Month: July 2025

  • “Zirə”nin dənizdə batan futbolçusunun MEYİTİ TAPILDI (Yenilənib)

    Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazidə) batan bir nəfərin (uşaq) axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, tapılan meyit “Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyevə məxsusdur.

    Qeyd edək ki, o, U-16 komandasının üzvü olub.

    17 iyul * * * * *

    “Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyev faciəli şəkildə ölüb.

    Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

    Bildirilib ki, U-16 komandasının futbolçusu bu gün çimərlikdə boğularaq həyatını itirib.

  • Кабмин поручил обеспечить исполнение распоряжения по созданию двух нацпарков

    Кабинет министров Азербайджана дал поручение соответствующим структурам в целях обеспечения исполнения распоряжения Президента Ильхама Алиева от 14 июля 2025 года “О создании Ахар-Бахарского и Илисуинского национальных парков Азербайджанской Республики”.

    Данное распоряжение подписал премьер-министр Али Асадов.

    Министерства юстиции, экономики и экологии и природных ресурсов, а также другие профильные госорганы, которые будут определены в процессе исполнения, должны представить свои предложения в Кабмин в течение пяти месяцев после согласования.

    Согласно документу, центральные органы исполнительной власти не позднее четырех месяцев должны принять меры, вытекающие из нормотворческих задач в рамках своих полномочий, для обеспечения исполнения распоряжения, и представить свои нормативные правовые акты или информацию об отсутствии предложений в Минюст.

    Министерство юстиции должно обеспечить приведение нормативных правовых актов и нормативных актов центральных органов исполнительной власти в соответствие с распоряжением и предоставить информацию об этом в Кабмин в течение шести месяцев.

  • Əli Əsədov iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrası üçün tapşırıq verib

    Nazirlər Kabineti Prezidentin “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıq verib.

    Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

    Belə ki, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

    Qərarla mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

    Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

    Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.

  • Потерял контроль и одежду: в пригороде Баку задержан обнаженный нарушитель

    В Сабунчинском районе Баку привлечено к ответственности лицо, совершавшее непристойные действия в обнаженном виде.

    Как сообщает Median.Az со ссылкой на Qafqazinfo, инцидент произошел в поселке Бильгя.

    Задержанным оказался житель Сальянского района С.Салимов (1997 г.р., фамилия условная – ред.).

    Согласно заключению медицинского освидетельствования в Республиканском наркологическом центре, было установлено, что мужчина употреблял наркотические средства.

    Он сообщил, что долгое время работал поваром в ресторане, а непосредственно перед инцидентом выпил коктейль в центре отдыха, после чего потерял контроль над собой.

    В отношении С.Салимова был составлен протокол по статьям 206 (незаконное потребление наркотических средств) и 510 (мелкое хулиганство) Кодекса об административных проступках Азербайджанской Республики.

    Он был доставлен в Сабунчинский районный суд. Нарушитель оштрафован на 300 манатов и отпущен на свободу.

  • Bakıda yolda lüt gəzən gənc saxlanıldı

    Bakı şəhər Sabunçu rayonu ərazisində çılpaq vəziyyətdə əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində – Dənizkənarı yolda baş verib.

    Gənc oğlan tamamilə lüt vəziyyətdə qeyri-etik hərəkətlər edərək vətəndaşların narahatlığına səbəb olduğuna görə saxlanılıb.

    Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə aparılan şəxsin Salyan rayon sakini olan və paytaxtın Binəqədi rayonunda yaşayan 1997-ci il təvəllüdlü S.Səlimov (şərti) olması müəyyən edilib.

    Respublika Narkoloji Mərkəzinin Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkotik vasitə qəbul etməsi məlum olub.

    Saxlanılan şəxs uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünə nəzarəti itirdiyini deyib.

    Barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə protokol tərtib edilən gənc Sabunçu Rayon Məhkəməsinə aparılıb. O, 300 manat cərimə edilərək sərbəst buraxılıb.

