Month: July 2025

  • İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub – FOTO

    İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

    Dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdiriblər.

    Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

    “Hörmətli Qurbanqulu Məlikquliyeviç.

    Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.

    Əziz qardaşım, bir daha xoş gəlmisiniz Azərbaycana”.

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edərək deyib:

    “Hörmətli İlham Heydər oğlu.

    Hörmətli nümayəndə heyətlərinin üzvləri.

    Əvvəlcə icazə verin, Azərbaycana səfərə dəvət etdiyinizə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə ürəkdən təşəkkür edim.

    Mən, həmçinin Türkmənistan Prezidenti Zati-aliləri Sərdar Berdiməhəmmədovun səmimi salamlarını və xoş arzularını Sizə çatdırmaqdan şərəf duyuram.

    Azərbaycan Respublikasına bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.

    Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

    Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.

    Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.

    Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

    Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim.

    İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır.

    Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir.

    Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır.

    Əminəm ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.

    Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan torpağında hər zaman səmimi qarşılandığımıza görə Sizə bir daha təşəkkür edirəm.

    Çox sağ olun”.

    Prezident İlham Əliyev: “Təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamlarımı hörmətli Prezident Sərdar Berdiməhəmmədova çatdırasınız”.



  • İran sərhədində əfqanlar güllələndi: Ölən və yaralanan var

    İran-Əfqanıstan sərhədi yaxınlığında İran hərbi qüvvələrinin açdığı atəş nəticəsində bir əfqan vətəndaşı ölüb, daha biri isə yaralanıb.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

    Bildirilib ki, 27 yaşlı Əbdulmannan Nurzehi Hirmənd dairəsi yaxınlığındakı sərhəd divarı boyunca İran hərbçiləri tərəfindən xəbərdarlıq edilmədən atəşə tutulub. O, hadisə yerində həlak olub. Yaralanan digər əfqanın ayağından güllə aldığı bildirilir, lakin kimliyi və vəziyyəti açıqlanmayıb.

    Əbdülmannanın əslən Əfqanıstanın Fərəh əyalətindən olduğu, ancaq ailəsinin İranın Zahedan şəhərində yaşadığı bildirilir. O, daha öncə İrandan deport olunub, amma bu dəfə geri dönərək ailəsini Əfqanıstana aparmaq istəyib. Cəsədi bir neçə saat sərhəd zonasında qalıb və bazar ertəsi təsadüfən yoldan keçənlər tərəfindən tapılaraq Nimruz şəhərinə aparılıb.

  • Против сына главы азербайджанской диаспоры в Екатеринбурге завели уголовное дело

    Сын главы азербайджанской диаспоры в Екатеринбурге Мутвалы Шихлински задержан по делу о применении насилия в отношении представителя власти.

    Как передает Median.Az, об этом сообщил ТАСС президент Адвокатской палаты Свердловской области Игорь Путинцев.

    “Задержан, мы теперь получили такую информацию от Следственного комитета”, – сказал он. Мутвалы Шихлински является адвокатом.

    В объединенной пресс-службе судов Свердловской области сообщили, что Ленинский суд в среду рассмотрит ходатайство о мере пресечения для Мутвалы Шихлински.

    Собеседник агентства рассказал, что в отношении Шихлински возбуждено дело по ч. 1 ст. 318 (применение насилия в отношении представителя власти). Как сообщали местные СМИ, молодой человек в попытке уйти от силовиков во время задержания отца нанес одному из сотрудников Росгвардии травмы.

  • Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğluna qarşı CİNAYƏT İŞİ AÇILDI

    Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat yayıb.

    “Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib”, – agentliyin həmsöhbəti bildirib.

    Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

    Qeyd edək ki, bundan əvvəl “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılmışdı. Sonra o sərbəst buraxılıb.

  • Bakının mərkəzində BMW yandı – Video

    Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində BMW markalı minik avtomobilinin salon və yük hissəsi yanıb.

    Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

  • Ростовским полицейским начали компенсировать суммы взяток, которые они отклонили

    Полицейским в Ростовской области России начали компенсировать суммы взяток, от которых они отказались. Практика введена для поощрения антикоррупционной позиции сотрудников.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом журналистам сообщил начальник ГУ МВД России по Ростовской области Александр Речицкий.

    “В последнее время мы ввели в практику: за стойкую антикоррупционную позицию мы возвращаем сотрудникам полиции денежные средства, которые были предложены взяткодателями в период совершения противоправных действий”, – сказал Речицкий.

    По его словам, в отношении лиц, предлагавших взятки сотрудникам, возбуждаются уголовные дела. Только за последние два месяца было возбуждено свыше 25 дел по статье 291 УК РФ (“Дача взятки”).

    “Подчеркну, каждая предлагаемая сумма сотруднику в соответствии с моим приказом возвращается в том объеме, в котором предлагал взяткодатель”, – уточнил начальник ГУ МВД по региону.

    По данным ведомства, за январь-июнь 2025 года в Ростовской области выявлено 767 коррупционных преступлений. Пресечено 260 фактов взяточничества, 135 из которых выявили сотрудники органов внутренних дел.

  • Rusiyada rüşvətdən imtina edən polislərə kompensasiya verilməsinə başlanılıb

    Rusiyanın Rostov vilayətində polis əməkdaşlarına imtina etdikləri rüşvət məbləğlərinə görə kompensasiya verilməsinə başlanılıb.

    Median.Az bu barədə TASS-a istinadla xəbər verir.

    Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin rəisi Aleksandr Reçitski bildirib ki, təcrübə polis əməkdaşlarının antikorrupsiya mövqelərini təşviq etmək üçün tətbiq edilib:

    “Kompensasiyanın həcmi rüşvət verənin təklif etdiyi məbləğlə eyni miqdardadır”.

    Onun sözlərinə görə, polis əməkdaşlarına rüşvət təklif edən şəxslərə qarşı cinayət işi açılır:

    “Təkcə son iki ayda bu səbəbdən 25-dən çox cinayət işi açılıb”.

  • В Азербайджане скончалась учительница начальных классов – ФОТО

    Скончалась педагог начальных классов Марьям Мамедова.

    Она долгие годы проработала в школе №1 города Мингячевир.

    Причина ее смерти пока неизвестна.

  • İbtidai sinif müəllimi vəfat etdi – FOTO

    Mingəçevir şəhər 1 nömrəli məktəbin müəllimi vəfat edib.

    Məryəm Məmmədova bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, o, uzun illər məktəbin ibtidai sinif müəllimi kimi çalışıb.

  • Гурбангулы Бердымухамедов прибыл с визитом в Азербайджан – ФОТО

    16 июля председатель Халк Маслахаты Туркменистана Гурбангулы Бердымухамедов прибыл с визитом в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги обеих стран, был выстроен почетный караул в честь высокого гостя.

    Председателя Халк Маслахаты Туркменистана встретили первый заместитель премьер-министра Азербайджана Ягуб Эйюбов, заместитель министра иностранных дел Самир Шарифов и другие официальные лица.