Month: July 2025

  • Kamçatkada güclü zəlzələdən sonra Pasxa adasında sakinlərin təxliyəsi başlayıb

    Çili hökuməti Kamçatkada baş vermis 8.8 maqnitudalı zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqadar Sakit okeanda yerləşən Pasxa adasının sakinlərini təhlükəsiz zonalara təxliyə olunmalarına çağırıb.

    Bu barədə Çilinin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Xidməti məlumat yayıb.

    Bildirilir ki, sunami dalğalarının adaya saat 09:25-də (Bakı vaxtı ilə saat 19:25-də) çatması gözlənilir.

    Çilili mütəxəssislərinin sözlərinə görə, ortaölçülü sunami təhlükəsi mövcuddur. Ölkənin bütün regionlarının sahilboyu zonalarında məktəblərdə dərslər ləğv edilib.

  • Azərbaycanda bu məşhur universitetə 1,4 milyonluq mebellər ALINACAQ

    Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) auditoriyaların, xidməti otaqların və müxtəlif təyinatlı məkanların komplektləşdirilməsi məqsədilə malların satın alınması üzrə açıq müsabiqə elan edib.

    Müsabiqənin məqsədi universitetin tədris və inzibati məkanlarının müasir tələblərə uyğun avadanlıqlarla təmin olunmasıdır.

    Satınalma çərçivəsində müxtəlif təyinatlı mebel və avadanlıqların tədarükü nəzərdə tutulur.

    Ümumi satınalma dəyəri 1.443.796,08 AZN təşkil edir.

  • Tehranda neft anbarında yanğın baş verib – Video

    İranın paytaxtı Tehran şəhərində yerləşən “Şəhran” neft anbarında yanğın baş verib.

    “Azad İran” “Telegram” kanalı İran KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində anbarın ətrafını qara tüstü bürüyüb.

    Məlumata görə, anbarda 12 günlük müharibə zamanı İsrailin hava hücumlarında zədələnən neft çənləri olub. Çənlərin dibində yığılmış neft tullantıları tüstünün yaranmasına səbəb olub.

    Qeyd olunur ki, yanğının təkrar baş verməsi və anbarın son vəziyyəti narahatlıq doğurur. Hazırda yanğınla bağlı ətraflı məlumat toplanır və dəymiş zərər qiymətləndirilir.

  • DSX zabiti ilə insidentə görə saxlanılan idmançıların məhkəmə araşdırması yekunlaşıb

    Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edildikdən sonra istintaqın yekunlaşdığı elan olunub.

    Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.

    Növbəti proses sentyabrın 10-na təyin edilib.

    Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

  • Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı

    COVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müddətdə dünyada milyonlarla insanın həyatını xilas etdiyi rəqəmlərlə təsdiqlənib.

    Qaynarinfo xəbər verir ki, yeni bir araşdırma peyvəndlərin xilas etdiyi yaşam illərini və Omikron dövründəki təsirini də əhatə edir.

    İtaliyanın Milan şəhərində yerləşən Universite Cattolica del Sacro Cuore universitetinin rəhbərliyi ilə aparılan elmi araşdırmaya əsasən, 2020-2024-cü illər arasında tətbiq olunan COVID-19 peyvəndləri dünya üzrə təxminən 2,5 milyon insanın həyatını xilas edib. Bu isə təxminən hər 5 400 doza peyvəndə bir insan həyatı düşməsi deməkdir.

    Araşdırmaya görə, ümumilikdə tətbiq olunan 13 milyard doza peyvənd dünya əhalisinin 67 faizini əhatə edib. Hər 900 dozada bir yaşam ilinin qazanılmasına töhfə verilib və bu da ildə ümumilikdə 14,8 milyon yaşam ili qazanıldığı mənasına gəlir.

    Kaliforniya Universitetindən doktor Monika Qandi bildirir ki, 2023-cü il dekabrın 31-nə qədər dünya əhalisinin üçdə ikisi ilkin peyvənd dozasını qəbul etmişdi.

    Pandemiyanın ilk aylarında, peyvəndlər hələ geniş yayılmadığı zaman reanimasiya şöbəsinə yerləşdirilən COVID-19 xəstələrinin təxminən 44 faizi həyatını itirirdi. ABŞ-da qeydə alınan artıq ölümlərin 72 faizi birbaşa COVID-19 ilə əlaqələndirilir və 2020–2021-ci illər ərzində dünya üzrə 14,9 milyon artıq ölüm baş verdiyi təxmin edilir.

    Avropanın 18 ölkəsindən toplanan məlumatlara əsasən, təkcə 2020–2022-ci illər arasında 16,8 milyon yaşam ili itirilib.

    Peyvəndlərin hazırlanması: Misli görünməmiş sürət

    SARS-CoV-2 virusu ilə bağlı ilkin məlumatlar əldə olunduqdan dərhal sonra elmi dünya sürətlə hərəkətə keçib. Beynəlxalq əməkdaşlıqla hazırlanan ilk peyvəndlər klinik sınaq mərhələsinə rekord müddətdə çatıb. Bu peyvəndlərin xəstəxanaya yerləşdirmə və ölüm hallarını önləmədəki uğuru sahə məlumatları və son araşdırmalarla rəqəmlərlə də təsdiqlənib.

    Araşdırmanın müəllifləri professor Stefania Botçça və doktor Ancelo Mariya Pezzullo bu təhlillə bağlı belə deyir: “Əvvəllər də bir çox araşdırma aparılıb, lakin bu iş qlobal məlumatlardan istifadə etməsi, Omikron dövrünü əhatə etməsi və xilas edilən yaşam illərini hesablaması baxımından bu günə qədərki ən genişmiqyaslı təhlildir”.

