмы.

  • Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbərinin oğlunun həbsindən apellyasiya şikayəti verildi

    Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilən Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin müdafiəsi həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

    Median.Az xəbər verir ki, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidmətindən məlumat verilib.

    “Vəkil səhər saatlarında birinci instansiya məhkəməsinə apelyasiya şikayəti verib”, – deyə agentliyin həmsöhbəti bildirib.

    Yerli medianın məlumatına görə, gənc oğlan atasının həbsi zamanı təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa çalışarkən Rusiya qvardiyasının zabitlərindən birinə xəsarət yetirib.

  • Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?

    Bakıda ərinin qətlində təqsirləndirilən Raidə Mahmudovanın cinayət işinin məhkəmə baxışı keçirilib.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən iclasda Xətai Rayon Məhkəməsinin təyin etdiyi məhkəmə-tibbi eksperti Orxan Əliyev şahid qismində ifadə verib.

    Ekspert təqsirləndirilənin ərinə yetirdiyi xəsarətlərin xarakteri barədə açıqlama verib:

    “Hadisə baş verən gün mən hadisə yerində olmuşam. Meyiti yerində müayinə etmişəm. Əvvəl ilkin məlumatlara əsasən, münaqişənin ayaqüstü baş verdiyi ehtimal olunurdu. Lakin sonradan aydınlaşıb ki, mübahisə yataqda baş verib”.

    Təqsirləndirilən isə ifadəsi zamanı telefonla ərinin başına zərbə vurduqdan sonra onu itələyib otaqdan çıxdığını deyib.

    Qətllə bağlı ortaya çıxan bir çox mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün növbəti prosesə ibtidai istintaqı aparmış müstəntiq dəvət olunub.

    İyulun 25-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə Patoloji Anatomiya Birliyinin məhkəmə tibbi eksperti yenidən dindiriləcək.

    Qeyd edək ki, rəsmi məlumata görə, 24 oktyabr 2024-cü il tarixində, saat 8 radələrində paytaxtın Xətai rayonu ərazisində 1986-cı il təvəllüdlü Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalar nəticəsində 1987-ci il təvəllüdlü Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə həyat yoldaşı Hacı Mahmudovla aralarında yaranmış mübahisə zamanı ona küt alətlə baş nahiyəsinə zərbələr endirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ilə cinayət işi başlanaraq istintaq aparılıb.

  • Sürücülərə xəbərdarlıq – Bu yol 2 gün bağlı olacaq

    İyulun 19-u saat 08:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.