  • Bakının bəzi ərazilərində qaz olmayacaq

    “Qum adası-Bayramzadə İEM” magistral qaz kəmərində, “Bahar” QTM-də və Yasamal rayonu, A.M.Şərifzadə küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar bu gün Bakının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
    Təmir işləri görülən müddətdə Xətai rayonunun Müşfiq qəsəbəsinin və Zavod küçəsinin, Suraxanı rayonunun Hövsan qəsəbəsinin, Bahar, Dədə Qorqud, Sahil, Zığ bağları yaşayış massivlərinin və MİDA-1, MİDA-2 yaşayış komplekslərinin, Yasamal rayonunda isə A.M.Şərifzadə, H.Abbasov, M.Seyidov, Ə.Əhmədov, İ.Zülalov, N.Hikmət, X.Dadaşov, X.Mustafayev, V.Əliyev, Z.Kərimov, Ş.M.Xiyabani, D.Bünyadzadə küçələrində qaz kəsiləcək.

  • Bu il 80 orqan transplantasiyası əməliyyatı icra olunub

    2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta üzrə Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub.

    Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir.
    //unikal.az

  • Ronaldo “Qızıl top”unun birini satdı – SƏBƏB

    Kriştiano Ronaldo bütün zamanların ən yaxşı futbolçularından biri hesab olunur və onun kubokları da bunun təsdiqləyir.

    O, karyerası ərzində beş “Qızıl top” mükafatı qazanıb.

    Lent.az xəbər verir ki, 2013-cü ildə o, 27,99 faiz səslə “Qızıl top”u qazanaraq Lionel Messinin 4 illik seriyasına son qoyub.

    Uzun illər sonra Kriştiano ikinci “Qızıl top”unu xeyriyyə məqsədi ilə satmağa qərar verib. O, nüfuzlu kuboku Londonda həyati təhlükəsi olan xəstəliklərlə mübarizə aparan uşaqlara arzularını yerinə yetirən Britaniya xeyriyyə təşkilatı Make-A-Wish Fondunun xeyrinə hərraca çıxarıb.

    Hərracın qalibi “Qızıl top” üçün 600 min avro ödəyən israilli milyonçu İdan Ofer olub.

    Oferin 2025-ci ildə xalis sərvəti 25 milyard dollar olaraq qiymətləndirilir və o, hətta Ronaldonun o zamankı agenti Jorje Mendeş ilə birlikdə “Qızıl top”la da poza verib.

  • Ucarda mikroavtobusla “TIR” toqquşdu

    Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Ucar şəhər sakini, 1962-ci il təvəllüdlü Mübariz Bəşir oğlu Şirəliyevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusla Yevlax şəhər sakini, 1995-ci il təvəllüdlü Elnur Elburus oğlu Yusifzadənin sürdüyü “TIR” markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində “Sprinter”in sərnişini, Ucar şəhər sakini, 1993-cü il təvəllüdlü Ramazan Əlmusa oğlu İlyaszadə xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Buzovna sakinləri günlərdir niyə susuz qalıb? – Rəsmi AÇIQLAMA

    Buzovna qəsəbəsi, Zuğulba ərazisində sakinlər günlərdir ki, susuzluqdan əziyyət çəkirlər.

    Median.Az “Bizim.Media”ya istinadən xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlərdən redaksiyamıza şikayətlər daxil olub. Sakinlərin sözlərinə görə Rasim İmanov küçəsindəki mənzillərə ayın 14-dən su gəlmir. Ondan öncəki günlərdə isə su ya təzyiqsiz verilib, ya da heç verilməyib. Sakinlər dəfələrlə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qaynar xəttinə müraciət etsələr də, problem həll olmayıb. Sakin Günel Mirzəyeva deyib ki, dünən qaynar xətdən onlara deyilib ki, bu gün günün birinci yarısına qədər su veriləcək. Amma su hələ də verilmir. Bəs yayda əsas istirahət zonalarından biri sayılan Buzovnanın susuz qalmasının səbəbi nədir

    Vətəndaşların müraciətləri niyə nəticəsiz qalır?

    Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan verilən açıqlamada bildirilib ki, problem təzyiqlə bağlıdır. “Qeyd olunan ünvanda su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur. Məsələ ilə bağlı müvafiq rayon sukanal idarəsinin mütəxəssisləri tərəfindən səbəblər araşdırılır və problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Tezliklə abonentlərin su təchizatı əvvəlki rejim üzrə bərpa olunacaq”,-deyə məlumatda bildirilib.
    Məsələni diqqətdə saxlayacağıq.