    Kimlərin həyatı xilas edilib?

    Təhlilə görə, peyvəndlər sayəsində xilas edilən insanlar:

    * 82 faizi virusa yoluxmamışdan əvvəl peyvənd olunan şəxslərdən ibarətdir;
    * 57 faizi Omikron variantının yayğın olduğu dövrdə qeydə alınıb;
    * 90 faizi isə 60 yaş və yuxarı şəxslərdən ibarətdir.

    Bu rəqəmlər COVID-19 peyvəndlərinin xüsusilə yaşlı insanlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha ortaya qoyur.

    Dr. Qandiyə görə, pandemiyanın başlanğıcından bəri məlum idi ki, uşaqlar COVID-19-un ciddi fəsadları baxımından aşağı riskli qrupda yer alırdılar. Buna görə də, uşaq və yeniyetmələrin qurtarılan yaşam ili statistikasına təsiri olduqca məhdud qalıb.

    Qandi bildirir ki, bu cür modelləşdirmə işləri gələcək pandemiyalarda sərt məhdudiyyətlərin zərərlərini azaldarkən, ən riskli qrupları daha effektiv şəkildə qorumağa yardım edə bilər.

    Peyvəndin uğuru və qızılca ilə müqayisəsi

    COVID-19 peyvəndləri böyük uğur qazansa da, tədqiqatçılar bəzi zəif cəhətləri də vurğulayırlar:

    * COVID peyvəndlərinin qurtardığı yaşam illərinin, eyni dövrdə qızılca peyvəndi ilə xilas edilənlərə nisbətən 30 dəfə daha az olduğu qeyd edilir.
    * Cəmiyyətlərdə peyvəndlərə qarşı yaranan güvənsizlik və tərəddüd pandemiyanın buraxdığı çətin irslərdən biri kimi göstərilir.

  • İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb

    İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.

    Onun sözlərinə görə, həmin müddətdə 100-dən çox müdirə isə müxtəlif səbəblərə görə inzibati tədbirlər tətbiq olunub.

    Şöbə müdiri əlavə edib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi məktəbəqədər təhsil müəssisələri üçün keyfiyyət çərçivə sənədi hazırlayıb:

    “Bu sənədə əsasən 150 bağçada daxili keyfiyyət sisteminin qurulması üzrə monitorinqlər həyata keçirilib. Bu il əlavə 100 bağçada da keyfiyyət təminatı üzrə monitorinqlərin davam etdirilməsi planlaşdırılır. Agentlik və yerli təhsili idarəetmə orqanları tərəfindən aparılan planlı monitorinqlər zamanı idarəetmə sistemi, pedaqoji proseslər və inzibati işlər yoxlanılır”.

  • Свыше тысячи граждан Азербайджана заключили браки с иностранцами в первой половине года

    За первые шесть месяцев 2025 года 1 080 граждан Азербайджана официально оформили брачные отношения с иностранцами или лицами без гражданства.

    Об этом в ответ на запрос Report сообщили в Министерстве юстиции.

    Среди вступивших в международные браки преобладают мужчины – 599 человек, в то время как женщин насчитывается 481.

    Наибольшее число браков заключены с гражданами России, Турции, Грузии, Украины, Пакистана.

  • Son altı ayda əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının SAYI AÇIQLANDI

    Cari ilin ilk altı ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında 1 080 nikah bağlanıb.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı olan qadındır.

    Qeyd edək ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Pakistan vətəndaşları ilə Azərbaycan vətəndaşları arasında nikahlar rəsmiləşdirilib.

  • У одержавшего победу над азербайджанским боксером спортсмена обнаружен допинг

    Допинг-тест узбекского боксера Лазизбека Муллажонова, завоевавшего золотую медаль на Олимпийских играх в Париже-2024, оказался положительным.

    Как сообщает Median.Az со ссылкой на Международное тестовое агентство (ITA), в пробе, взятой 11 июня для организации World Boxing, был обнаружен метаболит метастерона. Этот анаболический стероид входит в список запрещенных веществ Всемирного антидопингового агентства.

    Боксер имеет право запросить пробу B. Если эта проверка также даст положительный результат, спортсмен будет дисквалифицирован.

    Отметим, что Лазизбек Муллажонов выступал на Олимпиаде в Париже (2024г.) в весовой категории 92 кг. В финале он победил представителя Азербайджана Альфонсо Домингеса.

  • Finalda Azərbaycan idmançısını məğlub edən özbəkistanlı boksçuda dopinq aşkarlandı

    Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Özbəkistan boksçusu Lazizbek Mullajonovun dopinq-testi müsbət çıxıb.

    Median.Az Beynəlxalq Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, iyunun 11-də “World Boxing” təşkilatı üçün götürülmüş yoxlama nəticəsində metasteron metaboliti aşkarlanıb.

    Bu analobik steroid Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş maddələri siyahısına daxildir. Boksçu B probunu da xahiş etmək hüququna malikdir. Bu yoxlama da müsbət nəticə versə, idmançı diskvalifikasiya olunacaq.

    Qeyd edək ki, Lazizbek Mullajonov Paris-2024-də 92 kq çəki dərəcəsində çıxış edib. O, finalda Azərbaycan təmsilçisi Alfonso Domingesi məğlub edib.