Month: July 2025

  • Движение на участке дороги Баку – Алят – Газах будет частично ограничено в течение 25 дней

    С 08:00 1 августа и до 08:00 24 августа в связи с проведением ремонтно-восстановительных работ на железнодорожном мосту на 27-м км участка автомобильной дороги Баку – Алят – Газах – госграница с Грузией, проходящего через территорию Гарадагского района, движение транспортных средств будет частично ограничено в обоих направлениях.

    Об этом сообщили в Главном управлении Государственной дорожной полиции.

    “Просим водителей учитывать изменения в организации движения, быть особенно внимательными на указанном участке дороги, строго соблюдать требования временных дорожных знаков и обеспечивать безопасность.

    Соблюдайте правила, чтобы ваш путь был свободен и безопасен!” – говорится в информации.

  • Bakı-Ələt-Qazax yolunun bir hissəsində hərəkət 25 gün müddətində qismən məhdudlaşdırılacaq

    “Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, 27-ci kilometrliyindəki dəmiryol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 1 avqust saat 08:00-dan 24 avqust saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq”.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

    “Sürücülərdən hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə almalarını, qeyd olunan yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etmələrini və təhlükəsizliyi təmin etmələrini xahiş edirik.

    Qaydalara əməl edin ki, yolunuz açıq və təhlükəsiz olsun!” – məlumatda deyilir.

  • В Петропавловске-Камчатском ожидают афтершоки магнитудой до 7.5

    Ученые считают, что в ближайшее время можно ожидать афтершоки с магнитудой до 7.5, а также цунами вблизи Авачинского залива.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщили в Главном управлении (ГУ) МЧС по Камчатскому краю по итогам заседания Камчатского филиала Российского экспертного совета по прогнозу землетрясений, оценке сейсмической опасности и риска о сейсмической и вулканической опасности в регионе.

    “В связи с прошедшим сейсмособытием было созвано внеочередное заседание Камчатского филиала Российского экспертного совета по прогнозу землетрясений, оценке сейсмической опасности и риска о сейсмической и вулканической опасности в Камчатском крае. Ученые пришли к выводу, что в ближайшее время ожидаются афтершоки магнитудой до 7.5 с интенсивностью в Петропавловск-Камчатском городском округе до 6 баллов и вызванные ими опасные цунами на побережье Авачинского залива”, – говорится в сообщении.

    Рост числа и силы землетрясений в районе Авачинского залива не ожидаются, сообщили в ведомстве.

    ГУ МЧС по Камчатскому краю не рекомендует посещать территории региона, прилегающие к акваториям Авачинского залива и Тихого океана.

    “Спасатели крайне не рекомендуют в ближайшее время посещать территории, прилегающие к акваториям Авачинского залива и Тихого океана, особенно такие любимые места, как Халактырский пляж, бухта Англичанка, озеро Приливное, прибрежная линия склона сопки Никольской”, – говорится в сообщении в Telegram-канале управления.

    В свою очередь министр по чрезвычайным ситуациям Камчатского края Сергей Лебедев заявил, что угроза цунами на Камчатке отменена.

  • Petropavlovsk-Kamçatskda 7,5 maqnitudaya qədər afterşok XƏBƏRDARLIĞI

    Kamçatkada bu gün baş verən güclü zəlzələdən sonra vəziyyət gərgin olaraq qalır. Alimlər yaxın günlərdə 7.5 maqnitudaya qədər afterşokların baş verə biləcəyini və Avaçinski körfəzi yaxınlığında sunami təhlükəsinin davam etdiyini bildirirlər.

    Median.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

    Qeyd olunub ki, baş vermiş güclü zəlzələ ilə bağlı Rusiya Zəlzələlərin Proqnozlaşdırılması, Seysmik Təhlükə və Riskin Qiymətləndirilməsi üzrə Ekspert Şurasının növbədənkənar iclası keçirilib.

    “Alimlərin rəyinə əsasən, yaxın vaxtlarda Petropavlovsk-Kamçatski şəhər dairəsində intensivliyi 6 bala çatan, maqnitudası isə 7.5-ə qədər olan afterşoklar baş verə bilər. Bununla yanaşı, Avaçinski körfəzi sahillərində təhlükəli sunami dalğalarının yaranması ehtimal olunur”, – deyə məlumatda bildirilib.

