Month: July 2025

  • Zaxarova: Rusiya nümayəndə heyəti danışıqların üçüncü raundu üçün İstanbula gəlməyə hazırdır

    Rusiya Ukrayna ilə İstanbulda danışıqlara hazırdır.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    “Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların üçüncü raundunun keçirilməsi üçün İstanbula gəlməyə hazırdır”, – diplomat qeyd edib.

  • Объявлены результаты вступительного экзамена по II и III группам

    Государственный экзаменационный центр объявил результаты вступительного экзамена по II и III группам специальностей, состоявшегося 6 июля.

    Абитуриенты могут ознакомиться с результатами, отправив код, указанный в экзаменационном пропуске, на номер 7727 через мобильных операторов Azercell, Bakcell, Nar и Naxtel.

    Из 41 484 абитуриентов, подтвердивших участие (18 014 — по II группе, 23 470 — по III группе), 1 160 человек (616 и 544 соответственно) не явились на экзамен. За нарушение правил 12 участников были исключены, их результаты аннулированы.

    Самый высокий результат по II группе на этом этапе показал выпускник бакинской средней школы №89 Мансуров Эльдар Рамиз оглу — 388,3 балла. На первом этапе он набрал 278,7 балла. По сумме двух этапов наивысший результат среди участников II группы показала выпускница школы-лицея №83 города Баку Зейналлы Нилуфер Хидаят гызы — 677,9 балла (291,1 — на первом, 386,8 — на втором этапе).

    По III группе наивысший результат на этом этапе показала выпускница гимназии с уклоном естественных наук города Сумгайыта Бахшалиева Айтадж Анвар гызы – 397 баллов. По итогам двух этапов она также показала лучший результат по III группе, набрав в общей сложности 691,8 балла, из них 294,8 — на первом этапе.

    Следует отметить, что максимально возможный балл на первом этапе экзамена составляет 300, а на втором этапе – 400. Конкурс проводится на основе общего балла за оба этапа.

  • II və III qrup üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 12 nəfər qaydaları pozub

    Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə iyulun 6-da keçirilən qəbul imtahanının nəticəsini elan edib.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1 160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.3 bal toplayan Bakı şəhər 89 saylı tam orta məktəbin məzunu Mansurov Eldar Ramiz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 278.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 677.9 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu Zeynallı Nilufər Hidayət qızı göstərib. O, imtahanın birinci mərhələsində 291.1 bal, ikinci mərhələsində isə 386.8 bal toplayıb.

    Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397 bal toplayan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. O, hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə 691.8 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyentdir. Baxşəliyeva Aytac imtahanın birinci mərhələsində 294.8 bal toplayıb.

    Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 iyul saat 10:00-dan 20 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

  • “Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi

    “Səs Azərbaycan” musiqi yarışmasının iştirakçısı Qəşəm Cəfərov vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

    Gənc ifaçı xərçəng xəstəliyindən dünyasını dəyişib.

  • Məşhur “Faladdin” tətbiqinin sahibi həbs edildi

    Türkiyədə falçılıq, astrologiya, spiritualizm, mediumluq, ulduz xəritəsi kimi müxtəlif sahələrdə xidmətlər göstərən “Faladdin” və “Binnaz” adlı tətbiqlərin sahibi Sertaç Taşdelen həbs edilib.

    Median.Az “Haber Global” telekanalına istinadən xəbər verir ki, Taşdelen barəsində sahibi olduğu “Faladdin” və “Binnaz” vasitəsilə internet saytlarında falçılıq edərək cinayət yolu ilə gəlir əldə etdiyi və gəlirləri xaricə köçürdüyü iddiası ilə istintaq başlanılıb.

    İstintaq çərçivəsində onun falçılıq, astrologiya, mediumluq, ulduz xəritəsi kimi xidmətlərə görə ödəniş aldığı və bu yolla əldə etdiyi gəlirləri xaricə köçürdüyü müəyyən edilib.

  • Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilib

    Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.

    Ş.Şıxlinski bir gün əvvəl həbs edilmiş oğlu kimi dövlət məmuruna qarşı zorakılıq etməkdə ittiham olunur.
     
    /report

  • “Наполи” подписал футболиста нидерландского клуба

    Нападающий сборной Нидерландов Ноа Ланг перешел из “ПСВ Эйндховен” в итальянский “Наполи”.

    Об этом сообщила пресс-служба неаполитанского представителя.

    Контракт с 26-летним футболистом подписан до лета 2030 года.

    Отметим, что портал Transfermarkt оценил стоимость Ланга в 25 млн евро. В сезоне-2024/2025 чемпионата Нидерландов он провел 29 матчей, в которых отметился 11 забитыми мячами и 10 результативными передачами. Всего за сборную Нидерландов он сыграл в 14 матчах и забил три гола.

    В прошедшем сезоне “Наполи” выиграл чемпионат Италии. Команда Антонио Конте набрала 82 очка за 38 матчей, опередив миланский “Интер” на одно очко.

  • “Napoli” Niderland klubunun futbolçusunu transfer edib

    İtaliyanın “Napoli” klubu PSV-dən (Niderland) Noa Lanqı transfer edib.

    Bu barədə Neapol təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

    Qeyd edək ki, “Transfermarkt” portalı müqaviləni 25 milyon avro qiymətləndirib. N.Lanq 2023-cü ilin yayından PSV-də çıxış edirdi. Müdafiəçi 2024/2025 mövsümündə Niderland klubunda meydana çıxdığı 44 oyunda 14 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

  • Азербайджан увеличил импорт пшеницы на 56%

    Азербайджан в первой половине текущего года импортировал 602,255 тыс. тонн пшеницы на сумму $130,661 млн.

    Как сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет, это соответственно на 216,233 тыс. тонны (56%) и на $45,482 млн (53,4%) больше по сравнению с аналогичным периодом прошлого года.

    За 6 месяцев затраты на импорт пшеницы составили 1,1% от общих затрат на импорт из Азербайджана.

  • Azərbaycan buğda idxalını 56 % artırıb

    Bu ilin I yarısında Azərbaycan 602 min 255 ton buğda idxal edib.

    Median.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 130 milyon 661 min ABŞ dollar təşkil edib.

    Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 216 min 233 ton (56 %), dəyər baxımından isə 45 milyon 482 min ABŞ dolları (53,4%) çoxdur.

    6 ay ərzində buğda idxalı Azərbaycanın ümumi idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.