Month: July 2025

  • Azərbaycanda 450 min nəfərin şəxsi məlumatları ələ keçirilib – Aralarında nüfuzlu şəxslər də var

    Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər dövlət orqanlarının məlumat bazalarına kiberhücum yolu ilə qanunsuz daxil olan şəxslərin cinayət işinin təfərrüatı məlum olub. Onlar Azərbaycan vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçiriblər.

    Median.Az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

    Təqsirləndirilən 21 yaşlı Cavid Dünyamaliyev və 18 yaşlı Cəlil Cəlilovdur. Onlara qarşı Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, onlar Səhiyyə Nazirliyinin “e-health.gov.az” və Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirdikdən sonra onları sahibliklərində olan xüsusi serverlərə ötürüblər.

    Daha sonra isə “Telegram” və digər sosial şəbəkələrdə yaratdıqları anonim səhifələr vasitəsilə həmin məlumatların satışını elan ediblər.

    Onlar maraq cəlb etmək məqsədilə yaratdıqları reklam çarxlarında ölkədə müxtəlif nüfuzlu şəxslərin fərdi məlumatlarını paylaşaraq istənilən vətəndaşın şəxsi məlumatlarını pul müqabilində sata biləcəklərini qeyd ediblər.

    Bu şəxslərin fəaliyyətləri ifşa olunduqdan sonra topladıqları fərdi məlumatlar və müvafiq informasiya sistemlərinə qanunsuz giriş imkanları bloklanıb.

    Məhkəmə araşdırması zamanı məlum olub ki, bu iş üzrə Cavid və Cəlildən başqa şəxslər də məsuliyyətə cəlb edilib. Həmin şəxslər “Telegram” sosial şəbəkəsində “DARK MONEY CHAT” yazışma qrupunda “@Kraker”, “@w1se5” və “@Mosad2x” şərti adlı istifadəçilər, eləcə də digər şəxslərdir. Onlar barəsində açılmış cinayət işi ayrıca icraata verilib.

    İstintaqla müəyyən edilib ki, Cavid Səhiyyə Nazirliyinin “e-health.gov.az” sisteminə müdaxilə ilə 450 mindən çox Azərbaycan vətəndaşının şəxsi məlumatlarını ələ keçirib.

    Cavid sonradan Cəlillə tanış olub. Razılığa əsasən, Cəlil “TikTok” sosial şəbəkəsində həmin məlumatları paylaşmağa başlayıb. Elanlar yerləşdirərək istənilən şəxs barəsində şəxsi məlumatları sata biləcəklərini qeyd ediblər.

    Cavidin ifadəsində diqqətçəkən məqamlar var. O, ifadəsində Səhiyyə Nazirliyinin elektron sisteminə necə müdaxilə etdiyini belə danışıb:

    “Səhiyyə Nazirliyinin “e-health.gov.az” sisteminə daxil olmaq üçün “script” kompüter məlumatı hazırladım. “E-health.gov.az”ın kompüter təhlükəsizliyi sistemində yaranan “Covid-19 directory” bazasındakı boşluqdan istifadə edərək sistemə sızdım. Vətəndaşların seriya nömrəsi, ünvan, şəhər kodu, yaş, doğum ölkəsi, qan qrupu, vətəndaşlıq, doğum tarixi, sənədin statusu, faktiki ünvan, tam ünvan, ailə statusu, unikal fərdi nömrə, FİN və s. kimi məlumatları əldə edib “Kamatera” şirkətinə aid virtual serverə topladım. 450 294 nəfərin məlumatı var idi.

    “Discord” yazışma platformasında “Last” ləqəbli şəxslə tanış oldum. Sonra adının Cəlil olduğunu bildim. Dostlaşıb pul qazanmaq qərarına gəldik. Cəlilə “e-health.gov.az” sistemində tapdığım boşluqlar barədə məlumat verdim. Cəlil “TikTok”da vətəndaşların məlumatlarını satmaqla bağlı elanlar verdi. Sonra hüquq-mühafizə orqanları tərəfindən aşkarlanacağımızdan qorxduğum üçün elanları silməsini tapşırdım. Məlumatları başqa heç kimə vermədim”.

