Month: July 2025

  • Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib – FOTO

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkmənistan Xalq Məsləhətinin sədrini Azərbaycanın baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Sabirabadda ARVAD ƏRİNİ döydü

    Sabirabad rayonunda kişi arvadı tərəfindən döyülüb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edərək, həyat yoldaşının ona taxtadan olan stulla xəsarət yetirdiyini bildirib.

    Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.

    Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

  • Goranboyda yeyib-içən dostlar əlbəyaxa davaya çıxdılar: Xəsarət alanlar var

    Goranboy rayonunda tanışlar arasında dava olub.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndində baş verib.

    Kənd sakinləri Turac Zeynalov, Elşad Abuzərov və Elbəyi Mustafayev kənd ərazisində yeyib-içəndən sonra aralarında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Hadisə nəticəsində hər üç şəxs yüngül xəsarət alıb.

    Faktla bağlı araşdırma başlanılıb.

  • Арестованные в Екатеринбурге азербайджанцы останутся под стражей

    Суд продлил меру пресечения шестерым азербайджанцам, обвиняемым в убийствах прошлых лет в Екатеринбурге, до 19 октября.

    Об этом сообщила объединенная пресс-служба судов Свердловской области РФ.

    “Верх-Исетским районным судом Екатеринбурга были рассмотрены ходатайства следствия о продлении меры пресечения в виде содержания под стражей в отношении Сафарова Кямала Гадимали оглу, Сафарова Акифа Мохбалы оглу, Сафарова Аяза Мохаблы оглу, Сафарова Мазахира Мохбалы оглу, Сафарова Бакира Мехди оглу и Гянджиева Ахлимана Сатдар оглу. Рассмотрев материалы, суд удовлетворил ходатайства следователя и продлил обвиняемым срок содержания под стражей по 19 октября 2025 года”, – говорится в информации.

  • Yekaterinburqda qətl işi üzrə təqsirləndirilən azərbaycanlıların həbs müddəti uzadıldı

    Məhkəmə Rusiyanın Yekaterinburq şəhərində əvvəlki illərdə qətl törətməkdə təqsirləndirilən altı azərbaycanlı barəsində həbs qətimkan tədbirini oktyabrın 19-dək uzadıb.

    Bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

    “Yekaterinburqun Verx-İset Rayon Məhkəməsi Səfərov Kamal Qədimalı oğlu, Səfərov Akif Möhbalı oğlu, Səfərov Ayaz Möhbalı oğlu, Səfərov Məzahir Möhbalı oğlu və Səfərov Bakir Mehdi oğlu və Gənciyev Əhliman Sətdar oğlunun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı müstəntiqin vəsatətlərini nəzərdən keçirib. Materiallara baxdıqdan sonra, məhkəmə müstəntiqin vəsatətlərini təmin edib və təqsirləndirilən şəxslərin həbs müddətini 2025-ci il oktyabrın 19-dək uzadıb”, – məlumatda bildirilir.

  • Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – VİDEO

    Polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində həyata keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydalarını pozan, sürət həddini aşan, təhlükəli manevrlər edən motosiklet sürücüləri müəyyən olunub, onlarla maarifləndirici söhbətlər aparılıb.

    Sürücülərə qanunvericiliyin tələbləri izah olunub, qayda pozuntularının digər hərəkət iştirakçılarına yaratdığı təhlükələr diqqətə çatdırılıb.

    Sumqayıt şəhərində insanların istirahətini pozan, neqativ hərəkətlərə yol verən moped və motosiklet sürücülərinə qarşı vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

    Bir daha hər bir yol hərəkəti iştirakçısını diqqətli olmağa və qaydalara riayət etməyə çağırırıq.

