Month: July 2025

  • Azərbaycanda SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı asanlaşdırılıb

    Prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edilb.

    Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

    Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək.

    Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq.

  • Создается специальный казначейский счет органов юстиции

    Создается специальный казначейский счет органов юстиции.

    В связи с этим президент Ильхам Алиев утвердил поправки в законы “О судебных исполнителях”, “Об исполнении” и “О прохождении службы в органах юстиции”.

    Так, средства специального казначейского счета органов юстиции будут использоваться для стимулирования и социальной защиты судебных исполнителей служб исполнения и пробации.

    До сегодняшнего дня соответствующие выплаты осуществлялись за счет специального фонда судебных исполнителей службы исполнения.

  • Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır

    Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır.

    Prezident İlham Əliyev bununla bağlı “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişikliyi təsdiqləyib.

    Belə ki, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.

    Aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək:

    – icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan “Icra haqqında” Qanunun 78.3-cü maddəsində nəzərdə tutulmuş icra ödənişinin məbləği, habelə həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulmuş halda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

    – cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin “İcra məmurları haqqında” Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş məbləği;

    – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

    Qeyd edək ki, bu günə qədər müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.

  • Son altı ayda Naxçıvanda 172 nəfər qidadan zəhərlənib

    Son altı ayda Naxçıvanda 116 qida zəhərlənməsi hadisəsi baş verib

    Bu barədə yerli bürosuna Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

    Agentliyin məlumatına görə, zəhərlənmə hadisələrindən ümumilikdə 172 nəfər zərərçəkən olub:

    “Qida zəhərlənmələrindən 70-i məişət zəminində, 46-sı isə ictimai iaşə müəssisələrində baş verib. Baş verən hadisələrə əsas səbəb sanitar-gigiyenik qaydalara riayət edilmədən məhsulun hazırlanması və istehlakıdır”.

    NQTA-dan bildiriblər ki, hesabat dövrü ərzində qida zəhərlənməsi diaqnozu ilə ölüm hadisəsi qeydə alınmayıb.

  • Азербайджан и Вьетнам подписали пять документов о сотрудничестве

    В Ханое в рамках первого заседания Совета делового сотрудничества и бизнес-форума Азербайджан–Вьетнам подписаны пять документов о расширении сотрудничества.

    Как сообщает Report со ссылкой на AZPROMO, соглашения охватывают сферы инвестиций, торговли, текстильной промышленности, продовольствия и возобновляемой энергетики.

    В частности, подписан меморандум между AZPROMO и Вьетнамской национальной ассоциацией предпринимателей (VINEN) для стимулирования инвестиций и обмена информацией. Также соглашения заключены между азербайджанскими и вьетнамскими компаниями в текстильной отрасли, мясной продукции, розничной торговле, а также между Государственным агентством по возобновляемым источникам энергии и вьетнамской компанией ROX Group.

  • Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb

    Bu gün Hanoy şəhərində keçirilmiş Azərbaycan-Vyetnam Birgə Biznes Şurasının I iclası və Azərbaycan-Vyetnam Biznes Forumu çərçivəsində 5 sənəd imzalanıb.

    Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) “Report”a verilən məlumata görə, sənədlər iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

    Birinci sənəd Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) ilə AZPROMO arasında imzalanıb. Sənəd qarşılıqlı investisiyaların təşviqi, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi, birgə tədbirlərin təşkili və informasiya mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

    İkinci sənəd Vyetnamın tekstil və geyim sənayesi sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən olan “Phong Phu” Korporasiyası və Azərbaycana məxsus “GP Cotton Holdings” MMC arasında, üçüncü sənəd Vyetnamın “Tuong Vu Joint” şirkəti ilə Azərbaycanın “Fresh-Meat” şirkəti arasında, dördüncü sənəd Vyetnamın “Anc Group” şirkəti ilə Azərbaycana məxsus “Rahat Market” arasında, beşinci sənəd isə Energetika Nazirliyinin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Vyetnamın “ROX Group” SC arasında (bərpa olunan enerji sahəsində əməkdaşlığa dair) imzalanıb.

  • Sabah çimərliklərdə suyun temperaturu 28 dərəcə isti olacaq

    Azərbaycanda iyulun 17-də çimərliklərdə şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.

  • “Real” müdafiəçisi ilə yolları ayırıb

    İspaniyanın “Real” klubu müdafiəçisi Lukas Vaskeslə yolları ayırıb.

    Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

    34 yaşlı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq.

    Arxa xətt oyunçusu “Real”ın yetirməsidir. O, kluba 2007-ci ildə 16 yaşında qoşulub və aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib. Daha sonra icarə əsasında “Espanyol”a gedən futbolçu 2015-ci ilin sentyabrında yenidən “Real”ın düşərgəsinə qayıdıb və əsas komandaya qoşulub.

    Qeyd edək ki, L.Vaskes 10 mövsüm ərzində “Real”ın heyətində 402 oyun keçirib. Bu müddət ərzində o, 23 titul qazanıb.

  • Служба гидрометеорологии объявила желтый уровень погодной опасности

    Национальная служба гидрометеорологии объявила желтый уровень погодной опасности в ряде регионов Азербайджана, в том числе в Баку и на Абшероне, в связи с ветреной погодой, ожидаемой с сегодняшнего вечера до полудня 18 июля.

    Об этом сообщает Median.Az со ссылкой на службу.

    Порывы северо-западного ветра в Баку и на Абшеронском полуострове, в Нахчыванской АР, Гусаре, Хачмазе, Хызы, Сальяне, Нефтчале, Гаджигабуле, Гобустане, Сиязане, Шабране, Ширване, Лерике, Ярдымлы, Джалилабаде, Гяндже, Самухе, Нафталане, Гёранбое, Гедабеке, Дашкесане, Гёйгёле, Кяльбаджаре, Лачыне, Саатлы, Сабирабаде, Газахе, Агстафе, Шамкире, Товузе, Мингячевире будут достигать 13.9-20.7 м/с, что соответствует желтому уровню погодной опасности.

  • Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ

    Milli Hidrometeorologiya Xidməti iyulun 16-sı axşamdan 18-i gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Xidmətdən bildirilib.

    Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lerik, Yardımlı, Cəlilabad, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevirdə fasilələrlə şimal-qərb küləyi əsəcək.

    Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.