    Cavid ifadəsində Elm və Təhsil Nazirliyinin “miq.edu.az” saytında istifadəçi girişi (portal) funksiyalarının kibertəhlükəsizliyində buraxılan boşluqlardan istifadə etdiyini bildirib. Söyləyib ki, bu sistemə dəfələrlə daxil olsa da, vətəndaşlara məxsus şəxsi məlumatları öz sisteminə yükləməyib.

    Cəlil də eyni məzmunlu ifadə verib. Hər iki şəxs əməllərindən peşman olduqlarını, ilk dəfədir cinayət əməli törətdiklərini deyiblər.

    Məhkəmənin hökmü ilə Cavid 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəlil isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    İstintaq dövründə Cavid həbsdə idi. Amma Cəlil barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi. Məhkəmə Cəlilin həbs edilməsi barədə hökm çıxarıb. Cəlil məhkəmə zalında qandallanaraq cəzaçəkmə müəssisəsinə köçürülüb.

  • Tbilisidə yaşayış binası uçub, ölən var

    Gürcüstanın paytaxtı Tbilisinin Vağzal meydanı yaxınlığında yerləşən yaşayış binasının uçması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.

    Bunu hadisə yerinə gələn Gürcüstanın daxili işlər naziri Gela Qeladze bildirib.
    Nazir qeyd edib ki, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi (tikinti və digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması) üzrə istintaq başladılıb.
    “Xilasetmə xidmətləri və polis qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hüquq-mühafizə xidmətinin əməkdaşları hazırda axtarış-xilasetmə işlərini davam etdirir”, – Qeladze əlavə edib.
    Tbilisi merinin müavini İrakli Bendelianinin sözlərinə görə, uçan bina artıq uzun müddətdir 3-cü dərəcəli qəzalı vəziyyətdə olub. O qeyd edib ki, 1 ildən artıq müddətdə yerli hakimiyyət binanın sakinləri ilə əlaqə saxlayıb, lakin bütün sakinlərin razılığını almaq mümkün olmayıb.
    Tbilisi meri Kaxa Kaladze də hadisə yerində olub.
    Hadisə ilə bağlı müvafiq qurumlar əraziyə cəlb olunub, axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmi qurumlar əlavə məlumatları ictimaiyyətə çatdıracaqlar.

  • Panama sahillərində 6,2 maqnitudalı zəlzələ olub

    Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.
    Məlumata görə, zəlzələ Burica bölgəsinə 206 kilometr məsafədə qeydə alınıb.
    Təxminən 10 kilometr dərinlikdə baş verən yeraltı təkan nəticəsində hələlik can və ya mal itkisi barədə məlumat verilməyib.
    Həmçinin, zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

  • Tramp Rusiyaya 50 gün vaxt verdi

    “Moskva və Vaşinqton arasında 50 gün ərzində Ukraynadakı nizamlanma ilə bağlı razılaşma əldə olunmasa, ABŞ Administrasiyası Rusiyaya qarşı təqribən 100 faiz həcmində idxal rüsumları tətbiq etnək niyyətindədir”.

    Median.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşündə bildirib.

    “Biz onlardan çox narazıyıq. Təqribən 100 faiz həcmindəki rüsumları ikinci dərəcəli rüsumlar adlandırmaq mümkündür. Mən düşünürdüm ki, biz iki aya razılaşma əldə edəcəyik” , – deyə o qeyd edib.

  • Ağır qəzada ölən qohumların fotosu

    Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.

    “QAZ 3110” markalı avtomobilin su kanalına düşməsi nəticəsində yaxın qohum olan 1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov vəfat edib.

    Onların suya düşən maşında boğularaq ölməsi məlum olub.

    Qeyd edək ki, hər 3 şəxs əkin sahəsinə gedərkən hadisə baş verib.

    Faktla bağlı araşdırma aparılır.