    Fövqəladə Hallar Nazirliyi vətəndaşlara Avaçinski körfəzi və Sakit okean akvatoriyasına yaxın ərazilərdən uzaq durmağı tövsiyə edir.

    Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Yaralananlar var, bir nəfər həlak olub.

    Çili, Meksika, Çinin şərq sahillərində, Tayvanda, Ekvador və Solomon adalarında, həmçinin ABŞ-nin Havay, Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.

  • Azərbaycanın 779 təhsil müəssisəsində təmir işlərinə başlanıb – RƏSMİ

    Azərbaycanın 779 təhsil müəssisəsində təmir işlərinə başlanılıb.

    Baku.ws-in sorğusunu cavablayan Elm və Təhsil Nazirliyi bildirilib ki, bunlardan 766-sı ümumtəhsil məktəbi, 8-i peşə məktəbi, 5-i isə kollecdir.

    Hazırda həmin təhsil müəssisələrində əsaslı və cari təmir işləri davam etdirilir.

  • СМИ: 14-летняя девушка родила во время землетрясения на Камчатке

    14-летняя девушка родила во время мощного землетрясения на Камчатке.

    Как передает Median.Az, об этом сообщил Telegram-канал SHOT.

    В родильном отделении с роженицей находились ее 35-летняя мать, а также анестезиолог и акушер. Медицинский персонал успокоил напуганную будущую маму, когда начались толчки, и помог ей пережить период схваток, который совпал с разгаром землетрясения.

    Роды прошли успешно. На свет в 12:20 по местному времени появилась здоровая девочка весом 2 950 граммов. Малышку назвали Эвелиной. Семья планирует обратиться к местным властям с просьбой выдвинуть врачей на получение государственной награды.

    Очаг землетрясения, которое началось в 11:24 по местному времени (03:24 по Баку – ред.), имел протяженность не менее 200 км и распространился в юго-западном направлении вдоль глубоководного желоба.

  • Kamçatkada 14 yaşlı qız zəlzələ anında uşaq dünyaya gətirib

    Kamçatkada baş verən 8.7 bal gücündə zəlzələ anında 14 yaşlı qız uşaq dünyaya gətirib.

    Bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

    Məlumata görə, doğuş zamanı qızın yanında onun 35 yaşlı anası, anestezioloq və mama-ginekoloq olub.

    Həkimlər özlərini itirməyiblər və doğuş uğurla keçib, 2 kq 950 qram çəkidə sağlam qız uşağı dünyaya gəlib. Körpəyə Evelina adı verilib.

    Ailə yerli hakimiyyət orqanlarına həkimlərin dövlət mükafatına təqdim edilməsi ilə bağlı müraciət etməyi planlaşdırır.

    Qeyd edək ki, yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb.

  • Трагедия на отдыхе: инженер “Азеригаза” погиб в России в результате несчастного случая

    В России в результате несчастного случая скончался гражданин Азербайджана.

    Как сообщает Qafqazinfo, умер старший инженер Агдашского сервисного участка Загатальской региональной газоэксплуатационной службы производственного объединения “Азеригаз” Шахид Керимов.

    Так, несколько дней назад взявший отпуск и отправившийся на отдых мужчина упал по неосторожности. Получивший травму головы Ш.Керимов скончался.

  • Məzuniyyət götürüb Rusiyaya getmişdi, faciəli şəkildə öldü

    Rusiyada Azərbaycan vətəndaşı bədbəxt hadisə nəticəsində vəfat edib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Zaqatala Regional Qaz İstismar İdarəsinin Ağdaş Xidmət sahəsinin böyük mühəndisi Şahid Kərimov Rusiyada dünyasını dəyişib.

    Belə ki, bir neçə gün əvvəl məzuniyyət götürərək istirahətə getmiş şəxs orada ehtiyatsızlıqdan yıxılıb. Baş nahiyəsindən xəsarət alan Ş.Kərimov vəfat edib.

  • Qabil Məmmədova qiyabi HÖKM OXUNUB

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilən, hazırda xaricdə yaşayan bloqer Qabil Məmmədovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Qabil Məmmədovun 16 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

    Qeyd edək ki, Qabil Məmmədova qarşı Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb.

    İş üzrə toplanmış sübutların məcmusuna əsasən, ötən il iyulun 17-də Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

    Q.Məmmədov barəsində bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qərarı çıxarılıb.
    //oxu.az