  • Bakıda müştəri ofisianta əxlaqsızlıq etdi, administrator bıçaqlandı

    Bakıda kafedə dava düşüb.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Belə ki, 4 nəfər sərxoş vəziyyətdə kafeyə daxil olub yenidən spirtli içki sifariş verib. Masaya yaxınlaşan ofisiant xanım onlardan sifarişi götürərkən, onlardan biri qadına qarşı əxlaqsız hərəkət edib və bu da ofisiantın etirazına səbəb olub. Ofisiant qadın əsəbi vəziyyətdə danışarkən ağız suyu müştərilərdən birinin sifətinə düşüb və həmin şəxs qadına “sifətimə niyə tüpürürsən?” deyib, onu təhqir edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb və ofisiant xanım stoldan uzaqlaşıb. Kafedə administrator işləyən, ofisiant xanımın bacısı stola yaxınlaşaraq mübahisənin səbəbini soruşarkən Emin adlı digər müştəri qadını yumruqla vurub. Qadınla müştəri arasında dava başlayıb və kafedəki digər müştərilər davanı sakitləşdirib, Emini həyətə çıxarıblar. Emin yenidən kafeyə qayıdaraq həmin administrator xanımın qarnına təpiklə vurub. Daha sonra o, cibindəki bıçağı çıxararaq administrator qadına xəsarət yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilərək 7 il azadlıqdan məhrum edilib. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyə qərar veribmiş. Xəzər Rayon Məhkəməsi təqsirləndirilən şəxsin ödənilməmiş cəzasının olduğunu nəzərə alaraq, Emin Əliyevi 8 il azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.

  • “Neftçi” daha bir futbolçunun transferini açıqlayıb

    “Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

    Klubdan “Report”a verilən məlumata görə, “ağ-qaralar” ekvadorlu Cordan Rezabala ilə anlaşıb.

    25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

    Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.

  • Moskvanın küçələri su altında qaldı – ANBAAN VİDEO

    Rusiyanın paytaxtı Moskva şəhəri iyulun 15-də güclü leysan yağışların, ildırım çaxmalarının və gurultulu qasırğaların təsiri altına düşüb. Şəhər sakinləri artıq bir neçə saatdır ki, kəskin hava şəraitinin yaratdığı çətinliklərlə üzləşirlər.

     
    Meteoroloqların verdiyi məlumata görə, günorta saatlarından etibarən Moskvada yağıntı intensivliyi əhəmiyyətli dərəcədə artıb. Səmanın qaranlıqlaşması, ardıcıl şimşək çaxmaları və gurultular şəhər atmosferinə qeyri-adi gərginlik qatıb. Bəzi yerlərdə yağış sularının küçələrdə gölməçələr yaratdığı, nəqliyyatın hərəkətində ciddi ləngimələrə səbəb olduğu bildirilir.
     
    Şəhər sakinləri sosial şəbəkələrdə yaydıqları videolarda güclü yağışın pəncərələri döyəclədiyini, bəzi məhəllələrin sel sularına qərq olduğunu və ildırımların az qala evlərin yaxınlığında çaxdığını qeyd edirlər.
     
    Fövqəladə Hallar Nazirliyi sürücüləri və piyadaları ehtiyatlı olmağa, açıq havada olmamağa, ağacların altında və elektrik dirəklərinə yaxın durmamağa çağırıb. Eyni zamanda, bəzi qatar reyslərinin ləngidiyi və hava limanlarında gecikmələrin qeydə alındığı qeyd olunur.

    Sinoptiklərin proqnozuna görə, yağışların gecə saatlarına qədər davam etməsi ehtimal edilir. Bununla belə, hava şəraitində sabitləşmə yalnız sabahdan etibarən gözlənilir. Hazırda şəhər kommunal xidmətləri su basmış ərazilərdə operativ tədbirlər görməyə çalışırlar.
     
    Bu cür kəskin hava hadisələri iqlim dəyişiklikləri fonunda getdikcə daha da tez-tez müşahidə olunmağa başlayıb.

  • Hacıqabul və Bərdədə avtomobil yanıb

    Hacıqabul rayonunda (Bakı-Ələt-Qazax avtomobil yolunun 120-ci kilometrliyi) “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.
     
    Bu barədə FHN-dən bildirilib.
     
    Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
     
    Məlumata görə, Bərdə rayonunun Qaratəpə kəndində “Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.