    Vəfat edən şəxslərin fotosunu təqdim edirik.//Qafqazinfo

  • Sabahkı hava ilə bağlı əhaliyə xəbərdarlıq

    Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir.

    “Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil”, – məlumatda qeyd olunub.

  • Məşhur teleaparıcı işdən ayrıldı

    İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova işdən ayrılıb.

    Bu barədə telekanalın “Xəbərlər” proqramının aparıcısı özü sosial şəbəkədə məlumat verib.

    N.Salmanova bildirib ki, özünü başqa bir sahədə sınamaq istəyir. O əlavə edib ki, yeni iş yeri ilə məlumatı yaxın günlərdə açıqlayacaq.

  • В Турции ограничили доступ к иностранным провайдерам eSIM

    Турецкое управление информационно-коммуникационных технологий (BTK) ограничило доступ в стране к восьми иностранным провайдерам электронных sim-карт (eSIM).

    Как передает Median.Az, об этом сообщает портал Haber 7 со ссылкой на решение регулятора от 10 июля.

    Среди сервисов, доступ к которым ограничен – Saily, Airalo, Holafly, Nomad, Instabridge, Mobimatter, Alosim, BNESIM. При этом местные компании, предоставляющие аналогичные услуги (T rk Telekom, Turkcell, Vodafone), продолжают свою деятельность, говорится в сообщении.

    Согласно данным, сайты перечисленных в сообщении зарубежных сервисов открываются, некоторые с использованием VPN, ряд без него.

    eSIM – цифровая или встроенная SIM-карта, популярна у туристов.

  • Türkiyədə məşhur eSIM provayderlərinə giriş məhdudlaşdırıldı

    Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi (BTK) ölkədə səkkiz xarici “eSIM” (elektron SIM-kart) provayderinə girişə məhdudiyyət tətbiq edib.

    Median.Az bu barədə “Haber 7” portalına istinadla məlumat verir.

    Məhdudiyyət qoyulan xidmətlər arasında “Saily”, “Airalo”, “Holafly”, “Nomad”, “Instabridge”, “Mobimatter”, “Alosim” və BNESIM kimi beynəlxalq platformalar yer alır.

    Məlumata görə, Türkiyədə analoji xidmət göstərən “Türk Telekom”, “Turkcell” və “Vodafone” kimi yerli şirkətlərin fəaliyyəti isə davam edir.

    Bunula belə, sadalanan xarici xidmət provayderlərinin saytlarına bəzən VPN-lə, bəzən isə birbaşa daxil olmaq mümkün olub.

    Qeyd edək ki, “eSIM” – fiziki kart tələb etməyən rəqəmsal və ya qurğuda quraşdırılmış SIM-kart növüdür və xüsusilə turistlər arasında geniş istifadə olunur.

  • Cəlilabadda içməli suyun verilişində problem yaranıb

    Cəlilabad şəhəri və rayonun Uzuntəpə kəndində üç gündür ki, içməli suyun verilişində problem yaranıb.

    Bu barədə “Report”a rayon sakinləri məlumat veriblər.
    Onların sözlərinə görə, problem bu ayın 11-də Masallı rayonunun Güllütəpə kəndi ərazisindən keçən, Viləşçay su anbarından Cəlilabada gedən magistral su kəmərində baş vermiş qəza ilə bağlıdır.
    Sakinlər, həmçinin bildiriblər ki, qəzadan sonra təmir işləri aparılsa da, sonra yenidən nasazlıq baş verib. Nəticədə suyun verilişi dayandırılıb.
    Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətindən bildirilib ki, 11 iyul tarixində Masallı və Cəlilabad rayonlarının sərhədində, rayonun Güllütəpə ərazisində baş vermiş yanğın nəticəsində təxminən 50 hektara yaxın sahə yanıb, ərazidən keçən böyük diametrli su borusu zədələnib.
    “Hadisənin fəsadlarının aradan qaldırılması məqsədilə Masallı və Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, boru xəttinin bərpası istiqamətində təmir işlərinə başlanılıb”, – məlumatda vurğulanıb