Month: July 2025

  • İsrail Suriyadakı tankları vurub

    İsrail ordusu Suriyada bir neçə tankı vurub.

    Əl-Məzrəə və Sami bölgələri arasında aşkarlanan tanklar Suriyanın cənubunda yerləşən əs-Suveydəyə yaxınlaşmaq üçün hərəkət ediblər.
    İsrail ordusu hərbi texnikaların Suriyanın cənubunda yerini möhkəmləndirməsinə icazə verilməyəcəyini bəyan edərək, tankları məhv edib.
    Suriya Daxili İşlər Nazirliyi isə Suveyda bölgəsinə hərbi texnika göndərdiyini təsdiq edərək, burada məqsədin xaosun qarşısını almaq, asayişi təmin etmək olduğunu bəyan edib və bunu milli vəzifə adlandırıb.
     
    /APA

  • İstanbulda ƏMƏLİYYAT: 89 nəfər saxlanılıb

    İstanbulda təşkilatlanmış cinayətkar dəstəyə qarşı keçirilən əməliyyat zamanı 89 nəfər saxlanılıb.

     
    Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, motosiklet və oğurlanmış nəqliyyat vasitələrindən istifadə edilərək qəsdən adam öldürmə, yaralama, quldurluq, sənəddə saxtakarlıq, qanunsuz silah saxlama, narkotik alveri və digər cinayətlər üzrə ümumilikdə 116 hadisə qeydə alınıb.
    Qırmızı bülletenlə axtarışda olan İ.A-nın rəhbərlik etdiyi dəstəyə qarşı 250 ünvanda axtarış aparılıb, 3 silah emalatxanası aşkarlanıb. Əməliyyat zamanı 214 tapança, 3 uzunlül silah, 2 oğurluq motosiklet, narkotik vasitələr və 5 gülləkeçirməz jilet müsadirə olunub. Cinayətkar qrupun istifadə etdiyi 40 sosial media hesabına giriş məhdudlaşdırılıb.

    //azxeber

  • Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

    Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.

    DİN-dən verilən xəbərə görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Baba İsmayılov saxlanılıb.
    Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
    Məhkəmənin qərarı ilə B.İsmayılovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.

  • Azərbaycanda vergi ödəyicilərinin əmlakları hərraca çıxarılacaq

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) iyulun 31-də vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının satışı üzrə hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 13 daşınar və 5 daşınmaz əmlak çıxarılacaq. Bunlar, 11 avadanlıq, 4 torpaq sahəsi, 2 nəqliyyat vasitəsi və 1 əmlak komplesidir.

    Əmlakların start qiyməti 1 600 – 280 min manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.

    Sifarişlər iyulun 25-nə qədər qəbul olunacaq.

  • İnəyin hücumuna məruz qalan ispaniyalı idmançının qabırğası sınıb

    Məşq zamanı inəyin hücumuna məruz qalan ispaniyalı dağ qaçışçısı Sara Alonsonun qabırğası sınıb.

    “Report” xəbər verir ki, bu barədə yerli “Marca” nəşri məlumat yayıb.

    Bundan əlavə, o, çoxsaylı qançırlar da alıb. S.Alonso hazırda xəstəxanadadır.

    Qeyd edək ki, dağ qaçışçısı Mont Blan Marafonuna hazırlaşırdı. 26 yaşlı idmançı 2022-ci ildə bu turnirin qalibi olub.

  • В России от удара молнии на пляже трое погибли, семеро получили ранение

    Семь человек пострадали из-за удара молнии по пляжу в Тульской области.

    Как передает Median.Az со ссылкой на российские СМИ, об этом сообщили в МЧС.

    В ведомстве подтвердили, что погибших трое, среди которых есть и подросток.

    * * * *

    В результате удара молнии по пляжу в Тульской области погибли отдыхающие.

    Об этом сообщают российские СМИ со ссылкой на Следственный комитет РФ.

    Обстоятельства инцидента устанавливаются.

    По предварительным данным погибли три человека, в том числе ребенок, еще шесть человек пострадали.

  • Rusiyada çimərliyə ildırım düşüb, üç nəfər ölüb

    Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurması nəticəsində həlak olublar.

    Bu barədə yerli KİV Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

    İlkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

    Hadisənin təfərrüatları araşdırılır.

  • Глава Еврокомиссии: Надеемся на скорое подписание мирного договора между Баку и Ереваном

    Согласование проекта мирного договора Азербайджаном и Арменией – переломный момент, который завершает десятилетия вражды, и ЕС надеется на скорое подписание итогового документа.

    Об этом заявила президент Европейской комиссии Урсула фон дер Ляйен, как передает корреспондент европейского бюро Report, на трехсторонней встрече в Брюсселе с премьер-министром Армении Николом Пашиняном и председателем Европейского совета Антониу Коштой.

    “Надеюсь, что мирный договор [между Азербайджаном и Арменией] будет подписан как можно скорее”, – заявила фон дер Ляйен.

    По словам главы ЕК, отношения между Европой и Арменией сейчас ближе, чем когда-либо. Стороны имеют “амбициозную повестку партнерства”.

    “У нас есть план устойчивости и роста, предусматривающий предоставление 270 млн евро Армении”, – отметила она.

    По словам председателя Европейского совета Антониу Кошты, ЕС работает над углублением и расширением партнерства с Арменией.

    Как было отмечено, на встрече в Брюсселе стороны обсудят прогресс в мирных переговорах Баку и Еревана, а также двусторонние отношения ЕС с Арменией.

  • AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

    Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Aİ onun tezliklə imzalanacağına ümid edir.

    Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

    “Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, – fon der Lyayen deyib.

    AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır. Tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var.

    “Bizim davamlılıq və inkişaf planımız var, bu planda Ermənistana 270 milyon avro vəsaitin verilməsi nəzərdə tutulur”, – o qeyd edib.
    //report

  • Из квартир в Баку совершена кража на 11 тыс. манатов

    Из расположенных в Сабаильском и Наримановском районах Баку квартир совершена кража на сумму 11 тыс. манатов.

    Об этом сообщили в Министерстве внутренних дел (МВД).

    В результате проведенных сотрудниками полиции оперативных мероприятий были установлены и задержаны подозреваемые в совершении преступлений 40-летняя С.Мамедова и 68-летний А.Гасымов.

    Ведется расследование.