Month: July 2025

  • Bakıda evlərdən 11 min manatlıq oğurluq olub

    Bakıda evlərdən 11 min manatlıq oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

    Zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırmalar aparılır.

  • Bakıda evlərdən 11 min manatlıq oğurluq olub

    Bakıda evlərdən 11 min manatlıq oğurluq olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

    Zərərçəkənlər polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırmalar aparılır.

  • Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

    Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək.

    Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

    Məlumata əsasən, attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib:

    “Kiçik səs çoxluğu (komissiya üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi) ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün təlimlərə cəlb olunmaq və xüsusi müsabiqədə iştirak edərək yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı yaradılıb. Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən 2025-ci il 1 may tarixindən müxtəlif ixtisaslar üzrə təcrübəli mütəxəssislərin təlimləri təşkil edilib və bu proses davamlı olacaq”.

    Bildirilib ki, xüsusi müsabiqə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nın tələblərinə uyğun olaraq 2 mərhələdən – test imtahanı və müsahibədən ibarət olacaq: “Test imtahanının Dövlət İmtahan Mərkəzi ilə birgə cari ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulub. Müvafiq keçid balını toplamış namizəd müsahibə mərhələsinə buraxılacaq və müsahibədə də uğur qazandığı halda əvvəlki iş yerinə qəbul ediləcək”.

  • В Агдере мужчина погиб от удара электрическим током

    В Агдере 31-летний мужчина погиб от удара электрическим током.

    Тело уроженца Кяльбаджарского района было передано по назначению.

    По факту проводится расследование.

  • Ağdərədə 31 yaşlı şəxs elektrik cərəyan vurması nəticəsində ölüb

    Ağdərədə 31 yaşlı şəxs elektrik cərəyan vurması nəticəsində ölüb.

    1994-cü il təvəllüdlü Kəlbəcər rayon sakinini kənd ərazisində elektrik cərəyanı vurub.

    Şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Завтра в Азербайджане ожидается 40-градусная жара

    15 июля в Азербайджане осадков не ожидается, температура достигнет 40 градусов тепла.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшеронском полуострове осадков не ожидается. Будет преобладать юго-восточный ветер.

    Температура воздуха ночью составит 22-26°, днем 34-38° тепла. Атмосферное давление ниже нормы – 754 мм ртутного столба. Относительная влажность ночью составит 65-70%, днем 35-40%.

    В районах Азербайджана ожидается преимущественно без осадков. Однако днем в некоторых горных районах возможен кратковременный небольшой дождь, грозы, град. Местами туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 22-27°, днем 36-40° тепла, в горах ночью 10-15°, днем 26-31° тепла.

  • Sabah 40 dərəcə isti olacaq – PROQNOZ

    Azərbaycanda iyulun 15-də havanın yağmursuz keçəcəyi, 40 dərəcə isti olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 35-40 % olacaq.

    Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

  • Пашинян в 6-й раз за три года пригласил Макрона в Армению

    Премьер-министр Армении Никол Пашинян вновь пригласил президента Франции Эмманюэля Макрона в Армению, в шестой раз за три года.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом говорится в послании Пашиняна по случаю Дня взятия Бастилии, национального праздника Франции.

    “С большим ожиданием жду возможности принять вас в Армении в этом году с государственным визитом”, – сказано в послании.

    Пашинян отметил, что тесный политический диалог на высоком уровне и эффективное сотрудничество благодаря “твердой устремленности” Макрона сегодня “переросли в стратегическое партнерство”.

    “Мы также высоко ценим продолжающуюся важную поддержку дружественной Франции и ваши личные усилия, направленные на установление справедливого и прочного мира на Южном Кавказе”, – говорится в послании.

    Первый визит президента Франции в Армению был в октябре 2018 года. В 2023 году армянская пресса писала, что Макрон приедет 21 сентября, на День независимости Армении. Но визит сорвался.

  • Paşinyan 3 il ərzində 6-cı dəfə Makronu Ermənistana dəvət edib

    Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir.

    Bu barədə Paşinyanın Fransanın milli bayramı olan Bastiliyanın alınması Günü münasibətilə göndərdiyi məktubda deyilir.

    “Bu il sizi Ermənistanda dövlət səfəri ilə qəbul etmək imkanını böyük ümidlə gözləyirəm”, – məktubda qeyd olunub.

    N.Paşinyan qeyd edib ki, yüksək səviyyəli sıx siyasi dialoq sayəsində səmərəli əməkdaşlıq bu gün strateji tərəfdaşlığa çevrilib.

    “Biz, həmçinin dost Fransanın davamlı mühüm dəstəyini və Cənubi Qafqazda ədalətli və dayanıqlı sülhün qurulmasına yönəlmiş şəxsi səylərinizi yüksək qiymətləndiririk”, – məktubda bildirilib.

    Fransa Prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabrında olub. 2023-cü ildə erməni KİV-i yazırdı ki, Makron sentyabrın 21-də, Ermənistanın Müstəqillik Günündə ölkəyə səfər edəcək. Lakin səfər baş tutmadı.

  • KTM: Son üç gündə 4 nəfəri gün vurub

    Son üç gün ərzində (iyulun 10-dan 13-dək) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə dörd nəfər müraciət edib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

    R.Məmməd qeyd edib ki, həmin şəxslərə ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb, ölüm halı qeydə alınmayıb.