Month: July 2025

  • “Putinlə Kim Çen In daimi təmasdadırlar”

    “Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In daimi təmasdadırlar”.

    Median.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

    “Ölkə rəhbərləri daim əlaqə saxlayırlar. Onlar mütəmadi olaraq məktub mübadiləsi aparırlar və heç kim bu praktikanı dayandırmaq fikrində deyil”, – Lavrov bildirib.

    Qeyd edək ki, S. Lavrov ötən gün Şimali Koreyaya səfər edib. Onun səfəri iyulun 13-ü başa çatacaq.

    Xatırladaq ki, Rusiya XİN rəhbəri sonuncu dəfə Şimali Koreyaya 2023-cü ildə, iki ölkə liderinin Vostoçnı kosmodromunda görüşündən bir qədər əvvəl səfər etmişdi.

  • “Evlərimizin altından kanalizasiya suları axır, uşaqlar xəstələnir” – Video

    Paytaxtın Yeni Suraxanı qəsəbəsi, Abdulla Şəfiyev küçəsinin sakinləri evlərinin çökməsindən narahatdır. Belə ki, bu küçədə evlərin altından keçən kanalizasiya xətləri çürüyüb, tullantı suları zirzəmilərə dolur.

    Bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıb.

    “Kanalizasiya problemimiz var. 30-40-cı illərdə çəkilən torbalardır. Artıq torba yoxdur, evin altı ilə su gedir. Aşağıdakı məhlədə 2 il əvvəl torbaları dəyişdilər, torba çıxmadı”, – deyə, sakinlərdən biri bildirib.

    Digər sakinin sözlərinə görə isə, oğlunun evini yeni təmir etdirib və bütün sular hamısı evin altından axır: “O gün gəlib çəkiliş ediblər, deyirlər ki, evin altı 3 metr boşalıb. Kanalizasiya evin altına gedir. Uşaqlar xəstəlik tutur”.

    Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, sözügedən ünvanda xəttin dəyişdirilməsi ilə bağlı müvafiq işlərə başlanılıb və yaxın günlərdə təmir işlərinə start veriləcək.

    Daha ətraflı videomaterialda:

  • Bu ölkə “X”ə qarşı araşdırmalara başlayır

    Fransa “X” sosial media platformasına qarşı “xarici müdaxilə” şübhəsi ilə araşdırmaya başlayıb.

    Paris Baş Prokuroru Laure Beccuau platforma və onun rəhbərləri ilə bağlı istintaq başladığını açıqlayıb.

    Bildirilir ki, araşdırma platformanı və onun rəhbər şəxslərini əhatə edir, lakin məlumatda “X”in sahibi İlon Maskın adını çəkilməyib.

    Araşdırmalar İstintaq Milli Jandarma Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılacaq.

  • Əlini sükandan çəkib oyuncaq tapança ilə qayda pozan bloger saxlanıldı – DYP-dən açıqlama – VİDEO (YENİLƏNİB)

    Bakı şəhəri Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sürücü barəsində qanunvericiliyə müvafiq olaraq tədbir görülüb.

    * * * * *

    “TikTok”da 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. İdarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

    Hadisənin görüntüləri elə onun özü tərəfindən “TikTok” platformasında paylaşılıb. Kadrlarda görünür ki, Nailə Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində avtomobil idarə edərkən bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açır”. O, maşının pəncərəsindən kənara çıxardığı tapança ilə köpükləri digər avtomobillərə tuşlayaraq onların diqqətini yayındırır. Bu anlarda nəinki sürücülərin diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.
    Daha da təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Nailə Nəcəfli digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.

    Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.

  • Avtomobillərin utilizasiyası sistemində boşluqlar – İşbazlar fürsətdən istifadə edirlər – VİDEO

    Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur.

    Vətəndaşlar bildirirlər ki, utilizasiya prosesi çərçivəsində köhnə və yararsız avtomobillər paytaxt Bakı ilə bərabər bir müddətdir Gəncə şəhərində də qəbul edilir. Lakin rayonlarda yaşayan insanlar qeyd olunan ünvanlara köhnə avtomobillərini təqdim etmək üçün müəyyən çətinliklər və əlavə xərclərinin çıxdığını bildirirlər.

    Bölgələrdə yaşayan sürücülərin sözlərinə görə, utilizasiya qəbul məntəqələrinin sayının artırılaraq rayonlarda da olması bu prosesi sürətləndirəcək.

    Utilizasiya üçün qəbul məntəqələrinin bölgələrdə olmaması bu işlə məşğul olan bəzi işbazlar üçün də fürsət yaradır. Onlar nəqliyyat vasitələrini sahiblərindən qəbul məntəqəsində verilən puldan dəfələrlə ucuz qiymətə alırlar.

    Ekspertlər bildirirlər ki, nəqliyyat vasitələrinin utilizasiyası qəbul məntəqələri tələbata uyğun olaraq açıla bilər.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Anar Abdullayev 30 sutkalıq həbs edildi

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə ittiham olunan ictimai fəal Anar Abdullayev həbs olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində bu barədə qərar verilib.

    Anar Abdullayevə İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati qaydada 30 gün həbs cəzası verilib.

    Qeyd edək ki, Anar Abdullayev Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə birgə Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilirlər. Hazırda onlar barəsindəki cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

  • Tovuzda maşın piyadanı vurdu – Vəziyyəti ağırdır

    Tovuzda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndinin yaxınlığında qeydə alınıb.

    Belə ki, hərəktədə olan avtomobil yolu keçmək istəyən rayonun Çatax kənd sakini 1986-cı il təvəllüdlü Q.Həsənovu vurub. Piyada xəstəxanaya yerləşdirilib,vəziyyətinin orta ağır olduğu bildirilir.

    Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Sumqayıtda zavodlarda tüstülənmə – Qurğular dayandırıldı – VİDEO

    Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.

    Bu barədə Report-a “Azərikimya” İB-dən məlumat verilib.

    Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.

  • В Турции ищут имена детенышам львов, подаренных Эрдогану

    В Турции посредством народного голосования ищут имена трем детенышам львов, подаренных президенту Турции Реджепу Тайипу Эрдогану.

    Как сообщает Median.Az со ссылкой на TRT Haber, они родились у львов Султан и Нил, которых турецкому лидеру подарил экс-президент Судана Омар аль-Башир в 2018 году.

    Малыши, которым сейчас полтора месяца, находятся в Природном парке Газиантепа. Имена новых обитателей Природного парка будут определены по результатам опроса в социальных сетях.

  • Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır

    Türkiyə xalq səsverməsi ilə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən üç şir balası üçün ad axtarır.

    Median.Az “TRT Haber”ə istinadən xəbər verir ki, onlar 2018-ci ildə Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşirin Türkiyə liderinə hədiyyə etdiyi Sultan və Nil adlı aslanların balalarıdır.

    Artıq ay yarımlıq olan bala aslanlar Qaziantep Təbiət Parkındadır. Təbiət Parkının yeni sakinlərinin adları sosial şəbəkələrdə keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olunacaq.